“Dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə
törədən amillərin sayı artıb”
Elməddin Hacılı: “İnsan fəaliyyəti nəticəsində ekosistemlər
deqradasiyaya uğrayıb”
“Hər kəsə
məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən
amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində
ekosistemlər deqradasiyaya
uğrayıb. Bu səbəbdən
də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsi tələb
edilir. Son illərdə
Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu
sahədə xeyli iş görülüb. Belə ki, Ətraf Mühitin Mühafizəsi
üzrə Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair” Milli Proqram və
digər dövlət
proqramları qəbul
edilərək həyata
keçirilib. 2010-cu il dövlət başçısı tərəfindən
ekologiya ili elan olunub və
bu istqamətdə bir sıra layihələr
və tədbirlər
icra olunub. Qeyd edək ki, bugün
də ölkəmizdə
ekoloji problemlərin həlli istiqamətində
müvafiq dövlət
proqramları çərçivəsində
ardıcıl tədbirlər
görülür. Təbii ki,
ölkəmizdə ekoloji
problemlərin həllində
dövlət qurumları
ilə yanaşı qeyri-hökumət təşkilatlarının
da fəaliyyəti zəruridir”. Bunu Vətəndaş
Cəmiyyəti Problemlərinin
Tədqiqi Mərkəzinin
sədri Elməddin Hacılı deyib. Onun sözlərinə görə, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları
aradan qaldırmaq üçün az rol oynamır.: “Fikrimcə, əməkdaşlığı qənaətbəxş hesab
etmək olar. Dövlətin ekologiya sahəsində siyasətini
həyata keçirən
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ekoloji problemlərin həllində
cəmiyyətin daha geniş iştirakını
təmin etmək, eləcə də, nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində
düzənlədiyi tədbirlər
barədə əhalinin
məlumatlılığının daha da artırılması
məqsədilə müntəzəm
olaraq nazirlik əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri,
birgə tədbirləri
keçirilir, fikir mübadiləsi aparılır.
Müxtəlif ekoloji problemlərin
həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi,
yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən
müzakirələrdə, ölkəmizdə ətraf
mühit sahəsində
fəaliyyət göstərən
QHT-lərin rəyləri
də öyrənilir
və təqdirəlayiq
bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV və
QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, nazirlik çərçivəsində keçirilən bütün
tədbirlərdə ictimaiyyətin
nümayəndələri iştirak
edir və hər hansı bir ekoloji və
ətraf mühitlə
bağlı məsələ
ilə əlaqədar
yaradılan komissiyalarda
onlar təmsil olunurlar.
Nazirliklə daimi işgüzar
əlaqə saxlayan
30-dan artıq QHT, o cümlədən
“Ekosfera” Sosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi
cəmiyyəti, “Ornitologiya”
cəmiyyəti, Beynəlxalq
Ekoenergetika Akademiyası,
“Ekores”, Sosial Araşdırmalar Mərkəzi,
“Ekoyl”, “Yaşıllar”
cəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma
Mərkəzi, Ekoloji Problemlərin araşdırılması
Mərkəzi, “Ekoleks”
Hüquq Mərkəzi,
İnsan və Ətraf Mühit, “Ekoqraf”, Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi,
“Rüzgar” Ekoloji İctimai Birliyi, Davamlı inkişaf cəmiyyəti, “Ekosos”, Energetika və ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər
ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb
edilir, onların təklif və sorğuları əsasında
görüşlər təşkil
olunur. Eyni zamanda, Azərbaycanın
ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin
yerinə yetirilməsi
üçün işçi
qrupları yaradılıb
və bu qrupların tərkibinə
də müvafiq QHT-nin nümayəndələri
daxil edilib”.
Elməddin Hacılı əlavə
edib ki, başqa sahələrdə
olduğu kimi, ekoloji problemlərin həlli istiqamətində
də QHT-lərin tədbirləri daha da sürətlənib və bir çanlanma
yaranıb: “Bu sahədə
milli donor inistutlarının
maliyyə dəstəyi
ilə icra olumuş və icra olunmaqda olan QHT layihələrinə
nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. “Dünya Gəncləri Alyansı”
İctimai Birliyi tərəfindən icra edilən “Mənim şəhərim, mənim
evim” ekoloji layihəsi Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənib. Layihə Bakı
şəhər əhalisinin
küçə və
yollara, parklara məişət tullantılarının
atılmasının qarşısının
alınması üçün
maarifləndirmə işini
həyata keçirilib.
Üzərində “Mənim
şəhərim, mənim
evim” və ya “Şəhərimizi təmiz saxlayaq” şüarları yazılmış
avtomobil istifadəçiləri
üçün daim istifadə etdikləri ətirli asılqanları,
xanımlar üçün
əl güzgüləri,
kişilər üçün
brelokların paylanması
, dənizkənarı bulvarda
və digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar və plastik su qablarının
üzərinə eyni
şüarların yazıldığı
stikerlərin yapışdırılması
təmin olunub.
Digər
bir layihə isə 2012-ci ilin sentyabrından etibarən
“Hüquqşünas Qadınlar
Assosiasiyası” İctimai
Birliyi tərəfindən
Azərbaycan Gənclər
Fondunun maliyyə dəstəyi ilə “Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi”
adlı layihə olub. Layihə çərçivəsində
Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlər
keçirilib və ekologiya hüququna dair məlumat kitabçası nəşr
edilib. Eyni zamanda, layihə
çərçivəsində Bakı şəhərində
“Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri” adlı bir günlük treninq təşkil olunub. Treninqdə əhalinin ekoloji
hüquqları barədə
iştirakçılara ətraflı
məlumat verilib, ekoloji hüquqların müdafiə mexanizmləri
barədə iştirakçılarla
interaktiv məşğələ
keçirilib.
Ötən il Lənkəran
şəhərində “Vətəndaş
Cəmiyyəti Debat” İctimai Birliyi,
ATƏT-in Bakı ofisi,
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, İDEA beynəlxalq
kampaniyası, “Təmiz
Şəhər” ASC tərəfindən
“Green Corps Youth İnitiative” / “Yaşıl Korpus. Gənclər Təşəbbüsü” layihəsi həyata keçirilib. Layihə Lənkəran
rayonunda keçirilib,
iyun-dekabr aylarını
əhatə edib və 2 hissədən ibarət olub. Layihənin birinci hissəsində
“Green Corps Summer School” keçirilib.
İkinci hissəsində isə gənclər tərəfindən
təqdim edilmiş aksiyaların icrası baş verib. Layihə bilik
və bacarıqların
artırılması, şəbəkələndirmə,
maarifləndirmə, öyrənilmiş
dərslərin planlaşdırılması
tipində olub. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühit və təhlükəsizlik: Ekoloji
maarifləndirmə proqramı”
adlı layihəni icra edir. Layihənin məqsədi gənclərdə
ətraf mühitə
ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə
ilə bağlı bilik və bacarıqlar,
davranış vərdişləri
formalaşdırmaqdır. Ötən dövrdə, eyni zamanda, Azərbaycan
Respublikası Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə
“Potensial” Sumqayıt Mütəxəssisləri Birliyi
tərəfindən “Sumqayıt
şəhəri və
ətraf qəsəbələrdə
sanitariya və ekoloji mədəniyyətin
yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin
təşkili”, Ekoloji
Maarifçilk və Monitorinq İctimai Birliyi tərəfindən
“Azərbaycanda cari ekoloji çağrışlarla
bağlı debatların
keçirilməsi”, “Biosfer”
İctimai Birliyi tərəfindən “Ekoloji
tədrisin keyfiyyətinin
artırılmasına yardım”
kimi layihələr də həyata keçirilib”.
O, bildirib ki, əsas
məqsəd ölkə
vətəndaşlarının diqqətini daim ekoloji problemlərin həllinə yönləndirməkdir:
“Fəal vətəndaşları
ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına
qoşmaqdır. Sözsüz ki, vətəndaşların
ekoloji problemlərə
aid birgə layihələrin
icrasına kömək
etməsi çox əhəmiyyətlidir. Bundan başqa,
əhaliyə QHT-lər
tərəfindən Azərbaycanda
külək, Günəş
enerjisindən, biokütlədən
istifadənin səmərəliliyi
haqqında məlumatlar
aşılanmalı və
bu istiqamətdə maarifləndirmə işləri
gücləndirilməlidir. Yaşıllıqların salınması istiqamətində
böyük işlər
görülməsinə baxmayaraq
onların bu prosesi həyata keçirmək mexanizminə
düzgün riayət
edilmir. Məhz bu istiqamətdə
ekoloji təşkilatlar
monitoriqlər aparmalı,
mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidir.
Bu gün QHT sektoru
çimərliklərin durumu
ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla həllinə yardımçı
olması çox vacibdir. Satılan qidaların
keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb
olunması üçün
hüquqi biliklərin
artırılması, maarifləndirmə
istiqamətində fəaliyyətlərin
təşkil olunması
da az
əhəmiyyət kəsb
etmir. Ekoloji cinayətkarlıqla əlaqəli, Dağlıq
Qarabağ müharibəsi
zamanı Azərbaycan
təbiətinə dəyən
zərərin ekoloji qiymətləndirilməsi, daim
QHT-lərin gündəmində
olmalıdır.
Sonda qeyd edim ki, ekoloji
problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla,
dünya birliyi ölkələrinin birgə
fəal səyi nəticəsində mümkündür. Azərbaycanın dövlət strukturlarının
və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir.
Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin
həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın
genişləndirilməsi və
möhkəmləndirilməsindən ibarətdir”.
Əli
Ardı gələn sayımızda
Xalq Cəbhəsi.-
2015.- 20 avqust.- S.13.