İnternetdə yaradıcı azadlıq və
insan hüquqlarının qorunması problemi
Söz və mətbuat
azadlığı, sosial
şəbəkələrdə sərbəst şəkildə
öz fikirlərini ifadə etmək imkanları başqalarının
hüquqlarını pozmamalıdır
Yaşadığımız müasir dövr informasiya cəmiyyəti adlandırılır. İnformasiya cəmiyyətinin qurulmasının
əsas vəzifələrinə
onun hüquqi əsaslarının yaradılması,
insan resurslarının
inkişafı, vətəndaşların
məlumat almaq və istifadə etmək hüquqları, plüralizmin inkişafı,
xüsusən ölkənin
intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması,
müasir informasiya-kommunikasiya
infrastrukturunun yaradılması,
milli elektron informasiya fəzasının
formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin
edilməsi kimi məsələlər daxildir.
Son illər ölkəmizdə
İKT sektoru dinamik inkişaf edir və iqtisadiyyatın inkişafında priaritet sahələrdən biridir. Dövlət qeyri-neft sektorunda bu sahənin inkişafını xüsusilə
dəstəkləyir və
stimullaşdırır. İqtisadi və sosial sahələrin bütün istiqamətlərində
davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində
də dünyanın sürətlə inkişaf
edən ölkələri
səviyyəsinə yüksəlib.
Respublikada İKT cəmiyyətin həyatına dərindən
nüfuz edib. Əhalinin 70
faizi internet, onların
yarısı isə genişzolaqlı internetdən
istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.
Azərbaycanda hər il keçirilən
"BakuTel" beynəlxalq
sərgi və konfransı müxtəlif
ölkələri təmsil
edən təşkilatların,
alim və mütəxəssislərin bir
araya gələrək
öz ideyalarını
bölüşməsi, işgüzar
əlaqələri genişləndirməsi,
qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış
olması üçün
əlverişli imkan yaradır.
Hazırda cəmiyyətin müxtəlif
sferalarında informasiya-kommunikasiya
texnologiyalarının (İKT) geniş tətbiqi İnternetdə və informasiya cəmiyyətində
insan hüquqlarının
qorunmasını, informasiya
təhlükəsizliyi məsələsini
də ön plana çıxarır. Ümumiyyətlə, cəmiyyətin bütün
sahələrinin və
insanların İKT-dən
asılılığı gücləndikcə informasiya
təhlükəsizliyinin əhəmiyyəti
özünü daha çox büruzə verir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrindən biri
kimi informasiya təhlükəsizliyi dövlətin,
cəmiyyətin və
şəxsiyyətin təhlükəsizliyinin,
insan hüquqlarının
təmin edilməsinin
əsas istiqamətlərindən
birinə çevrilir.
Əslində söz və mətbuat azadlığı,
sosial şəbəkələrdə
sərbəst şəkildə
öz fikirlərini ifadə etmək imkanları başqalarının
hüquqlarını pozmamalıdır. Yaradıcı azadlıq, İnternetin geniş imkanları heç kəsə başqalarını təhqir
etmək, işgüzar
nüfuzunu aşağı
salmaq, etiq normaları pozmaq hüququ vermir. Məhz İnternetin indiki belə geniş azadlığı və informasiya cəmiyyəti şəraitində insan hüquqlarının qorunması
məsələsi daha
da aktuallaşır.
Məsələ ondadır ki,
cəmiyyət informasiyalaşdıqca
insanlar da informasiyadan daha artıq dərəcədə
asılı vəziyyətə
düşürlər. İnternetdə və informasiya
cəmiyyətində insan
hüquqlarının təmin
olunmaması isə cəmiyyət üçün
böyük fəsadlar
törədə bilər.
Hər hansı ölkədə bu məsələ dövlətin, cəmiyyətin
və vətəndaşların
maraqlarının balanslı
nisbəti əsasında
müəyyənləşir.
Cəmiyyətin təhlükəsizliyinin əsas
komponentlərindən biri
kimi informasiya təhlükəsizliyinin vəzifələri
informasiyanın konfidensiallığı,
tamlığı, əlyetərliliyi
və ziyanlı kontentlərlə mübarizədir. Cəmiyyətin
informasiya təhlükəsizliyinin
təmin olunması üçün zəruri
olan tədbirlər milli normativ-hüquqi bazanın formalaşdırılması,
təhlükəsizlik siyasətinin
işlənilməsi və
reallaşdırılması, xüsusi texnologiyaların
tətbiqi, ölkə
və
korporativ səviyyədə
informasiya təhlükəsizliyinin
monitorinqi və menecmentinin aparılması,
kadr hazırlığı,
əhalinin maarifləndirilməsi
və vətəndaşlarda
informasiya mədəniyyətinin
tərkib hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması mühüm məsələlərdir.
Azərbaycanda informasiya təhlükəsizliyi
məsələləri milli
təhlükəsizliyin əsas
tərkib hissələrindən
biridir və bu sahədə normativ-hüquqi bazanın
formalaşması informasiya
cəmiyyəti quruculuğunda
prioritet məsələlərdən
hesab olunur. Ölkəmizdə informasiya təhlükəsizliyinin
təmin edilməsinin
qanunvericilik bazasının
formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində
bir sıra mühüm qanunlar, normativ-hüquqi aktlar qəbul edilib. Bunlara misal olaraq
2007-ci ildə qəbul
olunmuş "Azərbaycan
Respublikasının Milli
Təhlükəsizlik Konsepsiyası"nı,
eləcə də,
"İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında",
"Dövlət sirri
haqqında", "Elektron
sənəd və elektron imza haqqında",
"Elektron ticarət
haqqında", "İnformasiya
əldə etmək haqqında", "Telekommunikasiya
haqqında" qanunları
və s. göstərmək
olar
İnformasiya texnologiyalarının inkişafı və istifadəçilərinin sayının sürətlə çoxalması ilə yanaşı informasiya təhlükəsizliyi sistemlərində baş verən anomal hadisələrə, İnternetdə insan hüquqlarına zidd qeyri-qanuni hərəkətlərə də rast gəlinir. Hər bir insanın dünya görüşü, yaşadığı mühit, psixoloji durumundan asılı olaraq cəmiyyət qarşısında məsuliyyətini itirməsi bəzən başqalarının hüququnun pozulması ilə nəticələnir. Təbii ki, insan amilinə bağlı olan bu cüm problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasını zəruri edir. İnternet şəbəkəsindən istifadə mədəniyyətini formalaşdırmaq, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, başqalarının şərəf və ləyaqətini aşağılamamaq üçün İnternet istifadəçiləri dünyada qəbul olunmuş müasir və sivil mədəniyyət normalarını mənimsəməlidilər.
Digər bir mühüm məsələ vətəndaşların şəxsi və ailə həyatı ilə bağlı toplanan, emal olunan və ötürülən məlumatların mühafizə olunması ilə bağlıdır. Bir sıra ölkələrdə İnsan Hüquqları Haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin həyata keçirilmə vəziyyətinin monitorinqi məqsədi ilə "informasiya ombudsmanı", "informasiya telekommunikasiya ombudsmanı" kimi institutlar fəaliyyət göstərir. Başqa sözlə, informasiya ombudsmanları, bir tərəfdən, informasiya azadlığının, digər tərəfdən isə, fərdi məlumatların mühafizə vəziyyətinin monitorinqini həyata keçirir. İnformasiya cəmiyyəti quruculuğu prosesində ölkədə formalaşan fərdi məlumatlar infrastrukturu ən önəmli məsələlərdən birini təşkil edir. Ölkəmizdə 2010-cu ildə "Fərdi məlumatlar haqqında" qanun qəbul olunub və hazırda qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə müvafiq işlər aparılır. Bu sahədə dünyada olan mövcud təcrübəni nəzərə alaraq ölkəmiz Avropa Şurasının 1981-ci il tarixli "Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında" Konvensiyasına da (108 saylı Konvensiya) qoşulub.
Cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında biometrik informasiya texnologiyaları böyük imkanlara malikdir. Təcrübədən məlumdur ki, informasiya-kommunikasiya sistemlərində, xüsusən də, İnternet mühitində baş verən cinayətlərin, qeyri-etik davranışın əsas səbəblərindən biri istifadəçilərin zəruri hallarda identifikasiyası mexanizmlərinin mükəmməl olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra BMT-nin Təhlükəsizlik Şurası insanların onlara məxsus biometrik məlumatlara əsasən identifikasiyasının həyata keçirilməsi, yeni nəsil sənədlərin tətbiqi haqqında qətnamə qəbul etmişdir. 2007-ci ildə Azərbaycanda da "Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında" Dövlət Proqramı qəbul olunmuşdur. Hesab etmək olar ki, yaxın gələcəkdə on-layn biometrik servislərin tətbiqi cəmiyyətin təhlükəsizliyinin, İnternetdə insan hüquqlarının yüksək səviyyədə təmin olunması üçün geniş imkanlar yaradacaq.
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında İnternet provayderlərinin də rolu böyükdür və onların üzərinə mühüm vəzifələr qoyulur. Bu gün ölkə üzrə təxminən 40-a yaxın provayder tərəfindən İnternet xidmətləri göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi, əsasən, bu provayderlərdən və onların administratorlarından asılıdır. Ona görə də onların məsuliyyəti hüquqi mexanizmlərlə təsbit olunmalıdır. İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Ümumdünya Sammitinin yekun Bəyannaməsində, beynəlxalq qurumların, Avropa Birliyinin və inkişaf etmiş ölkələrin qəbul etdiyi hüquqi sənədlərdə şəbəkə operatorları və İnternet-provayderlərin qarşısında mühüm vəzifələr qoyulur.
Mühüm məsələlərdən biri də elektron dövlət proqramlarının reallaşdırılması zamanı təhlükəsizlik məsələlərinin təmin edilməsidir. Həyata keçirilən elektron dövlət proqramlarının məqsədlərinə hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, səmərəliliyin yüksəldilməsi, informasiya azadlığının, demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunması, vətəndaşların (fiziki imkanlarından asılı olmadan) dövlətin idarə edilməsində yaxından iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsi və s. aid etmək olar. Bir sözlə, Azərbaycanda informasiya resurslarından və texnologiyalarından, o cümlədən İnternetdən istifadə zamanı insan hüquqlarının qorunması, o cümlədən, fərdi məlumatların toxunulmazlığı və söz azadlığının da təmin olunması dövrümüzün aktual məsələsidir.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 30 sentyabr.- S.11.