“Bolşeviklərin əsas hərbi dayağını erməni silahlı dəstələri təşkil edib

 

Vaqif Abışov: “Şaumyan başda olmaqla BXKS hökumətinin apardığı siyasət türk-müsəlmanlara tamamilə yad olub

 

II yazı

 

Tarixçi-alim Vaqif Abışovun sözlərinə görə, Mikoyan 1918-ci ilin iyul ayında bolşeviklər partiyasının çətin durumda olmasını qeyd edib, onların bu çətin dəqiqələrdə azlıqda qaldıqlarını geniş fəhlə kütləsi qəti qorxulu dəqiqələrdə öz avanqardalarının (öndə gedənlər) ardınca getmədiklərini göstərib. Onun bu fikir bir daha sübut edir ki, bolşevik rəhbərlərinin fəhlələr arasında o qədər nüfuzu olmayıb: “Düzdür, ilk əvvəllər bolşeviklərin təbliğatına uymuş geniş fəhlə kütlələri onları müdafiə etsələr , sonradan, Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin onların sosial vəziyyətlərini yaxşılaşması üçün elə bir ciddi görmədiklərini görüb onlardan uzaqlaşmağa başladılar. 1923-cü ildə yazılmışKeçmişdən …” kitabına əlavə olaraq, İSTPART-ın xətti ilə, 1924-cü ildə nəşr olunanKeçmişdən. Azərbaycanda Oktyabr inqilabı Bakı bolşevik təşkilatının tarixi üzrə materiallar məcmuəsiadlı kitabın ön sözündəAzərbaycanda Oktyabr inqilabı Bakı bolşevik partiya təşkilatının tarixinin öyrənilməsi hələ tarixi materialların toplanması mərhələsindəolduğu 1923-cü ildlə nəşr olunanKeçmişdənməcmuəsinin əlavəsini davamını təşkiletdiyi qeyd olunub (2, s. 3). Kitabda 1917-1920-ci illərdəki inqilabi hadisələrdə iştirak etmiş şəxslərin məqalə xatirələri yer alıb. Kitabda Antonina Pyotr Kaçayevin birgə yazdıqlarıİki nəfərin xatirələri”ndə (2, s. 42-47) 1917-1918-ci illərdə bolşeviklərin Bakıda apardığı siyasi mübarizədən bəhs olunur. Antonina Pyotr Kaçayevlər 1917-1918-ci illərdə bolşeviklərin sıralarında fəaliyyət göstərib komissarların Bakıdan Həştərxana qaçarkən onların sıralarında olublar”.

Onun sözlərinə görə, Kaçayevlər ordunun köməyi ilə bolşeviklərin Tiflisdə hakimiyyəti zorakı yolla ələ keçirmək niyyətləri bu işdə Moskvadan Stepan Şaumyana xüsusi göstəriş verildiyini qeyd etmişdilər: “Lakin həmin vaxt ordu bolşeviklərin siyasi avantürasına aldanaraq onların arxasınca getməyib. Bununla bağlı S.Şaumyan Bakı Komitəsinin yığıncağındakı məruzəsində etiraf edib. Onun sözlərinə görə yorulmuş ordu Rusiyaya can atırdı hətta, əgər onu təhrik edib Tiflisə hərəkət etdirsəydik, onsuz da bir müddətdən sonra ordu Rusiyaya gedəcək, Tiflisdə isə menşeviklər hakimiyyəti yenidən ələ keçirəcəkdilər.

Kaçayevlər mart hadisələriniüsyankimi qiymətləndirmiş bir neçə cümlə ilə kifayətlənmişdilər. Lakin mart hadisələrinin nəticələrinin bolşeviklər üçün böyük olduğu hakimiyyət tamamilə bolşeviklərin əlinə keçdiyini göstərmişdilər. Kaçayevlər Sovetdəki sazişçilərlə bağlı partiya üzvləri arasında fikir ayrılığının olduğunu, Şaumyanın sazişçi partiya nümayəndələrinin, yalnız fərdi qayda da, Caparidze isə ümumiyyətlə, eserlərin tamamilə Sovetin sıralarına buraxılmasının tərəfdarı olduğunu qeyd etmişdilər. Lakin sonradan Şaumyanın başçılıq etdiyi qrup zorakı yolla, yəni bu məsələni rayon partiya yığıncaqlarının müzakirəsinə çıxararaq çoxluq əldə etməklə qalib gəlib.

Keçmişdən…” kitabında yer almış Arm. SaracyevinBakı Oktyabr inqilabı günündəadlı məqaləsində fevral-noyabr aylarında bolşeviklərin Bakı Sovetində hakimiyyəti ələ alması uğrunda apardıqları mübarizədən, eləcə Bakıdakı siyasi hadisələrdən bəhs olunur. Bu məqalə , “Bakı Xalq Komissarları Sovetinin qurulmasının tariximəsələsinə yanaşma baxımından, əvvəlki məqalələrdən prinsipcə heç ilə fərqlənmir. Məqalədə 1917-ci il fevral inqilabından sonra bolşeviklərin Bakı Sovetində hakimiyyəti ələ keçirmək üçün eser, menşevik, daşnak müsavatçılara qarşı apardığımübarizəöz əksini tapıb.

Tarixçi-alimin sözlərinə görə, A.Qaber-Korn mart hadisələrinə toxunaraq yazırdı: “Mübarizə üç gün davam etdi, lakin artıq hadisələrin ikinci günü sinfi xarakter surətlə milli çalarlar aldı. Bakı Sovetinin qüvvələrinin zəif olması nəticəsində müsavat-əksinqilabçılarına qarşı daşnak partizalarının iştirakına icazə verildi. Lakin mart qələbəsindən sonra, biz kifayət qədər əks-inqilabçı elementlərdən (müəllif burada daşnakları nəzərdə tutur–V.A.) aktiv aralanmadıq. Müsavatçılardanvəhşi diviziya”nın tərksilah olunmasını tələb etdik, onları Sovetdən qovduq, daşnakların tərksilah olunmasına zəif təzyiq etdik. Onları Sovetdə saxladıq; bu ətrafdakılara, ən başlıcası isə, türk əhalisi içərisində dərin zərərli təəssürat yaratmış oldu”. Müəllif onların, yəni bolşeviklərin hakimiyyətdə olduqları müddətdə Bakı proletariatı, ümumiyyətlə, bütün zəhmətkeş kütlələr Sovet hakimiyyətini, nailiyyətlərini hiss etmədilər. Daha sonra müəllif qeyd edir ki, bizim partiya tərəfindən bütün rayonlarda çağırılan 1918-ci ilin iyul mitinqlərində fəhlə kütlələri bizi düşməncəsinə qarşılayırdılar. Hətta, bizim sevimli rəhbərlərimiz Stepan Alyoşaya danışmağa imkan vermədilər.

Həmin dövrün reallıqlarının bu cür təsvir olunmasına, sovet tarixçilərinin əsərlərində, demək olar ki, rast gəlmək mümkün deyil. Korn Bakıda bolşevik Sovet hakimiyyətinin apardığı işi tənqid edib Sovet hakimiyyətinin mövcud olduğu 4 ay ərzində neft sənayesinin milliləşdirilməsini çıxmaq şərti ilə, elə bir sosial-iqtisadi tədbir həyata keçirilmədiyini vurğulayıb. Kitabda bolşevik drujinaçısı olmuş Baranovun xatirəsində mart hadisələrindən sonra Bakıda hakimiyyət bütövlükdə tamamilə fəhlə deputatları Sovetinə məxsus olduğu qeyd olunur. Baranov azərbaycanlılara qarşı kütləvi qətliamlar törədən, xalqımıza tamamilə yad olan, yalnız Sovet Rusiyasının direktivlərini həyata keçirən Bakı Xalq Komissaralrı Sovetiniazərbaycan hökumətiadlandırmışdı. Halbuki, bu hökumət həm tərkibinə görə, həm yeritdiyi siyasətinə görə Azərbaycan xalqına tamamilə yad düşmən idi. Daha sonra, müəllif Bakı Xalq Komissarları Sovetinin əsas vəzifələrindən biri Həştərxana, oradan da Volqa vasitəsilə Sovet Rusiyasının mərkəzinə mümkün qədər çox neft yola salmaqolduğunu qeyd etmişdir. Müəllif bu faktı düzgün qeyd edirdi. Çünki vətəndaş müharibəsi hərbi müdaxilə nəticəsində dağıdılmış Rusiya sənayesinin dirçəldilməsinin kökündə, əsasən, neft dururdu. Digər bir vəzifə isə keçmiş çar Rusiyasının əsarəti altında olan ərazilərin yenidən imperiya tabeçiliyinə qaytarmaqdan ibarət idi. Ona görə də Sovet Rusiyası Bakı Xalk Komissarları Sovetinə maddi və hərbi yardım göstərir, nəyin bahasına olursa-olsun Bakını öz təsiri altında saxlamağa çalışırdı. Kitabda, digər bir bolşevik A.İvanovun “Bakı Kommunasının Komissarları” adlı məqaləsi yer alıb”.

Onun sözlərinə görə, Aleksandr Alekseyeviç İvanov öz xatirəsində “Peterburq Universitetini bitirdikdən sonra 1916-cı ildə Bakıdakı “neft-qazzavoduna təyinat almış və 1917-ci ildə Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin tərkibinə daxil olub: “Bakı şəhərini Zaqafqaziyada Sovet hakimiyyətinin yeganə dayağı olduğunuvurğulayan müəllif, azərbaycanlıların milli mübarizəsini nifrətlə qarşılamış, onların hərəkətini əksinqilabi adlandırmışdı. O, yazırdı: “Müsavatın təsiri altında olan müsəlmanların (görəsən müsəlmanlar kimin təsiri altında olmalıymış – A.V.) müəyyən hissəsi əksinqilabi ruhda köklənmişdir.

“Keşmişdən…” kitabında Sarkisin “Bakı kommunası dövründə partiya işi haqqında qısa qeydlər” məqaləsi yer alıb. Sarkisin məqaləsində proletariatın inqilabi mübarizə təcrübəsini öyrənmək üçün Bakı təşkilatının və Bakıda fəhlə hərəkatının tarixi mühüm əhəmiyyət kəsb etdiyini və bolşeviklər partiyasının 1917-1918-ci illərdə buraxdığı səhvləri haqqında tənqidi fikirləri yer almışdır. Müəllif bolşeviklərin apadığı işin zəif olduğunu vurğulamış, “mədən və zavodlarda partiya özəkləri”nin olmadığını, “sistemli, razılaşdırılmış partiya işinin aparılmadı”ğını göstərib.

Sarkis yazırdı ki, uğurlu vətəndaş müharibəsindən (Sarkis də, başqa sovet yazarları kimi, mart qırğınını “uğurlu vətəndaş müharibəsi” adlandırmışdı– V.A.) sonrakı gün və Bakı Sovetinin hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində partiyanın təşkilati işi yaxşılaşmağa doğru hiss olunmadığını, Bakı Xalq Komissarları Soveti qurulandan sonra onların partiya işi zəiflədiyini, kütlələr arasında nüfuzunu tədricən itirməyə başladığını bildirmişdi. Sarkis kütlələrin onlardan uzaqlaşmasının digər bir səbəbini “kütlələr arasında partiya işinin aparılmamasında” görürdü.

Beləliklə, XX əsrin 20-ci illərində yazılmış əsərlər baş vermiş siyasi hadisələri tamobyektiv şərh etməsələr də, hər halda Bakıda sovet hakimiyyətinin qurulmasının (1917-1918-ci illər), eyni zamanda həmin dövrün ictimai-siyasi vəziyyəti və siyasi qüvvələr arasında gedən mübarizənin mahiyyətini öyrənməkdə müəyyəm kömək emiş olur.

Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixinə aydınlıq gətirmək üçün 1917-1918-ci illərin siyasi hadisələrilə əlaqədar yazılan məqalələri təhlil edərkən gəlinən nəticələr:

1. Bakı Sovetinin rəhbərliyi bolşeviklərin əlində olsada fəhlə, kəndli və əsgərlər tərəfindən müdafiə olunmamışdır.

2. “Mart qələbəsi” bolşevikləri Bakıda müvəqqəti möhkəmləndirə bilsə də, lakin onlar Azərbaycana tam sahibi ola bilməmişdilər.

3. Bolşeviklərin hakimiyyətdə olduqları dörd ay ərzində əsas hərbi dayağını erməni silahlı dəstələri təşkil etmişbu dəstələrin köməyi ilə onlar mart “qələbəsi” təşkil etmişbundan Azərbaycanda ən çox ziyan çəkən türk-müsəlmanlar olmuşdur.

4. Bakıda qurulanSovet hökuməti” yalnız Moskvanın direktivlərilə idarə olunaraq, onun maliyyə və hərbi yardımı hesabına müvəqqəti mövcud olmuşdur.

5. Şaumyan başda olmaqla BXKS hökumətinin apardığı siyasət türk-müsəlmanlara tamamilə yad olubona görə də yerli əhali tərəfindən müdafiə olunmayıb”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 23 aprel.- S.13.