Erməniləşdirmə siyasəti

 

Tarixi faktlar ermənilərin Qafqaza gəlmə olduğunu isbatlayır

 

I yazı

 

Bu dəfəki yazımızda tarixi mənbələrdən və sırf ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırmaq məqsədilə Qarabağla bağlı Azərbaycanda fəaliyyət göstərən bir neçə saytdan bəzi yazılarından istifadə etməklə Cənubi Qafqazad erməniləşmə siyasətindən, onların Azərbaycanın qədim torpaqlarında necə məskunlaşmalarından, soyqırımın genişlənməsindən, 1914-20-ci il qırğınları, 1948-1953 və 1988-1991-ci illər faciələri, Cənubi Azərbaycanda törədilən qırğınlardan bəhs edəcəyik.

Azərbaycan ərazisində, o cümlədən onun bir parçası olan Dağlıq Qarabağda alban əhalisinin qriqorianlaşması və erməniləşdirilməsi uzun sürən bir tarixi proses olmuşdur. Bu bir neçə mərhələdə həyata keçirilib:

1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;

2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;

3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;

4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsı uzun proses oldu.

5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;

6. Rusiyanın regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsində qriqorianlaşdırılmış albanlarının tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu;

7. Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar;

8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən onun tarixi ərazisi olan Qarabağa köçürülməsi davam etdirilirdi. Tarixi tədqiqatlarda qeyd edilir ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdistrateji niyyət güdürdü.

Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi.

Bununla da çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biriQarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi.

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlananbütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü. Ancaq həmişə ermənilər soyqırımı həyata geçirməkdə israrlı olmuşlar. XX əsrin sonundakı faciələr bunu bir daha sübut etdi.

XX əsrin ilk illərində Azərbaycanda qanlı qırğınlar, terrorlar həyata keçirən erməni şovinistləri «Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» prinsiplərini reallaşdırmaq üçün ilk dəfə 1905-1907-ci illərdə yerli azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasətini həyata keçirdilər. Həmin illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur mahallarında, həmçinin Gəncə, Qarabağbaşqa bölgələrdə köklü təmizləmə siyasətinin aparılması erməni millətçiləri və çar Rusiyasının əsas məqsədlərindən biri idi. Ermənilərin millətimizə qarşı törətdiyi bu kütləvi soyqırımı və deportasiya siyasəti birinci olsa da sonuncu olmadı.

Qərbi Azərbaycanda (indiki Ermənistanda) və Naxçıvanda yaşayan azərbaycanlıların qətli üçün ermənilər yenidən 3 diviziya yaratdılar. Rusiyada Burjua Fevral (1917) inqilabından sonra Rusiyanın cəbhələrdə vəziyyəti ağırlaşdı. Rusiya Ordusu tərkibində vuruşan üç korpusdan ibarət 250 min erməni könüllüləri türk ordusunun rus ordusuna qarşı əks həmlələri nəticəsində pərən-pərən düşüb, quldur dəstələrinə çevrilərək rus hərbi birləşmələrinə səpələndilər və bunun nəticəsində türk-müsəlman soyqırımı işi zəiflədi. Çünki vahid komandanlıq həm rus ordusunun sərəncamında idi, həm də erməni qüvvələri parçalanmışdı. Lakin «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün ermənilər yeni planlar hazırladılar. Bu plana əsasən ilk növbədə türksüz ölkə yaratmaq lazım idi. Bu məqsədlə ermənilər azərbaycanlıları məhv etmək üçün pərakəndə quldur dəstələri ilə kifayətlənməyib, yenidən nizami ordu yaratmağı qərara aldılar. Bunun üçün

1917-ci ilin may ayında o zamankı Rusiya müvəqqəti hökumət başçısı Kerenskinin yanına nümayəndə göndərib, ondan xahiş etdilər ki, icazə verilsin rus ordusunda olan erməni könüllülərindən yeni ordu təşkil edib türklərə qarşı vuruşmağı gücləndirsinlər.

Ermənilər həm də müvəqqəti hökumətdən silah da tələb etdilər. Kerenski ermənilərin xahişini yerinə yetirib, tələblərini də təmin etdi. Bundan sonra ermənilər 1917-ci ilin mayında 35 min nəfərlik qoşun korpusu yaratdılar. General T.Nazaryan korpus komandiri, Dro Qanyan korpus komandirinin müavini təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya, hansı bölgələrdəki azərbaycanlıları qırıb, yandırıb məhv etməlidisə, onlar müəyyənləşdirildi:

1. General Andronik Naxçıvan, Sisyan, Zəngəzur Qarabağın dağlıq hissələrində;

2. General Arisyan Dro Qanyan İrəvan, İrəvanətrafı, Zəngibasar, Eçmiədzin Qurudüzlü Vedibasar rayonunun hissəsində, Qəmərli Dərələyəz zonalarında;

3. Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafı rayonlarında azərbaycanlıları məhv etməli idi. Bu alçaqlar elə bu plan əsasında da işə başladılar.

I Dünya müharibəsindən sonra ermənilərin Cənubi Qafqazda məkrli planlarını həyata keçirmək üçün əlverişli şərait yarandı. Türkiyə ərazisində erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa Zəngəzura böyük miqdarda erməni köçüb gəlmişdi. Əlbəttə ki, Azərbaycanın Qərb ərazilərində məskunlaşan bu ermənilər hələ XVIII-XIX əsrlərdə olduğu kimi, bu dövrdə yerli azərbaycanlıları müxtəlif vasitələrlə sıxışdırdılar. Təsadüfi deyildi ki, 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Məhz bu prossesdən sonra İrəvan quberinyası ərazisində erməni dövlətinin yaradılması, sonra da Azərbaycanın digər ərazilərinə qarşı torpaq iddiası mərhələsi başladı.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 1 may.- S.13.