“Xocalının dünyaya çatan harayı”
Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində tədbir keçirilib
Fevralın
25-də AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 23-cü
ildönümünə həsr olunmuş “Xocalının dünyaya çatan harayı” mövzusundaelmi-praktiki konfrans keçirilib. AMEA-nın
məlumatına görə, əvvəlcə Xocalı
faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademikRafael Hüseynov açıb. O, “Dünya soyqırımları
faciəsi kontekstində Xocalı” mövzusunda çıxış
edərək ermənilərin Azərbaycanda
törətdikləri bu soyqırımın bütün dünyada ən
dəhşətli cinayətlərdənolduğunu bildirib.
Akademik R.Hüseynov hər il dünyanın
müxtəlif ölkələrində Xocalı
soyqırımının ildönümü ilə
bağlı anım mərasimlərinin keçirildiyini vurğulayaraq qeyd edib ki,
əsas məqsəd Azərbaycan xalqının uzun illər
ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq,
erməni yalanlarını ifşa etməkdir. Xocalı faciəsinin acı gerçəkləri
haqqında danışanmuzeyin direktoru Xocalıda dinc əhaliyə
qarşı törədilmiş cinayətə beynəlxalq
səviyyədə siyasi-hüquqi qiymət
verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti
törədənlərin cəzalandırılmasının
zəruriliyini vurğulayıb.
Sonra çıxış edən Dağlıq
Qarabağın azərbaycanlı icmasının idarə
heyətinin üzvü, millət vəkili
Rövşən Rzayev Azərbaycanın haqq səsinin
eşidiləcəyinə, ermənilərin mənfur
əməllərinin beynəlxalq səviyyədə qınaq
obyektinə çevriləcəyinə, Xocalı
qətliamının təqsirkarlarının
haqlı cəzalarına çatacağına və
ölkəmizin ərazi bütövlüyünün bərpa
olunacağına əminliyini ifadə edib.
Tədbirdə, həmçinin muzeyin elmi işlər
üzrə direktor müavini, filologiya üzrə
elmlər doktoru, professor Xatirə Bəşirli
“Xocalı faciəsi haqqında erməni etirafları”, tarix üzrə
elmlər doktoru,professor Kamil İbrahimov “Xocalıda
törədilmiş erməni vandalizmi” və muzeyin X.Natəvan
adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti
Əhmədova “Xocalı faciəsi tarixi cinayətdir”mövzusunda məruzələrlə
çıxış edərək fikirlərini
bölüşüblər.
Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan
adına Qarabağ filialının
əməkdaşlarının dünya muzeylərinə
müraciəti səsləndirilib. Müraciətdə
Ermənistan dövlətinin Azərbaycana qarşı
işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi,
qaçqınların və məcburi
köçkünlərin öz yurd-yuvalarına
qayıtması üçün dünya muzeylərinə
çağırış əks olunub.Tədbir çərçivəsində bu qanlı faciəni əks etdirən
stendlər nümayiş etdirilib.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 26 fevral.- S15.