Dinlə məni ey Savalan...
Ayrı düşdük yurdumuzdan…
Haşım Tərlan “Toxucu qız və Savalan” şeirinə dərin fəlsəfi məna verməklə toxucu qızın və ümumiləşdirilmiş
obrazı və Savalan dağının xalqın tarixini özündə yaşadan
əzəmətli surəti
ilə xalqın ağrı-acısını göstərməklə
yanaşı, xalçaçılıq
sənətinin bütün
incəliklərini nümayiş
etdirib. Haşım Tərlan həmin şeirində həm toxucu qızın, həm Savalan dağının dili ilə xalqın kədərini-qəmini, dərdini
söyləyib, eyni zamanda Azərbaycan xalqının məğrur,
əyilməz, mərd,
yenilməz bir xalq olduğunu dilə gətirib, ən əsası odur ki, hikmətamiz
sözlərlə, müdrikanə
ifadələrlə xalıqn
milli dəyərlərindən,
mənəvi keyfiyyəıtlərindən
doğan, artıq bir ənənə kimi varlığına biçilən nəcib sifətlərini göz önünə gətirib:
“Gər istərsən yetişəsən öz haqqına, ədalətə,
Gər istərsən son qoyula bu diyarda hər
zillətə,
Ver əlini bir ürəklə qardaşının
mərd əlinə,
Haqq yolunda qılınc vurmaq eyib deyil hər
gəlinə.
Bax, o zaman toxuduğun xalça sənə qalacaqdır,
İlmə çalan barmaqların öz haqqını alacaqdır”.
Tamam etdi sözlərini qocaman dağ susdu birdən,
Yenə qarlı saçlarını
çiskin, duman aldı həmən.
Cavan qız da dinləmişdi
Savalanın söhbətini,
Düşünmüşdü o mənalı sözlərinin
qiymətini.
O, min xəyal aləmində fikrə getdi uzun zaman,
Sonra dedi: “Sən haqlısan haqq sənindir ey Savalan”.
Bu şeir 1950-1980-ci illər
arasında qələmə
alınıb. Lakin unutmaq olmaz ki,
Haşım Tərlan
Cənubi Azərbaycan
vətəndaşı olsa
da Bakıda doğulub və təxminən on beş
yaşına qədər
Bakıda yaşayıb.
Şair qəlbi isə onsuz da həssas olur və şübhəsiz
ki, Haşım Tərlan hələ Bakıda olarkən ermənilərin nə qədər nadürüst,
fitnəkar və alçaq olduqlarını
bütün varlığı
ilə duymuşdu və məhz ondan ötrüdür ki, 1938-ci ildən etibarən bir İran vətəndaşı
olan şair sözaltı mənalarla,
bədii piryomlarla zalım və qəddar hökmdarlardan əlavə nankor və namərd ermənilərin də azərbaycanlı qızların
toxuduqları xalçaları
min bir fırıldaqla,
riyakarlıqla, eyni zamanda zorla aparıb
dünya sərgilərində
öz adlarına çıxardıqlarına da
işarə edir.
Həbib
Sahir də bu mənada “Bir Toxucu qıza”
adlı şeir yazır:
Uçub
rəngin qızım,
səsin kallaşıb,
Kölgələnib gözəl ala gözlərin,
Çıx günəşə, qaranlıqdır karxana,
Uzaqlardan eşitmirəm sözlərin.
Yetər
qızım, toxuduğun
xalçalar
Aynabəndli salonları süslədi.
Əməklərin, incə solğun
əllərin,
Bir çox
zəngin ağaları
bəslədi.
Nazik ipək xalçaların gül açdı,
Xələtində hər gəlinin, hər bəyin.
Bəzədinsə məclisləri de görüm,
Zavallı qız bu dünyada
var nəyin?
Nə vaxtadək ac qarınla işləyib,
Yorğun əllər sərf edəcək min əmək.
Eşidibsən bu misalı
babadan:
“Çılpaq gəzib
özgələri süsləmək”.
Sən yaşında olan qızlar güllənir,
Nədən solmuş açan gülün tez sənin.
Məxmər geyib zənginlərin
qızları,
Nədən məxmər onlar üçün, bez sənin.
Rəngin
uçub, dodaqların
göyərib,
Gül, günəşə
açsın solmuş
güllərin.
Gəl,
quş kimi qanad açıb uzaqlaş,
Qızıl günəş öpsün
sarı əllərin.
Əlbəttə Həbib Sahir bu şeirdə, Haşım Tərlanın
“Toxucu qız və Savalan” şeirində olduğu kimi xalçaçılıq
dəzgahına da xüsusi yer ayırıb. Şairin burda əsas
məqsədi zavallı
toxucu qızın “çılpaq gəzib özgələri süsləməy”ini
göz önünə
gətirməkdir. Lakin
bununla belə şair hikmətamiz zərb misallarla, poetik löhvələrlə,
eyni zamanda arif insanların başa düşəcəyi
işarələrlə, xalça
toxumağı çox
gözəl bacaran bir azərbaycanlı qızcığazın timsalında,
minlərlə azərbaycanlı
qızların, qadınların
toxuduğu misilsiz xalçaların düşmən
millətlərə, yad
ünsürlərə qismət
olduğunu, eyni zamanda bu kafirlərin
Azərbaycan xalçalarını
həyasızcasına öz
adlarına çıxardığını
poeziya dili ilə söyləyir.
Xalça toxumaq isə Azərbaycan xalqında ta qədim zamanlardan
bəri yuxarıda qeyd olunduğu kimi xalq adət-ənənələrinə
hopub. Çünki Azərbaycan xalqının
bütün xeyir və şər işlərini xalı-xalçasız
təsəvvür eləmək
mümkün deyil.
Ən adi bir misal
gətirmək olar ki, azərbaycanlı növcavanlar el adəti ilə evləndiriləndə,
toy mərasimi zamanı
növcavanların, yəni
bəylə gəlinin
başının üstündən
xalça asılır
və bəylə gəlinin adı məhz xalçanın üstünə vurulur.
Bundan əlavə istər toylarımızda, istərsə
də yas mərasimlərində yerə,
eyni zamanda oturacaqların üstünə
bütünlüklə xalça
döşənir. Özünü azərbaycanlı kimi tanıyan bir insan evini, mənzilini,
yaşadığı malikanəsini
hökmən xalı-xalçalarla
bəzəməyə üstünlük
verib. Xalçaçılıq olduqca gözəl
bir peşə, sənət olmaqla yanaşı, Azərbaycan
xalqının adət
və ənənələrində
özünə mühüm
bir yer tapıb
və Azərbaycan xalqının məişətini,
həyatını bunsuz
təsəvvür eləmək
mümkün deyil.
Həbib Sahirin yaradıcılığındakı
fəlsəfi baxışlar
təbiətin və bəşər övladının,
həyatın ümumi
vəhdətində təcəssüm
edir. Şair bir çox
əsərlərində təbiəti
canlı lövhələrlə,
ecazkar mənzərələrlə
təsvir edir. Lakin şair hər bir elementə
belə dərin fəlsəfi məna verərək, mənsub olduğu xalqın həyatını, sevincini-kədərini,
əsasən də ağrısını-acısını, qəmini-qüssəsini təbiətin
nəşəli səhnələrinin
içində poetik boyalarla mükəmməl
bir surətdə bəyan edir:
Xəzan
çağı
Qızıl günəş odlanıbdır,
Ağacların yarpaqları
Minbir rəngə boyanıbdır...
Hər yarpağın bir rəngi var,
Sevda rəngi,
Həsrət rəngi,
Tutqun, tozlu,
Qürbət rəngi...
Xəzan
çağı yel əsərkən,
Yağır yarpaq,
Ölgün yarpaq
Qalanıbdır qalaq-qalaq.
Yollar uzaq, göllər dərin,
Nəsim əsir sərin-sərin.
Dağlar bizim, bağlar bizim.
Yeriyərkən yarpaq üstə
Qalmaq izin...
Gün yandırmaz,
Son bahardır,
Sanki ağac yarpaqları,
Lacivərdli bu mətndə
Nəqqaşlardır...
Bir çox xəzan gəlib-keçdi...
Bir çox
karvan qonub köçdü.
Bir xəzanda
yetim qaldıq.
Bir xəzanda
sevdalandıq.
Bir xəzanda
alovlandıq.
Ən nəhayət,
xülyaların havasından
qanadlandıq.
Bir xəzanda
parlaq qızıl günəş doğdu.
Bir xəzanda
Bulud gəlib günü boğdu...
Anlayarkən xəzanları
Zaman bizi qovaladı...
Gəldi
zaman, keçdi zaman..
Ayrı düşdük yurdumuzdan.
Həsrət qaldıq
Sərin-sərin bulaqlara,
Gül-çiçəkli otlaqlara.
Zaman keçdi, biz quruduq
Susuz qalan ağaclar tək.
Təravətdən saldı bizi,
Bilməm qürbət?
Yoxsa fələk?
Həbib Sahir bu şeirdə xalqın dərd-sərini təbiətin səsi ilə bəyan edir. Məlumdur ki, təbiət də şairlərə əla mövzular verən vasitədir. Təbiətin səsi ilə qüssə akordunun artan payı zaman-zaman dəyişən hadisələrin lirik təsvirini verir. Xalqın həyatı təbiətlə məhəkləşir və əbədiləşir.
1950-1980-ci ilərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinə yaxından bağlılıq, xalqın, zəhmətkeş insanın məişət tərzini və dünyayabaxışını əks etdirmək, xəlqilik, vətənpərvərlik qabarıq şəkildə özünü göstərir. M.Şəhriyar, M.Məhzun, H.Sahir, Səhənd, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar öz əsərləri ilə zəmanəsinin ədəbi prosesinin bünövrə daşını qoymuş Ə.Nabdil (Oxtay), M.İskun, S.Behhrəng, Səhənd kimi söz ustaları öz sələflərinin öz sələflərinin ədəbi irsini uğurla davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu, İldırım, Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi imzalar və adlar sırasına daxildirlər.
1950-1980-ci illər ərzində ədəbiyyata gələn güneyli şairlərin yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl ədəbi zərurət kimi xalqın zəngin ədəbi-mənəvi sərvətlərinə məhəbbətdən irəli gəlir. Əsərlərinin forma-məzmun gözəlliklərinə nail olmaq üçün şifahi ədəbiyyatın poetik sərvətlərindən bəhrələnmək şübhəsiz, folklor motivlərinin əxzi, mühüm sənətkarlıq sirlərinin öyrənilməsi obraza çevrilən söz və ifadələrin fikir tutumuna, misraların ahənginə, melodiya axarına, qafiyə kamilliyinə və s. estetik ovqat verir. Folklor və klassiklərimizin ənənələrinin şeir dilində güclənməsi, təbiidir ki, şeir mətnində şifahi ədəbiyyatın ruhunu, obraz yaratma vasitələrinin görünməsinə zəmin hazırlayır.
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 28 aprel.-
S14.