Rəşad MəcidRoman”ı

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin yeni – “Roman” adlı şeirlər kitabı çap olunub. Bu il ərzində onun daha iki kitabıBir gəlməyəcək...” Cığıraçankitabları işıq üzü görüb.

Rəşad Məcid açıqlamasında kitabları 50 illik yubileyi çərçivəsində çap etdirdiyini deyib:

Mən 50 yaşım ərəfəsindəDəlicəsinəkitabını nəşr etdirmişdim. SonradanAybKitablayihəsi çərçivəsindəÇiyələk qadınkitabım işıq üzü gördü. Daha sonra mənim haqda dostlarımın yazdığıCığıraçankitabını Bir gəlməyəcək...” şeirlər kitabını çap etdirdim. “Roman” kitabımda isə 1996-cı ildə yazdığım şeirlər toplanıb. Bu kitabın ideyasınıQanunnəşriyyatının direktoru Şahbaz Xuduoğlu verdi”.

Rəşad Məcid kitabların satışı barəsində məlumat verib: “Mən, adətən, yubileyim ərəfəsində kitab çıxardıram. Əslində, bu kitabları çoxcildlik kimi çap etdirmək olardı. Ancaq düşünürəm ki, oxucuların əlçatımlılığı baxımından kitabların bu cür çapı daha məqsədəuyğundur. Cildlikdə kitab daha qalın olur onu oxumaq çətinləşir. Dəlicəsinəkitabıma Mətbuat Şurasında təqdimat mərasimi keçirdim. Maraq çox böyük oldu. Daha sonraÇiyələk qadınkitabımın təqdimatı oldu. Bildiyimə görə, təkcə təqdimatda 120 kitab satıldı. İndiQanunnəşriyyatının təşkilatçılığı ilə “Roman” kitabıma təqdimat mərasimi keçirəcəyəm”.

 

Xalq cəbhəsi.- 2015.- 20-30 mart.- S.16.