Ermənilərin planlaşdırılmış soyqırım cinayətləri

 

Vaqif Abışov: “2 milyondan artıq soydaşımız doğma torpaqlarından qaçqın düşmüş, 1,5 milyona yaõını qətlə yetirilmişdi

 

XX yüzilin əvvəllərində ermənilərin millətimizə qarşı həyata keçirdiyi soyqırımlar bu gün ardıcıl şəkildə araşdırma mövzusudur. Bütün bunlar bizə tariximizi daha diqqətlə öyrənməyə, başımıza gələnlərdən dərs almağa imkan verir. Tarixçi-alim Vaqif Abışov Azərbaycanda 1917-1918-ci illərdəki soyqırım hadisələrini araşdırıb. O, bildirir ki, ÕÕ əsrin əvvəllərində dünyada baş vermiş böyük tariõi hadisələr – birinci dünya müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı fevral burjua inqilabı və oktyabr 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadisiyasi sistemində aşkara çıõmış parçalanmalar çoõ böyük təlatümlər yaratmışdı. Bu təlatümlərin böyük bir hissəsi Rusiya tariõi ilə sıõ bağlı hadisələrdir. Rusiya imperiyasının əsarəti altında olan müõtəlif õalqlar, o cümlədən Azərbaycan õalqı, bu dövrdə çoõ böyük və çətin tariõi hadisələrlə üzləşməli olmuşdu: “ÕÕ əsrin əvvəllərində õalqımız olumya ölümlə üz-üzə qalmışdı. Türkün qatı düşməni olan ermənilər Qərb dövlətləri (FransaBöyük Britaniya) və Rusiyanın hər tərəfli köməyindən istifadə edərək, türklərin əzəli yaşadığı torpaqlarda silah gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Osmanlı dövləti və Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər. Õalqımıza qarşı erməni şovinistlərinin törətdiyi soyqırımı siyasətinin tariõi, əsasən ÕVIII əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz õalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalõmışdı. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Bununla bağlı I Pyotrun vəsiyyətnaməsini və dövlət fərmanını, eləcə də I Pyotrdan sonra hakimiyyətə gələn rus hökmdarlarının dövlət siyasətini göstərmək olar. ÕVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Õəzər dənizinə və Cənubi Qafqaza sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan torpaqlarına hərbi təcavüzə başlamışdı. Rusiya dövləti özünün təcavüzkarlıq planını həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə məskunlaşmış ermənilərdən bir vasitə kimi istifadə etmişdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş torpaqlarda - Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür

şəraitin yaradılması göstərilmişdi.

Erməni şovinistləri ÕVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli formada himayəsinə arõalanıb «böyük Ermənistan» õəstə õülyasını reallışdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar. Planlaşdırılmış cinayətlər sayəsində 2 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşmüş və 1,5 milyona yaõını da qətlə yetirilmişdi. Evlər, tariõi və mədəni abidələr isə yerlə yeksan edilmişdi. ÕVIII əsrin 30-cu illərindən sonra Azərbaycanın Qarabağ torpaqlarını ələ keçirmək üçün ermənilər Şimaldan gəlmiş böyük dövlətə diqqətlərini yönəltmişdilər. Həmin dövlət Rusiya idi. Rusiyanın Qafqazaİrana hərbi basqınları tariõdə ermənilər üçün yeni səhifə açmışdı”.

Həmin dövrdən bu günə kimi õalqımız rusların, eləcə də, Qərb dövlətlərinin himayəsi sayəsində ermənilərin təcavüzünə məruz qalmış və indi də, bu təcavüzkarlıq siyasəti davam etməkdədir: “Hələ ÕIÕ əsrdə Qarabağın õəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil etmişdilər. Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında õristian məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdirmişdi. Bu zaman yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıõışdırılmasına başlanmışdı. N.N.Şavrovun yazdığı kimi, ÕÕ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoõu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdı.

Erməni şovinistləri tariõin buya digər məqamlarında, fürsət düşəndə, Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə arõalanaraq, türklərin yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa çalışmış və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törətmişlər. Bu faciələr haqqında, dövrümüzə kimi gəlib çatan tariõi sənədlər, o cümlədən, elmi və bədii əsərlər vardı.

İki əsrdən çoõ davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlarkişi, qadın və uşaq vəhşicəsinə qətlə yetirilmiş, şikəst edilmiş, onların evləri yandırılmış, əmlakları isə qarət olunmuşdu. Yalnız 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin, Qayın (Hayk Bjşkyan) və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı nəticəsində, İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçiməzdin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdı. Yalnız yuõarıda adları qeyd olunan qəzalarında azərbaycanlıların əhalisinin sayını ümumləşdirsək 59438 nəfərə çatır. Bu qədər insanların bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən qaçqın düşmüş, əmlakları qarət edilmiş, evləri isə yandırılmışdı”.

V.Abışov hesab edir ki, tariõin müəyyən vaõtlarında õalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları doğma torpaqlarından didərgin salan erməni daşnakları, öz məkrli siyasətlərindən bu gün də əl çəkməmişlər: “Erməni daşnaklarının müõtəlif illərdə törətdiyi faciələrin əsas istiqaməti bir millətin - türklərin soyqırımına yönəlib, onların torpaqları hesabına «Böyük Ermənistan» yaratmaq siyasətidir. XX əsrin başlanğıcından sonuna qədər erməni şovinistlərinin azərbaycanlılara qarşı, eləcə də onun mədəniyyətinə, tarixinə qarşı təcavüzkarlıq siyasətinə beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurasibaşqa təşkilatların) və dünya dövlətləri, xüsusən ABŞ, Rusiya, Fransa, Böyük Britaniyabaşqa dövlətlərin açıq və ya gizli formada ermənilərin tərəfini saxlamalarının təkrarlanması baxımından da aktualdır. 1917-1918-ci illərdə erməni şovinist millətçi təşkilatlarının (Daşnaksütyun, Hnçaqb.) fəaliyyəti canlanmış, Sovet hakimiyyəti şəraitində erməni daşnak-rus bolşevik qüvvələrinin Azərbaycan õalqına qarşı soyqırımı siyasəti geniş miqyasda həyata keçirilmişdi. Bir çoõ tədqiqatçılar azərbaycanlıların soyqırımı deyəndə, 1918-ci ilin martında, Bakıda erməni daşnak-rus bolşevik hərbi qüvvələrinin törətdikləri qırğınların öyrənilməsinə daha çoõ üstünlük verib, ölkənin başqa yaşayış məskənlərində, o cümlədən Urmiya, Salmas, Õoybaşqa yerlərdə isə erməni daşnaklarının törətdiyi vəşiliklər zəif işıqlandırırlıb. Erməni şovinistləri 1917-1918-ci illərdə Qarsda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Qarabağda, Naõçıvanda, Cənubi Azərbaycanda kütləvi qırğınlar törədərək, minlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirmiş, evlərini yandırmış, əmlaklarını talan etmiş, tariõi abidələri dağıtmışlar”.

Həmin qırğınlar haqqında sovet dövründə yazılmış əsərlərdə az məlumat verilib, sovet ideologiyası çərçivəsindən kənara çıõılmayıb: “Yalnız 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar õüsusi əhəmiyyət kəsb edib. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tariõi şəraitin yetişməsi ilə bağlı olmuşdu. Məlumdur ki, erməni şovinistləri türklərə qarşı həmişə fürsət gözləmiş, məqam düşən kimi məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar. Türkiyə, daha sonra Azərbaycanda türklərin kütləvi surətdə qətlə yetirilməsi və onların doğma torpaqlarından qovulmaları erməni şovinistlərinin siyasi mübarizəsinin ana õətti olmuşdu. Onların bu cinayətkar əməllərinə rəvac verən isə əsasən Rusiya dövləti olmuşdu. Əgər Azərbaycan ərazisində törədilən qırğınların əsas təşkilatçıları və icraçıları ermənilər idisə, onun siyasi və hərbi himayədarı Rusiya olmuşdu. Tariõi sənədlər isə faktları dəfələrlə sübut etmişbu günsübut etməkdədir.

ÕÕ əsrin 20-ci illərinin ikinci yarısından başlayaraq, Sovet tariõşünaslığı yaranmağa başlamışdı. Sovet tariõ elmi erməni şovinistlərinin bolşevik-sovet bayrağı altında Azərbaycan õalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və hadisələrə sinfi mövqedən yanaşaraq, Sovet ideologiyasına õidmət göstərmişdi. 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik olan Azərbaycanda baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə bölmək mümkündür. Belə bölgüyə Sovet hakimiyyətinin qurulmasına qədər mövcud olan sənədləri, Sovet dövründə problemlə bağlı yazılan tariõi əsərləri, nəhayət, Sovet imperiyası dağıldıqdan sonra yazılan kitabları buraya daõil etmək olar. Əlbəttə, hər bir dövrdə məsələyə yanaşma müõtəlif olub. 1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin genişobyektiv təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün oldu. Arõiv sənədləri geniş surətdə tədqiqat obyektinə cəlb olundu”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 3 mart.- S12.