İşğalçılar daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparıblar

Faiq İsmayılov: Ermənistan beynəlxalq konvensiyaları kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur

 

III yazı

 

Qarabag torpaqları Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Xatırladaq ki, hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi onun ətrafındakı 7 inzibati rayonu Ermənistanın işğalına məruz qalıb. İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib. Işğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd" (1356-1357) "Türbə"nin (14-cü əsr) aqibəti məlum deyil.

60-cı illərin ortalarında Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 250 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Ümumiyyətlə isə həmin dövrdə Şuşada bir çox tarixi abidələr yenidən bərpa olunub. Üzeyir Hacıbəyovun ev muzeyi, ülbülün ev muzeyi b. muzeylər, abidələr yaradıldı. Hətta vaxt Şuşada Azərbaycanın böyük şəxsiyyəti Natəvanın heykəli qoyulub. Bir sözlə, Şuşanı daha da zənginləşdirmək, onun tarixini daha da əyaniləşdirmək üçün çox işlər görülüb, yeni binalar tikilib. Çox təəssüf ki, min bir əziyyət hesabına yaranan tarixi abidələr bir göz qırpımında erməni qəsbkarları tərəfindən məhv edilib.

Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Bu baxımdan, Qarabağ problemi erməni məsələsi tarixən mövcud olub.

Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü daha qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrimizin dağıdılması qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr digər milli abidələrimiz məhv edilir.

Xatırladaq ki, Dağlıq Qarabağ ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq 173 arxeoloji) 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix mədəniyyət abidələri qalıb. Eyni zamanda işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr 2 konsert müəssisəsi, 8 mədəniyyət istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri 40 kiçik həcmli attraksion işğal altında qalıb.

Bəs erməni vandalizminin qarşısını necə almaq olar? Azərbaycan Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, bu daşınmaz tarix mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan qanunvericiliyinin yaratdığı şərait çərçivəsində dövlət orqanlarının, hüquqi şəxslərin vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilməlidir: Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki Ermənistan Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Bunda ermənilərin əsas məqsədi işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər. Onun sözlərinə görə, Dağlıq Qarabağ yeddi ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar: Məhz bu səbəbdən bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlıların yaşadığı kənd şəhərlərin xarabalıqlarında turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş monumental incəsənət abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı olduqca təhlükəlidir. Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması eləcə memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi onlara dəymiş zərərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan törətdiyi cinayətlərə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksiyaların tətbiq edilməsini tələb etsin.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onun həyata keçirilməsi mexanizmləri digər aspektlər yer alıb.

Faiq İsmayılov bildirib ki, erməni vandalizminin geniş vüsət aldığı indiki şərait işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqini zəruri edir: Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır. Memarlıq irsinin, onun xassələrinin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktiki fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini tələb edir. İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş problemlərlə üzləşir. Bu gün həm də sübut etməyə ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə onun saxlanılmasının ən yaxşı üsullarında biridir.

Məhz bu səbəblərdən erməni işğalı altında qalan bu abidələrə dəyən zərərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mənəviyyatına vurulan zərərin həcminin nə dərəcədə böyük olduğunu dərk etmək o qədər də çətin olmayacaq. Bunun üçün işğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olacaq. Abidələrə dəymiş zərərin qiymətləndirilməsi beynəlxalq qiymətləndirmələrə uyğun aparılmalıdır. Təbii ki, işğal faktoru qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı müxtəlif arxivlərdən abidənin daxiliya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün məlumatlar əldə etməlidirlər. Bu məlumatlar abidənin memarlıq xüsusiyyətləri və tikinti üslubu üzərində təhlillər aparmağa şərait yaradacaq. Bütün bunlardan başqa xarici ölkə arxivləri və digər informasiya mənbələri araşdırılacaq, eləcə də kosmosdan müşahidələr aparmaqla nəzərdə tutulan dəlilləri əldə etmək mümkün olacaq. Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zərurətdir. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 20 fevral .-S.13.