«Ermənistan Cakartada səfirlik açmağa səy göstərir»

 

Elmar İskəndərov: «Ermənistan hökumətinin sorğu qrupu hazırda Cakartada Ermənistan səfirliyi açmaq üçün ərazi axtarır»

İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti, azərbaycanlı tələbə Elmar İskəndərovun BayMedia-ya eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik

- Elmar bəy, İndoneziyada Azərbaycanı necə tanıyırlar?

- İndoneziyada Azərbaycanı son dövrlərə kimi yaxşı tanımırdılar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat var idi. İlk dəfə İndoneziya Respublikasına səfərim 2008-ci ildə olub. Bu səfər İndoneziya Xarici İşlər Hazirliyinin xətti ilə həyata keçirilən dövlət proqramı nəticəsində baş tutdu. 2008-ci ildə Azərbaycandan olduğunu deyəndə gərək Türkiyə, Rusiya Xəzər dənizi regionunda yerləşdiyini qeyd etmək zəruri idi. Çünki çox insanın, xüsusilə gənc nəslin Azərbaycan haqqında təsəvvürü belə yox idi. 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin dövlət təqaüdünü yenidən qazandım hazırda Beynəlxalq Münasibətlər siyasi elmlər üzrə aparıcı universitetlərindən birində magistr təhsilimi davam etdirirəm. O gündən ölkəmizin burada tanınması istiqamətində çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu ilk növbədə ölkəmizin regionda dünyada qazandığı uğurlar ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların konfransların keçirilməsi ilə əlaqəlidi. Burda təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə regionun digər ölkələrində keçirilən dövlət beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. 2013-cü ildə İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 150 beynəlxalq tələbə arasında İndoneziya dilində keçirilən debat yarışlarında mənim təmsil etdiyim universitet rəhbərlik etdiyim komanda qalib gəldi bütün qitələrdən mindən çox tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bu hadisə istər İndoneziya mediasında, istərsə Azərbaycan mediasında geniş işıqlandırıldı, çünki bu təşkilata Azərbaycanlı ilk dəfə rəhbər seçildi. Bununla da, istər İndoneziya cəmiyyəti arasında, istərsə sosial siyasi həyatının bütün sahələrində daha da aktiv iştirak etməyə davam etdim. Çox sevindirici haldır ki, artıq İndoneziya xalqı arasında Azərbaycanlı olduğunu deyəndə böyük hörmət fərəhlə qarşılayırlar.

- Bildiyiniz kimi, İndoneziya Azərbaycan həqiqətlərinə dəstək verən müsəlman dövlətlərindən biridir. Ölkə siyasilərinin Dağlıq Qarabağ məsələsinin həllinə baxışı nədən ibarətdir?

- Azərbaycan-İndoneziya münasibətləri haqqında çox yazmaq olar. Bu  barədə hazırda təhsil aldığım universitetdə məqaləm dərc edilib. İlk öncə, İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulub. Son dövrlərdə İndoneziya Azərbaycan arasında münasibətlər daha da intensivləşib. Bircə onu qeyd etmək kifayətdir ki, 2012-ci il statistikasına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları təşkil edib bununla İndoneziya Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib bu gün bu göstərici durmadan artır. Siyasi müstəvidə istər BMT, istərsə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İndoneziya bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım günü qeyd edilir. Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində, bu ölkənin qanunverici orqanı olan İndoneziya Respublikasının Parlamenti tərəfindən rəsmən tanınır bu məsələyə İndoneziya hər zaman bütün beynəxlaq konfranslarda öz qətiyyətli mövqeyini dəstəyini bildirib. İndoneziyanın bu qətiyyətli mövqeyi, İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie ilə bu yaxınlarda görüşümüz zamanı da bir daha səsləndi çox dəyərli bəyanatlarla yadda qaldı. İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının Sədri cənab Marzuki Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü səhhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini bildirib. O bildirdi ki, onun mövqeyi İndoneziya xalqının mövqeyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 884 saylı qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunun təcavüzünə işğalına son qoyulmasını Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu digər ərazilərindən çıxarılmasını tələb edir. Cənab Marzuki Alie sonda qeyd etdi ki, İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində Xocalı Soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini haqlı mövqeyini bütünlüklə dəstəkləyir. Bu, İndoneziya Respublikasının dövlət beynəlxalq konfranslarda səsləndirdiyi rəsmi mövqeyidir.

- İndoneziyada qədər azərbaycanlı tələbə təhsil alır onların fəallığı hansı səviyyədədir?

- İndoneziyada Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm Azərbaycanlı Tələbələr Assosiasiyasının sədriyəm. Bu etimadı mənə İndoneziya Respublikasının Təhsil Nazirliyi göstərib. Qeyd etməliyəm ki, hər il İndoneziyaya gələn Azərbaycanlı tələbələrin sayı artmaqdadır. Əvvəllər bəzi şəhərlərdə bir-iki tələbə olardısa, hazırda təkcə mənim təhsil aldığım universitetin kampuslarında beş Azərbaycanlı tələbə bakalavr təhsili alır. Ümumiyyətlə isə, İndoneziyada Azərbaycanlı tələbələrin sayı otuz nəfərdən çoxdur. Kəmiyyət az görünə bilər, amma keyfiyyət kifayət qədər yüksəkdir. Azərbaycanlı tələbələr İndoneziyada çox aktivdirlər. Bu yaxınlarda İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 77 ölkədən beynəlxalq tələbələrin sammiti keçirildi. Həmin sammitdə Azərbaycanlı tələbələr iştirak edirdi. Daha öncə qeyd etdiyim kimi, bu sammitdə böyük uğur qazandıq.

Azərbaycanı İndoneziyada layiqincə təmsil etmək üçün orta məktəblərdə, universitetlərdə tez-tez Azərbaycan haqqında təqdimatlar təşkil etdiririk, digər ölkələrin iştirak etdiyi mədəniyyət festivallarında Azərbaycan stendi öz milli keyfiyyətləri ilə hər zaman fərqlənir. İstər İndoneziya cəmiyyəti, istərsə xarici tələbələr tərəfindən bayramlarımız milli geyimlərimiz, xüsusilə Novruz bayramı çox böyük maraqla qarşılanır. Azərbaycan Türk dilinə çox böyük marağın yarandığı üçün təhsil aldığım universitetdə könüllü Azərbaycan Türk dilləri kursları keçirik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı Xocalı Soyqırımı haqqında həm İndoneziya cəmiyyətini, həm beynəlxalq tələbələri məlumatlandırmaq üçün tədbirlər keçiririk hər il səfirliyin keçirdiyi tədbirlərə xarici tələbləri dəvət edirik. Bundan əlavə, tez-tez yerli televiziya radio verlişlərinə dəvət olunuram Azərbaycan haqqında məlumatlar verirəm.

- Ermənilərin fəallığı hiss olunurmu?

- Erməniləri Azərbaycanın bu ölkədə aktiv olması qısqandırmaya bilməzdi. Çünki, bir sıra beynəlxalq konfranslarda İndoneziyanın Azərbaycanı dəstəkləməsi və Ermənistanı Dağlıq Qarabağı işğal etdiyinə və Xocalı Soyqırımını törətdiyinə görə qınaması, Ermənistana qarşı qətnamələrin qəbulunda fəal iştirakı Ermənistanı ciddi narahat edir. Bir neçə ildir ki, Ermənistan Cakartada səfirlik açmağa böyük səylər göstərir. Lakin, Azərbaycan Respublikasının xarici siyasətinin uğuru və İndoneziyanın Azərbaycanla dostluq münasibətlərinə üstünlük verməsi bunun qarşısını alıb. Ancaq, son dövrlər ermənilərin burda səfirlik açma planları yenidən gündəmə gəlib və bu məsələdə böyük səylər göstərməyə başlayıblar. Ermənistan hökumətinin sorğu qrupu hazırda Cakartada Ermənistan səfirliyi açmaq üçün ərazi axtarır və bu il Ermənistan səfirliyinin Cakartada açılması təxmin edilir. Lakin, İndoneziya Respublikasının Parlamenti, həm İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının 1-ci Komissiyası, həm də İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımında mövqeyini əsas gətirərək, artıq İndoneziya hökumətinə Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün müraciət edib.

İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatası sədri cənab Marzuki Alie qeyd edib ki, 2014-cü ildə Cakartada Ermənistan səfirliyinin açılması planları İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində tutduğu ədalətli mövqeyini və siyasətini dəyişməyəcək.

 

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2014.- 23 yanvar.- S.9.