Turizm sektorunun qiymət problemi

Vüqar Bayramov: Turizm obyektlərində qiymətlərin baha olması birbaşa turizmlə bağlı problemdir

Turizm obyektlərində xidməti qiymətlərin baha olması ilə bağlı problem atual olaraq qalır. Azərbaycan vətəndaşları qiymətlərin baha olmasından şikyətlənir, Türkiyədə ya Gürcüstanda, həmçinin digər ölkələrdə istirahətə daha çox üstünlük verirlər.

Maraqlıdır, Azərbaycan turizm sektorunda qiymətləri kim necə müəyyənləşdirir? İstirahət komplekslərində xidmət qiymətləri reallığa dərəcədə uyğundur? Bu sahədə rəqabəti gücləndirmək üçün hansı addımlar atılmalıdır?

Turizmə Dəstək Gənclər Koalisiyasının sədri Ramiz Alıyev bildirdi ki, ölkəmizdə istər turizm, istərsə digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahələrdə qiymətlərə dövlət tərəfindən kəskin təsirlər olmur: Ona görə ki, azad sahibkarlıq fəaliyyəti mövcuddur. Dövlət süni qiymət artımı ilə bağlı manitorinqlər aparır belə hallar olarsa cəza tədbirlərin görür. Turizm sahəsi birbaşa Mədəniyyət Turizm Nazirliyinə aid olan bir sahə olduğu üçün burada monitorinqləri məhz qeyd etdiyimiz dövlət qrumumunun müvafiq idarələri aparır. Dəfələrlə olub ki, monitorinqlər zamanı belə hallar aşkarlanıb aidiyyatı qurum tərəfindən cəza tədbirləri görülüb. Ancaq təbii ki, azad sahibkarlıq olduğuna görə, qiymətləri sahibkarlar özləri müəyyənləşdirir tətbiq edir. Süni qiymət artımı olduqda dövlət müdaxilə etməyə məcbur qalır.

O, həmçinin əlavə edib ki, ölkəmizdə turizm yeni bir sahə olduğuna görə, burada xidmətlə bağlı xeyli problemlər var: Ancaq bu problemlər azalamaqdadır. Turizm Univeristeti, turizm kollecləri turizmlə bağlı yeni yaradılmış peşə məktəbləri problemlərin azalmasına şərait yaradır. Bir neçə ildən sonra problemlər öz həllini tapacaq. Ona görə ki, ölkəmizdə müasir tələblərə cavab verən otellərin istifadəyə verilməsi nəticəsində turizm sahəsində bir canlanmma yaranıb, bir çox insanlar orada işləmək arzusundadır. Bunun üçün ali, orta peşə məktəbləri var ki, həmin gənclər orada yüksək təhsil əldə etmək ikanı qazanırlar.

Ramiz Alıyevin sözlərinə görə, ümumiyyətlə turizm sahəsində inkişafı görmək istəyiriksə, ölkəmizin turizmi təbliğ edilməlidir: Yeni-yeni verlişlər, reklam çarxları olmalıdır ki, həm ölkə əhalisi, həm ölkəmizə gəlmək arzusunda olan turistlər daha da həvəslə ölkəmizə gəlsinlər. Bu sahədə rəqabəti artırmaq üçün düşünürəm ki, xidməti daha da keyfiyyətli etmək lazımdır ki, hər kəs dincəlmək istədiyi yerdə rahatlıq tapma bilsin. Ən əsası da qiymətlərlə bağlı Düşünürəm ki, bizim sahibkarlar bir daha düşünməlidirlər. Elə qiymətlər müəyyənləşdirməlidirlər ki, ölkə əhalisinin böyük əksəriyyəti itirahətini məhz ölkə daxilində etməyi üstün tutsun. Belə olan halda xarici turistlərin ölkəmizə daha çox gəlməsi müşahidə olunacaq. Azərbaycan həm tarixi-mədəni abidələrlə zəngindir, həm ölkəmizdə olan otellər müasir tələblərə uyğundur.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Gülnar İsmayılova bildirib ki, Azərbaycanda turizm sektoru qənaətbəxş hesab olunmur. Azərbaycan Dünya İqtisadi Forumunun Səyahət turizm Rəqabət davamlılığı indeksi 2013″ hesabatına əsasən dünyanın 140 ölkəsi arasında 78-ci yeri tutur: Ölkəyə gələn turistlərin sayının az olması ilə yanaşı ölkə əhalisinin çox hissəsi istirahət üçün xarici ölkələrə üz tuturlar. Buna əsas səbəb kimi xidmət haqlarının yüksək olması, bu sahədə çalışanların peşəkarlıq səviyyəsinin aşağı olmasını qeyd etmək olar. Kadrların peşəkarlıq dərəcəsini artırması üçün tədbirlər görülsə bu məsələ hələdə problem olaraq qalmaqdadır.

Ekspertin sözlərinə görə, turizm sektorunu daha önəmli problemlərindən biriturizm günlərinin azlığıdır, yəni turizm şirkətləri əsasən bir neçə ay yay mövsümündə fəaliyyət göstərir, qış turizm mərkəzlərinin az olması ümumiyyətlə sektorun inkişafını zəiflədir. Bölgələrdə turizmi mövsümi deyil, daimi təşkil etmək lazımdır. Turizm sektorunda əsas təmsilçilərdən biriturizm şirkətləridir. Bəzən turizm şirkətlərinin müştəriləri aldatması halları baş verir. Belə ki, turizm şirkətləri qiymətləri suni şəkildə aşağı salır (dempinq) və bu zaman müştəri ona vəd edilən xidmətlərin reallıqla üst-üstə düşmədiyinin, xidmətlərin reklam çarxlarında göstəriləndən aşağı olması ilə rastlaşırlar. İstehlakçıların hüquqlarının pozulması hallarına qarşı dövlət tərəfindən konkret qanunlar tətbiq olunmalıdır. Bu kimi problemlərlə müştərilərin qarşılaşmaması üçün əvvəlcədən sifariş müqavilələri bağlanmalı, müqavilədə otelin kateqoriyası, nəqliyyatın növü, yemək sistemi və digər xidmətlər haqqında informasiya yazılmalıdır.

İqtisadçi-ekspert Vüqar Bayramov turizm obyektlərində qiymətlərin baha olmasını birbaşa turizmlə bağlı problem adlandırıb: Bu sahədə qiymətlərin yüksək olması turizm sektoruna güzəştlərin az olması ilə bağlı olan məsələlərdir. Müxtəlif ölkələrdə turizm sahəsi prioritet sektorlardan hesab olunur. Turizim sektoru prioritet sahələrdən hesab olunduğu üçün ona mütəmadi dövlət dəstəyinin verilməsinə ehtiyac böyükdür. Şərqi Avropa ölkələrində olduğu kimi bizdə də, bu sahəyə dəstək verilməlidir.

İqtisadçı ekspert bir sıra ölkələrdə əlavə dəyər vergisinə edilən güzəştlərin analojı tətbiqinin Azərbaycanda da tətbiq olunmasına ehtiyac olduğunu qeyd edib: Şərqi Avropa ölkələri təcrübəsi göstərir ki, bu sektora ayrılan əlavə dəyər vergisində güzəştlərin edilməsi xeyirlidir. Əlavə dəyər vergisinə güzəştlərin tətbiqi birbaşa bu sektorda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olar. Söhbət əlbəttə ki, əlavə dəyər vergisinin tam olaraq ləğvindən getmir. Sadəcə əlavə dəyər verginin həcmində müəyyən güzəştlər olunmalıdır. Hansıkı bu təcrübə Gürcüstanda, Şərqi Avropa ölkələrində tətbiq olunub. Şərqi Avropa ölkələrində, məsələn Rumıniyada əlavə dəyər vergisi 18% olsa da, bu ölkədə turizm sektorunda çalışan şirkətlər əlavə dəyər vergisinə 7%-lə cəlb olunurlar. Bu, birmənalı şəkildə imkan verir ki, praktik olaraq turizm sektorunda fəaliyyət göstərən şirkətlərin xərclərin azaldılmasına nail olunsun. Bu da nəticə etibarilə turizm sektorunda qiymətlərin tənzimlənmsinə və bu sahənin rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Azərbaycan isə nəinki xarici turistlərin, hətta yerli turistlərin cəlb olunması baxımından olan rəqabətdə də uduzur. Bu da qiymətlərə bağlıdır.

Əgər bizdə turizmə tətbiq olunan əlavə dəyər vergisinə güzəşt olunarsa, bu, birmənalı şəkildə qiymətlərin aşağı düşməsinə, xarici turizm axının məhz ölkəmizə yönəlməsinə imkan verəcək. Qonşu Gürcüstan və Türkiyədə dincələn turistlərin Azərbaycana gəlməsi də artacaq.

 

Əli

Xalq Cəbhəsi.- 2014.- 9 yanvar.- S.9.