Türk xalqlarının ədəbiyyatı

 

Uyğur ədəbiyyatında yeniləşmə dönəmi

 

I yazı

 

Uyğurların tarixi, ədəbiyyatı, mədəniyyəti bu gün daha ciddi araşdırma mövzusudur. Ümumiyətlə, türk xalqlarının mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi əlaqələrin, mənəvi bağların daha da güclənməsinə ciddi təkan ola bilər. Əli Şamil uyğurlarla bağlı araşdırmasında bildirir ki, qədim dövr türk dili ədəbiyyatı tarixindən yazan elə bir araşdırıcı yoxdur ki, bu ya başqa şəkildə Orxon-Yenisey abidələrindən, Yusif Balasaqunlunun (Yusuf Xas Hacib) “Qu¬tadğu bilig”, Kaşqarlı MahmudunDivanü lüğat-it-Türk”, Əhməd YüknəgininHibət əl-həqaiqəsərlərindən bəhs etmə¬sin. Özbək , qazax da, qırğız da, tatar da, qaqauz da, başqa¬ları da türk kökənli olduqları ilə qürur duysalar da, bu gün hər biri özünü ayrı bir millət sayır. Amma hamısı ədəbiyyat tarix¬lərini yazanda ümumtürk qaynaqlarına söykənir: “Uyğur ədəbiyyatının araşdırıcıları miladi 8-ci yüzillikdən baş¬¬layaraq yaranan dini mətnləri ədəbi nümunələr kimi öy¬rənirlər. Bu dua mətnləri ilk poetik nümunələrdir. Sonralar uy¬ğurlar islam dinini qəbul etsələr , ondan əvvəlki inanclar za¬ma¬nı istifadə etdikləri dua mətnlərini qoruyub saxlaya bil¬dilər.

Kaşqarlı Mahmud zamanında türklər yaşayan bölgənin gün¬çı¬xanından günbatanına atla doqquz aylıq bir yol idi. İnsanların əksəriyyəti ölənədək doğulduqları kənddə ya şəhərdə ya¬şa¬yırdı. Çox az insan ticarət döyüşlərlə əlaqədar başqa ölkələrə gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa davam etdirməyə şərait yox idi. Ancaq bununla belə türklər öz dahi şəxsiy¬yətlərinin yaratdıqları əsərlərə yiyə durur onu yayırdılar. Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər hansı bir guşəsi ilə bağlantı qura bildiyimiz bir zamanda Mah¬mud Kaşqarlının yerliləri ilə normal əlaqələr yarada bilmirik. Yalnız Mahmud Kaşqarlının nəvələri uyğurlarlamı? Xeyr! Colan türkləri ilə , Mosul - Kərkük - Ərbil türkləri ilə , Balkan türkləri ilə ... Az qala Əlcəzairdə yaşayan oğuzları tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu gün onların varlığından, yoxluğundan xəbərsizik.

Əslində Orxon-Yenisey abidələrini, Mahmud KaşqarlınınDivanü lüğat-it-Türkəsərini ədəbiyyat tariximizə daxil edi¬riksə, həmin bölgədə bu gün yaşayan soydaşlarımızın ədə¬biyyatını öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyya¬tının araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək uzanan məkandakı türk ədəbiyyatına yönəltmək istəyindəyəm”.

Araşdırmaçı vurğulayır ki, uyğurların 19-cu yüzilədək olan ədəbiyyatları ümumtürk ədəbiyyatı, cığatay ədəbiyyatıdır. Buna görə bu gün bəzi şairləri uyğurlar da, özbəklər öz klassikləri sayır, ədəbiyyat tarixlərinə daxil edir, öyrənirlər: “Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qır¬ğız, türkmən tarixçiləri ah-vayla Rusiya işğalından danışırlar. Balkan türklərinin, uyğur tarixçilərinin həmin dövrə dair əsər¬lərində eyni sözlərlə rastlaşırıq. Sadəcə Rusiya sözü Çin, serb, bolqar, yunan, ərəb, fars və s. sözləri ilə əvəzlənir. Əs¬lin¬də isə miladi 18-ci yüzillikdən türklərin bir millət kimi sürətlə qocaldığının, çökdüyünün, tarix səhnəsindən geri çəkil¬diyinin şahidi oluruq. Təfəkkür tərzimiz eyni olduğundan, eyni taleyi yaşamış, ey¬ni cür düşünmüş, oxşar ədəbiyyat yaratmışıq. Türk dünya¬sının ay¬rı-ayrı bölgələrində baş verənləri bütövlükdə qarşılaş¬dırmaq geniş araşdırma istəyir. Burada yalnız Azərbaycanla ondan az qala 4 min kilometr uzaqda olan Doğu Türküstanı müqayisə edə¬cəyik. 19-cu yüzillikdə Azərbaycanda A.Bakıxa¬nov, M.F.Axun¬dov, H.B.Zərdabi və başqaları Azərbaycan ədə¬biyyatını, mədəniy¬yə¬tini avropasayaq tərzdə inkişaf etdirməyə çalışırdılar. “Gülüstani-İrəm”, “Dərbəndnamə”, “Qarabağna¬mə”¬lər, Şəki xanlığının, Quba xanlığının tarixləri kimi əsərlər yaranırdı. Kaşqarda isə Abdurehim Nizari, Turduş Axun Qəribi, No¬ruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir və b. ədəbiyyatda yeniləşdirmə işləri aparırdılar. Onlardan biri, şair Muhəmmət Sadıq Kaşqarlı “Zübdətül-məsail”, “Təzkireyi-əs¬habi-Kəhf” adlı tarixi əsərləri yazır və ərəb tarixçisi Təbərinin əsərini uyğur türkcəsinə çevirir. 1830-cu ildə Molla Xocamni¬yaz Muhəmmətniyaz Kaşqarlı Fəxrəddin Əttar Nişapurlunun “Təzkireyi-övliya” əsərinin üzünü köçürüb çoxaldır. Muhəm¬mət Abduləli Kaşqarlı “Təzkireyi-Mevlana Fakie imam Zey¬nalabidin Kağiraki”, İsmail bəy Binişan “Pəndnamə” adlı tə¬səvvüfə aid on min misralıq didaktik fəlsəfi əsərini və “Təz¬kere-i Buğraxan” dastanını yazırlar. Qafur Kaşqarlı Mirzə Hey¬dərin “Tarixi-raşidin” əsərini tərcümə edir”.

Uyğur ədəbiyyatşünasları ədəbiyyat tarixlərini üç mərhələyə bölürlər: birinci mərhələni “Klassik dövr ədəbiyyatı” adlandı¬rırlar: “Buraya 1500 ilə yaxın bir dövrün ədəbi-bədii əsərlərini daxil edirlər. Burada türk xalqlarının abidələri, xüsusən də bizlərin özbək ədəbiyyatı klassikləri kimi tanıdığımız ədiblərin əksəriyyətinin irsi öyrənilir. İkinci mərhələ “Müasir dövr ədə¬biyyatı” adlandırılır və buraya 20-ci yüzilliyin başlanğıcından 1949-cu ilədək, yəni Doğu Türküstanın Çin tərəfindən son iş¬ğalınadək olan dövrdə yaradılmış ədəbi-bədii əsərlər daxil edi¬lir. Üçüncü mərhələ “Bugünkü zamanın ədəbiyyatı” adlan¬dı¬rılır. Buraya son Çin işğalından sonra yaradılmış ideoloji yon¬¬lü, təbliğat xarakterli, sosializmi və müstəmləkəçiliyi tərən¬nüm edən ədəbi nümunələr daxil edilir”.

Uyğur ədəbiyyatında yeniləşməyə gəlincə, bu dönəmi təhlil edən Ə.Şamil qeyd edir ki, Yakup bəyin ölümündən sonra Çin hakimlərinin əsarəti al¬tında otuz üç il (1878-1911) qalan uyğur xalqı 19-20-ci yü¬zildə dünyada meydana gələn dəyişikliklərin təsirilə təkrar milli azad¬lıq savaşına atılır. Xalq bu mübarizədə ilham qaynağını ədə¬biyyatdan alır. Beləcə, uyğur ədəbiyyatında da bir yeni¬ləş¬mə baş verir. Türkiyədə, Avropada, Rusiyada və Misirdə oxu¬yub vətə¬nə dönən uyğurlar bir dəyişiklikliyə, yeniliyə can atır¬lar. Bu hərə¬kat da Türküstanda “Cədidçilik hərəkatı” kimi məşhur¬laşır: ““Cədidçilik hərəkatı”nın təsirilə Doğu Türküstanda da zi¬yalılar, yazıçı və dramaturqlar, yeni janrlarda şeirlər yazan şair¬¬lər yetişir, qəzet və jurnallar yaranırdı. Çinin hökumət mə¬mur¬ları, xüsusən senzorları bu dəyişimə əngəl olsalar da, qarşısını tam ala bilmirdilər.

Azərbaycanda, Kırımda, Tatarıstanda olduğu kimi, Doğu Tür¬küstanda da bəzi yazıçı və şairlər əsərlərini türk dünya¬sının hər yerində oxuna biləcək bir dildə yazmağa çalışırdılar. Xü¬su¬sən İstanbulda təhsil alan, İsmayıl bəy Qaspıralı, Əli bəy Hü¬seyn¬zadə, Yusif Akçuralı və b. türkçülərin yolunu davam etdi¬rən uyğur gənclərinin əsərlərində bunu daha aydın mü¬şahidə et¬mək olur. “Tərcüman” qəzetinin təsiri açıq-aydın hiss olunurdu.

19-cu yüzilliyin başlarından yeni istiqamətdə formalaşan ədəbiyyatın aparıcı şəxsiyyətləri Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir, Seyid Muhəmmət Kaşi və başqaları olmuşdur. Bunlardan Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyainin dünyagörüşləri, yazı üslubları yaxın olduğu üçün onların əsərlərindən bəziləri 19-cu yüzilliyin birinci yarı¬sında, yəni 1841-1842-ci illərdə “Ədiblər hekayəsi” adı altında toplanaraq əlyazma şəklində xalq arasında sürətlə ya¬yılıb. 30 min misradan çox olan bu kitaba bir çox das¬tanlar, qəzəl və müxəmməslər daxildir.

Başqa bir əlyazma kitaba Abdurehim Nizarinin (1776-1849) “Pərhad ilə Şirin”, “Leyli ilə Məcnun”, “Məhsun ilə Gülnisa”, “Rabiyə ilə Seyiddin” lirik dastan-poemaları, “Çahar dərviş” kimi didaktik dastan-poemaları, Əlişir Nəvainin qəzəllərinə yazdığı təxmislər daxildir. Şair mövzularının əksəriyyətini ənənəvi Şərq süjetlərindən götürsə də, “Rabiyə ilə Seyiddin” mövzusunu yaşadığı zamanda baş verən hadisələrdən alıb. Ona görə də real hadisələrdən bəhs edən bu əsər sosial ədalət¬sizliyə, zülmə, haqsızlığa qarşı güclü etiraz notları ilə seçil¬diyindən xalq tərəfindən sevilə-sevilə oxunub.

“Ədiblər hekayəsi”ndə Turduş Axun Qəribin uyğur ədə¬biyyatının yeniləşməsinə güclü təsir göstərən yeni fikirli qəzəl¬ləri və dastan-poemaları, Noruz Axun Ziyainin “Vamik-Üzra”, “Məsud ilə Dilara” adlı vəfa və vəfasızlıqdan, eşqə sədaqətdən bəhs edən məhəbbət dastan-poemaları da var. Yuxarıda adıçəkilən şairlərin müasiri olan Mir Həsən Sa¬buru qəzəllərini və bir çox şeirlərini Sedai təxəllüsü ilə yaz¬ıb. 1804-cü ildə Əlişir Nəvainin “Səddi-İskəndər” əsəri üzə¬rində işləmiş şairin şeirlərində vətən həsrəti özünü daha qa¬barıq göstərir. Qəzəllərinin əsas mövzusu məhəbbət, sədaqət, ədalətdir”.

Həmin dövrdə İsmayıl bəy Bınışan da ciddi bədii yaradı¬cılıqla məşğul olub: “Təsəvvüf ədəbiyyatının öncüllərindən olan sənətkarın 10 min misralıq “Pəndnamə” əsəri insanları mənəvi saflığa, doğruluğa, düzlüyə, ədalətə çağırdığına görə zülmün baş alıb getdiyi bir zamanda oxucuların sevə-sevə mütaliə etdiyi kitaba çevrilib.

Bədii yaradıcılıqla məşğul olan sənətkarlar tərcüməyə də diqqəti artırmışdılar. Kaşqarlı Muhəmmətniyaz bin Qafur tarixçi Mirzə Heydərin farsca yazılmış “Tarixi-Rəşidi” əsərinin bir hissəsini, Şah Muhəmmət bin Nizami Əbulqasım Fir¬dovsinin “Şahnamə”sini tərcümə edib: “Azərbaycan ədəbiyyatında olduğu kimi, uyğur ədəbiyya¬tın¬da da ciddi yeniləşmə 19-cu yüzilliyin ikinci yarısından başla¬yıb. Bu, şifahi xalq ədəbiyyatında da, yazılı ədəbiyyatda da ictimai mövzulara diqqətin artması, real həyat hadisələrindən bəhs edən əsərlərin çoxalması ilə özünü biruzə verir. Bundan sonra milli azadlıq hərəkatından bəhs edən əsərlər yaranmağa başladı. Bilal Nazım, Molla Şakir, Seyid Mu¬həm¬mət Kaşqari kimi ədiblər milli azadlıq hərəkatına daha çox diq¬qət yetirirdilər. Bilal Nazim “Qazavat der mülki-Çin (Çin mül¬künə qarşı qazavat)”, “Çangmoza Yusupxan” dastan-poema¬la¬rında və başqa şeirlərində uyğur xalqının mübarizəsini tərən¬nüm etməklə yanaşı, millətini oyanmağa, azadlığa səsləyirdi. 61 yaşlı Molla Şakir “Zəfərnamə” əsərində Kuçada baş vermiş üsyanı böyük ilhamla tərənnüm edib. Şair ahıl yaşlarında böyük həcmli əsər yazmasına baxmayaraq, onu beş aya bitirib. 1886-cı ildə tamamlanmış əsər bir növ həmin günlərin tarixi salnaməsi rolunu oynayıb.

Diqqəti çəkən odur ki, milli azadlıq mübarizəsini qələmə alan sənətkarların əksəriyyəti yaşlı nəslin nümayəndələri ol¬ub. Onlar sanki yaşları çox olduğuna görə döyüş meyda¬nına atıla bilmədiklərindən qələmləri ilə bu mübarizədə iştirak ediblər. Yaşı 60-ı keçmiş Kaşqarlı Seyid Muhəmmət1882-ci ildə tamamladığı “Şərhi-şikəstə” əsərində İli üsyançılarının Yeddisuya köçməzdən əvvəl işğalçılara qarşı apardıqları dö¬yüşlərdən, xalqın müqavimət hərəkatından, müstəmləkəçilərin və onların əlaltılarının qəddarlığından geniş söhbət açır. Bu, müəllifin günümüzədək gəlib çatan yeganə əsəri olsa da, bədii cəhətdən o qədər bitkindir ki, sənətkarın başqa əsərlərinin də mövcudluğu qənaətinə gəlmək olur. Bu əsər 1909-cu ildə Ka¬zanda rusca və uyğur türkcəsində çap olunub.

Milli azadlıq hərəkatından bəhs edən əsərlər sırasına Mu¬həm¬mət Sadiq Yarkəntlinin “Risaleyi-məktub”, Aşur Axun Qəribinin “Əmir Əli” əsərlərini də daxil edirlər. İkinci əsər 1864-1867-ci illərdə Xotəndə Çin işğalçılarına qarşı baş ver¬miş üsyandan, Yaqup bəyin tunqanlara (döngənlərə) qarşı apar¬dığı müharibələrdən, milli dövlət qurma cəhdlərindən bəhs edir. Müəllif hadisələrin şahidi olduğuna görə “Əmir Əli” dastan-poeması həm də tarixi əhəmiyyətinə görə qiymətlidir. Çin zülmünə qarşı xalqı mübarizəyə səsləyən şairlərdən söz açarkən Sadır Pəlvanı (1798-1871) unutmaq olmaz. 1864-1867-ci il üsyanında üç oğlu ilə birgə iştirak edən xalq nəğ¬məkarının heca vəznində qoşduğu şeirlər dillər əzbəri olub. Yalnız üsyan günlərində deyil, sonralar da el sənətkarı xalqını azadlığa səsləyən nəğmələr, şeirlər yazıb. Onun şeirləri mahnı kimi xeyir-şər məclislərində oxunub”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 22 avqust.- S.14.