Məzarım Türkiyədə olsun
Nazim Hikmət bir
sıra əsərlərini həbsxanada yazıb
1902-ci il yanvarın bu günündə anadan olub böyük ustad. Doğulduğu zadəgan ailəsi Salonik şəhərində (indiki Yunanıstanın ərazisi) yaşayıb. Atası Hikmət diplomat olub, xarici əlaqələr şöbəsində işləyib, mətbuat müdiri vəzifəsində çalışıb və Hamburqda konsul olub. Anası Ayşə isə Cəlilə dövrünün savadlı qadınlarından olub, incəsənətə, xüsusilə də rəssamlığa, elmə, bağlı müasir bir qadın idi. Nazim Hikmətin təlim -tərbiyəsində, dünya şöhrətli bir insan kimi püxtələşməsində anasının və babası Nazim paşanın böyük rolu olub. Babası Nazim paşa şair, ədəbiyyatşünas, Şərqin məşhur klassik şairlərindən, Cəlaləddin Ruminin pərəstişkarı və təbliğatçısı olub. Nazim Hikmət ilk təhsilini İstanbulda alıb, Qalatasaray litseyində oxuyub.
Vikipediya yazır ki, şair 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 19212-ci ildə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb və 1924-cü ildə Türkiyəyə qayıdandan sonra "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatır və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilir.
"835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" kitabları nəşr edilir, Cokonda və Şi-Ya-u" poeması, "Benerci özünü niyə öldürdü" mənzum romanı, "Kəllə", "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü" pyesləri, "Gecə gələn teleqram" şer toplusu kapitalizmi tənqid etdiyinə görə şair müxtəlif təqiblər yaşayır və 5 il həbs cəzasına məhkum olunur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunur.
Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazıb. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olur. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan şair "Türkiyədə", "Qərib adam", "İvan İvanoviç vardımı, yoxdumu", "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilib.
Qeyd edək ki, Nazim maddi təminat baxımından müstəsna hüquqa sahib olub, şəxsi həkimi, sürücüsü, kurortlar, aylarla davam edən ölkədaxili və xarici səfərlər, ziyafətlər... O, hətta arvadı üçün əlaltından satılan və daha çox namenklaturanın istifadə etdiyi malların satıldığı yerlərə də baş çəkirmiş. Həyat yoldaşı yazır ki, onun dünyanın dörd bir yanı ilə danışdığı telefon danışıqlarının qəbzlərini ödəməsi elə bir dünya olurmuş. Elə buna görə də o, bir dəfə 1960-cı ildə Volqa alarkən belə bir məktub yazır: Üç qardaşımdan: Süleyman Rüstəm, Mehdi Hüseyn və Rəsul Rzadan maşın almaq üçün mənə pul vermələrini xahiş edirəm. Borc qaytarılana qədər ölməyəcəyimə söz verirəm. Amma bu məktubdan təqribən iki il sonra Nazim Mehdi Hüseynə bərk qəzəblənir. Səbəb isə azərbaycanlı yazarın anlaşılmaz simicliyi olur. O, Türkiyəyə gedəndə Nazimdən oradan ona nə alıb gətirməsini soruşur. Nazim açıqca deyir. Mehdi Hüseyn də alıb gətirir. Nazim onlara bir-bir baxır və hər birini gördükcə uşaq kimi sevinir. Mehdi Hüseyn isə onları Nazimin əlindən alır və deyir ki, incimə, çox adama söz vermişəm, sən birini seç, qalanlarını aparmalıyam. Nazim sarsılır, hamısını qaytarır. Sonra isə siyasi söhbətdə söz güləşməsi edib, acığını başqa formada Mehdi Hüseynin üstünə tökür.
Nazimin oğlum adlandırdığı Əkbər Babayevlə bağlı xatirələri də zəngin formada kitaba düşüb. Belə görünür ki, o, Əkbərlə ata-oğuldan daha çox dost olub, yaxşı zarafatlar ediblər. Məsələn, o zaman telefonla 100 yığıb saatı öyrənirsənmiş. Saatı da əlbəttə ki, robot deyirmiş. Əkrəm isə bunu Nazimə qəsdən ayrı cür başa saldığından, şair hər dəfə saatı öyrənəndən sonra robota bol-bol təşəkkür edirmiş. Ancaq Nazim də borclu qalmırmış, bir dəfə o, xaricdən Əkrəmə konserv qutusunda adi su gətirir, hədiyyə kimi... Nazim Hikmət həmin vaxt Azərbaycana da səfər edir və bəzi qeydlər aparır...
Kirovabad-Qazax yolunda pambıq yığan kolxozçularla
söhbət edirdik. Bir
briqadir bacı elə güman
etdi ki, biz məsul partiya, yaxud dövlət işçisiyik.
O bizə
dedi: Kənddə vur-tut bir həkim
və bir mama var. Beş yüz adam yaşayan
bir kəndə bir həkimlə bir mama çatarmı? Bir mama da göndərmək lazımdır. Qulaqlarıma inanmadım. Azərbaycanda
beş yüz
nüfuzu olan kənddə bir həkimlə bir mama az hesab olunur.
Mənim ölkəmdə,
Türkiyədə isə
500 kəndə bir həkim düşmür...
Anadolu kəndlisini xatırladım,
ürəyim ağrıdı.
Nazim Hikmət Bakıda olduğu müddətdə
Bülbülün ifasında
Koroğlunu izləyir,
Yeddi gözəldən
zövq aldığını
yazır, Filarmoniyada xalq mahnılarına, muğamlarına qulaq asdığını bildirir.
Ən bəyəndiyi isə musiqili komediya teatrı olur.
Məşədi İbadı,
o ölməz əsəri,
sonra Səid Rüstəmovla Süleyman
Rüstəmin Durnasını
gördüm. Ömrümün ən nəşəli
iki gecəsini keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə,
artist Lütfəliyə və
Qafarlıya, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin
içində indi mən də varam...
Bakıda tələbələr önündə çıxış edən Nazim Hikmət deyir: Mən indi burada düşünürəm ki, bəlkə, mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək, məsələn, indi burada şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa, onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim istanbullu gənclərimə desin ki, bizə də sənin Nazimin gəldi. Biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şeyi öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. Və məndən salam söyləsin. Çünki, bəlkə, mən məmləkətə qovuşa bilmədim. Amma o mənim məmləkətimi görəcək.
Nazim hikmət Azərbaycana səfərlərinin birində azərbaycanlı uşağı övladlığa götürür - Çingiz Fərəcovu. O, uşaq yaşlarından yetimlər evinə verilib. Bir gün müəllimi 10 yaşlı Çingizin əlinə bir şeir verib; bunu əzbərlə,hər gün imtahan götürəcəm deyir. Bu şeir kiçik Çingizin həyatının dəyişim nöqtəsi oldu. Çingiz Fərəcov,Nazim Hikmətlə tanış olmasın belə açıqlayır: Sovet Hökumətinə bağlı yetimxanalardan 100 uşağı Moskvaya şeir deməyə aparacaqdılar və məni də bu siyahıya yazdılar. Əvvəlcə Bakıya gəlib,bir konferans salonuna toplaşdıq. Böyük bir kütlənin qarşısında Nazımın şerini çaşmadan oxudum və hərkəs məni alqışladı.Daha sonar formalar tikildi və 3günlük Qatar yolundan sonra Moskvaya çatdıq. Üstümüzdə rəhbər olaraq Dilarə Salmanova adlı bir xanım vardı. Mənə - sabah Yazrlar Birliyinə gedəcəyik və orda bir çox yazarla tanış olacaqsız- dedi. Hətta Stalində orda olacaq. Stalini görmək,bizim üçün xəyal belə edə bilməyəcəyimiz bir şey idi. Növbə ilə o dövrün şairlərinə aid olan şeirlər oxundu. Mən ən sonuncu oxudum və şeiri oxumam çox bəyənildi, alqışlandı. Ön sıradan uzun boylu, qıvrım saçlı birisi mənə yaxınlaşdı. Məni bərk bərk qucaqlayıb, öpməyə başladı. Məni tanıyırsanmı?- dedi. Tanımadığımı deyincə, oxuduğun şeiri mən yazdım- dedi, haralı olduğumu soruşdu. Bu zaman Dilarə xanım yanımıza gəldi. Mənim ruscam yaxşı deyildi. Yetimxanada yaşadğımı öyrənincə bir neçə dəfə məni qucaqladı. Mənim də sənin yaşlarında bir Mehmetim var, amma çox uzaqlardadır - dedi. Məni gəzməyə aparmaq üçün icazə aldı.Yanında bir xanım vardı. Galina Gregoryevna Kaleşninovanı xanımı olaraq təqdim etdi. O gün mənə Moskvanı gəzdirdilər. Ağ şalvar və köynək aldı mənə, bütün gün yeyib gəzdik. Nazım dayı, gəzdiyimiz zaman tez-tez ağlayırdı. Sonra axşam məni otelə buraxdılar. Səhəri gün biz Azərbaycana qayıtdıq.
Qısa bir zamandan sonra yetimxananı Şuşaya köçürdülər. Bir gün müəlliməm Gümrü Kazımova, məni müdür olan İdris Məhərrəmovun otağına apardı. Müdür mənə Nazım Hikmət səni övladlığa götürmək istəyir, səni Moskvaya aparıb, oxudub böyüdəcək, bundan sonra onun yanında qalacaqsan, qəbul edirsənmi?- deyə soruşdu, fikirləşmədən qəbul etdim. Müəllimlərimlə bərabər Moskvaya gəldik. Qatar dayanacaqında bizi Nazım dayı və Galina xanım qarşıladı.
Evlərinə getdik, iki mərtəbəli çox
gözəl bir ev idi. Bundan başqa
4 mərtəbəli bir
binada bir evi daha var
idi Nazım Hikmətin. Mənə qarşı çox
mehriban münasibət
göstərirdilər. Həyatım bir şeirlə
dəyişməyə başlanmışdı.Artıq
yeni məktəbə
gedirdim, çoxlu yeni dostlarım var idi. Bir çox oyuncağa və əşyaya sahib olmuşdum. Hər şey yuxu kimi görünürdü.
Nazım
Hikmət su ilə özünə edilən işkəncələrə
görə suya nifrət edirdi. Bir gün belə onun yuyunduğunu görmədim. Bu səbəbdən Galina ilə
tez-tez dava edirdilər. Galina çox gözəl və mehriban qadın idi. Nazım dayını salat kəsintiləri ilə silib, təmizləyirdi.Galina
həm də çox yaxşı həkim idi, hər zaman Nazım dayını müalicə edirdi.
Türkiyəyə sevgisi hər zaman Nazım Hikməti ağladırdı.Bir
gün Türkiyə yə qayıtmaq onun ən böyük
xəyalı idi. Rus dilini
pis danışdıqım
üçün adaptasiya
problemi yaşayırdım,
şəhərim üçün
darıxırdım, geri
qayıtmaq istəyimi
söylədikdə məni
hər zaman fikrimdən yayındırırdılar.
Bir gün axşam, Galina evə gədiyi zaman ona söyləməməm
gərəkən bir şeyi söyləyincə
dava etdilər, səsə qonşular belə gəlmişdi.
Nazım
dayı mənə bir sillə vurdu və o gün geri qayıtmaq
haqqında qəti qərarımı verdim.
Qonşuların da köməyi ilə yük qatarı ilə 5 gündən sonra Bakıya, ordan da Şuşaya
çatdım.Amma Nazım
Hikmət məni heç bir zaman unuda bilmədi,
daim zəng edib, mənə hədiyyələr göndərirdi.
Bu zaman müddətində
də bir neçə dəfə Bakıda görüşdük.
Vəfat
etdikdə cənazəsinə
getdim, yoldaşı Münəvvər xanım
və oğlu Mehmet də orda idi. Moskvada Novaya Devici məzarlqına dəfn etdilər. Nazım Hikmət mənə Ən böyük arzusunun bir gün Türkiyəyə
qayıtmaq olduğunu,
əgər alınmazsa
məzarım orda olsun, o da mənə
bəs edər demişdi
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2015.- 16 yanvar.- S.13.