Leyli və Məcnunun səhnələşdirilməsindən 106 il ötür

Üzeyir Hacıbəylinin ruhunda daim yeni-yeni əsərlərin yaranması zəruridir

 

Tarixən Azərbaycan həyatın, yaradıcılığın demək olar, bütün sahələrində özünü təsdiq edib. Azərbaycanın varlığının təsdiqində bu mənada dahi Üzeyir Hacıbəylinin müstəsna rolu var. Onun çoxcəhətli yaradıcılığında, xüsusən musiqisində milli düşüncəmizin zəngin çalarları öz ifadəsini tapıb. Hər bir xalq qədim mədəniyyətini yaşatdıqca, təsdiq etdikcə daim yeni-yeni üfüqlər yaratmağa çalışır. Ancaq bənzərsizlik, qeyri-adilik hər xalqın bəxtinə düşmür.

Leyli Məcnun operasının səhnələşdirilməsindən 106 il ötür. Bu, Azərbaycan mədəniyyətinin tarixində ayrıca bir səhifədir. Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Azərbaycanda ilk milli opera olan Leyli Məcnunun tarixi

maraqlı hadisələrlə zəngindir. Üzeyir Hacıbəylinin ev-muzeyində vaxtilə sənələşdirilən əsərlərinin, o cümlədən Leyli Məcnunun tamaşalarından nadir fotoşəkillər, afişalar, digər sənədlər nümayiş etdirilir. Bu soraqlar Azərbaycan mədəniyyətinin yaşarılığının, davamlı, bənzərsiz inkişafının sübutudur.

Leyli Məcnunu yazanda Üzeyir Hacıbəyi 22 yaşında idi. Fitri bəstəkarlığı, üstəlik qələmkarlığı ona həyatın fövqünə qalxmaq, xəlqi taleyi ifadə etmək qüdrəti vermişdi. Yaxın tariximizdə Leyli Məcnun rollarında tanınmış sənətkarlar Zeynəb Xanlarova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə İsmayılova, Alim Qasımov, Qəndab Quliyeva, Səfa Qəhrəmanov, Rəsmiyyə Sadıqova, Raziyə Şirinova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Mənsum İbrahimov başqaları çıxış ediblər.

106 il qabaq Bakıda səhnələşdirilən Leyli Məcnun operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı kimi tamaşaçıların diqqətini cəlb edən, az sonra Əhməd Ağdamski təxəllüsü ilə özünü ictimaiyyətə təqdim edən Əhməd Bədəlbəyovun oğlu, professor Telman Ağdamskinin xatirələrindən məlum olur ki, Əhməd Ağdamskinin Üzeyir Hacıbəyov onun qardaşı ilə dostluq münasibətləri olub: Atam xalası oğlu Üzeyir bəydən bir yaş böyük olub. XX yüzilin əvvəllərində tədricən elm, mədəniyyət inkişaf etməyə başlayırdı. Üzeyir bəy yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət axtarmaq minlərlə buğdanın içində darını axtarıb tapmaq kimi çətin bir məsələ idi. Xalqı düşdüyü durumdan qurtarmaq üçün fədakar insanlar meydana çıxdı. Bu çabalar isə Üzeyir bəyin Leyli Məcnun operası ilə müəyyən bir mərhələnin yaranmasına inkişaf etməsinə səbəb oldu. Hələ XIX yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev Məcnun Leylinin qəbri üstündə adlı bir məqamı səhnələşdirmişdi. O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxumuşdu.

Üzeyir bəy bu hadisədən sonra Leyli Məcnun operasını səhnələşdirmək fikrinə düşür. Əslində böyük çətinliklər operanın səhnələşdirilməsi zamanı meydana çıxır. O zaman camaatın opera haqqında təsəvvürü belə yox idi. Muğam oxuyan hər hansı bir kəsin birbaşa səhnəyə çıxarılması mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə əvvəlcədən tanıdığı Hüseynqulu Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar idi ki, qadınları nəinki səhnəyə, ümumiyyətlə, teatra qoymazdılar. Belə şəraitdə qadın rollarını oynamağa bir kəs tapılmırdı. İmkanlı, intelligent adamların xanımları teatra gələndə onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə çəkilirdi ki, kimsə onların sifətini görə bilməsin. Çox axtardıqdan sonra Leyli roluna bir çayxana şagirdini tapırlar.

Qeyd edək ki, Leyli Məcnun operasında ilk dəfə Leyli rolunu yaradan Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlir, ancaq bundan sonra hədələr başlayır. Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən birdəfəlik uzaqlaşır. İkinci tamaşanın aprel ayının 21-də qoyulması planlaşdırılır. Üzeyir bəyin yadına düşür ki, Realni məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahətli səsi ilə onları vəziyyətdən çıxara, Leyli rolunu ifa edə bilər. Üzeyir bəy Əhməd Ağdamski ilə məsləhətləşir, cidd-cəhdlə onu inandırır, razılığını alır. Beləliklə, 1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin yazdığı bütün opera operettalarda qadın rollarını ilk dəfə böyük məharətlə yaradır. Ər arvadda Minnət xanım, Şeyx Sənanda Xumar, O olmasın, bu olsunda Gülnaz xanım, Rüstəm Söhrabda Təhminə, Əsli Kərəmdə Əsli, Arşın mal alanda Gülçöhrə, Leyla Harunda Leyla başqa rolları yaradır. 1916-cı ildə Soltan Hacıbəyov Aşıq Qərib operasını yazır. Əhməd Ağdamski burada da rolunun öhdəsindən məharətlə gəlir: Atam olmasaydı, o dövrdə Leyli Məcnun, eləcə digər tamaşalar bu səviyyədə qarşılanmayacaqdı.

Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli, son dərəcə əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişiklər şəraitində dünyaya gəlib sanki millətinin taleyi onun taleyinə çevrilib: O zamankı Azərbaycanın ictimai həyatında təzadlar üzərində qurulmuş qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına, islam dininə bağlılığı, digər tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində, Azərbaycanda yeni ictimai münasibətlərin əmələ gəlməsi ilə əlaqədar idi. Üzeyir Hacıbəyli insanların əsrlər boyu çəkdiyi acınacaqlı həyat çaşqınlığın yaddaşlardan silinməsinə, soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə yaşatmağa çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyi bunda idi. Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır doğmalaşırdı. Heç təsadüfi deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq dünyasına vardıqca istər-istəməz vahidlik milli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu kənardan izləyənlər heç az deyildi. Hələ sağlığında bunların arasında şüurlu şəkildə Üzeyir bəyin bütün yaradıcılığına təcavüz edənlər az deyildi.

Araşdırmaçının fikrincə, Üzeyir bəy Leyli Məcnun operası ilə Azərbaycanın gələcək musiqi dilinin istiqamətini göstərdi: Operettaları vasitəsilə tipajlar yaratdı, millətimizin psixoloji özəyini açdı. Bununla o, kütlənin şüurunu formalaşdırmış oldu. Heç təsadüfi deyil ki, indiyə qədər Məşədi İbad, Arşın mal alan kimi əsərlərdə səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib.

Araşdırmaçı Cəmilə Həsənovanın fikrincə, Leyli Məcnun operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin əsasını qoyan Üzeyir Hacıbəyli hərtərəfli istedadını, biliyini, bacarığını onun inkişafına yönəltmiş bununla da Azərbaycan musiqisinin yüksək zirvələr fəth etməsi, dünya miqyasında tanınması üçün zəmin hazırlamışdı. Onun yaratdığı sənət incilərinin hər biri musiqimizin şah əsərləridir desək, yanılmarıq. Həmişə olduğu kimi bu gün Leyli Məcnunun tamaşasına hamı böyük maraqla baxır. Bu, onu göstərir ki, xəlqiliyi təsdiq edən əsərlər daim yaşayır, heç vaxt ölmür. Yaradıcılığın əsas şərti daim təzə qalmaqdır. Bu təzəlikdə həm qədimliyin təsdiqi olduğundan o, heç vaxt köhnəlmir. Azərbaycan tamaşaçısı Üzeyir bəyin heç bir əsərindən doydum deməz. Bu gün Üzeyir bəyin müxtəlif mövzulu əsərlərindən təsirlənmələr hədsiz çoxdur. Bütün hallarda isə Üzeyir bəy konkret Azərbaycan professional musiqisində ölçüdür.

Teatrlarımız daim orijinal əsərlər meydana çıxardıqları dərəcədə tamaşaçı ora meyl edəcək. Ancaq əgər bu tipli əsərlər hələ yoxdursa, o zaman mümkün qədər klassik irsdən bəhrələnmək lazımdır. Əsas odur ki, zəngin irsimiz var.

Ancaq yeniləri mütləq yaranmalıdır. Bu, yaradıcılığın qaydasıdır: bir şərtlə ki, millilik özülündən ayrılma olmasın.

Uğur

Xalq Cəbhəsi.- 2014.- 25 yanvar.- S.14.