Erməni terrorizmi
Ramiz
Sevdimalıyev: “XIX-XX əsrlərdə yaranmış
bütün erməni partiyaları siyasi mübarizə vasitəsi
kimi terroru seçiblər”
Bu gün
erməni terrorizmi bütün dünya üçün təhlükəlidir.
Bu, təkcə türkllərə qarşı deyil, eyni
zamanda region və dünya ölkələri üçün
daim təhlükə mənbəyi olaraq qalır. Siyasi elmlər
doktoru Ramiz Sevdimalıyev deyir ki, terrorizm - təkcə siyasi,
sosial və ya dini etiraz forması və üsulu deyil, həmçinin
geosiyasi rəqabətin və deməli həm də daim
böyük siyasətin aləti olub. Onun fikrincə, terror təşkilatlarının
əksəriyyəti dünyanın müxtəlif
regionlarında aparıcı dövlətlər arasında
geosiyasi qarşıdurmanın gücləndiyi dövrlərdə
meydana gəlib və onların vasitəsilə hadisələrin
gedişatına dolayısı ilə təsir göstərmək,
həmçinin cari vəziyyətdə bu və ya digər
ölkədə və ya regionda “milli məsələ”dən
istifadə edərək manipulyasiya etmək məqsədi
güdürdü: “Eyni zamanda mübarizənin terror
formalarından istifadə edərək müharibənin gizli
aparılması onların hərbi-siyasi strategiyalarının
əsası olur.
Ərazisinin
əlverişli geostrateji mövqeyinə görə həmişə
bir çox dövlətlərin diqqət mərkəzində
olan Osmanlı dövləti XVIII-XIX yüzilliklərin
hüdudunda zəifləməyə başlayır. Çar
Rusiyası, Fransa, İngiltərə, Avstriya və
İtaliyanın Osmanlı dövlətinin zəiflədilməsi
və devrilməsinə yönəldilmiş ekspansionist siyasəti
bu dövrdə daha çox güclənmişdi. Bu dövlətlər
Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmək
və Aralıq dənizinə azad giriş əldə etmək
üçün mübarizədə daim “milli məsələ”
adlandırılan kartdan istifadə edir, etnik azlıqların
nümayəndələriylə, əsasən də etnik ermənilərlə
birbaşa əlaqə qurur, çoxsaylı terror təşkilatlarının
yaradılması üçün onlara mənəvi, maliyyə
və maddi dəstək göstərirdilər. XIX əsrin
ikinci yarısında aparıcı dövlətlərin məhz
belə siyasəti terrorizmin xüsusi növünün
formalaşmasına gətirib çıxardı. Təcavüzkar
separatizmə və milli dözümsüzlüyə əsaslanan
erməni terrorizmi bunun parlaq nümunəsidir. Terror fəaliyyətinin
müasir təcrübəsində terrorizmin geniş
yayılmış bu növü etnik təmizləmə,
kütləvi talanlar və çoxsaylı insan tələfatları
ilə müşayiət olunan sonsuz qəddarlığı
ilə səciyyələnir. O xüsusi
dağıdıcı gücə malikdir, cəmiyyətdə
sosial gərginliyi artırmaq, milli düşmənçiliyi
qızışdırmaq və dövlətin
dağıdılmasına gətirib çıxartmaq iqtidarındadır.
Təbii ki, bu dövlətlərin hər biri öz geosiyasi və
ekspansionist məqsədlərini güdürdü və
müvafiq olaraq Osmanlı dövlətini zəiflətmək
cəhdi bir neçə istiqamətdə həyata
keçirilirdi”.
Ramiz
Sevdimalıyevin sözlərinə görə, bununla əlaqədar,
erməni terrorizminin böyük dövlətlərin siyasətinin
amili kimi yaranma səbəbini və tarixini anlamaq
üçün, ilk növbədə çar
Rusiyasının geostrateji məqsədlərinin həyata
keçirilməsinə yönəldilmiş ekspansionist siyasətinə
diqqəti yönəltmək lazımdır - Osmanlı
dövlətinin devrilməsi və Bosfor boğazı üzərində
hökmranlığın qurulmasının
reallaşdırılmasında ermənilərdən dəfələrlə
alət kimi istifadə olunub: “Məlum olduğu kimi, 1813-cü
ildə Rusiya və İran arasında Gülüstan
müqaviləsinin bağlanmasından sonra tarixi Azərbaycan əraziləri
təxminən keçmiş İran-sovet sərhədinə
qədər Rusiyanın tərkibinə keçdi. Sonra, 1828-ci
ildə bağlanmış Türkmənçay müqaviləsinə
əsasən Azərbaycanın qalan əraziləri - İrəvan
və Naxçıvan xanlıqları - çar Rusiyasına
verildi. Qeyd etmək lazımdır ki, bu dövrdə ilk dəfə
silahlı erməni dəstələri döyüşlərdə
iştirak edir və ruslar dərhal anlayırlar ki, gələcəkdə
hansı məqsədlərlə ermənilərdən istifadə
edə bilərlər.
Göstərilən
müqavilələrin imzalanmasının faciəli nəticəsi
Azərbaycan xalqının bölünməsi və tarixi Azərbaycan
torpaqlarının parçalanması, qondarma “erməni məsələsi”nin
siyasi gündəliyə gətirilməsi, həmçinin Cənubi
Qafqazda demoqrafik vəziyyətin dəyişməsi oldu. Məhz
bu andan ermənilərin Cənubi Qafqazın müxtəlif ərazilərinə
kütləvi köçürülməsi başlandı və
çar Rusiyasının dəstəyilə onlar yerli Azərbaycan
əhalisini sıxışdırmağa başladılar.
1828-1829-cu illərdə tarixi Azərbaycan torpaqlarına
Yaxın Şərq ölkələrindən 130 min, daha sonra
600 min erməni köçürülmüşdü. Rus
alimi N.İ.Şavrova görə, XIX əsr ərzində
tarixi Azərbaycan ərazilərinə
köçürülmüş etnik ermənilərin
ümumi sayı bir milyondan çox idi. Hərçənd
İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazilərində məskunlaşmış
ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə
azlıq təşkil edirdilər, 1828-ci il martın 21-də
Rus çarı I Nikolayın fərmanına əsasən
Naxçıvan və İrəvan xanlıqları ləğv
edildi. Onların yerində 1849-cu ildən İrəvan
quberniyası adlandırılan “erməni vilayəti” adı ilə
yeni inzibati ərazi vahidi yaradılmışdı. Əslində
belə süni ərazi bölgüsü ilə etnik təmizləmə
və separatizm siyasətinin gələcəkdə
reallaşması üçün ilkin şərtlər
yaradılmışdı. Son 200 il ərzində əvvəlcə
çar Rusiyası, sonra Sovet İttifaqı tərəfindən
Cənubi Qafqazda keçirilən siyasət nəticəsində,
azərbaycanlılar öz tarixi torpaqlarında doğma
yurdlarından zorakı köçürülmənin
qurbanı olublar”.
Jnun sözlərinə görə, digər tərəfdən, XVIII-XIX əsrlərin hüdudunda Amerika Birləşmiş Ştatları hökumətinin Aralıq dənizində ticarət və hərbi ekspansiyası başlanır ki, bu da paralel olaraq ideoloji nüfuzetməylə həyata keçirilir - Amerikanın protestant missionerləri Osmanlı dövlətinin nəzarəti altında olan xristianlığın Müqəddəs Torpağını fəth etməyi qarşılarına məqsəd qoyurlar: “Missionerlər iqtisadi, siyasi və hərbi kəşfiyyat aparırlar. Onlar geniş miqyasda pro-amerikan təbliğatı aparır, idarətmə dairələrilə sıx əlaqə qurmağa çalışır və yerli agenturanın hazırlığına çox diqqət ayırırdılar. Hərçənd missionerlər formal olaraq hökumətlə əlaqəsiz, müstəqil hərəkət edirdilər, əslində onlar həmişə dövlətin fəal dəstəyindən istifadə edirdilər. Amerika missioner şəbəkəsi Şərqdə planlı və ətraflı düşünülərək yaradılırdı. 1810-cu ildə Bostonda (Massaçusets ştatı) “xarici missiyaların fəaliyyətini idarə edən Amerika bürosu” yaradılmışdı. Nizamnaməsi 1812-ci ildə ştatın ali məhkəməsi tərəfindən təsdiq edilmiş bu büro xaricdə, əsasən Şərqdə missioner fəaliyyətinin təşkili mərkəzi olmuşdu. Bu aksiya, xeyriyyə tədbiri kimi nəzərdə tutulsa da, Rusiya, Fransa və İngiltərənin maraqlarına çox uyğun gəlirdi. Təbii ki, nə müsəlman, nə yəhudi, nə xristianlığın müxtəlif istiqamətlərinin nümayəndələri protestantlığı qəbul etmədi. 1821-ci ildə bir qrup Amerika missioneri Yerusəlimdəki uğursuz cəhddən sonra Beyrutda (Livan) məskən saldılar və orada müvəffəqiyyət qazandılar - iki etnik erməni, Qriqori Vartapet və Karapet Dionisi protestantlığı qəbul etdilər. Bundan sonra Amerika missionerləri Osmanlı dövlətinin başqa ərazilərində öz müvəffəqiyyətlərini inkişaf etdirməyə başladılar. Onlar İstambulda, sonradan Bursa, Trabzon, Van, Bitlis, Konya, Ərzurum, Maraş və Mardində mənzil-qərargahlarını açdılar. N.A.Xalfinin məlumatına görə, XIX əsrin 80-ci illərində Türkiyədə 45 “əsas” və 254 “ikinci dərəcəli” Amerika missioner məntəqəsi, 98 kilsə və 129 missioner vardı. N.A.Xalfin, rus səyyahı Putyataya istinad edərək, yazır ki, “hələ 1845-ci ildə Kiçik Asiyada cəmi 34 missioner-protestant, yerlilərdən 12 köməkçi, hər iki cinsdən 135 şagirdi olan 7 məktəb mövcud idisə, 1890-cı ildə 177 missioner, 791 köməkçi, 117 kilsə, 11709 erməni-protestant, 464 ibtidai məktəb, 26 ali kişi məktəbi, 16990 şagirdi olan 18 qadın məktəbi və 5 kollec vardı… Beləliklə, protestantların ümumi sayı 28667 nəfərə çatırdı… Gələcəkdə protestant təbliğatının səylə tərəqqisi gözlənilir”.
Onun bildirdiyinə görə, erməni ruhaniləri ermənilər arasında Amerika protestant missionerlərinin müvəffəqiyyətlərindən narahat olaraq , 1839-cu ildə bu missionerlərdən qurtulmaq və dönükləri qaytarmağa cəhd etdilər: “Erməni kilsəsi tərəddüd etmədən güc tətbiq edirdi. E.Fayqlın istinad etdiyi Vilyam E.Stronqun söylədiklərinə görə, “erməni-amerikan protestant təqibi” adlandırılan bu aksiya zamanı “məktəblər yandırılmış, həbslər edilmiş və terror yayılmışdı”. Müasir beynəlxalq terrorizmin ən yaxşı ənənələrində yerinə yetirilmiş bu aksiya çar Rusiyası tərəfindən start verilən erməni faciəsinin davamı oldu və bir çox xalqlara, ilk növbədə türk və Azərbaycan xalqlarına və təbii erməni xalqına da saysız-hesabsız qurbanlar gətirdi.
Qeyd edək ki, bu hadisələrdən dərhal sonra böyük dövlətlər, ilk növbədə İngiltərə, erməni protestantlarına yardım göstərməyə cəhd etdi, çünki, vəziyyət müdaxilə üçün əlverişli görünürdü. Protestant kilsəsinin yaradılmasından sonra Osmanlı dövlətinin erməniləri uğrunda mübarizə daha amansız xarakter aldı. Bu onunla izah olunurdu ki, birincisi, Osmanlı imperiyasında erməni qriqorian kilsəsi tarixən mövcud idi, ikincisi, 1850-ci ildən erməni protestant kilsəsi rəsmi status aldı və üçüncüsü, erməni katolik kilsəsi də fəaliyyət göstərirdi. Əgər erməni-protestantlar, Amerika missionerlərilə yanaşı, İngiltərə himayə edirdisə, Fransa erməni katolisizminin “müdafiəçisi”rolunda çıxış edirdi.
Beləliklə, Rusiya cənub dənizlərinə çıxmaq, İngiltərənin Hindistana yolunu kəsmək üçün ermənilərdən istifadə edirdi. İngiltərə Rusiyanı və Fransanı geridə qoyaraq Hindistana həyat yolunun müdafiəsində protestant-ermənilərdən istifadə edirdi. Fransızlara katolik-ermənilər Yaxın Şərqdə şəxsi maraqları üçün lazım idi. Bütün bu dövlətlər, xaçpərəstlərin dini haqlarının və missionerlərinin işinin müdafiəsi bəhanəsi ilə, əslində Osmanlı ərazisinin bir hissəsini tutmağa çalışırdılar. Eyni zamanda böyük dövlətlərin cəhdləri erməni liderləri tərəfindən siyasi hədəflərinin reallaşdırılması üçün istifadə edilirdi. Bu vəziyyət və daha sonrakı tarixi hadisələr rus-türk müharibələri zamanından birinci dünya müharibəsinin sonuna qədər erməni ekstremizminin və dözümsüzlüyünün mənşəyi üçün əsas oldu. Nəticədə Rusiyanın, İngiltərə və Fransanın müəyyən dairələri tərəfindən qızışdırılan, real tarixi faktları rədd edib, daha amansız metodlara - terrora əl atan sui-qəsdçi qrupları yarandı, inqilabçılar, kilsə xadimləri və ziyalıların nümayəndələri meydana çıxdı. Bunun nəticəsi kimi, XIX-XX əsrlərin hüdudunda yaranmış bütün erməni partiyaları, ”Armenakan”, “Qnçak”, “Daşnaksütyun” siyasi mübarizə vasitəsi kimi terroru seçdilər...”.
Ardi var...
Əli
Xalq Cəbhəsi.- 2015.- 13 yanvar.- S.11.