Lətifələr necə yaranır?

 

Satira və yumor elementləri ilə yoğrulmuş dolğun məzmunlu regional lətifələr xalq içərisində geniş yayılmış şifahi söz sənəti örnəkləridir

 

Əksər xalqlarda muxtəlif tipli lətifələr folklorun mustəqil janrı kimi əsrlər boyu həmişə soyləyici-dinləyici nəslinin yaşam gundəminə cevrilib. Ayrı-ayrı tarixi mərhələlərdəki hakim təbəqənin, o sıradan ictimai-siyasi quruluşdakı noqsan və catışmazlıqların xalq satira və yumoru vasitəsilə söylənilməsi daim diqqət mərkəzində dayanan məsələlərdən olub. Cunki həm “dağıdıcı”, həm də “yaradıcı” başlanğıcı oz daxilində qovuşduran guluş mədəniyyəti mustəsna olaraq lətifələrdə, o sıradan regional gulməcələrdə daha cox məna yükü və tutumu kəsb edib.

Xalq gülüşünün əsas elementlərini oz yaradıcılıqlarında qoruyan lətifə söyləyici-ifaçılarının (həmçinin daşıyıcılarının) əksəriyyəti zəmanəsinin tanınmış simaları kimi həm öz dövrlərində, həm də sonrakı yüzilliklərdə lətifə personajları, gülməcə-bəzəmə qəhrəmanları kimi xalq içərisində böyük nüfuz sahibi olublar. Xəlifə Harun-ər Rəşid və nədimi Əbu Nüvas ilə Bəhlul Danəndə, Sultan Mahmud Qəznəvi ilə nədimi Təlxək, Əmir Teymur ilə Molla (Xoca, Xacə) Nəsrəddin, Moğol hökmdarı ilə bir çox hind racaları (hökmdarları) və Birbalın qarşılıqlı təmas və münasibətlərindən doğan lətifələrdə yaşadıqları tarixi mərhələnin nəbzi ilə döyünən onlarla örnəklər yaranıb. Onlarla siyasi məzmunlu lətifələr aktuallığını qoruyub saxlayıb. Aktuallıq toplanılıb nəşr olunmuş regional lətifə mətnlərinin daxili tələblərində də qorunub. Bu daxili tələblərin başlıca əlamətləri onda özünü göstərib bəraət qazanır ki, formalaşmış və qələmə alınmış mətnlər daha geniş dinləyici auditoriyasını əhatə etmiş olsun. Bu qəbil regional səciyyəli lətifələr külli miqdardadır və onlar demək olar ki, Azərbaycan ərazisinin əksər bölgələrini əhatə edir. Satira və yumor elementləri ilə yoğrulmuş dolğun məzmunlu regional lətifələr xalq içərisində geniş yayılıb özünə əbədilik qazanmış şifahi söz sənəti örnəkləridir. Bu tələb və əlamətlərdən uzaq qalan lətifələr uzunömürlü olmayıb tez bir zamanda unudulub gundəmdən cıxıb.

Daha cox “lətifə” anlamı ilə tanınan satirik söz sənəti örnəkləri folklorun aparıcı janrı kimi Azərbaycanın ayrı-ayrı bölgələrində geniş yayılıb və xalq tərəfindən seçilmiş bəzəmə, gülməcə, məzəm, dodaqqaçdı, ağız icadları, baməzə, məzəli ixtilətlər və s. kimi istilahlarla da yaranıb yaşayıblar. Bu ənənəvi yaradıcılıq prosesi bu gün də yaranmaqda, yayılmaqda və yaşamaqdadır. Xalq lətifələri və onun ayrı-ayrı qollarını təşkil edən bölgə lətifələri Azərbaycan gülüş mədəniyyətinin – xalq satira və yumorunun aparıcı qolu kimi tarixən bu və ya başqa dərəcədə yazılı ədəbiyyata da təsir edib, onunla sıx təmasda olub, kəmiyyət və keyfiyyət baxımından yeni çalarlar qazanıb.

Uyğun qaynaqlara – nəzəri və bədii materiallara muraciət belə bir nəticə doğurub ki, “lətifə” anlamını əvəz edən və beynəlxalq terminlə “anekdot” adlanan ifadənin əslində yunanca olub, “nəşr olunmamış” mənasını daşıdığı aşkarlanıb. Eyni zamanda bu söz-termin (anekdot) adı altında tarixi şəxsiyyətlər haqqında dolaşan xarakterik əhvalatlardan ibarət qısa hekayətlər nəzərdə tutulub. Sonrakı tarixi kəsimlərdə isə kəskin siyasi məzmun daşıyan gülüş səciyyəli ədəbi janr “anekdot” adlandırılıb. Yarandığı yuzillikdə yazılı ədəbiyyatın janrı sayılan “anekdotlar” geniş vusət alıb və ilk tarixi məzmunlu əsərlər də məhz bu janrda yaranıb. Regional lətifələrin tarixi təkamul yolu əbədiləşdirilmiş qaynaqlardan – əlyazmalarından, cünglərdən, toplama materiallarından lətifələr qorunub saxlanmışlar. Bölgə lətifələrinin qorunduğu ən etibarlı qaynaqlardan biri də XIX yuzilliyin üçüncü rübündən başlayaraq Azərbaycan və rus dillərində nəşr olunmuş mətbuat orqanları olub. Həmin mənəvi irsə umumi baxış təsdiq edir ki, xatırladılan tarixi dönəmin uyğun mətbuat orqanları öz səhifələrində məhəlli (lokal) səciyyəli lətifələrə də gərəyincə yer ayırıblar. Azərbaycan lətifələrinin və onun tərkib hissəsi sayılan regional gülməcələrin “folklor kitabı” nəşrlərinə isə ötən yuzilliyin (XX əsr) əvvəllərindən başlanıb. Bölgə lətifələrinin özünə yer aldığı bəzi nəşrlərə də təsaduf olunur ki, onlarda yer almış nümunələr tərtibci-tərcuməcilər tərəfindən işlənmiş gülüş doğuran söhbətlərdir.

Muşahidələr təsdiq edir ki, regional lətifələrin doğurduğu gülüş insanın daxili aləmini, mənəviyyatını, ovqatını təmizləmək, bütün bunlarla yanaşı, onu tərbiyələndirmək işində mühüm estetik vasitə rolunu oynayıb. Regional lətifələr insan psixologiyası ilə bağlı olan xudpəsəndliyi, ədavəti, duşmənçilik toxumu səpənləri, var-dövlət hərislərini, naşı adamları, nadanları incə yumor hissi ilə qamçılayır, onları istehza ilə satira atəşinə tutur. Guluşun varlığı isə ayrı-ayrılıqda hər bir örnəyin daxili quruluşundan doğur. Yumor və satiranın gücü də bu quruluşda özünü gərəyincə nümayiş etdirə bilir. Özgə sozlə, komizmin formalarından olan yumor ifşaya məruz qalan subyekti oyatmaq, onu tərbiyələndirmək məqsədi güdür. Satira isə lokal lətifələrdə daha çox qəzəbli gülüş kimi özünü göstərir.

Bölgə gülməcələrinin təsir mexanizmi onun dinləyicidə oyatdığı əhval-ruhiyyə, xoş ovqatın yaranması bilavasitə soyləyicinin məharətindən asılıdır. Burada söyləyici tərəfindən edilən hər bir jestin, pantonim hərəkətin böyük mənası var. O danışılan lətifənin daha dərindən qavranılması və mənimsənilməsində yaxından iştirak edir. Regional Azərbaycan lətifələri zəngin obrazlar sistemi ilə də secilir. Bu obrazlar ümumilikdə vahid Azərbaycan gülməcələrinin yaradıcısı, qəhrəmanı və söyləyiciləri kimi tanınsalar da, ayrı-ayrılıqda hər bölgənin özünəməxsus, yadda qalan personajları və bu janrın daşıyıcısıdırlar. Regional lətifə obrazları sisteminə ümumi baxış belə bir qənaət doğurur ki, ayrı-ayrı bölgələrə aid gulməcə qəhrəmanları (surətləri) vahid Azərbaycan ərazisinin guluş ustalarının zəngin personajlar aləminə malik olduğunu nümayiş etdirir. Bu obrazlar sisteminin ərazilər uzrə nəzərdən kecirilməsi həmin bölgələrə məxsus lətifələrin məzmun və ideyalarının təhlili zamanı daha qabarıq nəzərə çarpır.

Ayrı-ayrı regionlarda formalaşmış gülməcə surətləri personajları ilə yanaşı, tarixi şəxsiyyət olub, lətifə yaradıcısı, satira-yumor ustası kimi şöhrət qazanmış şəxsiyyətlər də onlarla bəzəmələr düzüb-qoşublar. Onlar hər şeydən öncə, iki funksiyanı yerinə yetirmişlər: bir tərəfdən öz düzüb-qoşduqları gülməcələrin mahir söyləyicisi-ifaçısı kimi cıxış edib, digər tərəfdən isə öz repertuarlarında sələfləri tərəfindən yaradılmış satirik örnəklərin daşıyıcısı kimi çoxyönlü fəaliyyət göstəriblər. Azərbaycan ərazisinin elə bir bölgəsi, rayonu, kəndi, məskun məntəqəsi yoxdur ki, oranın özünəməxsus lətifələri olmasın. Bu mənada regional lətifələrin yayılma arealına görə təsnifatı aparılıb və onlar belə qruplaşdırılıb: kutləvi lətifələr; məhəlli (lokal) lətifələr.

Bölgə lətifələri mövzu və mündəricə etibarilə zəngin olub, ictimai həyatın müxtəlif sahələrini əhatə edir. Ailə-məişət, siyasi-ideoloji düşüncə tərzi, tarixi hadisə və tanınmış kimsələrin həyatı ilə bağlı məlumatlar, dini-mistik mahiyyət daşıyan əhvalatlar bu lətifələrin ana xəttini muəyyənləşdirir. Mövzu və ideyalarına görə regional lətifələrin mühüm bir qismini siyasi lətifələr təşkil edir. Son illərdə bu qəbil lətifələr dünya, xüsusilə rus folklorşunaslığında da geniş tədqiqat mövzusuna çevrilib. Siyasi lətifələrdə ictimai quruluş və onun ideologiyasındakı neqativ hallar ifşa hədəfi kimi secilib. Ən önəmli cəhət isə onda özünü göstərib ki, bu qəbil gülməcə yaradıcıları siyasi təzyiqlərdən, repressiya təhlukəsindən qorxmamış, vaxtında və zamanında öz sözlərini deməkdən çəkinməyiblər. İctimai-siyasi mövzulu regional lətifə yaradıcıları heç də beynəlxalq siyasi aləmin

fovqunə çıxıb, yaxud onun iştirakcısı olub gülməcə yaratmayıblar.

Onlar bu örnəkləri öz məhəllələrində (lokal), yaşadıqları ərazilərdə ( məhəlli) duzub-qoşublar. Regional səciyyəli siyasi lətifələr icərisində təkcə sovet quruluşu və onun ideologiya sistemi deyil, müasir həyatımızın, yaşam tərzimizin mahiyyətindən doğan catışmazlıqlar da özünə yer alıb, satirik dillə gülüş və tənqid hədəfinə çevrilib. Cağdaş respublikamızda sovet imperiyasından miras qalmış son dərəcə aktual və ağrılı bir problem kimi Qarabağ sindromu adı altında ümumiləşdirilən azərbaycanlı - erməni munasibətləri də bu və ya digər şəkildə öz izlərini regional lətifələrdə saxlayıb. Çoxsaylı regional siyasi lətifə örnəkləri təsdiq edir ki, hər bir tarixi mərhələdə bəzəmə örnəkləri yaranıb və onların çoxu xalqın yaddaşında qorunub, dildə-ağızda dolaşıb və siyası səbəblər üzündən işıq üzü görməyib. Regional lətifələr icərisində janrdaxili əlaqədə formalaşmış numunələr də kulli miqdardadır. Lətifə-nağıl, lətifə-atalar sözü, lətifə-tapmaca, lətifə-rəvayət və əksinə. Bu mövzulu gülməcələr həmin janrla qarşılıqlı əlaqə və təmasda formalaşıblar. Bu qəbil nümunələr içərisində mövsum və mərasimlərlə bağlı lətifələr də özünə yer alıb. Lətifələrdə sınamalara da təsaduf edilir.

Nağılların tərkibində lətifə motivlərinə təsadüf olunduğu kimi, məhəlli bəzəmələrdə də nağıl unsur və epitetlərindən məqsədəuyğun şəkildə istifadə edilib. Rəvayət və lətifələrin qovuşmasından yaranmış gulməcələr də var ki, onlar janr baxımından daha çox rəvayəti xatırladır. Lətifəli rəvayətlər içərisində aşıq rəvayətlərinə də təsaduf olunur.

Regional lətifələrlə atalar sözü və məsəllərin qarşılıqlı şəkildə izlənilməsi muəyyən edir ki, bir sıra bəzəmələrin nəticələrindən doğan düsturlar atalar sözü formasını alır və sonralar bu janrın müstəqil örnəyi kimi sərbəstlik qazanıb dildə-ağızda dolaşaraq yayılır. Bunun əksini də muşahidə etmək mümkündür. Lətifələrdə atalar sözü və məsəllərdən faydalanma bu didaktik janrın daha geniş ərazidə yayılmasına və bir daha yaddaşlarda həkk olunmasına şərait yaradıb.

 

Sönməz Abbaslı,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2015.- 4 aprel.- S.14.