Qeyri Hökümət Təşkilatları
İmperiya misyonerləri
21-ci əsrdə Qeyri Hökümət Təşkilatları bir sıra humanitar seferlaradakı aktivlikləri sayəsində, dünya arenasında mühim rol oynayırlar. Bu problemlərə daha çox kasıbçılıq, ətraf mühitin qorunması və insan azadlıqları daxildir. Lakin Qeyri Hökümət Təşkilatlarının digər tərəfi də var. Onlar həm keçmişdə, həm də hazırkı dövrdə bir sıra ölkələrdə xarici siyasətin müəyyən hissəsini əhatə edirlər. Bu amil daha çox Amerika Birləşmiş Ştatlarında öz əksini tapır. Silahlı qüvvələrdən istifadə etmək əvəzinə ABŞ, digər ölkələrdə öz təzyiqini artırmaq üçün QHT-dən istifadə edir. Bu QHT-lər arasında daha çox diqqət cəlb edənlər isə “Milli Demokratiya Fondu” , “Freedom Hosue” və “Beynəlxaq Aministiya” adı altında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatlarıdır.
“Geopolitica” bu təşkilatların bəzilərinin fəaliyyətinə baxış keçirib.
Milli Demokratiya Fondu
Milli Demokratiya Fondunun (MDF) şəxsi internet səhifəsində qeyd edildiyi kimi, Fond şəxsi və qeyri-komersiya təşkilatıdır. Fondun əsas məqsədi Bütün dünya üzrə Demokratiya İnstitutlarını möhkəmlətməkdir. Lakin həqiqətə qalsa hər şey heç də yazıldığı kimi deyl.
MDF-in tarixi Reyqan Administrasiyasının dövrünə
qədər gedib çıxır. 1970-ci illərdə Mərkəzi
Kəşfiyyat İdarəsinin ardıcıl
uğursuzluqlarının üstü açılması bu
prosesi daha da sürətləndimişdi. Mərkəzi Kəşfiyyat
İdarəsi dövlət qulluqçularına qarşı sui- qəsdlərdə, xarici dövlətlərdə
destabilizasiya faktları, eləcə də ABŞ vətəndaşlarının
qanunsuz izlənilməsi və dinlənilməsi hallarına
görə ittiham olunurdu. Təbii ki, hadisələrin
belə gedişi həm Mərkəzi Kəşfiyyat İdarəsi-nin,
həm də ABŞ dövlətinin nüfuzuna böyük
kölgə salmışdı. Bununla
bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətinin
araşdırılması üçün xüsusi komitələr
yaradıldı. Bu komitələr
arasında “Çerç Komiteti” (Rəhbəri Aydaxo
Demokratik Partiyasının nümayəndəsi Frenk
Çerç idi) daha çox fərqlənirdi. Belə ki, Çerçin fəaliyyəti nəticəsində
ortaya çıxmış faktlar, bu qurumun daima nəzəratdə
olmasını qaçılmaz edirdi. Daimi
Nəzarət Komitəsinin əsas məqsədi Mərkəzi
Kəşfiyyat İdarəsinin fəaliyyətini intensiv nəzarətdə
saxlamaqdan ibarət idi. Belə görsənirdi
ki, bütün bu işlərdən sonra Mərkəzi Kəşfiyyat
İdarəsinin fəaliyyətində səliqə -səhman
yarandı və bu qurum artıq nə dövlət məmurlarına,
nə də adi vətəndaşlara təhlükə
yaratmırdı. Lakin idarənin
çirkin işləri öz davamını ayrı şəkildə
reallaşdıra bildi. Onlar zərərsiz
Qeyri Hökümət Təşkilatının cildinə girərək,
guya ki, dünyada demokratiyanı inkişaf erdirməyə
çalışırdılar. Beləliklə
də “Milli Demokratiya Fondu” fəaliyyətə başladı.
MDF lap əvvəldən
ABŞ-ın xarici siyasətini müəyyənləşdirən
əsas vasitələrdən biri hesab olunub. Fondun
əsasını Alen Vaynşteyn qoyub. Buna
qədər Vanşteyn Braun və Cortaun Universitetlərində
professor idi. Alen həm də “The Washington
Post” və “The Washington Quarterly” kimi mətbuat
orqanlarındakı fəaliyyəti ilə
tanınırdı. “The Washington Quarterly”
jurnalı Corctaundakı Strateji və Beynəlxalq
araşdırmalar mərkəzinin mətbu orqanı hesab
olunurdu. Bu jurnal həm də İmperial
Starteqlər Henri Kissinger və Zbiqnev Bjezinski kimi simalarla əməkdaşlıq
eməsi ilə seçilir. 1991-ci ildə Vaynşteyn
öz müsahibələrindən birində belə bir ifadə
işlətmişdi: “Bizim bu günkü fəaliyyətimizin
böyük əksəriyyəti 25 il bundan əvvəl Mərkəzi
Kəşfiyyat İdarəsi tərəfindən gizli şəkildə
həyata keçirilirdi”
Fondun ilk direktoru Karl Qeşman açıq şəkildə
bəyan etmişdir ki, Fond Mərkəzi Kəşfiyyat
İdarəsinin çirkin işlərinin davamı idi. 1986-cı ildə Qeşman
verdiyi müsahibəsində öz fikirlərinə belə
davam etmişdi: “Biz sözügedən fəaliyyətimizi
gizli həyata keçirə bilməzdik. Bütün
Dünyada fəaliyyət göstərən Demokratik Təşkilatların,
Mərkəzi Kəşfiyyat İdarəsinin hesabına
işləməsi ilə bağlı yayılacaq məlumatlar
da yolverilməz idi. Bunun fəsadlarını
60-cı illərdə gördük, bu səbəbdən də
belə fəaliyyətə son qoyduq. Bu
şəkildə davam edə bilməzdik, bu səbədən
də Fond yaradıldı. Fond Amerika
hökümətinin əsas silahıdır. 1983-cü
ildə Fondun rəsmi əsası qoyulduqdan sonra, təşkilat
hər il ABŞ Konqresinin dəstəyi ilə
Amerika İnformasiya Agentliyinin büdcəsindən mütamadi
olaraq maliyyələşdirilirb.”
Fond fəaliyyətə başladıqdan sonra ABŞ
maraqlarını müdafiə edən təşkilatlara dəstək
olmağa başlayıb. 1983-cü ildən etibarən 1 il
müddətində fond Fransada intensiv fəaliyyətini davam
etdirib. Burda fond Həmkarlar İttifaqı kimi fəaliyyət
göstrən Tələbələr və Professorların təşkilatlarına
böyük dəstək olub. Onların
solçu professorlarla mübarizəsində əvəzsiz rol
oynayıb. Bir növ müxalifət
adlandırılacaq təşkilatlar üçün
braşuralar, kitablar və posterlərin hazırlanmasında
yaxından iştrak edib. Bir sıra
seminarları maliyyələşdirib. 90-cı
illərin ortasında və sonunda Fond, Həmkarlar
İttifaqı ilə mübarizəsini daha da intensivləşdirmək
məqsədi ilə Amerika İnstitutlarında azad
işçi qüvvəsini möhkəmlətmək
üçün 2.5 milyion ABŞ dolları vəsait xərcləyib.
Nəticədə Mərkəzi Kəşfiyyat
İdarəsi proqressiv Həmkarlar İttifaqlarına
qarşı olan siyasətini rahat şəkildə həyata
keçirdə biliib.
Fondun müdaxiləsi olmadan Venesuella və Haitidə
prezident seçkiləri diqqətləri cəlb etməzdi. Fondun fəaliyyəti
bu proseslərdə Solçu qüvvələrin fəaliyyətini
zərərsizləşdirməkdən ibarət idi. MDF dünyada qeyri stabilliyi qorumaqda olan qüvvələrdən
hesab olunur. Fondun əsas fəaliyyəti
ABŞ-a qarşı olan dövlətlərdə həyata
keçirilir. Bundan başqa Fond eyni məqsədlərə
qulluq edən daha bir Qeyri Hökümət Təşkilatının
fəaliyyətini maliyələşdrir. Bu,
“Freedom House”dir.
Freedom
House
“Freedom House” ilkin olaraq 1941-ci ildə yaradılıb. Təşkilatın
əsas məqsədi insan hüquqları və
demokratiyanı müdafiə etmək idi. Bəlkə
də o vaxt təşkilatın əsas məqsədi məhz
bu olub. Lakin hazırda qurum tam fərqli bir
siyasət həyata keçirir, onun liderlərinin adı isə
şübhəli təşkilatlarla birgə
hallandırılır. Qurumun
hazırkı icraçı direktoru Devid Kramer “Yeni Amerika
Əsri” adlandırılan elmi lahiyənin aparıcı
üzvlərindəndir. Lahiyə Amerikada
bir növ qeyri stabilliyi inkişaf etdirməyə
çalışır.
Corc Buş Administrasiyası öz dövründə təşkilatdan
terrorizmə qarşı mübarizədə geniş istifadə
edib.
2006-cı il martın 29-da Buş bəyan
etdi ki, “Freedom House” 30 illik fəaliyyəti dövründə ən
böyük uğurunu məhz 2005-ci ildə qazanıb. Keçmiş prezident təşkilatın beynəlxaq
azadlıq naminə gördüyü işləri yüksək
qiymətləndirərək bildirdi ki, hər bir insan və hər
bir ölkə tam olaraq azadlığa qovuşmayınca Amerika
sakitləşəsi deyl. Amerikanın bu
işdə əsas məqsədi gələcək nəsillərin
azadlıq və sülh içində yaşamasıdır.
Ardınca məlum oldu ki, “Freedom House” daha
çox Buş Administrasiyasını dəstəkləyir.
Təbii ki, buna səbəb təşkilatın
dövlət tərəfindən dəstəklənməsi və
maliyyələşdirilməsi idi. Yayılan
məlumatlara görə, təşkilatın gəlirlərinin
66 faizi birbaşa dövlətdən əldə olunurdu. Maliyyənin əsas mənbələri isə
ABŞ-n Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Dövlət
Departamenti və Milli Demokratiya Fondu idi. Bu
yolla biz görürük ki, “Freedom House” təkcə
siyası baxımdan deyl, eyni zamanda, maliyyə baxımından
da ABŞ dövlətindən asılı idi.
Lakin qeyd etmək lazımdır ki, dövlətə dəstəyi
ilə təkcə “Freedom House” seçilmirdi. Buşun rəhbərliyi
ilə digər Qeyri Hökümət Təşkilatlarına
da müvafiq dəstəklər göstərilirdi ki, onlar da
beynəlxalq sferada dövlətin maraqlarına qulluq etsinlər.
2003-cü ildə ABŞ Beynəlxaq İnkişaf Agentliyinin rəhbəri
Endryu Naçios Qeyri Hökümət Təşkilatlarının
Konqresində belə bir ifadə işlətmişdi:
“Əfqanıstanda Qeyri Hökümət Təşkilatları
ilə ABŞ-a məxsus Beynəlxaq
İnkişaf Təşkilatının əməkdaşlığı
Həmid Kərzai rejiminin saxlanılması ilə
yekunlaşdı. Nəticədə
Əfqanıstan xalqı elə hesab edir ki, mərkəzi
idaretmədən və ABŞ-dan asılı olmayan
qrumların hesabına onların həyatı daha da
yaxşılaşıb. Bu ciddi bir
problemdir”. Ardınca Naçios İrakla bağlı da
öz fikirlərini qeyd etdi: “İş Qeyri Hökümət
Təşkilatlarının fəaliyyətinə gəldikdə,
nətiəcləri bəyan etmək lazımdır. Lakin bu nəticələrin bəyanı qədər,
vacib olan məsələ Amerika tərəfinin bu proseslərdəki
fəaliyyətidir.” Konqress zamanı Qeyri
Hökümət Təşkilatlarına
çatdırdılar ki, onlar Amerika Hökümətinin yerlərdə
əsas vasitələridir.
Bir müddət öncə isə “Freedom House” ərəb
ölkələrindəki fəaliyyəti ilə diqqət
çəkib.
Burda qurum bir sıra fərdi şəxslərin
eləcə də qrupların təlimində və maliyyələşdirilməsində
yaxından iştrak edib. Misirdə Aprelin
6-da keçirilən Gənclərin Hərəkatı da
“Freedom House” tərəfindən maliyyələşdirilib.
Yəmənli gənc fəal Enstar Kadi də məhz
bu qurumun yetirməsi hesab olunur. Bundan
başqa Bəhreyndə də “Freedom House” intensiv fəaliyyəti
ilə seçilib.
MDF və “Freedom House” Amerika hökümətinin beynəlxalq
siyasətdə əsas tərədaşları hesab olunsalar
da, ABŞ tərəfi bununla kifayətlənmir. Hökümətin ən
stabil Qeyri Hökümət Təşkilatlarından biri də
“Beynəlxalq Aministiya” Təşkilatıdır
“Beynəlxalq
Aministiya” Təşkilatı
İnsan hüquqlarının qorunması
baxımından “Beynəlxalq Aministiya” Təşkilatı
ABŞ-ın ən güclü dayaqlarından hesab olunur. 2012-ci ilin
ynvar ayında Suzanna Nossel Təşkilat tərəfindən
qrumun rəhbəri seçilib. Bu vəzifəyə
gələnə qədər Nossel Amerika höküməti ilə
sıx fəaliyyəti olub. Nossel ABŞ Dövlət
Departamentinin beynəlxalq qurumlarla iş üzrə dövlət
katibinin köməkçisinin müavini vəzifəsində
çalışıb.
Nossel “Ağıllı güc” ifadəsinin
yaradıcısı kimi tanınır. Bununla o,
Amerikanın öz düzgün fəaliyyətini daha da genişləndirmək
məqsədi ilə güclə olsa belə digər tərəfdaşları
özünə cəlb etmək prosesini dəstəklədiyini
bildirmək istəyib. Nossel əlavə
edib ki, bu prosesi Amerika tərəfi təşkilatlar, beynəlxalq
inistutlar və diplomatiya yolu ilə gerkəçləşdirə
bilər. “Ağıllı güc”
ideyası, bir vaxtlar Cozef Nay tərəfindən irəli
sürülən “Yumuşaq güc” ideyasının yenilənmiş
versiyası idi. Nay belə
düşünürdü ki, məqsədə çatmaq
üçün digər tərəfləri cəlb etmə
yolu ilə razılığa gətirmək lazımdır.
Onun fikrincə, gücün tədbiqi eləcə
də maliyyə vasitələri ilə cəlb etmə
güclü sütunlara dayanmır. “Ağıllı
güc” ideyasının əsas misalı
kimi Liviya müharibəsində ABŞ-ın BMT-nin
razılığı ilə əraziyə humanitar yardım məqsədi
ilə soxulması oldu.
Nosselin təyinatına qədər sözügedən təşkilat Suriyaya qarşı informasiya müharibəsində yaxından iştirak edib. 2011-ci il sentyabrın 1-də Amerikada yayımlanan “Democracy now” televiziya lahiyəsində “Beynəlxalq Aministiya” Təşkilatının nümayəndəsi Nil Semmonds belə bir fikir söyləmişdi: “Suriyada xalq etirazları zamanı həbsxanalarda ölüm halları baş verib. Biz Suriyada olmamışıq. Bizim təşkilata hadisələr zamanı orda olmağa icazə verilmədi. Lakin biz bunu çox istəyirdik. Bu səbədən də araşdırmalarımızı Londondan aparırdıq. Bəzi işlərimiz ABŞ-da görülürdü. Əsas mənbələr isə telekomunikasiya vasitəsi ilə əldə olunurdu. Zərəçəkmişlərin ailələri ilə danışıqlar aparırdıq. Mümkün digər vasitələrdən də istifadə edirdik”
Bəs görəsən üçüncü tərəfdən əldə olunan məlumatı düzgün hesab etmək olarmı? Yoxlanılmamış məlumatı insanlara çatdırmaq nə dərəcədə düzgündür? Belə yanaşma Qəddafiyə qarşı elan olunmuş İnformasiya müharibəsini xatırladır. O vaxt KİV-də belə bir məlumat yayılmışdı ki, Qəddafi öz millətini bombalayır. Deyilirdi ki, Qəddafi qadınları zorlamaq üçün əsgərlərə xüsusi təlimatlar və preparatlar verir. Bu məlumatlar geniş kütləyə yayılsa da, həqiqət olub olmadığı tam dəqiqləşdirilməmişdi.
Təbii ki, Qeyri Hökümət Təşkilatları cəmiyyətin xeyirinə olan işlər də görə bilər. Onların mənşəyini heç vaxt diqqətdən kənarda qoymaq olmaz. Çünki məhz mənşəyi, QHT-nin əsas strategiyasının göstəricisidir. Maliyyə mənbəyi də çox vacib amillərdənidr. Belə ki, bu səbədən QHT-lərin məqsədləri də dəyişkən olur. QHT-lər daha çox dominantlıq etmək niyyətində olan imperiyaların silahı hesab olunurlar. Qeyri Hökümət Təşkilatları intensiv şəkildə imperiya misyonerlərinə çevrilməkdədirlər.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 21 avqust.-
S.13.