Ermənilərin iqtisadi
terroru
İşqal olunan ərizələrimizdə
erməni xarici şirkətlərinin
talançılığı davam edir
Azərbaycan torpaqlarının qaytarılması barədə
beynəlxalq miqyasda aparılan işlərə baxmayaraq ermənilər
öz işğalçı siyasətini hələ də
davam etdirir, hətta xaricdə yaşayan erməni milyonerləri
və erməni diasporu işğal olunmuş Azərbaycan
torpaqlarına investisiya qoyur və qeyri-qanuni fəaliyyətlərini
davam etdirirlər. Azərbaycanda Regional İnkişaf Mərkəzinin
icraçı direktoru Zaur İmraninin sözlərinə
görə, erməni diasporu və milyonerləri Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağ
torpaqlarından əldə etdikləri gəliri həmin ərazilərə
ermənilərin cəlb olunması üçün güzəştlər
tətbiq edir və qondarma erməni abidələrinin yerləşdirilməsi
ilə bağlı işlər aparırlar.
Qondarma Dağlıq Qarabağın müstəqilliyinin
digər dövlətlər tərəfindən qəbul
olunmaması, Azərbaycan və Türkiyənin onu blokadada
saxlaması onun iqtisadi inkişafını xeyli zəiflədib. Lakin Ermənistan
və İran qondarma Qarabağa öz maddi dəstəyini əsirgəmirlər.
Bununla yanaşı erməni diasporu və
milyonerləri də bu işlərdə yaxından iştirak
edir. Onlar burada aqrar sektoru, dağ-mədən sənayesini,
innovasiya texnologiyalarını və turizm sektorunu inkişaf
etdirirlər: “Biz bilirik ki, Dağlıq Qarabağ faydalı
qazıntılarla və mineral sularla çox zəngindir.
Burada qızıl, gümüş, mis, əlvan metallar, dəmir,
sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. faydalı qazıntılara rast gəlmək
olar.
Qondarma Dağlıq Qarabağ Milli Statistika Komitəsinin
rəsmi məlumatına əsaslansaq görərik ki, orada
2001-2006-cı illərdə 3%-lik inflyasiyanın
qarşısında ÜDM-in həcmi 11-13%
artmışdır. Ümumi Daxili Məhsul (ÜDM) isə 2007-ci ildə 232,10 mln ABŞ dollar olub. Bu göstərici
2006-cı il ilə müqayisədə 8,8%
artıb. Adambaşına isə bu göstərici 1489,5 ABŞ dollar təşkil edir. Bu illər ərzində
məhsul istehsalı 3,9%, sənaye məhsulları
5,8%, kənd təsərrüfatı məhsullarının
istehsalı isə 5,4% artıb. Özəl sektorda ÜDM 63,5% təşkil edib. Bunun da 32%-i
kiçik və orta sahibkarlığın payına
düşür.
Qarabağa xarici yardımlar əsasən ABŞ tərəfindən
edilir. Belə ki, ABŞ konqresi tərəfindən
Dağlıq Qarabağa 1998-2006-cı illərdə edilən
humanitar yardımın həcmi 3 mln. ABŞ
dolları olub. 2007-2008-ci illərdə bu
göstərici 5 mln ABŞ dolları, 2009-cu ildə isə 8
mln ABŞ dolları təşkil edib. Bununla
yanaşı təkcə 2008-ci ildə Qarabağda 64 xeyriyyə
proqramı həyata keçirilib ki, bu proqramların da
ümumi dəyəri 13 mln. ABŞ
dolları həcmində olub. Xeyriyyə
proqramlarının sponsorları Amerikada yaşayan ermənilər
və erməni diasporu olub”.
O da
bildirilib ki, Dağlıq Qarabağa ayrılan investisiyalar əsasən
erməni diasporunun üzvləri tərəfindən verilir. İnvestisiyaları Dağlıq Qarabağ hökuməti
əsasən regionun iqtisadi inkişafına yönəldir.
İnvestisiyaların əsasən Su Elektrik
Stansiyaları, üzümçülük, kənd təsərrüfatı
məhsullarının istehsalı, təbii ehtiyatların mənimsənilməsi,
turizm və informasiya texnologiyalarına ayrılır.
İqtisadiyyatın müxtəlif sahələrinə 100 mln
ABŞ dolları dəyərində investisiya qoyulub ki, bu da
iqtisadiyyatın müxtəlif sahələrini əhatə
edir: “Onu da nəzərinizə çatdırım ki, Ermənistanda
və Dağlıq Qarabağda eyni bank sistemi və eyni pul
vahidi fəaliyyət göstərir. Hər ikisi
eyni gömrük sisteminə malikdir. Lakin
Dağlıq Qarabağdan idxal və ixrac olunan məhsullar
birbaşa xəzinəyə daxil olmur. Son
illər Ermənistan bankları kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi ilə
bağlı kredit vermə siyasəti həyata keçirir və
öz ipoteka bazarını genişləndirir”.
Dağlıq Qarabağda mövcud olan banklar köhnə
bank sistemi ilə yəni, “VTB Armeniya” bankı fəaliyyət
göstərir. Bununla yanaşı Western Union və Money
Gram pul köçürmələri də fəaliyyətdədir.
“Ardaşınınvestbank” QSC-nin 4 filialı
burada fəaliyyət göstərir. 2008-ci
ilin birinci rübündə QSC-nin aktivləri 345 mln ABŞ
dolları olub. Tələb olunan məbləğ
isə 278 mln ABŞ dollarıdır. Bankın
Ermənistanda 49 filialı fəaliyyət göstərir.
Nümayəndəliyi isə Paris şəhərində
yerləşir.
Aqrar sahə Dağlıq Qarabağda tarixən
inkişaf etmiş və ixtisaslaşmış sahələrdən
hesab olunur.
Hazırda aqrar sektor ÜDM-in 15,7%-ni verir. 1994-1995-ci illərdə kolxoz və sovxozlar ləğv
edildi və kənd təsərrüfatı kooperativlər
yaradıldı. 1998-1999-cu illərdə isə torpaqlar kəndlilər
arasında paylandı və hər adambaşı 0,6 ha torpaq sahəsi ayrıldı. Dağlıq Qarabağda 15 min fermer qeydiyyata
alınıb. Kəndlilər torpaq vergisi
istisna olmaqla bütün vergilərdən azaddırlar.
Torpaq vergisi isə il ərzində 3-10
ABŞ dolları arasında dəyişir. 2001-ci
ildən isə vergi sistemində gəlirdən alınan vergi
32%-dən 5%-ə endirilmişdir (qeyd edək ki, Azərbaycanda
bu göstərici 24%, Ermənistanda isə 25%-dir). Kənd təsərrüfatı məhsulları
istehsal edən müəssisələr isə Əlavə Dəyər
Vergisindən azad olunub.
Dağlıq Qarabağda əsasən şərab və
araq istehsalına üstünlük verilir. Araqlar əsasən
buğda və meyvələrdən, çaxır və şərablar
isə tut, ərik və üzümdən hazırlanır.
Ən böyük müəssisələri isə
“Qarabağ Gold” və “Arsax Algo” QSC-dir. Bu müəssisələr
tərəfindən istehsal olunan məhsulun yalnız 15%-i
daxili tələbat üçün istifadə olunur.
Yerdə qalan 85% Ermənistana, Rusiyaya, Ukraynaya və ABŞ-a
göndərilir: “Qeyd edim ki, 2009-2012-ci illərdə
Dağlıq Qarabağda kənd təsərrüfatının
inkişaf etdirilməsi ilə bağlı plan
hazırlanıb. Əsas məqsəd isə regionda buğda
istehsalının artırılmasına nail olmaqdır. Dağlıq Qarabağda fəaliyyət göstərən
müəssisələr içərisində ən
böyüyü dağ-mədən sənayesidir. Son illər dünya bazarında qızılın
qiyməti sürətlə artmaqdadır. Mütəxəssislər
ehtimal edir ki, belə gedərsə, qızılın 1
unsiyası (33 qram) 1500 dolları keçəcək”.
Azərbaycanın əsas qızıl ehtiyatları olan ərazilər
Kəlbəcər və Zəngilan rayonları işğal
altındadır. Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi hazırda Azərbaycanın
altı qızıl yatağının (Gədəbəy,
Qoşa, Kəlbəcər, Ordubad bloku) işlənməsi ilə
bağlı “R.V.İnvestment” şirkəti ilə saziş
bağlayıb. Xatırladaq ki, ləğv
edilmiş “Azərqızıl” Dövlət Şirkəti və
ABŞ-ın “R.V.İnvestment” şirkəti 1997-ci ildə 25
illiyə, 51+49 nisbətində saziş imzalayıb. Bu
sazişdə Azərbaycanın ehtiyatları 400 ton
qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis olan
yataqlarının işlənməsini nəzərdə
tuturdu. Sazişə əsasən, ABŞ tərəfi
layihəyə 500 milyon dollara yaxın sərmayə
yatırmalı, bunun 30-40 milyon dollarını kəşfiyyat
işlərinə yönəltməli idi.
Ermənistan Azərbaycanın işğal edilmiş əraziləri
də daxil olmaqla yeni-yeni yataqlardan qiymətli metalı hasil etməyə
çalışır. Hazırda Ermənistanda köhnə
qızıl yataqları bərpa edilir, yeni yataqlar işə
salınır. İrəvandan cənubda
yerləşən Ararat dağlarındakı qızıl
yataqlarının hasil edilməsi Rusiya şirkətinə həvalə
edilib. Rusiyalı maqnat Sergey Generalovun idarə
etdiyi “Madneuli” şirkəti Ermənistanın əsas
qızıl yataqlarına nəzarəti ələ alıb.
Lakin bu şirkətin nəzarətinə verilən
Zod qızıl yatağı mübahisəlidir. Zod qızıl yatağının bir hissəsi Kəlbəcər
rayonu ərazində yerləşir.
Məlumatlara görə, ermənilər qanunsuz olaraq işğal edilmiş Kəlbəcər ərazisində də qızıl hasil ediblər. Azərbaycan tərəfi Zod yatağının “Madneuli” şirkəti tərəfindən alınmasına rəsmi etiraz edib. Yataqdan qızıl emalı üçün istifadə edilən sianid turşusu isə ətraf çaylara axıdılır. Bu da regionun ekoloji durumuna mənfi təsir edir.
Bununla yanaşı “Beyz Metls” zənginləşdirici
mis kombinat fəaliyyət göstərir. Kombinat 150 min ton
polimetal filizin dağdan çıxarılması və
istismarı məqsədilə yaradılıb. Burada son 4 ildə
planlaşdırılandan da artıq 320 min ton polimetal filizi
çıxarılıb. Gələcəkdə
isə ildə buradan 400 min ton çıxarılması
planlaşdırılır. Polimetal-filiz
saflaşdırıldıqdan sonra qızıl halına
salınır və Avropa bazarına göndərilir. Kombinatın 1200 işçisi var.
“Global Gold” şirkəti də işğal olunmuş Kəlbəcər
rayonunda zavod quraşdırıb.
Bu müəssisələrlə yanaşı İran erməniləri
Şuşada polietelin trubalar istehsalını Almaniya və
Suriya şirkətləri ilə birgə istehsal edir. Bu sahədə
“Karin” QSC investisiyaların köməyi ilə öz istehsal
gücünü artırıb. İsveçrənin
“Frank Müller” tikinti şirkəti Xankəndində
Qarabağ mehmanxanasını tikib. Livan
sahibkarı isə 10 mln ABŞ dolları dəyərində
mobil telefon əlaqəsi üçün stansiyalar
quraşdırır.
Dağlıq Qarabağın elektrik enerjisinin təminatının
əsasını Sərsəng SES verir. Lakin bu
ümumi tələbatın yalnız 45%-ni ödəyir.
Qalan hissə isə Ermənistandan gəlir.
Bu baxımdan yeni proqramın qəbul olunması
gözlənilir. Proqrama əsasən yeni
SES-in tikintisi nəzərdə tutulur.
İqtisadiyyatın ən gəlirli sahələrdən
biri hesab olunan turizm sferasının inkişaf etdirilməsi də
nəzərdə tutulur. Bu məqsədlə turizm industriyasına 2007-ci ildə
655 min ABŞ dolları, 2008-ci ildə 2 mln 857 min ABŞ
dolları vəsait ayrılıb. Erməni diasporu əsasən
İsveçrənin “Sirkap Armeniya” şirkətinin köməyi
ilə 1,5 mln ABŞ dolları dəyərində
bir neçə mehmanxana və otel tikdirib. Dağlıq
Qarabağda 20 müstəqil otel, Xankəndində isə 10
mehmanxana fəaliyyət göstərir. Regionda
“Stepanakertur” və “Asapar” turizm şirkətləri fəaliyyət
göstərir. Bura gələn turistlərin
əksəriyyəti ABŞ, Fransa, Kanada, Rusiya, Almaniya dövlətlərdəndir.
Bununla yanaşı Böyük Britaniya, Avstriya,
Suriya, Yaponiya, İsrail və digər dövlətlərdən
də turist axını olur.
Ümumiyyətlə ora gələnlərin 80%-i məhz
turizm məqsədilə gəlirlər. 2005-ci ildə
Dağlıq Qarabağda 60 ölkədən 5 min turist gəlib.
Bu da 1 min ABŞ dolları gəlir deməkdir.
Dağlıq Qarabağdan əsasən ixrac edilən məhsullar:
qızıl, mis, şərab, araq, konserv məhsulları və
xalçalardır. Bu məhsullar əsasən
ABŞ-a, Avropa dövlətlərinə və Rusiyaya ixrac
olunur. Bütün bu qeyd etdiyimiz faktlar ermənilərin
apardıqları çirkin və işğalçı siyasətlərinin
nəticəsidir. Hazırda bizi
düşündürən bir sual var, ermənilərin Azərbaycan
torpaqlarında apardıqları qeyri-qanuni fəaliyyət və
özbaşınalıq nə qədər davam edəcək.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 7 may.-
S.13.