Elçibəysiz 15 il
Milli Azadlıq
Hərakatının lideri,
eks-prezident Əbülfəz
Elçibəyin bu gün dünyasını
dəyişdiyi tarixdir. Bu gün onun yolunu
davam etdirənlər Elçibəyi necə xatırlayırlar?
"Elçibəyin dedikləri
həqiqət oldu"
BAXCP-nin humanitar məsələlər
üzrə katibi Telman Siyabov:"Mərhum Əbülfəz
Elçibəylə ilk tanışlığım
1985-ci ildə oldu. Ancaq onu qiyabi olaraq
tanıyırdım. 1985-ci
ildə bir neçə nəfərin
iştirakı ilə
6-7 saat söhbətimiz
oldu və bəy məni qardaşım Ələsgər
vasitəsilə tanıdı.
O zaman mənim xəyal belə edə bilmədiyim məsələlərdən söhbət
gedirdi. Yəni SSRİ imreriyasının dağılması, bizim müstəqil olacağımız
və 1918-ci ildə Azərbaycanda Cümhuriyyətin
qurulması və s. Həmin vaxt biz ona "Əbülfəz müəllim" deyə,
müraciət edirdik.
Bu danışılan mövzuları dərk edə bilmirdim.
SSRİ-nin dağılması,
bizim müstəqil olmağımız necə
ola bilərdi?
Mən bəyə sual verdim və
dedim ki, Əbülfəz müəllim,
dedikləriniz həqiqət
ola bilərmi?
Rəhmətlik bəy
əlini mənim çiynimə qoydu və dedi:"Bu rrosesi siz gənclər
həyata keçirəcəksiniz.
Sizin iştirakınız və
mübarizənizlə Azərbaycan
yaxın gələcəkdə
müstəqil dövlət
olacaq". Həmin
söhbətin üstündən
bir neçə il keçdi,
1988-89-cu illərdə Milli
Azadlıq Hərakatı
başladı və həqiqətən də
1991-ci ildə müstəqilliyimizə
qovuşduq. Mən 1990-cı ilin fevral
ayında söhbətimizi
bəyə xatırlatdım.
Bəy gülümsədi
və dedi:"Gördün həmin dövrü artıq yaşayırıq və çox keçməz müstəqilliyimizi də
elan edəcəyik. Mənim məlumatım var ki, sən Haxçıvanda
fəal cəbhəçilərdənsən.
Eşitmişəm derutatlığa namizədliyini də vermisən. Mübarizəni davam etdir".
Sonradan Elçibəy
Kələkiyə gələndə
ayda bir dəfə gedib görüşürdük. Elçibəyin
Dövlətə, Xalqa,
Millətə və Torrağımıza necə
bağlı olduğunun
bir daha şahidinə çevrildim.
Mən ikinci bir şəxs
tanımıram ki, Elçibəy kimi öz dövlətini və millətini sevən insan olsun. Elçibəy olurdu ki, bizə iradlar da tuturdu. Və məsləhətlərini verirdi.
Bəy
ilk dəfə Azərbaycan
manatı tədavülə
buraxılanda manatı
əlinə alıb və göz yaşlarını saxlaya bilməyib. Sonra isə Allaha
şükür edib ki, bunu da
gördük. Düzdür
AXC çox az
müddətdə hakimiyyətdə
oldu. Ancaq onun qoyduğu
prinsirlər indi də davam edir.
Elçibəyin dövründə
azad mətbuat yarandı, Milli Ordumuzun formalaşmasının
əsası qoyuldu, rus qoşunları Azərbaycandan çıxarıldı,
ali məktəblərə
qəbul test üsulu ilə həyata keçirildi və s. Bir il ərzində
çox işlər görüldü. Allah Elçibəyə rəhmət
eləsin".
"Bu xəbəri Elçibəyə
özüm dedim"
BAXCP-nin ictimai-siyasi ələqələr üzrə
katibi Hiyaməddin Orduxanlı:"İlk dəfə Əbülfəz
Elçibəyi 1993-cü ildə
görmüşəm. O prezident
olanda AXC-nin mənzil qərargahında
"Gənc Siyasi Natiqlik" məktəbi açılmışdı. 20 nəfərdən artıq
gəncə həmin məktəbdə siyasi biliklər və digər bacarıqlar öyrədirdilər.
1997-ci ildə tələbə
olarkən "Cümhuriyyət"
qəzetində müxbir
kimi fəaliyyət göstərirdim. Elə həmin il
də Elçibəy
Bakıya qayıtmışdı.
Çox
qısa müddət ərzində Elçibəylə
münasibətim yarandı.
Artıq
mən AXCP gənclər
komitəsində şöbə
müdiri vəzifəsində
çalışırdım. Həm də "Cümhuriyyət"
qəzetinin parlament müxbiri idim. Müxbir kimi də bəylə
tez-tez təmaslarım
olurdu. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə
seçkiləri keçirildi.
21 yaşım təzə tamam olmuşdu. Elçibəyə
dedim ki, qanunla seçkidə iştirak etmək üçün 21 yaş
olmalıdır və
istəyirəm seçkilərə
qatılım. İnanırsınız,
Elçibəy sevindi
və dedi ki, gözəl təşəbbüsdür, sən
partiyanın namizədi
olacaqsan. Seçkiyə qatıldım və
1999-cu ildə AXCP-nin namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə
üzvü seçildim.
Hətta
bu faktın özü belə beynəlxalq təşkilatların
hesabatında yer aldı ki, ana
müxalifət partiyasının
namizədi 21 yaşında
seçkili orqana seçilib. Həmin ilin
dekabrında MSK seçkinin
nəticələrini elan
etdi. Bu xəbəri
Elçibəyə özüm
dedim. Bəy sevindi və dedi:"Rəhmətlik Həcəf Həcəfovun
ölümündən sonra
belə sevincim ilk dəfədir. Sən bilirsən necə
böyük uğura imza atmısan? Bu hadisə sənin
həyatında böyük
rol oynayacaq".
Onun sevincinin bir də səbəbi
o idi ki, gənclər siyasətə
bu cür maraq göstərir...
Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz
lideridir. Onun Azərbaycan xalqı
qarşısında çox
böyük xidmətləri
var. O böyük ürək
sahibi, millətinə,
xalqına bağlı
insan idi. Hər il
BAXCP lideri Qüdrət
Həsənquliyev bütün
partiya rəhbərliyində
olan şəxslərlə
birlikdə Elçibəyi
yad edir. Bu ənənə bu il davam
edəcək. Allah Elçibəyə qəni-qəni
rəhmət eləsin".
"Türk Dünyası böyük türk kişilərindən birini
vaxtsız itirdi"
BAXCP MHTK-nın üzvü Mircəlal Üusifli:"Elçibəy son dərəcə
təmizkar və zövqlü idi. Ancaq bizi bunlardan
öncə onun varlığındakı ürəyəyatımlı
fərqli cəhət
cəlb edirdi ki, bu da
Elçibəyin ev adamına məxsus doğmalığı,
səmimiliyi, həsəd
ararılmalı cəsarəti
idi. Loğvalıq, təkəbbürlük, özündən razılıq
ona xas deyildi.
Uşaq kimi saf, kinsiz,
küdurətsiziydi. Saxtakarlıqdan, yalandan, bir də
rüşvətdən iyrənirdi.
Onun dərsi də xüsusi dərs idi. Mühazirəni yüksək reşəkarlıqla
deyirdi. Mövzunu quru və rəsmi danışmaq ona yad idi.
Dərs
son dərəcə canlı
və hamımızın
iştirakı ilə
keçirdi. Bu, ona xas nadir üslub
idi. O, bizi həyacanlandırmağı və
söhbətə qoşmağı
bacarırdı. Ona görə
də onun dərsində darıxmaq,
mürgüləmək, tez-tez
saata baxmaq yada düşmürdü.
Başqa
mühazirələrdə canını
dişinə tutub oturan bizlər, gözünü açıq-aşkar
yumub yatanlarımız,
rəncərədən baxanlarımız,
mühazirədən qaçanlarımız
onun dərsini səbirsizliklə gözləyərdilər.
Bu qoşa saat
nə vaxt başlar, nə vaxt qurtarar hiss etməzdik.
Yadımdadır, Orta Asiyaya səfərini
başa vuran Türkiyənin rrezidenti Turqut Özal böyük nümayəndə
heyəti ilə Bakıya gəldi. Həmin gün
Elçibəylə görüşən
Özal ertəsi gün Şəhidlər Xiyabanını ziyarət
etdikdən sonra Milli Məclisə gələrək burada çıxış etdi.
Azərbaycanı da özünün vətəni
sayan Özal öz münasibətini belə bildirdi:"Müstəqil dövlətimizin
parçalanması yolverilməzdir".
Sonra o, xəbərdarlıq
edərək dedi:"Türk millətinin səbri zorlanmamalıdır".
Mən o zaman xarici işlər nazirinin müavini vəzifəsində çalışırdım. Nazirlər
Kabinetində Elçibəylə
Özalın hər iki ölkənin iş adamları ilə görüşündə
Azərbaycanla Türkiyə
arasında iqtisadi-ticarət
əlaqələrinin inkişafı
persrektivləri müzakirə
edildi. Görüşü
yekunlaşdıran Elçibəy
bildirdi ki, 70 illik qapalılıq şəraitindən sonra müstəqil, azad iqtisadi əlaqələr imkanı qazanan, eyni vaxtda bir
neçə tarixi vəzifə yerinə yetirən Azərbaycan bütün problemlərini
tədricən həll
edəcəkdir.
Elçibəy bütün qanı, canı ilə türkçü idi. Həm də
bu üzdən deyə bilərəm ki, Türk Dünyası
böyük türk kişilərindən birini
vaxtsız itirdi".
Hazırladı:
BAXCP mətbuat xidməti
Xalq Cəbhəsi.- 2015.- 22 avqust.- S.9.