Güneyli şairlərin yaradıcılığında lirik ovqatüslubi yetkinlik

 

Təfəkkürdə, dildə xəlqilik, təbiilik ifadəlilik...

 

Ənənədən gələn detalların şeir dilinə nüfuzu 1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlərin yaradıcılığında lirik ovqat, üslubi yetkinlik yaratmışdı. Onlar sələflərinin sənətkarlıq yolunu bütün istiqamətlərdə davam inkişaf etdirərək qələmləri ilə sözə yeni dövrün nəfəsini, yeni zamanın poetik ab-havasını əlavə etdilər. Formanın tərkib hissələri janr, ahəng, ölçü, dil başqalarıdır. Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbi janrın mövzusu da dəyişir. Tarixi inklişaf nəticəsində insanların müəyyən amal uğrunda apardıqları mübarizə, vətənpərvərlik s. əlaqədar yeni mövzular ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Hamıya bəllidir ki, xalq dilindən şeirindən əxz olunan ahəng, bəhr, ritm sərbəstliyi şeirdə poetik yekrənglikdən, ifadə üslub monotonluğundan qaçmağa səy göstərir.

Zamanın yeni problemləri ilə birgə yeni ritmi, surəti enerji tempi şeirə gəlir klassik irsin, milli folklorun ənənə imkanlarını yeni bədii vəzifələrin həlli xeyrinə daha fəal səfərbərliyə almağa ehtiyac yaranır. Təkcə bu illər ərzində deyil, ümumiyyətlə, cənub şeiri klassik poeziyanın şifahi xalq ədəbiyyatının təcrübəsini, eyni zamanda ənənələrini davam etdirərək istər mənzum əsərlərdə, poemalarda, sujetli şeirlərdə, istərsə siyasi-ictimai fəlsəfi parçalarda, istərsə lirikada Azərbaycan şeirinin bütün əsas şəkillərindən istifadə edib. Məlum məsələdir ki, mənzum əsərin arxitektonik bədii formada olması etibarilə bənd şeirin çox ifadəli, təsirli olmasına onun daxili məzmununun açılmasına kömək edir.

Azərbaycan xalqının gündəlik həyatında, yazılı şifahi ədəbiyyatında şair sözü həmişə yüksək məna ifadə edib. İstər şifahi xalq poeziyası, istərsə klassik poeziya daim Azərbaycan xalqının həyatında müstəsna rol oynayıb. Şübhəsiz, poeziyanın həm şərəfli, həm ağır yükünü minillər boyu daşımışlar daşımaqdadırlar. Azərbaycan mühitində poeziya daim zəhmətkeş təbəqələrə, əməksevər insanlara, xalqın adət-ənənələrini, milli dəyərlərini öz həyatlarında yaşayanlara xidmət edib. Əsl poeziya heç zaman qan püskürən hökmdarları, xalqın qanını soran xaqanları mədh etməyib. Əsl poeziya xalqın bədii təfəkkürünün, bədii dühasının məhsulu olduğu üçün xalqın özünə xidmət göstərib.

Realizm (Sovetlər dönəmində uydurulduğu kimi materializm əsasında formalaşan realizm yox, həqiqi gerçəkliyi əks etdirən realizm nəzərdə tutulur) poeziyanın həm mündəricatının həyatiliyində, xalqın mübarizəsini, gündəlik həyatını, arzularını əks etməsində, həm lirik qəhrəmanın real psixoloji cizgilərlə təsvirində özünü göstərib.

Məlum məsələdir ki, realist ədəbiyyatda mündəricə ilə forma vəhdəti daha parlaq şəkildə gözə dəyir həqiqi realist əsərlər yal¬nız mündəricəsi, materialı ilə yox, formasının da xəlqiliyi, xalq danışıq dilinə təfəkkürünə yaxınlığı, sadəliyi təbiiliyi ilə başqa əsərlərdən seçilir.

Həqiqi realist poeziyanın məziyyətlərindən biri oxucuda yarandığı dövr barədə təsəvvür oyatmaqdır, bir sözlə, əsl sənət əsəri parlaq bir güzgü kimi dövrünü, zəmanəsini bizə göstərir, eyni zamanda bu günü yaxşıca dərk etməyə, gələcəyə baxmağa kömək edir. Bədii əsər məhz ona görə bədii əsərdir ki, tarixin konkret dövrünü, konkret xalqı mənliyə, orijinal simaya malik olan insanları bədii şəkildə, obrazlar vasitəsilə göstərə bilir. Sənəti idrakın başqa vasitələrindən ayıran budur. Tarix elmi bizə olub keçmiş əhvəlatlardan ya hazırki vəziyyətdən danışır, faktlara əsaslanırsa, bədii əsər əxlaqların mənzərəsini yaradır. Sənət əsərində zəmanəni görmək hər şeydən əvvəl o dövrdəki insan ehtirasları fikirləri ilə tanış olmaq, cəmiyyətin mənəvi-psixoloji həyatı barədə aydın təsəvvür hasil etməkdir. Biz bunu, yəni müasirlik ruhunu bədii əsər üçün böyük keyfiyyət sayırıq. Həm bu yalnız idraki cəhətdən deyil, estetik cəhətdən böyük keyfiyyətdir. Bu cür əsərlər istidir, hərarətlidir, işıq verir. Onları yaratmaq ancaq dərin vətəndaşlıq duyğularına, iti düşüncəyə, humanist qəlbə, hərarətli könülə yüksək fəlsəfi şüura malik olan həqiqi istedadlara qismət olur.

Axı zəmanəni, əsri əks etdirmək, onun qabaqcıl meyllərini göstərmək, onları müdafiə etmək deməkdir. Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsi 1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərlə, onların meydana gətirdikləri bir-birindən dəyərli əsərlərlə bağlıdır. Onların yaratdıqları əsərlər özlərindən əvvəlki sələflərinin heç birini nəinki təkrar etmir, fikri-fəlsəfi mündəricəsi bədii-estetik keyfiyyətləri ilə tamamilə onlardan fərqlənir, parlaq orijinal xüsusiyyətlərə malikdir. Xaqani, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Xətayi, Qətran Təbrizi, Saib Təbrizi, Seyid Əzim kimi ölməz dühaların yaratdığı şeir xəzinəsini yeni incilərlə zənginləşdirmək əlbəttə ki, adi istedadların işi deyil. Böyük istedadlar üçünsə klassik irs hər şeydən əvvəl böyük məktəbdir, ölməz nümunədir. Onlar bu irsə nəhayətsiz həyəcanla yaxınlaşır, məsuliyyətin ağırlığını duyaraq ona çox ciddi münasibət bəsləyir, dədə-babanın açdığı cığırla ləyaqətlə irəliləyirlər. Böyük sənətkarlar sənət əsərləri min bir tellərlə əsrin, zəmanənin psixoloji, fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri tələbləri ilə bağlı olur. Bu əlaqənin mürəkkəb çoxcəhətli olduğunu, hər sənətkarın fərdi xüsusiyyətləri, zövqü görüşləri ilə şərtləndiyi məlumdur. Poeziyanın ən əsas tələbi isə xalqın zövqünə, arzularına, həyatına müvafiq gələn xəlqilik üzərində köklənməsidir.

Xəlqilik 1950-1980-ci illər cənublu şairlərin bütün ünsürlərinə, dilinə, obrazlar silsiləsinə, təşbehlərinə, bütün tellərinə ilmələrinə hopub. Şübhəsiz ki, bunların hamısı bu şairlərin əsərlərinin milli zəminlə, milli qaynaqlarla, xalqın həyatı, ruhi aləmi, adət ənənələri, folkloru ilə bağlılıqlarından irəli gəlir. Bir şey tamamilə mübahisəsizdir ki, bu şairlərin lirikası həyata sağlam fəlsəfi baxışı, forma sadəliyi, məzmun aydınlığı, sadə çox ifadəli dil etibarilə, yəni bütün mündəricə bədii formasının anlaşıqlığı, tez qavranılması təsirliyi ilə xalqa yaxındır, onların zövqünə estetik tələblərinə uyğundur.

Bu dövrdə yazıb-yaradan şairlərin realizminin formalaşmasında və xəlqiliyində xalq yaradıcılığının, folklorunun böyük təsiri olub. Hamıya məlumdur ki, istər Təbrizdə, istər Ərdəbildə, istər Urmiyada, istərsə də Cənubi Azərbaycanın başqa bölgələrində folklor və aşıq poeziyası çox inkişaf edib. Saz çalıb söz demək buralarda çox qədim tarixə malikdir. Təbriz aşıqlarının Qazax, Tovuz, Gədəbəy, Göyçə, Zəngəzur, Borçalı aşıqlarından demək olar, heç bir şeylə fərqlənməməsini də çoxları bilir. Sa¬daladığımız bölgələrdə uşaq gözünü açandan saz-söz məclislərinə düşür, ata-anasından, baba-nənəsindən, el-obadan şirin nağıllar eşidir, el şənliklərində aşıqların söylədikləri dastanlara qulaq asır, bu da onun təxəyyülünün inkişaf etməsində, eyni zamanda gəraylılara, təcnislərə, müxəmməslərə, bayatılara bələd olmasında olduqca əhəmiyyətli rol oyanır. Cənubi Azərbaycan şairlərinin təfəkküründəki, dilindəki xəlqilik, təbiilik və ifadəlilik heç şübhəsiz ki, bununla bağlıdır.

1950-1980-ci il cənublu şairlərin başda Seyid Məhəmmədhüseyn Şəhriyar olmaqla gözəl xüsusiyyətləri, novatorluqları, Azərbaycan ədəbiyyatına göstərdikləri xidmət onların sadə, təmiz, bədii dildə əsərlər yaratmasıdır. Bəlkə də bu, heyrətamizdir. Dövlət dili fars dili olan, fars dilində təhsil alan İranda bu şairlər Azərbaycan dilinin sadə, adi danışıq dilində elə ifadələr, tərkiblər, obrazlar silsiləsi, təşbehlər, istiarələr, təkrirlər, idiomlar, hətta cinaslar yaradıblar ki, onlar məna dolğunluğu və gözəlliyi ilə adamı heyran edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan ədəbiyyatı hər zaman, hər dövrdə aktual yaradıcılıq problemi sayılan ənənə və novatorluq prinsiplərinə əsaslanıb. Novatorluq isə yeni üslubla, daha geniş, daha bəşəri, eyni zamanda, səmərəli axtarışlar yolu ilə inkişaf edir. Novatorluq yeni dövrün ab-havasını, mürəkkəb ictimaiintelektual təcrübəsini əks etdirə bilən formajanrlardan faydalanmaq yolu ilə əks olunmaqdadır.

Yuxarıda qeyd olunduğu kimi şairləri daim bir neçə qrupa bölmüşlər; Aşiqanə əsərlər yaradan şairlər, təbiət şairləri, vətənpərvərlik mövzusunda qələm işlədən şairlər və b. Ən əsası isə odur ki, şair hansı mövzuda yazırsa, yazsın, hansı problemləri çözürsə, çözsün, hansı ümmanlarda süzürsə, süzsün, fərqi yoxdur, şair aşiqdir. Şairin qəlbi, ürəyi, ruhu, könlübütün varlığı sevgi ilə doludur. Haqq aşiqidir şair. Eşqidir şairi şair edən, ona qələm tutub gecəsini-gündüzünə qatıb bir-birindən gözəl nümunələr meydana gətirməyə vadar edən. Şairi sülh carçısı, azadlıq harayçısı, əmin-amanlıq nümayişçisi, haqq və ədalət səsləyicisi, bərabərlik müdafiəçisi edən də budur. Şairin sevda ilə dolu qəlbi daim insanların, bəşər övladının xoşbəxtliyini, firavanlığını istər. Hafiz, Nizami, Şəms Təbrizi, Mövlanə Cəlaləddin Rumu, Xəyyam, Sədi, Yunus Əmrə, Rudəki, Nəsimi, Füzuli, Xətai, Seyyid Əzim, M.Ə.Sabir, Mehmet Akif Ərsoy, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiqbir çox şairlərin istəyi, amalı, arzusu yalnız və yalnız bu idi; bəşər övladı sülh-əmin amanlıq, haqq-ədalət içində ömür sürsün, kimsə kimsəni incitməsin, hamı bir-birinə rəğbət, hörmət, məhəbbət bəsləsin...

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 1 may.- S.14.