Ürək, qan-damar sistemi xəstəlikləri
Ölkəmizdə ölənlərin 51
faizi bu xəstəliklərdən dünyasını
dəyişir
Həyatı tərk edənlər də çoxalıb, ölüm nədənləri
də. Qəzaları, bədbəxt hadisələri
çıxsaq, vəfat
edənlərin çoxu
xəstəliklərin ucbatından
dünyasını dəyişir.
Hazırda Azərbaycanda ölümə
səbəb olan xəstəliklər sırasında
birinci yerdə qan dövranı sistemi xəstəlikləri
gəlir. Belə
ki, son 5-6 ildə ölkəmizdə bu xəstəlikdən hər
il 30 mindən çox, ümumilikdə isə 150 mindən artıq insan dünyasını dəyişib.
Azərbaycanda ölüm səbəbləri
sırasında ikinci sırada yenitörəmə
xəstəlikləri gəlir.
Söhbət şiş və
digər xəstəliklərdən
gedir. Həzm sistemi xəstəliklərindən
də ölənlərin
sayı nisbətən
yüksəkdir. Amma bir sevindirici hal var ki, Dövlət
Statistika Komitəsinin
məlumatında həzm
sistemindən ölənlərin
sayında son illər
azalma müşahidə
olunduğu bildirilir.
Travmalar,
zəhərlənmələr səbəbindən ölüm
halları da yüksəkdir. Belə ki,
2012-ci ildə 2467 nəfər
bu xəstəlikdən
dünyasını dəyişib.
Ölkədə xəstəliklərdən ölüm
hallarının artmasında
ekologiyanın, keyfiyyətsiz
qidaların, insanların
üzləşdikləri sosial
problemlərin rolunu qeyd etməyə dəyər. Bütün bunlar isə
insanlarda, ilk növbədə,
streslə, aqressiya ilə müşahidə edilir. Mütəxəssislər bildirir ki,
stress və aqressiya ilə mübarizədə
ən yaxşı üsul idman etməkdir. Eləcə də insanların
yedikləri qidalara diqqət etməsi də vacibdir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin
(USAID) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin
Gücləndirilməsi Layihəsi
və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi
tərəfindən "Azərbaycanda
qeyri-yoluxucu xəstəliklərlə
bağlı vəziyyət
və qeyri-yoluxucu xəstəliklərin risk faktorları"
mövzusunda aparılan
sorğunun nəticələrinə
görə, ölkəmizdə
ölənlərin 51 faizi
ürək qan-damar sistemi xəstəliklərindən
dünyasını dəyişir.
Bu, digər xəstəliklərlə
müqayisədə ən
yüksək rəqəmdir.
Beləliklə, Azərbaycanda vəfat
edən hər iki nəfərdən birinin ölümü ürəklə bağlıdır.
Qeyd edək
ki, ürək-damar sistemi xəstəliklərinin
əmələ gəlməsinin
əsas səbəbi arteriyanın divarının
qalınlaşması nəticəsində
ürək, beyin və digər üzvlərin qanla təchizatının pisləşməsidir. Xəstəliyin yaranma səbəbi kimi qeyri-düzgün qidalanma, fiziki hərəkətsizlik faktorları
əsas gətirilir.
Amma sirr deyil ki,
fiziki faktorlarla yanaşı sosial vəziyyət də bu xəstəliyinin yüksələn göstərici
ilə inkişafını
sürətləndirir.
Səhiyyə Nazirliyinin məlumatına
görə, 2012-ci ildə
ölkə üzrə
271 295 nəfər qan
dövranı xəstəliklərindən
əziyyət çəkib. Keçən
il 30 006 nəfər qan dövranı sistemi xəstəliklərindən dünyasını
dəyişib. Onların
15 207 nəfəri kişi, 14 799 isə nəfəri qadın olub. 2012-ci ildə
Azərbaycanda 0-13 yaşlı
insanlar arasında 15
982, 14-17 yaş arasında
olan insanlarda 4079, 18-19
yaş arasında olan insanlarda 21 983, 30 və daha yuxarı
yaşlı insanlar arasında isə 229 251 qan-damar dövranı sistemi xəstəliklərindən
əziyyət çəkən
xəstə olub.
Respublikada qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət
çəkən 0-13 yaşlı
xəstələrin 7243-ü, 14-17 yaşlı xəstələrin
1764-ü, 18-29 yaşlı xəstələrin 10 124-ü, 30 və daha yuxarı
yaşlı xəstələrin
isə 111 836-sı qadın
olub.
Cahangir Abdullayev adına
Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev mətbuata
müsahibəsində bildirib
ki, bütün dünya ölkələrində
olduğu kimi, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il
cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı
insanlarda miokard infarktına çox az, hətta
nadir hallarda təsadüf
olunurdusa, indi xəstələrin 30-35 faizində
infarkt bu yaşda əmələ gəlir. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Ümumilikdə infarktın baş
verməsi hallarına
daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində
qadın orqanizmi daha ciddi zədələnir.
Buna görə də
qadınlarda infarktdan sonra ölüm halları kişilərlə
müqayisədə çoxdur:
"Çünki qadın
orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində
ölə bilərlər.
Çünki onlarda zədələnmənin
dərəcəsi də
ağır olur və daha çox
fəsad yaranır.
Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi
yanaşırlar, kişilər
isə qorxurlar".
Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların
həyatları üçün
daha riskli olmasına gəldikdə,
Adil Baxşəliyev deyib ki, konkret
olaraq 40 yaşın kişilərin sağlamlığı
üçün riskli
olması ilə bağlı söylənilənlərin
heç bir elmi əsası yoxdur. Onun fikrincə, bu
fikir insanlarda qorxudan yaranıb. Buna görə də
kişilər 40 yaşı
özləri üçün
riskli yaş hesab edirlər. Ancaq ümumilikdə kişilərdə
45-50 yaşdan sonra riskli yaş dövrü başlayır.
Çünki 45-50 yaş arasında
olduqda artıq kişilər sağlamlıqlarında
müəyyən problemlərlə
üzləşirlər. Onlarda kişi
cinsi hormonlarının
aktivliyi çox aşağı düşür.
Burada siqaret çəkmənin,
stabil qazanc yolunun olmaması da rol oynayır.
Urbanizasiya prosesinin baş
verməsi də kişilərin həyat tərzinə mənfi təsir edir.
Qadınlar isə reproduktiv yaş mərhələsində
olduğu dövrdə,
qadın cinsi hormonları normal fəaliyyət
göstərdiyi müddətdə
onlarda ürək-damar
xəstəlikləri nəzərə
çarpmır. Bu hormonlar
qadınlara qoruyucu təsir edir, onlarda xolesterini aşağı salır, qan təzyiqinin qalxmasının qarşısını
alır. Eyni zamanda, orqanlarda piylənmə əmələ
gəlmir: "Əfsus
ki, indi qadınlarda 30-35 yaşdan
sonra, bəzilərində
isə 40-a yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman
aybaşı tsikli vaxtından qabaq kəsilir, menopauza dövrü başlayır.
Bəzən menopauza dövrü
çox uzun çəkir. Bu dövr
2-3 il, bəzən
hətta 20 ilədək
davam edir. Qadınların menopauza dövründən
başlayaraq çəkiləri
artır. Artıq çəki
də ürək-damar
sistemi xəstəliklərinin
əmələ gəlməsi
üçün münbit
şərait yaradır,
ateroskleroz güclənir.
Səhiyyə Nazirliyinin baş kardioloqu Faiq Quliyev bildirir ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri ilə
bağlı vəziyyət
heç də xarici ölkələrdənkindən
fərqlənmir. Xəstəliyin cavanlaşması və artmasının səbəblərindən biri
erkən diaqnostikanın
aparılmasıdır. Baş kardioloqun sözlərinə
görə, ürək-damar
sistemi xəstəliklərinin
baş verməsinə
səbəb olan risk faktorları ilə mübarizə dünya ölkələrində olduğu
kimi, Azərbaycanda da aparılır. Bu risk faktorları siqaret çəkmə, piylənmə, hipodinamiya,
artreial hipertenziyadır.
Faiq Quliyev qeyd edir
ki, "biz ayrı-ayrı
risk faktorlarını müqayisə etdikdə görürük ki, Azərbaycanda Avropa ilə müqayisədə
siqaret çəkmə
daha çoxdur. Ancaq Hindistan, Çinlə müqayisədə
azdır. Risk faktorlarını bir-biri ilə müqayisə etmək, onlardan hansının daha üstün rol oynadığını demək
çətindir".
Kəskin beyin qan-damar xəstəliyinə düçar
olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan vəfat
edir. Həkim-nevropatoloq Maya Nəbiyevanın sözlərinə
görə, beynin qan-damar xəstəlikləri sinir sisteminin
geniş yayılan xəstəliklərindən biridir. Yaşlı adamlar arasında ölüm
hallarının 50 faizi bu xəstəliklər nəticəsində
baş verir. Kəskin beyin qan-damar xəstəliyinə
düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin
insultundan dünyasını dəyişir. Son zamanlar insanlar arasında beynin qan-damar xəstəliklərindən
əziyyət çəkənlərin sayı xeyli artıb.
İndi bu xəstəliklərə nəinki
yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf
edilir. Beynində qan-damar xəstəlikləri
olanların bir qismi dünyasını dəyişir, əksər
hissəsi isə əlil qalır. Beyində
damar pozğunluğunun əmələ gəlməsində
hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin,
revmatizm nəticəsində törəyən infeksion
virusların, anadangəlmə damar anomaliyalarının, psixi
və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür.
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin
əmələ gəlməsinin əsas səbəbi
arteriyanın divarının qalınlaşması nəticəsində
ürək, beyin və digər üzvlərin qanla təchizatının
pisləşməsidir. Xəstəliyin yaranma səbəbi kimi
qeyri-düzgün qidalanma, fiziki hərəkətsizlik
faktorları əsas gətirilir. Amma sirr
deyil ki, fiziki faktorlarla yanaşı sosial vəziyyət də
bu xəstəliyinin yüksələn göstərici ilə
inkişafını sürətləndirir.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu,
ciddi ailə problemimizin olması ilə bağlı məsələdir. Sosioloqun fikrincə, əksər
Azərbaycan ailəsində gərginlik yaşanır:
"Bunu etiraf etsək də, etməsək də, ciddi bir
problemlə qarşı-qarşıyayıq. Mühitin
təsirindən ortaya çıxa bilən gərginliyi
iqtisadi və ya mənəvi amillər də yarada bilər.
Təbii ki, gərginlik yaşanan ailədə
ürək qan-damar sistemi xəstəliyi də inkişaf edəcək.
Çünki ev elə bir yerdir ki, orda
insan maksimum rahatlıq tapmalı, gün ərzində işdə
yığdığı gərginlikdən azad
olmalıdır. Bu, evdə mümkün
olmayanda, gərginlik yaşananda təbii ki, insanın ürəyi
dözməyəcək".
Sosioloq
deyir ki, ürək qan-damar xəstəliklərinin
inkişafına təsir edən digər amil qida mədəniyyətinin
yoxluğudur: "Açığını demək
lazımdırsa, biz düzgün qidalana bilmirik, biz nəyi nəylə
yemək olar-olmaz, bunu da bilmirik. Qida mədəniyyəti
barədə çoxumuzun təsəvvürü zəifdir".
Əhməd Qəşəmoğlu bildirdi ki, ürək xəstəliyinin
yaranmasına və artmasına digər səbəb istirahət
seçiminin düzgün olmamasıdır: "Baxın, bəzən
gülüb ələ saldığımız İranda necə
istirahət edirlər. Həftənin istirahət
günləri onlar qohumlara qonaq gedir, birlikdə vaxt
keçirirlər. Belə olduqda stress, gərginlik
azalır. Amma bizdə necədir? Bizim cəmiyyətdə meşşanlıq
artır, insanlar bir-birinə badalaq gəlir, əsəb yaradan
hərəkətlə qarşılaşırıq. Təbii ki, sonu ürəyə, qan-damara zərbə
ilə nəticələnəcək".
İqtisadçı-ekspert
Vüqar Abbasov deyir ki, bütün xəstəliklərin təməli
qeyri-düzgün həyat tərzindən başlayır:
"Qeyri-düzgün həyat tərzi sosial və iqtisadi
problemlərin çoxluğundan əmələ gəlir.
Düzdür, çox az qisim var ki, maddi
durumu yaxşıdır, ancaq bu xəstəlikdən əziyyət
çəkir. Güman ki, o da qida mədəniyyəti
baxımından kasıbdır". Ekspert deyir ki, məsələ
ikitərəflidir: "Birincisi, maddi problemlər yaşayan,
sosial vəziyyəti aşağı insan standart həyat
göstəriciləri yarıtmaz olan çox şeydən məhrum
qalır, buna qidalanmadan tutmuş ev şəraitinin
yaxşı olmaması da daxildir. İkincisi,
iqtisadi vəziyyəti yaxşılaşdırmaq
üçün davamlı işləməsi, daha çox pul
qazanmaq naminə istirahətsiz qalmasıdır. Beləliklə,
işdə gərginlik, yorğunluq, stress alan insan evə gələndə
evdəki problemləri də görür və vəziyyət
ürək problemi, qan-damar xəstəlikləri ilə nəticələnir".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 25 sentyabr.- S.13.