“Necə əl çəkim?”
Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib
Tanınmış şair Mikayıl
Müşfiqin faciəli
ölümündən 77 il ötür. Müşfiq
1908-ci ildə Bakıda
müəllim ailəsində
anadan olub. Körpəlikdən anasını, 6 yaşında
atasını itirən
Mikayıl yetimliyini erkən dadıb. İbtidai təhsilini rus-tatar məktəbində alıb.
1931-ci ildə Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini bitirib, Bakı məktəblərində
müəllimliyə başlayıb,
“Azərnəşr”də redaktor
və tərcüməçi
işləyib. Son iş
yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. İlk şeirlər kitabı
“Küləklər” üçüncü
kursda oxuyarkən çap edilib. 1937-ci ilə qədər
9 kitabı çap edilib. “Çağlayan”
adlı kitabını
nəşr etdirmək
ona qismət olmayıb.
1938-ci il yanvarın
6-da güllələnib. Mikayıl
Müşfiq irsinin araşdırıcısı Gülhüseyn
Hüseynoğlunun fikrincə,
Müşfiqin irsi həmişə yaşayacaq:
“Mikayıl Müşfiq
itkisi xalq üçün ağırdan
ağırdır, yeganə
təsəllimiz şairin
qoyub getdiyi və xalqımızın
göz bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi olub. Mikayıl Müşfiqi
bütün nəsillərin
çağdaşı edən,
həmişə sevdirən
onun ürəkdən
gəlmiş, səmimiyyətlə
dolu poeziyasının
xalq ruhu ilə bağlılığı,
Azərbaycanımızı böyük məhəbbətlə
tərənnüm edib
sevdirməsi, vətəndaşlığı,
cazibə qüvvəsilə
oxucuların qəlbini
ehtizaza gətirməsidir.
Söz yox, ürəkdən yazdığındandır ki,
ürəklərdə yaşayır
Müşfiq. Axı bu,
onun bir şair kimi ən böyük arzusu idi. Vətəndaş şairdi, cəsarətliydi,
uzaqgörəndi Müşfiq.
Milli musiqi alətlərimizdən olan
tarın konservatoriyada
tədris olunması qadağan ediləndə,
“İnqilab və mədəniyyət” jurnalı
özünün 1929-cu il
2-ci nömrəsindəki “Tar konservatoriyadan çıxarıldı”
sərlövhəli xəbərində:
“Azərbaycan Dövlət
Konservatoriyasını qüvvətləndirmək
məqsədilə AXMK bir
çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın
öyrənilməsi konservatoriyanın
bütün dərəcələrində
tədris planlarından
götürülür və
konservatoriya yanında
olan Şərq orkestrosu ləğv olunur” yazanda Müşfiq sinəsini qabağa verdi,
məşhur “Tar” şeirini
xalqına bəxş
elədi, tarın şöhrətini bir az da qaldırdı.
“Tar” şeiri vətəndaş
şairin uzaqgörənliyini
göstərməklə bərabər,
həm də sənətkar cəsarətini
numayiş etdirən əsərdir. Ənənənin
rolunu düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair
istər şifahi xalq şeirinin, istərsə də klassik şerin poetik formalarına həmişə həssaslıqla
yanaşıb, bunların
çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, məsnəvi, üçlük,
dördlük (mürəbbe),
beşlik (müxəmməs),
altılıq (müsəddəs),yeddilik (müsəbbe), səkkizlik (müsəmmən),
tərcibənd, tərkibbənd,
müstəzad və
s. poeziyasında işlədib.
Şairin Qərb şeirinin
poetik forması olan sonetə biganə qalmadığını,
sonetlər yazdığını
və yeri düşdükcə özünün
də yeni poetik formalar yaratdığını qeyd
etsəm, müəllifin
bu sahəyə nə qədər böyük əhəmiyyət
verdiyi aydınlaşır”.
Ədəbiyyatşünas Gülxani Pənahın fikrincə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafındamühüm rolu olan sənətkarımızdır. G.Pənah G.Hüseynoğlunun aqibətcə Müşfiq taleyini yaşadığını bildirir: “Mikayıl Müşfiq yaradıcılığının yenidən nəşrinə gərgin əmək sərf edən qələm sahibi Gülhüseyn Hüseynoğlu Müşfiq taleyinin, Müşfiq dərdlərinin, ağrı-acılarını, həyatının bir sıra məqamlarını yaşamış insandır. O da bir zamanlarstalinizm siyasətinin dəhşətlərini yaşayıb, həbsxanaya atılıb, bəşəri fikirlərlə, amallarla yazıb yaradan Mikayıl Müşfiq kimi ölümə məhkum edilib, ancaq Stalinin “humanizm”i sayəsində SSRİ-də güllələnmə cəzası müvəqqəti ləğv olunduğundan, 25 illik həbs cəzası almış təsadüfi sağ qalanlardan, “baxtı” gətirənlərdəndir. Müşfiq az yaşadığı ömürdə elə əsərlər yazıb qoyub gedib ki, balaca bir şeiri belə xalqı azadlığa, istiqlaliyyətə çağırışdır, hər biri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir. Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və adların çəkmədiyim neçə-neçə ədib və sənətkarlarımızın çox zəngin yaradıcılığı var. Onlar özlərinin şəxsi həyatlarını unudaraq xalqı düşünənlərdir. Onların öz amalları, öz yolları var. O yol yalanlardan, şöhrətdən uzaq, uca bir yoldur. Onlar öz əsərlərində ancaq millətini düşünənlər, onu sevənlər, onun gələcəyi üçün narahatçılıq keçirənlərdir”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 6 yanvar.- S.15.