Ermənilərin Tiflisdə törətdikləri
qırğınlar
“Ermənilərin nahaq qanlara bais olmaları, qəddarlıqları
axırda onların özlərini məhv edəcək”
Erməni xisləti – dönüklüyü, fürsətcilliyi,
həmişə müxənnətliyi, bir sözlə, hər
cür sifətlə yaşamağı və b. cəhətləri
haqqında çox danışılıb. M.M.Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabında bu haqda ayrıca danışılır:
“Əvvəla, bu tayfadan (erməni) sual edirəm ki, bu qədər
mərdüməzarlıq və nahaq qanlar tökməkdə,
mülklərin və malların talan və tarac edilməsində
və yanıb xarabalığa çevrilməsində səbəb
və mətləbiniz nədən ibarətdir? Əgər
məqsədiniz padşah və kral olmaqdırsa, sizin bu təbiətinizlə
və insafsızlığınızla, heyhat,
ağlasığan şey deyil. Ağıllı
və kamallı insanın sizin haqqınızda
düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə
sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və
kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə
mötəbər dəlillərlə sübut olunub.
Birincisi budur ki, Allah-təala zalıma iqtidar və ixtiyar
verməz. Əgər pişiyə qanad versəydi,
quşların toxumunu yer üzündən kəsərdi.
Hərgah dəvəyə və filə qanad
versəydi, tamam damlar dağılardı. İkincisi,
özünüzə məlumdur ki, bundan əvvəl erməni
tayfası çox idi. İlan kimi
yumşaq, içi zəhəri-həlahil olduğundan,
basdığını kəsdiyindən, mürüvvətsizlikdə
həddini keçdiyindən və başqa xalqlara rəhm etmədiyindən,
o qədər belə insafsızlıq və
zülmkarlıqla məşğul olduqlarından hansı millətin
əlinə düşürdülərsə, əməllərinə
görə onlara layiqli cəza verirdilər.
Bir
mötəbər ziyalı mənə danışdı ki,
Almaniyanın dövlət xadimi və alimi mənə dedi, ermənilər
ki, bu cür yol tutub, çox tezliklə dünyanın
üzündən yox olub, onlardan bir əsər-əlamət
qalmayacaq...
Siz (ermənilər) Allah-təalaya dua edin ki, sizləri rəhmli
və insaflı ürək, xoş niyyət, fitnə-fəsadlardan
uzaq, gözəl əməllər qismət edərək,
xasiyyətinizi dəyişdirsin və pis əməllərdən
çəkindirsin. Bəlkə bu zaman insanlığa layiq
sifətlər əldə edərsiz. Yoxsa
siz bu vəhşi təbiət və qəddarlıqla,
beş-altı şahı banklara toplamaqla, fəqir-füqəranı
aldadıb zorla onlardan beş-üç şahı
qopardıb cibinizi doldurmaqla, bığınızı burub
başınıza papaq qoymaqla və çiyninizə
yapıncı salmaqla padşah olmaq mümkün deyil. Nahaq qanlar töküb namərdliklə qəflətən
insan məxluqunu öldürüb, burun-qulağını kəsib,
başına nal çalmaqla və başqa növ vəhşiliklə
böyük olmaq mümkün deyil. Belə
qəddar və vəhşi adamlar böyük olmaz, əksinə
o, həmişə zəlil və bütün məxluqatın
ayaqaltısı olar. Siz xalqınız
içərisində əkdiyiniz qəddarlıq toxumunun
tezliklə barını görəcəksiniz. Bununla siz başqaları üçün
qazdığınız quyuya, yəqin edin ki,
özünüz düşəcəksiniz.
Bir
ağacın ki, meyvəsi zülm ola,
Bir gün onun gövdəsinə balta çalacaqlar”.
Bu yerdə
Nəvvab fikrini sübut etmək üçün bir təmsil
danışır: “Bir dəvəyə sahibi həmişə
duz yükləyib gətirib şəhərdə
satarmış. Dəvə duz yükü
daşımaqdan çox zəifləyibmiş. Bir
gün bir tülkü ona deyir ki, əgər
yükünün yüngül olmağını istəyirsənsə,
sudan gedəndə bir bəhanə ilə
çayın içində yat. Gör onda necə
olacaq. Sabahısı gün dəvənin
sahibi yenə ona duz yükləyib şəhərə tərəf
yola düşdü. Çaydan keçəndə
dəvə bəhanə ilə suyun içində yatdı.
Duza su dəydiyindən şəhərə gedənə
kimi yarı oldu. Yəni, su ilə əriyib
yerə töküldü. Sahibi bunu
görcək sabahısı gün dəvəyə keçə
və yun yüklədi. Dəvə öz
hiyləsindən şadlanırdı. Elə
ki, gəldilər çayın kənarına, oradan keçərkən
dəvə yenə suda yatdı. Keçə
və yun islandıqdan sonra ağırlaşdı. Keçə və yunun ağırlığı on
batman idisə, su dəyəndən sonra iyirmi batman oldu. Dəvə yükü apara bilmədiyindən
yıxıldı. Sahibi dəvəni o qədər
vurdu ki, dəvə axırda öldü.
Qərəz, ermənilərin belə nahaq qanlara bais olmaları,
qəddarlığa və mürüvvətsizliyə yol vermələri
axırda onların özlərini məhv edəcək. Məgər
bunların içərisində idraklı, gələcəyi
görən və Allahdan qorxanları yoxmudur ki, uzaqgörənlik
edib bu fitnəfəsadlara bais olan və özlərinin xeyrindən
ötrü ailələri xəsarətə düçar edənlərə
öyüd-nəsiyyət verib onları düzgün yola
qaytaralar?
Bircə
bunlardan sual edən yoxdur ki, ay ermənilər, vilayətdə
alış-verişlə məşğul olduğunuz, zavod və
karxanalar işlətdiyiniz, pul və malınız əlinizdə,
çoxunuz milyonçu olduğunuz halda və bir kimsənin
sizə gözünün üstündə qaşın var demədiyi
bir vaxtda Qafqaz vilayətinə saldığınız bu fitnə-fəsadlar
nə üçündür?
Padşah və böyüklər yanında hörmətiniz
olduğu, sözünüz eşidildiyi və xadimələrlə
birlikdə gözəl-gözəl imarətləriniz
olduğu və fəhlələr qabağınızda səf-səf
durduğu halda, bu nə tüğyan idi ki, bu vilayətə
saldınız? Bir para cibkəsənlərin sözü
ilə özünüzü və əhali-əyallarınızı
min dürlü bəlalara düçar edərək, əli
qoynunda zar və giryan qoyub, özünüzlə bərabər
dünya əhlini də tamam narahat edib, dərdü-qəm dəryasına
qərq eləmisiniz.
Ayrı-ayrı şəhərlərdə və kəndlərdə
ermənilərin törətdikləri fitnə-fəsadlar nəticəsində
nahaq qanlar tökülüb, hesabsız dərəcədə
mallar talan və qarət edilib, hesabsız sayda imarətlər,
dükanlar, karxanalar yandırılaraq viran edilib, minlərlə
kişilər və övrət-uşaqlar
öldürülüb və yandırılıb. Bununla da onlar
(ermənilər) hesabsız sayda övrətlərin dul və
sahibsiz, uşaqların isə yetim, kimsəsiz qalmasına səbəb
olublar.
Qu quşu tükündən tikilən mütəkkələrə
baş qoyub söykənməyə naz edənlər, şal və
tirmə yorğan-döşəklərdə yatmaq istəyən
şəxslər indi bir köhnə paltonun içində
üryan və zaru-giryan qalıblar. Övrət-uşaqların,
tanınmış adamların yuvası dağılıb, evləri
və imarətləri tar-mar edilərək
yandırıldığından tərki-vətən olub,
külfətli və külfətsiz başqa vilayətlərə
getməyə məcbur olub və onlardan bir çoxu səfil
həyat keçirməyə məcbur olub. Mən bilmirəm fitnə-fəsad törədib
xalqı qırğına verən bu erməni quldurları o
dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər?!
Bu qədər zülm və sitəmkarlıq,
insafsızlıq və özbaşnalıqla bu əyalətdə
bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail
olmayacaqsınız. Bəli, o padşahlıq
bayrağı ucalarsa, əvvəl onun altına
başı-gözü mismarlanmış, burnu-qulağı kəsilmiş,
başları daş və çəkiclə əzilmiş,
bədənləri zülm odu ilə
odlandırılmış şəxslərin övladları
gəlib sizdən sorğu-sual edəcək. Bunu yəqin
bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu
törədənlərdən çıxılacaq...
Bir gün mən (M.M.Nəvvab) bazardan keçərkən
gördüm ki, xalq yığışıb nəyəsə
tamaşa edir.
Yaxınlaşıb baxanda gördüm ki, Əbdül
adlı bir kişi tələ ilə
üç-dörd siçan tutub, yanına da bir
şüşə neft qoyub, onların üstünə neft
tökərək bir-bir yandırıb buraxır. Siçan od tutan kimi bərk qaçmağa
başlayır və o daha da alovlanırdı. Bir az o yan-bu yana qaçdıqdan sonra
yıxılıb yanırdı. Mən bunu görəndə əsəbiləşib
o kişiyə dedim ki, ay kişi, bu nə
insafsız işdir ki, sən tutursan? Allahın məxluquna
zülm edərək od tutub
yandırırsan? Belə iş etmə ki, Allah-təalaya
xoş gəlməz və bu zülmlərin cəzasını
tezliklə verər. Siçanları yandıran kişi mənə dedi ki, onlar mənim
torbamı deşib zərər vurublar. Mən də
gərək əvəzində bunları yandıram. Bundan sonra mən Əbdül kişidən
ayrılıb evimə getdim.
Bu əhvalatdan
bir neçə gün keçdikdən sonra siçanları
yandıran Əbdül kişi bir şəxsə
barıt satdığı zaman manqaldan bir
qığılcım barıt torbasına düşür.
Bir batmana qədər barıtı od
düşən kimi gurultu ilə böyük partlayış
olub, dükandakı bütün malların hamısını
havaya sovurur. Bu partlayışdan Əbdülün özü
də od tutaraq siçanlar
qaça-qaça yandığı kimi, o da
qaça-qaça yanıb həlak oldu. Onunla bərabər
iki nəfər də yanmışdı. Lakin
onları ölümdən xilas etmək mümkün oldu.
Əbdül kişinin həm özü
öldü, həm də dükanı ilə bütün malları
yanıb məhv oldu.
Qərəz, bu nəsihətamiz sözlərdən məqsəd
odur ki, bəlkə erməni tayfasının bir-iki nəfərinin
qəlbinə insaf nuru yol tapa, şeytan əməllərinə
qulluq edən kəslərə nəsihət verib, onları
tutduqları qeyri-bəşəri əməllərdən
çəkindirə. Bəlkə bundan sonra gördükləri
bu əməllərin peşmançılığını
çəkməyələr”.
Bu yerdə
M.M.Nəvvab 1905-ci ildə Tiflisdə baş verən əhvalatlara
diqqət çəkir: “Oktyabr ayında Tiflis şəhərində
bayram münasibəti ilə camaat küçələrə
gəzintiyə çıxmışdı. Camaat
kilsənin yanına çıxanda birdən evlərin pəncərələrindən
güllələr yağmağa başladı. Neçə
adam bunun nəticəsində öldü və
yaralandı. Camaat erməni “Listok” qəzetxanasının
yanına çatanda qazetxananın otağından camaatın
içərisinə bir bomba atdılar. Bundan
başqa gimnaziya tərəfdən də bir bomba
atıldı. Camaat “Sobraniya”
binasının yanından keçəndə bir bomba da oradan
atdılar.
Bu zaman üç rota rus qoşun dəstəsi gəldi
və başladı camaatla atışmağa. Bomba atılan
evləri gülləbaran etdilər. Nəticədə
otuz beş nəfər həlak oldu, on
beş nəfər yaralandı. Bu hadisələr
cərəyan edən vaxt Batum tərəfdə neçə
körpü partladıldı. Qoridə isə
qoşun toqquşması oldu. Uzerget uyezdində
isə camaat rus kazaklarının üstünə bombalar
atdılar. Nəticədə çoxlu
kazaklar məhv oldu və yaralandı.
Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Tiflis şəhərində
yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz
dörd nəfər həlak oldu, səksən bir nəfər
yaralandı.
Dekabr ayında erməni tayfası yenə də dinc dura
bilməyib, hazırlıq gördükdən sonra qəflətən
müsəlmanların üstünə hücum çəkdilər. Müsəlmanların
bu hücumdan xəbərləri olmadığından ermənilərə
layiqli cavab vermək üçün yanlarında silah və
sursat yox idi. Əhvalatdan xəbərdar
olan gürcülər tüfəng və patronla müsəlmanlara
kömək etdilər. Müsəlmanlar
tanınmış bir şəxsin imarətinə girərək
evi özləri üçün səngərə
çevirdilər və ermənilərlə
atışmağa başladılar. Müsəlmanlar
iki gecə-gündüz ermənilərlə
atışdılar.
Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri – kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir gecə-gündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 13 may.-
S.13.