“El məşəliyəm
mən...”
Güney
Azərbaycan şairləri
qəzəl də yazıblar
1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlər öz dövrlərinin böyük
fikir və ehtirasla¬rın¬dan hərəkətə
gələrək əsrin
heç bir hadisəsindən kənarda
qalma¬yıblar. Məhəmmədhüseyn
Şəhriyarın “Şeir
və hikmət” məsnəvisi şeirin necə qiymətli bir ləl olduğunu
birldirməklə yanaşı,
xalq, və¬tən, torpaq, zaman qarşısında
onun borcunu, vəzifəsini bəyan edir:
Ən zərif, ən lətif kəlamdır şeir,
Ürəkdə qaynayan ilhamdır şeir.
Onun cazibəsi, onun sehri var,
Onun hər sətrində fikir nəhri var.
Sönmüş ürəklərdə məşəl yandırar,
Şeiri duyanları qanadlandırar.
Şeir-insan gücü, insan
əzmidir,
Şeir-Firdovsinin ulu nəzmidir.
Ölkələr oyanar şeirin səsindən,
Şimşək misraların qəhqəhəsindən.
O, baxır təfəkkür
zirvələrindən,
Dünyaya nur tökən bir dan yerindən.
O, nələr düşünür,
o, nələr deyir,
Min dərdin dərmanı
nəğmələr deyir.
Poeziya sənətinin möhtəşəm
ənənələri olan
Güney Azərbaycanda
- 1950-1980-ci illərin şairləri
xalqa, Vətənə,
torpağa bir-birindən
dəyərli töhfələr
vermək üçün
gecə-gündüz çalışaraq
nəinki müstəqil,
fərdi ədəbi nəsil kimi möhkəmlənmişdilər, artıq öz sıralarından maraqlı,
orijinal poetik fərdiyyətlər də
ayırıb irəli
sürə bilmişlər.
Bu illər ərzində
Güney Azərbaycan şeiri bu nəslin
inkişafında Azərbaycan
humanizminin yeni fərdi, əyani məna kəsb edən müasir məzmunu ilə daha da zənginləşib.
Bu illər ərzində
güney poeziyası dünyamıza humanist insan
konsepsiyasının işığında
nəzər salıb,
mənəviyyat və
əxlaq ideallarını
məhz bu təlimin sığnağında
yoxlamışlar. Zamanın həyəcan,
qayğı və ağrılarına fərdi
münasibət, müasirliyin
əxlaqi ziddiyət¬lərindən
fərdi narahatlığı
daha da güclənərək,
müasirliyin əxlaqi
ziddiyətlərindən fərdi
narahatlığı daha
da güclənərək,
şeirin əhvali-ruhiyyəsi
daha da mürəkkəb
olmağa başlayıb,
onda daxili psixologizm və dramatizm artırılıb.
Eləcə də xalq dilindən və şeirindən əxz olunan vəzn, ahəng, bəhr, ritm bədii dili hər cür
sünilikdən təmizləməkdə
böyük rol oynayıb.
Təbiət və insan, təbiət hadisələri
ilə insan həyatı, mənəviyyatı,
insanın arzu və xəyallarının
müqayisəsi 1950-1980-ci illərdə
Güney Azərbaycanda
yazıb-yaradan şairlərin
lirikasında obraz¬lılı¬ğı
təşkil edən canlı ünsürlərdir. Onların
nəzərində bütün
canlı və cansız təbiət, bütün psixoloji hallar, hisslər, xəyallar, dü¬şüncələr,
arzu-əməllər, nifrət,
məhəbbət, şəfqət,
qəhrəmanlıq və
müdriklik, hətta məhəbbət, ədalət,
zaman, məkan, səbəb, nəticə
kimi ən mücərrəd anlayışlar
belə düşünən,
yaşayan, canlı obrazlar silsiləsidir. Şeirin bütün məcazları,
təşbeh və istiarələri, canlan¬dırma,
təzad, kinayə və sairə bu iki əsas
ünsür əsasında,
təbiətlə insanın
bir-birinə bənzədilməsi
yolu ilə yaradılır. Misal kimi
xalq şeirinin bütün formalarından
və şəkillərindən
çox böyük ustalıqla istifadə etmiş ustad Şəhriyarın bir çox əsərlərində
olduğu kimi “Səhəndə məktub”unu
göstərə bilərik.
Bu şeirdə kifayət qədər bədii təsvir vasitələrindən istifadə
olunub.
Vaxtilə bəzi tədqiqatçılar
şifahi xalq ədəbiyyatından qaynaq¬lanan
qafiyələrin həddən
artıq təkrar edilməsini, klassik ədəbiy¬yatdan süzülüb
gələn “gül”,
“bülbül”, “saqi”,
“Meyxanə” və ilaxır obrazlara irad tutub, bu
ənənənin oxucunu
zənginləş¬dir¬mədiyini, bu tipli şeirlərdə
oxucu fikrinin uçuşu üçün
qanada çevrilən
fərdi, təzə görüm və baxım bucağının
olmadığını iddia
edirdilər.
Bütün bunlar isə klassik poeziyanın aparıcı qüvvəsi,
daha doğrusu, onun ritmi, ahəngi,
qəlbi, ürəyidir. Bu obrazlar klassiklərimizin poeziyasında gah sevinc, gah kədər,
gah vüsal, gah hicran ifadəsi
olaraq cürbəcür
məqamlarda bir aparıcı xətt kimi işlədilib. Güney Azərbaycan şeiri də daim bu
ənənənin üstündə
ayaq tutub yeriyib. Bu ənənə
eləcə də xalq ruhu ilə
yaxından bağlı
olan bizim liri¬kanın, ümumiyyətlə,
mütərəqqi klassik
Şərq şeirinin
ən davamlı ənənəsidir.
Şəhriyarın poeziyasında bu ənənənin əlamətlərini
olduqca qabarıq şəkildə görürük. Dahi sənətkar xalq şeirinin ən gözəl formalarından
və fiqurlarından,
təşbihlərdən istifadə
edərək bu mislisiz ənənəyə
yeni bir nəfəs, yeni bir ahəng gətirir:
Dedin Azər elinin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin
bülbülüyəm mən,
Elimin farsıca da dərdini söylər diliyəm mən,
Elə qarşı nə qaranlıq isə el məşəliyəm mən,
əbədiyyət gülüyəm
mən...
Lirik poeziyanın
əsas janrlarından
biri də qəzəl janrıdır. Qəzəl janrı
Azərbaycan klassik şeirində çox yayılmış lirik şeir növüdür.
Məlum
məsələdir ki,
məhəbbət və
gözəlliyin təsviri
qəzəlin əsas
mövzusunu təşkil
edir. Azərbaycanda qəzəl janrı
klassik şairlə¬rimizin
yaradıcılığının ən böyük bir qolunu təşkil
edir.
XIII əsrdə Azərbaycan qəzəli məlum səbəblərdən (o zamanlar fars dilində yazıb-yaratmaq bir növ dəb halını aldığı üçün) əsasən fars dilində yaradılırdı. Dövrün Seyid Zülfüqar Şirvani, Əhvədi Marağayi kimi görkəmli sənətkarlarının yaradıcılığını əsasən qəzəl janrı təşkil edirdi. Seyid Zülfgüqar ədəbi irsində eşqin sevinc və kədərindən bəhs edən qəzəllərlə yanaşı, müharibə dəhşətləri, ədalətsizlik və zülm aktları əleyhinə çevrilmiş, habelə sufi görüşlərinin tərənnümünə həsr edilmiş qəzəllər də var. İn¬sanın-aşiqin qəlbini çuğlayan, onun əhval-ruhiyyəsini tənzim¬ləyən zərif, kövrək naxışlar da, təlatüm, həyəcan, böhran anları da, rəngarəng psixoloji nüanslarla Əvhədi Marağayi qəzəllərində öz bədii həllini tapdı. Lakin onun bütövlükdə peyzaj qəzəl-etüd¬ləri, əxlaqi-tərbiyəvi mövzuda qəzəlləri də çoxdur.
Azərbay¬can dilində hələlik dövrümüzə gəlib çatmış ilk qəzəl XIII əsrin son¬ları, XIV əsrin əvvəllərində yazıb-yaratmış Həsənoğ¬lunun “Apar¬dı könlümü bir xoş qəmərüz, canfəza dilbər” mətləli qəzəlidir.
Azərbaycan mühitində min ilə qədər yaşı olan qəzəl XIV əsrdən etibarən öz çiçəklənmə dövrünə qədəm qoyub. İlk dəfə doğma Azərbaycan dilində istedadlıı şair və görkəmli ictimai xadim Qazi Bürhahəddin mükəmməl qəzəllər yaradıb. Dahi sələfləri Rudəki, Xəqani, Nizami lirikasından, XIV əsrin Xaci Kirmani, xüsusən Hafiz kimi müqtədir qəzəl ustalarının sənətindən ilham alan Qazi Bürhahəddin təkcə ana dilində qəzəllər yaratmaqla kifayətlənməyib, bu janrın mündəricəsinə, şəkli xüsusiy¬yətlərinə uyğun bir sıra əhəmiyyətli yeniliklər gətirib. Lakin qəzəl XIV əsrdə Azərbaycan dilində öz yüksək inkişaf mərhələsini Seyid İmadəddin Nəsimi yaradıcılığında tapdı. Yalnız öz dövrünün deyil, bütün dövrlərin görkəmli sənətkarı, mütəfəkkir-şair, təsəvvüf poeziyasının ən öndə gedən ustalarından biri Azərbaycan dilində qəzələ yeni ruh, yeni məna, yeni siqlət verdi. Nəsiminin fitri istedadı ilə qəzəl Azərbaycan dilində daha da cilalandı. Məhz Nəsimi yaradıcılığı ilə bir daha təsdiq olundu ki, qəzəl ədəbiyyatı orta əsrlər nəzəriyyə kitablarında üst-üstə irəli sürüldüyü kimi (Hətta Nəsimidən sonra qələmə alınanlar da bura daxildir) yalnız qəzəlin tərifi və aşiqin sevgi iztirablarının bədii təqdimi deyil, bu janrda çox fikirlər poetik predmetə çevrilə bilər. Hələ XIII əsrdə məhşur məsnəvi müəllifi Mövlanə Cəlaləddin Rumi öz mürşidi və mənəvi şeyxi Şəms Təbrizinin adına yazdığı qəzəllərində, “Bustan” və “Gülüstan” müəllifi Sədi qəzəllərində, XIII əsrin axırları, XIV əsrin əvvəllərində yaşayıb, türk dilində olduqca qiymətli təsəvvüf poeziyası nümunələri yaratmış Yunus Əmrənin qəzəllərində, Nəsiminin müasiri “Şiraz bülbülü” Hafizin qəzəlləri içərisində ictimai-fəlsəfi, xüsusən sufi fikrinin təbliğinə həsr edilmişləri mövcud idi. Azərbaycan ədəbiy¬yatında isə qəzəlin mövzu çərçivəsinə yeni bucaqdan müdaxilə daha irəlidəki əsrdə, onun ümumiyyətlə, Şərq ədəbiyyatında bir janr kimi təsdiqi dövründə Xəqani yaradıcılığı ilə bağlı olub, Zülfüqar Şirvani, Əvhədi sənəti ilə əsr (XIII) daha geniş vüsət alıb.
Nəsimi qəzəllərinin çoxunu rəməl, həcəz, rəcəz, münsərih, müzare, xəfif, mütədarik və s. bəhrində yazıb. Ümumiyyətlə, əruzun sirlərinə mükəmməl surətdə yiyələnən şairin qəzəlləri əlvan məcazlar silsiləsi ilə də ziynətlidir. Şair ənənələrdən gəlmə və sistem halına düşmüş bədii fiqurlardan yaradıcı şəkildə istifadə etməklə, özü də doğma xalqın lüğət fondundan bu silsiləni dolğunlaşdırır, kamilləşdirirdi. Azərbaycan qəzəl ədəbiyyatı Qazi Bürhanəddin yaradıcılığı ilə istiqamətlənərək, Nəsimi şeirində xeyli inkişaf etmiş, dahi Füzuli poeziyasında isə yüksək zirvələrə çatıb.
XV-XVI əsrlər Kişvəri, Həbibi, Süruri, Bəsiri, Hilali, Hamidi, Xəlili, Xəzani, Şahi kimi qəzəl ustadları ilə məşhurdur. Görkəmli ictimai xadim, təkcə məmləkət şahı deyil, mənəviyyat şahı sayılan qüdrətli hökmdar, olduqca şücaətli sərkərdə və basıılmaz pəhləvan Şah İsmayıl Xətai şeirin digər növləri ilə yanaşı, gözəl qəzəl müəllifi kimi də şöhrət qazanıb.
Lakin həmin dövrün yetişdirməsi olan, Azərbaycan poeziya¬sının günəşi hesab olunan dahi Füzuli qədər kimsə qəzəl janrında qiymətsiz cəvahirlər yarada bilməmişdir və məhz Füzulinin qəzəl məktəbi ondan sonra yaşayan şairlərin yaradıcılığında daima bir gurşad çeşmə kimi qaynaq rolunu oynayıb. Üç dildə, ərəb, fars və Azərbaycan dilində olduqca mükəmməl qəzəllər yazan şair, doğma ana dilində qiyamətə qədər xalqın dilinin əzbəri olacaq olduqca möhtəşəm qəzəllər meydana gətirib.
1950-1980-ci illərdə fəaliyyət göstərən Güney Azərbaycan şairlərinin əksəriyyəti əruz vəzninin incəliklərindən yaxşı xəbərdar olduqla¬rına, eyni zamanda qəzəl janrının aşiqanə misralar yaratmağa hər cür imkan yaratdığı üçün yaradıcılığının bir hissəsini qəzəl yazıb-yaratmağa yönəldiblər. Təkcə, Azərbaycan və yaxud İran ədəbi mühitində deyil, bütün müsəlman Şərqində olduqca qüdrətli sənətkarlar kimi ad çıxarmış Qətran Təbrizi, Saib Təbrizi və bir çox güneyli şairlərin poeziya çələnginə qəzəldən al-əlvan rənglər vurması hamıya məlumdur.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2015.- 10 yanvar.- S.14.