Ədəbiyyat İnstitutunun 80 illik yubileyi

 

Nərgiz Paşayeva: «Ədəbiyyatımızı dünyaya lazımi səviyyədə təqdim etməyi bacarmamışıq»

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub.

APA-nın xəbərinə görə, yubiley mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Ədəbiyyat İnstitutu tarixin bütün dövrlərində Azərbaycanda ədəbiyyatşünaslıq elminin, humanitar düşüncə milli ideologiyanın inkişafında böyük xidmətləri olub.

Onun sözlərinə görə, keçmiş sovet ideologiyasının ən sərt dövrlərində belə ədəbiyyat ədəbiyyatşünaslıq elmi milli birlik, vətənpərvərlik ideyalarının qorunub saxlanmasında xidmət göstərə bilib: «Akademiyanın institutu da ədəbiyyat, dil, mədəni inkişafa öz təsirlərini göstərib. Ədəbiyyat İnstitutu fəaliyyəti dövründə Azərbaycana bir çox görkəmli alimlər bəxş edib. Son dövrlərdə institutda baş verən yeniliklər ədəbiyyatşünaslığın inkişafına imkan yaradacaq».

Ədəbiyyat İnstitutunun direktor əvəzi, akademik İsa Həbibbəyli bildirib ki, elmi müəssisə müstəqil Azərbaycan dövlətinin elm ədəbiyyat siyasətinin həyata keçirilməsində özünəməxsus işlər görüb. Onun sözlərinə görə, burada ictimai humanitar elmlər, ədəbiyyatşünaslığın inkişafı bir sıra mərhələlərdə həyata keçirilib: «Ədəbiyyat İnstitutu əməkdaşlarının səyləri nəticəsində «Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi» adlı 7 cildlik əsər yazılır. Bunun 4 cildi artıq işıq üzü görüb, digər 3 cild isə hazırlanmaq üzrədir».

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirib ki, ədəbiyyat böyük düha aləmdir. Onun sözlərinə görə, ədəbiyyat xalqları, fikirləri, insaniyyəti birləşdirir: «Bədii söz insanı göylərə ucaldır, ruh verir, mənən zənginləşdirir, daxilən təmizləyir, elmi şərh isə insanı ədalətə, yerdəki qanunlara bağlayır. Bu da qanunların ali, ədalətli olmasına gətirib çıxarır. Bütün bunlar isə ədəbiyyatın, sözün, bədii fikrin gücüdür. Dünyada ədəbiyyat qədər ictimai fikrə, insana, cəmiyyətə təsir edən ikinci güc, silah yoxdur». Tədbirin davamında çıxış edən alimlər, ziyalılar da Ədəbiyyat İnstitutunun tarixi barədə fikirlərini bölüşüb təbriklərini çatdırıblar.

«Əsrlər boyu Azərbaycan ədəbiyyatı özünün böyük dühasını göstərib. Amma bəzən dünya çərçivəsində, böyük arenada biz öz ədəbiyyatımızı lazımi səviyyədə təqdim etməyi bacarmamışıq». APA-nın xəbərinə görə, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində çıxışı zamanı deyib.

N.Paşayeva arzu edib ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyəri, unikal mövqeyi dünyada təqdim olunsun. O bildirib ki, tarixin hər bir mərhələsində bizim ədəbiyyat bir çox xalqları özündə birləşdirə inkişaf etdirə bilib: «Azərbaycan ədəbiyyatını bir çox bucaqlar daxilində nəzər bucaqları qismində araşdırmalıyıq. İlk növbədə ona görə ki, Azərbaycan ədəbiyyatı tək Azərbaycan ədəbiyyatı olaraq kifayətlənmir, məhdudlaşmır. Bu, özündə bir çox elmi bədii fikirləri ehtiva etməyi bacarıb. Buraya həm qədim qərb, həm yaxın şərq, həm orta əsərlər, həm XIX-XX əsrlərə aid ədəbi tarixlər daxildir. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmayıb. Onun dühaları, simaları yaxın orta şərq fikrini, mədəniyyətini özlərində cəmləşdirib. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıdıb. Əgər XVIII-XIX əsrdə Avropa müasirpərvərləri insanın cəmiyyətin azadlığını maarifdə görürdüsə, bunu hələ XII əsrdə Nizami Gəncəvi görüb ədəbiyyatda qeyd etmişdi. Bu, böyük bir material zənginlikdir. Bəzən biz özümüz qədər varlı zəngin olduğumuzu bilmirik. Bu irsi təqdim və təqlid etmək isə bizim borcumuzdur».

 

Xalq Cəbhəsi.- 2014.- 18 yanvar.- S.15.