Aşıq Şəmşirin xatirəsi anılıb

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində Aşıq Şəmşirin anadan olmasının 122 illiyinə həsr olunmuş anma tədbiri keçirilib. Tədbir görkəmli sənətkarın 1957-ci ildə lentə alınmış ifası ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu atası ilə, doğma Kəlbəcəri ilə bağlı xatirələrindən söhbət açıb.

Tədbirdə Kəlbəcərin ermənilər tərəfindən işğalı, 122 yaşlı Aşıq Şəmşirin məzarının dağıdılması, həmvətənləri kimi aşığın xəyalının da o yerlərdən didərgin salındığını bildiriblər.

Vurğulanıb ki, hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi Dədə Şəmşirin irsinin öyrənilməsi və təbliği ilə bağlı layihələr həyata keçirir.

 

Xalq cəbhəsi.- 2015.- 20-30 mart.- S.16.