Azərbaycanda vətəndaş cəmiyyətinin
vəziyyəti
QHT sektorunda problemlərin
yaranma səbəbləri və həlli yolları
Müstəqilliyin bərpasından sonrakı mərhələdə
bir sıra demokratik təsisatlar kimi qeyri-hökumət təşkilatlarının
da formalaşması prosesi başlayıb. Ölkədə
3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli
sayda qeydiyyatsız qrup mövcuddur. Ölkədə
mövcud QHT-lərin sayını nəzərə alsaq, orta
hesabla hər 3000 vətəndaşa təxminən bir QHT
düşdüyünü qeyd etmək olar .
Kəmiyyət prizmasından qiymətləndirsək
Azərbaycan kimi müstəqillik yoluna yeni qədəm
qoymuş ölkələr üçün bu pis göstərici
deyil. Vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq üçün
Azərbaycan hökuməti son illərdə bir sıra ciddi
addımlar atıb. Yerli və xarici QHT-lərə
qrantların ayrılması və informasiya dəstəyinin
verilməsi məqsədilə Azərbaycan hökuməti
2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi
Şurasını təsis edib və Azərbaycan
Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
Dövlət dəstəyi Konsepsiyası təsdiq edilib.
Dövlət orqanları nəzdində
yaradılmış ictimai nəzarət şuralarını,
QHT və hökumət təmsilçilərindən
formalaşan şəbəkələri və işçi
qruplarını da hökumətin vətəndaş cəmiyyəti
ilə əməkdaşlığına nümunə göstərmək
olar. Digər tərəfdən, 2013 və
2014-cü illər ərzində Milli Məclis QHT-lərin
hökumət qarşısında
hesabatlılığını artıran bir sıra
qanunvericilik dəyişiklikləri qəbul edib. Qrant vəsaitlərinin xərclənməsi üzərində
bankların nəzarəti də artırılıb. Bu dəyişikliklər QHT-lərin fəaliyyətində
hesabatlılığın və şəffaflığın
artırılmasına xidmət etsə də, yeni öhdəliklərin
icrası adminstativ problemlər yaradır ki, bu problemləri də
həll etmək üçün bütün tərəflərin
iştirakı ilə cəhdlər göstərilir. Vətəndaş cəmiyyəti idarəetmə,
menecment və maliyyə vəsaitlərinin cəlb edilməsi
sahələrində ixtisaslaşmış kadrlara, institusional
potensialının artırılmasına, həmçinin
şəffaflığın və hesabatlılığın
inkişaf etdirilməsinə ehtiyac duyur. Maliyyələşmənin
davamlı olmaması QHT-lərin ictimai həyatda fəal
iştirakına ciddi maneələr yaradır və ölkənin
ictimai-siyasi gündəliyinə təsir imkanlarını
azaldır. Vətəndaşları ictimai
məsələlər barəsində məlumatlandırmaq,
ortaq problemlərin həlli üçün insanların təşkilatlanma,
resursları səfərbər etmə və birgə işləmə
potensialını inkişaf etdirmək, hüquqi yardım
göstərmək istiqamətində vətəndaş cəmiyyəti
daha uğurlu fəaliyyət göstərə bilir. Vətəndaş cəmiyyəti büdcənin
formalaşdırılması və büdcə xərcləri
üzərində nəzarət imkanları, hökumətin
hesabatlılığına nail olunması və hökumətin
siyasətinin formalaşmasında iştirakını
artırmalıdır. Azərbaycanda vətəndaş
cəmiyyəti hələ tam yetkin deyil, o, institusional
potensialının artırılması və konsolidasiya kimi
ağrılı proseslərdən keçir.
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı
Mübarizə İctimai Birliyi bu məsələni
apardığı sorğuya əsasən təhlil edib. Bildirilib ki,
struktur və təşkilatlanma Azərbaycan qanunvericiliyi
universal olaraq qeyri-hökumət təşkilatları kimi
tanınan qurumlara ya ictimai birlik ya da fond anlayışlarını
şamil edir. Qanuna əsasən ictimai
birlik ümumi məqsədlər əsasında birləşmiş
bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış qeyri-kommersiya qurumudur, fond isə
bir və ya bir neçə fiziki və ya hüquqi şəxslər
tərəfindən əmlak haqqı əsasında təsis
edilə və sosial və ya digər ictimai-faydalı məqsədlər
daşıya bilər. Beynəlxalq təcrübədə
tez-tez rast gəlinən, bir neçə təşkilatın
ümumi məqsədlər ətrafında birləşərək
yaratdığı forum, platforma və ya koalisiya kimi geniş
anlayışlar Azərbaycan qanunvericiliyində mövcud deyil.
Lakin qanunvericilikdə “ittifaq” kimi təşkilati-hüquqi
forma nəzərdə tutulmuşdur ki, bu da bir neçə
hüquqi şəxslərin birləşməsini
mümkün edir. QHT birlikləri öz hədəflərinə
çatmaq, maliyyə əldə etmək məqsədilə
ictimai birlik formasında qeydiyyatdan keçməyə cəhd
edirlər, çünki bu həm qanunun tələbidir, həm
də donorlar tərəfindən maliyyələşmək
üçün bir qayda olaraq QHT-lərin hüquqi
qeydiyyatı ilkin şərtdir. QHT-lər
aldıqları qrant vəsaitlərini də rəsmi olaraq
qeydiyyatdan keçirməlidirlər. Azərbaycanda
vətəndaş cəmiyyəti xeyli fəaldır. Ölkədə 3000-ə qədər qeydiyyatdan
keçmiş QHT və xeyli sayda qeydiyyatsız qrup
mövcuddur. Yerli və xarici QHT-lərə
qrantların ayrılması və informasiya dəstəyinin
verilməsi məqsədilə Azərbaycan hökuməti
2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi
Şurasını təsis edib.
Qiymətləndirmə
Qanunvericilik vətəndaş cəmiyyəti
üçün əlverişli mühiti nə dərəcədə
təmin edir?
Azərbaycanda vətəndaş cəmiyyətinin
fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə
ciddi ehtiyac var. QHT-lərə Dövlət Dəstəyi
Şurası və QHT-lər mütəmadi olaraq
qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı təkliflərlə çıxış edirlər.
Məsələn, Şərq Tərəfdaşlığı
Proqramı çərçivəsində Azərbaycanda 17
may 2012 tarixində təşkil olunmuş 1-ci Vətəndaş
Cəmiyyəti Forumu digər tövsiyələrlə
yanaşı, həm də qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı təkliflər paketini hökumətə təqdim
edib. Birləşmək hüququ Azərbaycanda
Konstitusiyanın 58-ci maddəsi 9 və Avropa İnsan
Hüquqları Konvensiyasının 11-ci maddəsi10 ilə təmin
olunub. QHT-lərin fəaliyyətinin hüquqi çərçivəsi
Azərbaycan Respublikasının Konstitusiyası, Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında, Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında, Qrant haqqında,
Könüllü fəaliyyət haqqında qanunlar, Qrant
alınması (verilməsinə) dair müqavilələrin (qərarların)
qeydiyyata alınması Qaydaları və sair normativ aktlarla
müəyyən edilir. QHT-lərin fəaliyyət göstərməsi
üçün qeydiyyatdan keçməsini Azərbaycan
qanunvericiliyində açıq tələb edən müddəa
əvvəllər mövcud deyildi, lakin 15 fevral 2013-cü il
tarixində Milli Məclis Qrant haqqında və QHT-lər
haqqında 17 qanunlara bir sıra dəyişikliklər edərək
QHT-lərin fəaliyyət göstərməsi
üçün qeydiyyatdan keçməsi şərtini
açıq şəkildə təsbit etdi. 15 fevral
2013-cü il tarixində İnzibati Xətalar Məcəlləsinə
edilən dəyişikliklərə 18 görə isə 200
manatdan artıq vəsaitlər üçün donorla qrant
müqaviləsi imzalanmalıdır; qrant müqaviləsi
olmadan maliyyə vəsaiti və ya başqa maddi formada yardımın
qəbul edilməsinə görə inzibati xətanın
bilavasitə obyekti olmuş vəsait və əşyalar
müsadirə olunmaqla vəzifəli şəxslər 2,500
manatdan 5,000 manatadək, hüquqi şəxslər isə
8,000 manatdan 15,000 manatadək miqdarda cərimə ediləcək.
17 Dekabr
2013-cü il tarixində QHT-lərin fəaliyyətiləbağlı
növbəti qanun dəyişiklikləri qəbul edilib. Bu dəyişikliklərdən
biri – İnzibati Xətalar Məcəlləsinin 223-1.4-cü
maddəsinin yeni redaksiyası Ədliyyə Nazirliyində
qeydiyyata alınmamış qrant müqavilələri üzrə
bank və digər əməliyyatların aparılmasına
görə vəzifəli şəxslər üçün
2,500 manatdan 5,000 manatadək, hüquqi şəxslər isə
5,000 manatdan 8,000 manatadək miqdarda cərimə nəzərdə
tutur. 17 Dekabr 2013-cü il dəyişikliklərindən,
sonra 17 Mart 2013-cü il tarixində Mərkəzi Bankın
İdarə heyətinin qərarı qəbul olunub. Banklara tapşırılıb ki, qrant verilməsi və
ya alınması ilə bağlı nağdsız
hesablaşma və pul köçürmələri əməliyyatları
yalnız qrant verilməsi və ya alınması haqqında hər
bir müqavilənin qeydə alınmasını təsdiq edən
sənəd təqdim olunduqda aparılsın. Bu da bankların qeydə alınmamış qrant
müqavilələri üzrə əməliyyatların
keçirilməsinə görə cərimələnməsindən
ehtiyatlanması ilə bağlı olmuşdur. Son dəyişikliklərdən
sonra qrantı Ədliyyə Nazirliyindən qeydiyyatdan
keçirdikdən sonra qurumdan alınan bildirişi müvafiq banka tədim etmək və bunun əsasında
maliyyə əməliyyatının aparılmasına nail
olmaq olar. Bu sahədə əsas problem ondan ibarətdir
ki, Mərkəzi Bankın qərarında açıq şəkildə
sənədin təqdim edilməli olduğu bildirilsə də,
qanunda və ya Prezidentin fərmanında belə bir öhdəlik
göstərilmir. Ədliyyə Nazirliyi tərəfindən
qrantların səmərəli onlayn reyestri aparılır və
bu məlumatlar ictimaiyyətə açıqdır. Banklar isə Mərkəzi Bankın qərarını
əsas gətirərək məlumatları sənəd
formasında tələb edirlər, hətta bəzi hallarda
artıq qeydiyyatdan keçmiş qrantlara da rəsmi
bildiriş tələb edərək yeni tənzimləmələrin
qüvvəsini geriyə tətbiq edirlər. Həmçinin bəzi banklar qeydiyyata
alınmış qrant müqaviləsi ilə nəzərdə
tutulan vəsaitlər hər dəfə hesaba
köçürülən zaman, yəni hər tranş
zamanı yenə bildirişlər tələb edirlər.
Bəzən bu tənzimləmələr Azərbaycan hökuməti
tərəfindən verilən qrantlara da şamil edilir, halbuki
qanuna əsasən bu qrantları donor təşkilatlar özləri
qeydiyyatdan keçirməlidir . Yeni dəyişikliklər QHT-ləri öz fəaliyyətlərini
və xərclərini daha şəffaf və hesabatlı
göstərməyə sövq etsə də, digər tərəfdən
qanunun təcrübədə tətbiqi onların fəaliyyətlərində
ləngimələrə səbəb olur. QHT-lərə
Dövlət Dəstəyi Şurası bəzi vətəndaş
cəmiyyəti təşkilatları ilə birlikdə bu
problemlərin həllinə nail olmaq üçün
işçi qrupu təşkil edib . Müvafiq qanunvericiliyə əsasən qeydiyyat
qaydalarına görə qrant müqaviləsinin notariusda təsdiq
edilmiş nüsxəsi Ədliyyə Nazirliyinə təqdim
edilməlidir. Ümimiyyətlə isə
qrantların notariuslar tərəfindən qeydiyyatı prosesində
təkmilləşdirməyə ehtiyac var. Ədliyyə
Nazirliyi isə bürokratik prosedurların əngəl
olmaması üçün “Fərdi elektron pəncərə”
elektron məlumat sistemi yaradıb. Bəzi
hallarda notariuslar qrant müqavilələrinin müəyyən
edilmiş tələblərə cavab vermədiyini əsas gətirərək
onları təsdiq etməkdən ehtiyatlanırlar.
Qanunvericilikdə donorla, qrant alan
arasında imzalanan qrant müqavilələrinin dəqiq
formatı haqqında aydın qaydalar mövcud deyil. Qanunda qeyd olunur ki, müqavilədə (qərarda)
qrantın məqsədi, məbləği, predmeti və əgər
donor tərəfindən resipiyent qarşısında
hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər
göstərilməlidir. Bundan savayı hər
donorun ayrı qrant müqaviləsi forması mövcuddur.
Digər bir çətinlik Azərbaycandan kənarda
yerləşən donorlarla imzalanan qrant müqavilələrinin
təsdiqi ilə bağlıdır. Belə
ki, texniki cəhətdən bir çox hallarda qrant müqavilələrinin
orijinal nüsxələrini əldə etmək çətin
olduğundan onu skanlanmış versiya əvəz edir. Dəyişikliklərdən sonra yaranan bürokratik
problemlərin aradan qaldırılması üçün
Ədliyyə Nazirliyi QHT-lər üçün vahid elektron pəncərə
sistemini tətbiq etməyə başlayıb. Korrupsiyaya qarşı islahatları təşviq edəcək
potensial və koalisiya imkanlarını müəyyən etmək
məqsədilə Şəffaflıq Azərbaycan təşkilatının
vətəndaş cəmiyyəti (QHT rəhbərləri və
üzvləri) arasında apardığı son sorğudan belə
məlum olur ki, vətəndaş cəmiyyəti vergi sistemini
orta qiymətləndirir.
Cavid
(Davamı var)
Xalq Cəbhəsi.-
2015.- 11 avqust.- S.13.