Uşaq mətbuatının problemləri

 

Bu barədə qədər məlumatlıyıq?

 

Zəngin ənənəyə malik olan Azərbaycan mətbuatı inkişaf tarixi boyunca öz novatorluğu, çoxşaxəli fəliyyəti ilə əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatıb. Milli mətbuatımızın ən böyük qollarından biri uşaq mətbuatıdır. Azərbaycan uşaq mətbuatının yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim yazıçılarımızın unudulmaz xidmətləri olub. Onlar nəinki bədii yaradıcılıqla, eyni zamanda da müəllimliklə məşğul olur, dərslik, dərs vəsaitləri proqramlar hazırlayır, dövrün görkəmli mətbu orqanlarında fəal iştirak edirdilər.

Yarandığı ilk gündən bütün fəaliyyətləri boyunca ətrafına demokratik maarifpərvər yazıçıları toplayan, qabaqcıl meyilləri mütərəqqi ideyaları təbliğ edən nəşrlərlə ("Molla Nəsrəddin", "Zənbur", "Babayiəmir", "Məzəli" s.) bərabər, ilk uşaq jurnalları - "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Məktəb"də (1911-1920) uşaq mətbuatının inkişafına geniş yol açdı. Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da, onun tarixi 1906-cı il aprel ayının 16-dan başlayır. Həmin gün Bakıda "Dəbistan" adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdı.

Bunlardan əlavə maarifpərvər ziyalı M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər" jurnalının da məqsəd məramı yeniyetmələrin təlim tərbiyəsi idi. Bu, ümumiyyətlə, klassik uşaq mətbuatımızın qarşısında dayanan ən mütərəqqi vəzifə idi ki, ənənələri bu gün yaşadılmağa çalışılır. "Maarif", "Qırmızı günəş", "Aydınlıq", "Qızıl Şərq", "Qızıl gənclik", "Gənc işçi", "Məktəb", "Pioner" s. qəzet jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplamışdı.

Maarifpərvər M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər" jurnalının məqsəd məramı yeniyetmələrin təlim tərbiyəsi idi. Əsasən pedaqoji-tədris təmayüllü bu jurnallara məşhur ədəbiyyatşünas F.Köçərlinin Vidadi, Vaqif, Zakir Nəbati haqqında ədəbi-tənqidi oçerklərin, S.M.Qənizadənin "Körpə uşaqların tərbiyəsi" adlı təlim-tərbiyə üsullarından bəhs edən silsilə məqalələrinə geniş yer verilmiş, M.Ə.Sabir A.Səhhətin dünya ədəbiyyatından tərcümələri çap edilmişdi. "Dəbistan" "Rəhbər"ə nisbətən "Məktəb" (1911-1920) jurnalının ömrü uzun, mündəricisi zəngin olmuşdur. Maarifpərvər mühərrirlərdən Q.R.Mirzəzadə Ə.T.Əfəndizadənin təşəbbüsü ilə nəşrə başlayan "Məktəb" jurnalının istiqaməti haqqında baş məqalədə deyilirdi: "Bizim bu "Məktəb"i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. "Məktəb"i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə olarsa, o vaxt biz məqsədimizə yetişmiş olarıq". "Məktəb" jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin təhsil, təlim tərbiyəsinə xidmət etmişdir. Jurnalın səhifələrində çap edilən əsərlərin əksəriyyətində elmin məktəbin rolu təqdir olunur, yeni nəslin tərbiyəsində yeni üsullu məktəblərin tərbiyə üsulları inandırıcı boyalarla təbliğ edilirdi. "Məktəb" jurnalının səhifələrində müəllimlər, ədəbiyyat həvəskarları, maarifpərvər ziyalılarla bərabər, dövrünün tanınmış ədib şairləri yaxından iştirak edir, onun səhifələrində şeir hekayələrini çap etdirirdilər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov digər şair yazıçılar "Məktəb" jurnalının səhifələrində vaxtaşırı çıxış etmişlər.

Azərbaycan uşaq nəsrinin təşəkkülü əslində uşaq mətbuatının yaranması ilə əlaqədardır.

Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı sürətlə inkişaf etmişdir. Hazırda "Göyərçin", "Elli", "Bala dili" , "Yuva", "Göy qurşağı" və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur. Hiss olunur ki, həmkarlarımız bu sahədə nələrsə etməyə çalışırlar. Amma bu sahədəki boşluğu görməmək mümkün deyil. Təbii deyənlər tapılacaq ki, ümumi mətbuatın vəziyyəti nədir ki, uşaq mətbuatından da nə gözləyəsən? Lakin unutmamaq lazımdır ki, gələcək mətbuatı yaradanlar da, onları oxuyanlar da bu uşaqların içindədir. Biz onlara nə veririk ki, nə də istəyək?

Uşaq mətbuatı - mətbuatın çox ciddi və önəmli hissəsini təşkil edir. Bu, spesifikliyi ilə səciyyələnir və əsasən pedaqoji yönümlüdür. Uşağın intellektinin artırılmasına, informasiya almaq vərdişlərinin yaranmasına xidmət etməlidir. Bu sahədə çalışan mətbuat nümayəndələrinin qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi dayanmır, onu cəmiyyətdəki pis meyllərdən, ünsürlərindən qorumaq, tərbiyələndirici funksiyası da var. Unutmayaq ki, uşaqlar təbiəti, dünyanı, insanlara münasibəti, milli dəyərləri, vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə daha yaxşı mənimsəyə bilərlər.

Təəssüf ki, Azərbaycanda uşaq mətbuatına hələ də "uşaq-muşaq işi" kimi yanaşanlar var. Bəlkə də elə ona görədir ki, BDU-nun jurnalistika fakültəsində bu sahədə jurnalistlərin hazırlanması üçün heç bir iş görülməyib. Fakültənin baş müəllimi Zeynal Məmmədli ilə söhbət edəndə məlum oldu ki, universitetdə bakalavr səviyyəsində uşaqlarla işləyəcək jurnalistlərin hazırlanmasında heç bir iş getmir. Kimsə magistr səviyyəsində öz təşəbbüsü ilə nəsə bir şey hazırlaya bilər, lakin bu elə həmin magistrlə də qalacaq, ondan o tərəfə getməsi mümkün görünmür.

Avropada, uzağa getməyək, Türkiyədə, Rusiyada isə vəziyyət tamamilə fərqlidir. Elə ona görə də bu gün həmin ölkələrin nəşrlərinə baxanda ağzımız açıq qalır. Bu gün uşağın əlindən tutub kitab "passajına" gedəndə hətta dili bilməsə də zahiri görünüşünə görə rus kitablarına, jurnallarına üz tutur.

Zeynal müəllim deyir ki, uşaq mətbuatının inkişafına ciddi mane olan amillərdən biri də bazardır. Təbii ki, uşaq mətbuatının oxucuları birbaşa gedib bu nəşrləri əldə etmirlər. Bunu onlara ya oxuduqları məktəbin direktoru, ya da ki, valideyni verir. Bu sahədə də xeyli problemlər var. Bir çox məktəblərdə olduq və məlum oldu ki, məktəblər yalnız bir uşaq nəşri alırlar və uşaq istədi istəmədi bunun pulunu ödəyib götürməlidir. Uşağın seçmək imkanı olmur. Direktor tanışlıq, biznes maraqlarına və ya hər hansı bir məsələyə əsasən bircə nəşr seçir və digərlərinin də ora buraxılmasına imkan vermir. Bu isə sərbəst rəqabətin, alternativ nəşrlərin inkişafına mane olur ki, bu isə elə bizim körpələrin əqli inkişafının qarşısında bir əngəldir.

Bəs ayrıca uşaq mətbuatının yaranmasının və mütəşəkkil olaraq fəaliyyətinin nə kimi müsbət tərəfləri var? İstər keçmiş dövr olsun, istərsə də müasir zaman - hər ikisində məqsəd və məram eyni olaraq qalır. Uşaqlar üçün qəzet və jurnalların yaradılması, burada onların təhsilinə, dünyagörüşünə bilavasitə təsir göstərə biləcək informasiya və əyləncə yüklü məqalələrə yer verilməsi, Azərbaycan ədəbiyyatından seçmə nümunələr çap edilməsi, intellektual oyunlar, maraqlı hekayələr nəşr olunması artıq uşaqların bir şəxsiyyət kimi formalaşmalarına əhəmiyyətli dərəcədə təkan verən amillərdəndir. Psixoloqların fikrincə, kiçik yaşlarından bu qəzet və jurnalları oxumağa vərdiş edilən azyaşlılar sərbəst düşüncə tərzinin formalaşması, qərar vermə qabiliyyəti, təhsilə meyilli olmaları, daha yaxşı danışıq qabiliyyəti, sərbəst hərəkətləri ilə digər yaşıdlarından seçilirlər. Vətənpərvərlik duyğularının aşılanması, anaya, ailəyə, mənsub olduğu cəmiyyətə - ölkəyə olan sevginin dərinləşdirilməsi kimi mütərəqqi ideyalara yer verilməsi bu mətbu orqanların əsas iş prinsiplərini bəlli edir.

Bu baxımdandır ki, ölkəmizdə uşaq mətbuatının inkişafı ilə bağlı olaraq yeni layihələr işlənib hazırlanıb. Onlardan biri də "Uşaq mətbuatının inkişafı" layihəsidir. Layihədə mətbuatda uşaqlarla bağlı mövzulara yer ayrılması, ölkədə bu sahədə nəşr olunan jurnalların, eləcə də televiziyalarda uşaq verilişlərinin sayının artırılması kimi təkliflər yer alıb.

"Uşaqlar bizim gələcəyimizdir". Gözəl ifadədir. Ancaq gəlin görək, biz gələcəyimiz hesab etdiyimiz uşaqlarla bağlı müxtəlif sahələrdə - uşaq mətbuatı, uşaq kitabxanası, uşaq televiziyası, uşaq filimləri, eyni zamanda, cizgi filmləri və s. işlərin gedişatından nə qədər məlumatlıyıq? Və ya bu işlər hansı səviyyədə aparılır, nə kimi çətinliklər var, çətinliklərin aradan qaldırılması üçün nələri etmək lazımdır?

Bu suallara cavab tapmaq üçün Jurnalist Qadınlar Assosiasiyası tədbir də keçirib. Qurumun rəhbəri Sevil Yusifova konfransda uşaq mətbuatının tarixinə nəzər salıb və XX əsrin əvvəllərindən Azərbaycan ziyalılarının uşaq mətbuatına diqqət ayırdığını xatırladıb. O, bildirib ki, hələ keçən əsrin ilk illərində Azərbaycanda "Dəbistan", "Məktəb" adlı jurnallar işıq üzü görüb: "Uzun zaman uşaq mətbuatına Rəşid Qafur rəhbərlik edib. Sovet dövründə bu sahəyə xüsusi diqqət və qayğı göstərilib".

S.Yusifova hazırda uşaq mətbuatı və uşaq ədəbiyyatının nəşri və yayılmasında problemlərin olduğunu qeyd edib. "Uşaqların məlumatlı, hərtərəfli biliyə malik savadlı böyüməsində, onların istirahətinin düzgün və səmərəli bölünməsində, onlarda mütaliəyə, kitablara marağın artırılmasında uşaq mətbuatının nə qədər vacib olduğunu psixoloqlar da təsdiqləyir".

Sevil Yusifova bildirib ki, bu gün uşaq mətbuatının durumunun təhlili onu göstərir ki, ölkədə uşaq telekanalının yaradılmasına ehtiyac var: "Bu sahədə boşluğu yalnız uşaq televiziyasının açılması ilə doldurmaq olar". Tədbirdə çıxış edən millət vəkili, Respublika Uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, onun təmsil olunduğu komitə bir dövlət qurumu kimi təkliflər paketini qəbul etməyə hazırdır.

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə uşaq yazarları üçün müsabiqələrin keçirilməsini, nağılların diskə köçürülməsini, məktəblərin yaxınlığında kitab köşklərinin qoyulmasıni təklif edib.

"Tumurcuq" qəzetinin baş redaktoru Səməd Məlikzadənin sözlərinə görə, QHT-lər uşaqlarla bağlı layihələr həyata keçirirlər: "Yaxşı olardı ki, bu layihələrə uşaq mətbuatı da cəlb olunsun. Eyni zamanda, aidiyyatı qurumlar uşaq mətbuatına qrantlar ayırsalar, sadaladığımız problemlərin bir qisminin həllinə nail olmaq mümkündür".

 

Cavid

Xalq Cəbhəsi.- 2014.- 19 sentyabr.- S.11.