“Mikoyan siyasi
hadisələrinin aktiv
iştirakçı, bolşevik və
BXKS üzvü olub”
Vaqif Abışov: “O,
1918-ci ilin martında Bakıda türk-müsəlmanlara
qarşı törədilən
qırğınlarda erməni
silahlı dəstələrinin
birinə rəhbərlik
edib”
“1917-1918-ci illərdə Cənubi Qafqazın siyasi baxımdan ən çox inkişaf etmiş şəhərləri olan
Bakı və Tiflis xüsusi əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi qüvvələrin mərkəzləşməsi
bu iki şəhərdə
özünü daha qabarıq göstərməkdə
idi. Tiflisdə Müvəqqəti hökumətin əsas dayağı olan Xüsusi Cənubi Qafqaz Komitəsi rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə
güclü görünürdü.
Bununla yanaşı gürcü menşevikləri də kütlələr arasında
nüfuzu olduqca böyük idi. Bakıda da siyasi hakimiyyət
uğrunda, eləcə
də, kütlələri
öz tərəfinə
çəkmək üçün
müxtəlif siyasi təşkilatlar arasında
çox ciddi mübarizə gedirdi”.
Bu fikirləri AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Vaqif Abışov “Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi” (tarixşunaslıq məsələsi) adlı
yazısında qeyd edir. Vaqif Abışov
bildirib ki, Sovet hakimiyyəti dövründə BXKS-nın
yaranması, fəaliyyəti
və süqutuna aid bir çox elmi tədqiqat əsərləri yazılmışdı:
“Xüsusilə, XX əsrin
20-ci illərindən başlayaraq
hər 10 ildən bir Bakı Xalq
Komissarları Sovetinin
yaranma və fəaliyyət tarixi ilə bağlı qərarlar qəbul edilmiş və problemlə əlaqədar
yeni-yeni əsərlərin
yazılmasına imkan
vermişdi. Oktyabr inqilabından sonra
dünyanın müəyyən
bir hissəsində yeni quruluşun, sosializm quruluşunun əsası qoyuldu. Bu quruluşun bütün
sahələrə olduğu
kimi, tarix elminə də yanaşması əvvəlkilərdən
fərqli olmuşdur.
Bu yanaşmaya marksizm-leninizm metodologiyası
deyilirdi. 1917-ci ildən sonra ümumdünya tarixinə
yanaşmanın iki xətti – burjuaziya və sosializm xətti ortaya çıxmış oldu.
Sovet dövründə, elmin bütün sahələrində
olduğu kimi, tarix elmində də vahid marksizm-leninizm
xətti var idi. Həmin xəttdən heç kim kənara
çıxa bilməzdi.
Məsələ belə qoyulurdu,
ya sovet sisteminə uyğun yazmalısan, ya da yazmamalısan”.
Onun sözlərinə görə,
müxtəlif vaxtlarda
Sovet tarixçiləri
vahid ideoloji xətt çərçivəsində
Bakıda bolşeviklərin
Sovetdə hakimiyyətini
ələ alınması,
onların əməli
fəaliyyətləri haqqında
bir çox elmi-tədqiqat əsərləri
yazmışdılar: “Lakin
onların əsərlərində,
boşeviklərin Bakı
Sovetində hakimiyyəti
ələ almasına,
eləcə də
BXKS-nın dörd aylıq fəaliyyətinə
böyük həcmli
monoqrafiyalar həsr etsələr də, bir çox həqiqətləri ört-basdır
edilmiş, əsl həqiqətlər uzun müddət xalqdan gizlədilmişdi. Mövzunun tarixşünaslığı
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra işlənməyə
başlanmışdır. Hələ Sovet hakimiyyəti qurulanadək, ayrı-ayrı
bolşevik xadimlərinin
o dövrdə müxtəlif
qəzet səhifələrində
çap olunmuş məqalələrində, Cənubi
Qafqazda, xüsusən,
Azərbaycanda baş verən hadisələrə
özlərinin siyasi baxışlarına uyğun
olaraq qiymət vermişdilər. Digər tərəfdən,
1917-1920-ci illərin hadisələri
ilə bağlı, həmin proseslərdə aktiv iştirak etmiş, sonralar partiya və sovet dövlət orqanlarında yüksək
vəzifələrdə işləmiş
şəxslərin tədqiqat
xarakteli olmayan əsərləri işıq
üzü görüüb.
Sonralar Bakı
Xalq Komissarları Sovetinin qurulması və fəaliyyəti ilə bağlı Sovet tarixşünaslığı
hazırlanarkən həmin
şəxslərin əsərləri
Sovet tarixçiləri
üçün əsas
istiqamətverici amillərdən
biri olub. “Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi (tarixşünaslıq məsələsi)”
məqaləsi 1917-1918-ci illərdə
bolşeviklərin Bakı
Sovetində hakimiyyəti
ələ almaları
və Bakı Xalq Komissarları Sovetinin qurulması, fəaliyyəti və süqutu ilə bağlı 1920-ci illərdə
yazılmış əsərlərin
(buraya məqalələr,
xatirələr, ayrı-ayrı
partiya və sovet dövlət xadimlərin bir-birləri ilə yazışmaları
daxildir) müəyyən
bir hissəsinin təhlilinə yönəlib.
Həmin
əsərlərdə 1917-1918-ci illərin siyasi hadisələrinin öyrəniməsində
həm mənbəşünaslıq,
həm də tarixşünaslıq baxımından
müəyyən əhəmiyyət
kəsb edir. Məqalə
işlənərkən – “Keçmişdən.
Bakıda fəhlə hərəkatı
və Bakı təşkilatının tarixindən
məqalələr və
xatirələr” (1) (1923-cü ildə İSTPART-ın xətti ilə nəşr olunub), “Keçmişdən. Azərbaycanda Oktyabr inqilabı və Bakı bolşevik təşkilatının
tarixi üzrə materiallar məcmuəsi”
(2) (1924-cü ildə nəşr
olunub) kitablardan istifadə olunub. Hər iki kitabda ayrı-ayrı
kommunist xadimlərinin
və həmin dövrün siyasi hadisələrinin bu və ya digər
formada iştirakçısı
olmuş şəxslərin
məqalələri toplanmışdır.
Bu məqalələrin ideya xətləri, demək olar ki, eynidir. 1923-cü ildə nəşr olunan “Keçmişdən. Bakıda fəhlə
hərəkatı və
Bakı təşkilatının
tarixindən məqalələr
və xatirələr”
adlı kitab ön söz və 5 bölmədən
ibarətdir (əslində
kitabı tərtib edənlər ön sözü də ayrıca bölmə kimi qeyd ediblər.
Birinci bölmə “ön söz” adlanır). Kitabın
2-ci bölməsində A.Mikoyanın
“17-18-ci illərdə bolşeviklərin
Bakı təşkilatı”
adlı məqalələri
problemlə bağlı
müəyyən əhəmiyyət
kəsb edir”.
Vaqif Abışov hesab deyir ki, Mikoyan həmin dövrün siyasi hadisələrinin aktiv iştirakçı,
bolşevik və BXKS üzvlərindən biri olub: “O, 1918-ci ilin martında Bakıda türk-müsəlmanlara qarşı
törədilən qırğınlarda,
bilavasitə erməni
silahlı dəstələrinin
birinə rəhbərlik
edib. Mikoyanın məqaləsində fevral inqilabından sonra yaranmış vəziyyətdən istifadə
edən partiyaların
fəhlə kütlələri
qarşısında öz
proqramlarını təbliğ
etmələri, ayrı-ayrı
siyasi təşkilatlar
arasında gedən mübarizədən bəhs
olunur (1, s. 29). Müəllif
eser, menşevik, daşnak və musavatçılarının Sovetdə
üstünlük təşkil
etmələrinə baxmayaraq,
Baki sovetinin sədri bolşevik Şaumyanın seçilməsi
inqilabın birinci ayı üçün xarakterik cəhətlərdən
biri olduğunu göstərmiş və bunu Bakıda Şaumyanın şəxsən
öz nüfuzu, biliyi və təcrübəsi ilə
başqa siyasi xadimlərdən üstün
olması ilə izah edib. Əslində Şaumyanın Bakı Sovetinin sədri seçilməsinin səbəbləri
Mikoyanın yazdığı
kimi deyil. Bakı Sovetində, əsasən, dörd siyasi təşkilat – eser, menşevik, müsavat və daşnaksütyun partiyaları
rəqabət aparırdı
ki, onlardan da ən üstünü
eser və menşevik təşkilatları
idi. Bolşeviklər isə Sovetin
tərkibində azlıqda
idi. Belə olan təqdirdə neytiral, hər-hansı siyasi təşkilatın tərəfini saxlamayan və qəbul olunacaq qərarlara təsir etmək imkanları məhdud olan, istər Mərkəzdə, istərsədə
yerlərdə eser-menşevik
və bolşeviklər
arasında hələlik
elə bir ciddi qarşıdurmanın
olmadığı bir
vaxtda bakı bolşeviklərinin içərisində
az-çox tanınan Şaumyanın Sovetə sədr seçilməsi daha məqsədəuyğun
olmasından irəli gəlirdi. Digər tərəfdən, fevral inqilabından sonra Mərkəzdə Müvəqqəti hökumətin,
hələlik yeganə
hakimiyyət orqanı
kimi fəaliyyət göstərməsi Bakıda
eser-menşevik təşkilatının
fəaliyyətinə, hər-hansı
qüvvə tərəfindən
təhlükə görünmürdü.
Ona görə Sovetdə çoxluq təşkil edən sağ qüvvələr bolşevik
Şaumyanın Sovetin
sədri seçilməsinə
etiraz etməmişdilər.
Çünki, onların,
yəni eser-menşeviklərin
Şaumyanı hər
an Sovetin sədrliyindən uzaqlaşdırmaq
imkanına malik idilər”.
Müəllifin fikrincə, sovet tarixçisi E.S.Sef, Şaumyanın Baki Sovetinə sədr seçilməsinə Mikoyandan fərqli münasibət bildirib: “Onun sözlərinə görə Sovetdə təmsil olunan partiyalar arasında ziddiyətlərin mövcud olması onlardan hər-hansı birinin Sovetin rəhbərliyinə seçilməsinə imkan vermirdi. Bolşeviklər “Sovetdə olan müxtəlif meyilli və milli qruplar arasında, eləcədə ayrı-ayrı qrupların öz daxilində olan ziddiyyətlərdən məharətlə istifadə etməklə” Şaumyanın Sovetin sədri seçilməsinə nail olmuşdular. A.Mikoyan bolşeviklərin Bakının tam sahibi ola bilməməsini Bakı Sovetində “eserlərin, menşeviklərin, Daşnak və Müsavat partiyalarının Sovetdə çoxluq təşkil etmələri” əlaqələndirmişdi. Həqiqətən də Sovetdə, sovet tarixçilərin də etiraf etdiyi kimi, sağ qüvvələr çoxluq təşkil etdiyindən, bolşeviklər elə bir ciddi addımlar ata bilmirdilər. Bolşeviklər geniş kütlə arasında hələlik tanınmırdılar. Məhz bunun səbəbi idi ki, bu dövrdə bolşeviklərin fəhlə, əsgər və kəndlilər arasında nüfuzu olduqca aşağı idi. Yuxarıda qeyd etdiyimiz bu iki səbəbdən bolşeviklərin Bakı Sovetində azlıqda qalmışdılar. Mikoyan məqaləsində mart hadisələrinə qədər (1918-ci il martın 30, 31 və aprelin 1-dək ermənilərin Bakı şəhərində, onun ətraf kəndlərində törətdikləri soyqırım nəzərdə tutulur – V.A.) bolşeviklərin Bakıda mövcud olmuş hakimiyyət qrumlarını qeyd edib və bunların Caparidze başda olmaqla Bakı Sovetinin icraiyyə komitəsi, Qafqaz Qırmızı ordusunun hərbi-inqilabi komitəsi və nəhayət, mart hadisələri zamanı Şaumyan başda olmaqla Bakı şəhəri və onun rayonlarının müdafiə Komitəsindən ibarət olduğunu yazıb.
Mikoyan tərkibi yalnız bolşeviklərdən ibarət olan bir qrumun - Bakı Xalq Komissraları Sovetinin yaradılmasını xüsusi olaraq qeyd etmiş və bu qrumun hakimiyyətinin daha geniş əraziyə nəzarət etmək fikirində olduğunu göstərmişdi. Onun sözlərinə görə Bakı Xalq Komissraları Sovetinə, nəinki Bakı və onun rayonları, həm də müsavatçıların ələ keçirmədiyi yaxın qəzalar, eyni zamanda, tədricən Sovet hakimiyyətinin bayrağı altında duran Zaqafqaziyanın bəzi rayonları da tabe olacaqdır”. Onun fikirinə görə bu hökumət, gələcəkdə tamamilə olmasa da, hər halda Şərqi Zaqafqaziyanı da əhatə etməli idi.
Mikoyanın bəhs olunan məqaləsində Bakı Sovetinin məğlub olmasınının səbəblərinə də toxunulmuşdu. O, qeyd edirdi ki, ordunun təşkilində və türklərə müqavimət göstərilməsində Bakı Soveti bir sıra səhvlərə yol verib. Həmin səhvlər Bakıda Sovet hakimiyyətinin məğlub olmasına az təsir göstərməmişdi. Daha sonra müəllif “Bakı proletariatının aclıq çəkməsi, menşevik və eserlərin bundan istifadə edərək fəhlələri aclıqla və türklərin şəhəri işğal edəcəyi təqdirdə onların öldürüləcəklərini təbliğ etmələri”ni onun səhvlərin sırasına aid etmişdir.
Əli
Xalq Cəbhəsi.- 2015.- 22 aprel.-
S13.