Sevgiyə çatması dilə
bağlıdır...
Yəhya Şeydanın,
Əli Şərif Dilcuyi Adsızın şeirləri
haqqında
Güney
Azərbaycanın görkəmli şairlərindən olan Yəhya
Şey¬danın yaradıcılığının əsas
qollarından birini qəzəl janrı təşkil edir. Onun
çoxlu sayda aşiqanə, həkimanə, ibrətamiz, tərbiyəvi
əhəmiyyətə malik olan qəzəlləri vardır.
Yəhya Şeydanın qəzəl
yaradıcılığında məziyyətlər əsasən
ondan ibarətdir ki, o poetik bir fikri, əhvali-ruhuyyəni
hamıya çatdırmaq üçün əruzun daha
canlı, daha oynaq bəhrlərini seçir.
Qəzəlin
təsirli olmasında, yadda qalmasında, beytlər arasında
fikirdən doğan vəhdətdə, məntiqi
bağlılıqla rədifin poetik ünsür kimi çox əhəmiyyəti
var. Qafiyəni müşayiət edən, misralardakı fikrin
məzmunundan çıxaraq bədii vurğunu daha gücləndirən
rədif, şeirin, ələlxüsus da qəzəlin
yaraşığıdır. Rədif Yəhya Şey¬danın
qəzəllərinə xoş, nikbin, həyata, insana, onun məhəbbətinə,
real, canlı şairanə münasi¬bətdən doğan bir əhvali-ruhiyyə
verir:
Əsər
qalmaz kədərdən sən kimi canan olan yerdə,
Qaçar
zülmət, bu aydındır günəş taban olan yerdə.
Gədayi-dərgahəm,
qovma qapından aşiqi-zarı,
Məgər
olmaz fəqir, ey şəhriyar, ehsan olan yerdə.
Bəşər
daim çəkir zillət, görə gör yoxdu hürriyyət,
Olar avarə
Məcnun tək cahanda xan olan yerdə.
Dünən
bu nəğməni bülbül oxurdu gül budağında,
Dolanmaq
müşkül işdir, milləti nadan olan yerdə.
Əsər
yarpaq kimi zalım, olar pünhan xəcalətdən,
Cəzası
ədlilə daim onun divan olan yerdə.
Mənim
şuridə bülbül tək məkanım Azəristandır,
Züleyxayə
nə hacət Yusifi-Kənan olan yerdə.
Demə
mümkün deyil bir an cəhalətdən kənar olmaq,
Cəhalət
riştəsini qırmaq olar, ürfan olan yerdə.
Gərək
nahəqqə ədlilə cahanda eyləmək üsyan,
Uçar
zülmün binası ədlilə divan olan yerdə.
Yəhya
Şeydanın klassik ənənəni saxlamaqla bərabər
orijinal¬lı¬ğı qəzəl ədəbi
növünün sadə, asan anlaşılan, yaxşı
yadda qalan xalq ifadə tərzinə yaxın olmasıdır:
Neyləmişdim
sənə mən, ey məhi-təban de görüm,
Başladın
aşiqi zar ilə bu cəngi-cədəli.
Xəncəri-naz
çəkib aşiqi öldürmə daha,
Sülb
olub tabü təvanım səni bir an görəli.
Kirpigin ox
kimi daim vururi qəlbimə tir,
Ey
kamandar, nədir niyyətinin mahisəli?!
Oxlasa qəlbimi
gər navəgi-dilduzi fəraq,
Şadəm
ömrüm gözəlim, yetsə səninlə əcəli.
Mən sənin
eşqinə pabənd olalı Məcnunəm,
Odur Leyli
deyərək seyr edirəm mən cəbəli.
Eşqin
aləmdə pozulmaz gedə gər mal ilə can,
Bir
binadır bu məhəbbət ki, onun yox xələli.
Əhd
qılmışdı ki, Şeyda qəzəli tərk eləyə,
Səni
görcək alışıb yazdı bu şirin qəzəli.
İstər
Quzey Azərbaycanda, istərsə də Güney Azərbaycanda
qəzəl yazan şairlərin arasında elə birisini
tapmaq olmaz ki, dahi Füzuliyə nəzirə yazmasın.
Urmiyada anadan olmuş, artıq on dörd yaşında ikən
şairliyə başlamış, satirik şeirlərini
“Bağçadan baxan” və “Mizraq” təxəllüsü ilə
yazan Əli Şərif Dilcuyi Adsız Füzuliyə nəzirə-parodiya
yazmaqla ad çıxarıb. Füzuli sənətinin
ideya-forma sərvətindən bəhrələnən şair
klassik lirik və romantik şeirin sınaqdan çıxan bədii
nüfuz və enerji ehtiyatını bilavasitə satiranın
xidmətinə səfərbər edib:
Məndə
Çingizdən füzun zalimlik istedadı var,
Zalimi-sadiq
mənəm, Çingizin ancaq adı var.
Millərin
kəsdim dilin, qoydum açılmış ovcuna,
Ol səbəbdən
ağlayar, bizdən dili-naşadı var..
Cümlə
dostlar sahibüm təkrümi şökət olduqlar,
Hər
birin şəkliz deyil, dörd-beş dənə arvadı
var.
Biz də
aşiq olmuşuq pulə, vurulduq şöhrətə,
“Leylinin məcnunu,
Şirinin əgər Fərhadı var”.
Küfrə
uymuşlar deyirlər dalımızca çoxlu söz,
Sanmayın
ol sözlərin bir zərrəcə bünyadı var.
Ad qoyurlar
müftəxor, ya bizlərə işçinüma,
İşçi
cürət eyləməz, ta biz təkin səyyadı var.
Poeziyada
xalq adət-ənənələri yalnız dövrün
mübarizəsi və ruhi ilə bağlı olan, siyasi-ictimai
hadisələri və xalqın məişətini əks
etdirən əsərlərlə meydana çıxmır.
Çoxlu əxlaqi-tərbiyəvi, hikmətamiz və fəlsəfi
əsərlərdə xalq adət-ənənələri
istiqamət¬ve¬rici rol oynayır. Azərbaycan ədəbiyyatında
isə xalq adət-ənənələri ümumiyyətlə,
daima aparıcı xətt olmuş və hər zaman yeni
key¬fiyyətlər kəsb etmişdir. Bu keyfiyyətlər isə
əsasən həyata daha dərindən nüfuz etmək,
xalqın taleyi və gələcəyi üçün həlledici
olan məsələlərlə uğraşmaq, xalqın hər
bir üzvündə vətəndaşlıq duyğuları
oyatmaqdan ibarətdir. Xalqın mə¬dəniyyəti, mənəviyyatı,
tarixi, təfəkkürü, təbiəti, hiss və
duyğuları onun adət və ənənələrində
əks olunub. Poeziya bu mə¬nada nüfuzedici, tez
anladıcı bir vasitə olub. Məsələn, Molla Pənah
Vaqifin dövrünə, xalqımızın o zamankı
düşüncə tərzinə, eyni zamanda adət və ənənələrinə
bələd olmaq üçün məhz Vaqifin
özünün bədii irsini,
yaradıcılığını, poeziyasını nəzərdən
keçirmək lazımdır. Şübhəsiz ki,
şairin şeirləri bizə hər bir tarix kitabından
qat-qat çox bu barədə məlumat verəcək.
Poeziya həm
də xalqın yaddaşının
ötürücüsüdür. Dil-ağız şeirinin isə
burda xüsusi rolu vardır. Çünki poeziyanın
bünövrəsi dil-ağız şeiri ilə qoyulub,
sonradan yazılı poeziya meydana gəlib. Lakin şifahi xalq ədəbiyyatı
yenə də mövcuddur. Babalarımız, nənələrimiz,
ağsaqqalarımız, ağbirçəklərimiz hələ
də kağızsız, kitabsız, dəftərsiz
ağzını bayatı, qoşma, gəraylı, təcnislə
açır. Çünki bunlar hamısı nəsildən-nəslə
ötürülüb.
Güney
Azərbaycan poeziyasında xalq adət-ənənələrinin
bədii əksi daim aparıcı mövqedə olub və indi
də be¬lədir. Zaman-zaman Güney Azərbaycan şeirinin
mündəricəsi dəyişsə də, forması,
obrazlı dili, bədii üsulları şəkildən şəklə
düş¬sə də, xalq adət-ənənələri
heç vaxt bu poeziyadan kənarda qalmayıb:
Bu
bağçada aş təpəsi dərərdik,
Hey su
açıb gərdiyə göz dikərdik.
Çıxmaq
həmin dərib aşa tökərdik,
Fınqılışlar
qaşıqlardan aslanı,
Yağlı
desəm, quru ağzın islanı.
Bu
döşlərdə quzuları yayardıq,
Axmasınlar
ulduz təkin, sayardıq,
Quşqqovanı
çəkib daşa dayardıq,
Quqovan da
elə bil ki, qabandı.
Qurd
uzaqdan deyər bəs ki, çobandı.
1950-1980-ci
illərdə Güney Azərbaycan şeirinin yalnız məz¬munu,
mündəricəsi dəyişmədi, onun forması da, bədii
üsul¬ları da, obrazlı dili də böyük dəyişikliyə
uğradı, şeirin vəzni əsasən klassik
ölçüləri saxlasa da, daxilən daha oynaq, daha
dinamik şəkil aldı. Bunu dahi şair Şəhriyarın
şeirlərində aydın şəkildə görmək
olur. Yeni mövzu mündəricəsi bu illərdə
Güney Azərbaycan poe¬ziyasına vüsət verməli,
dilinin və obrazlı ifadələrinin məhəlləçilik
ünsürlərindən daha artıq təmizlənməsinə,
ümumxalq ədəbi dili normalarıəna daha artıq
yaxınlaşmasına kömək etməli idi.
Yeni
mündəricə, yeni məzmun artıq yalnız tərənnümçülük
şəklində əks olunmurdu və oluna da bilməzdi. Belə
olsaydı, ri¬to¬rikadan, quru sözçülükdən yaxa
qurtarmaq mümkün olmaya¬caq¬dı. Bu səbəbdən o
dövrün şairləri neqativ halları, xalqa yuxarıdan
aşağı baxanları, vətən xainlərini əvvəlkilərdən
daha çox ifşa et¬mə¬yə, tənqid atəşinə
tutmağa başladılar. Əlbəttə, hər şey ənənə
çər¬çivəsində idi. Onlar yeni mündəricə
seçsələr də, xalq yara¬dıcılığı ənənələrini
saxlamışdılar və sadəcə olaraq ona yeni for¬malar
vermişdilər. Belə ki, bu daim poeziyanın zamanın nəbzini
tutmaq, xalqın istəklərini dəqiq və dürüst
açıb göstərmək, xalqa olan təzyiqi poeziya dili
ilə bəyan eləmək baxımından vacib idi.
Bu
dövrdə, xüsusilə də 70-ci illərdə inqilabi
coşğunluğun art¬dı¬ğı, şahlıq rejiminə
qarşı silahlı üsyanlar başladığı bir
zamanda, xalqın şahın buxovlarından azad
olacağının duyulduğu dövrdə Güney Azərbaycan
şairləri xalqa daha artıq yaxınlaşdılar və
xalqın həyatı, gündəlik mübarizsəi ilə
qaynayıb-qarışdılar. Artıq Güney Azərbaycan
poeziyasının tematik dairəsi də çox ge¬nişlənmişdi.
O, yalnız Güney Azərbaycan xalqının mü¬barizə
pa¬fo¬sunu deyil, xarici ölkələrdə imperializm
boyundu¬ruğunu birdə¬fəlik üzərindən atıb
milli istiqlaliyyət və azadlıq yoluna çıxan
xalqların da mübarizəsini də tərənnüm
edirdi. Hələ çox gənc olan Adsız (Əli Şərif
Dilcuyi) mətnaltı ifadələrlə xalqı mübarizəyə
səsləyirdi:
Yankilərə
lərzə salan,
Xalqın
gücünə arxalan!
Alqış
sənə, alqış sənə,
Həqq
söyləyən, həqqin alan,
Əlsalvador.
Qızğın
döyüşlər çağıdır,
Zülmün
evini dağıdır,
Amerikanı
xirtəkləyən,
Qartalların
caynağıdır
Əlsalvador.
Aldı
qabar əllər tüfəng,
Başlandı
bir insani cəng.
Bil ki,
zora dərmandı zor,
Dünya
dənizində nəhəng
Əlsalvador.
Dilcuyinin
bir çox şeirləri dərin mənalar kəsb edən
aforizm¬lərlə zəngindir:
Quru budağıma
qon, ay bülbülüm,
Demə:
sona bülbül gölə bağlıdır.
Bu
kiçik damladan gen gəzmə sonam,
Demə:
gözəl sona gölə bağlıdır.
Söz
bir dərin qabdır, mənalar dərin,
Dərinə
get daim varsa hünərin.
Gəl
ki, qoşa gəzək fikir çöllərin,
Bu məcnun
ürəyim çölə bağlıdır.
Millətin
fikrini sən bir zəmi san,
Bu zəmiyə
dili sən bel kimi qan.
Bel bir fəsilədir
mən sənə qurban,
Zəminin
məhsulu belə bağlıdır.
Bax! Yer
barlı olmaz, əgər sürməsən,
Torpağı
boşlasan, daş olar qat-qat.
Təzə
fikirləri sən cütə bənzət,
Bu cüt
dil adlı bir kələ bağlıdır.
Elimin,
xalqımın min nisgili var,
“Yaxşı
həyat” adlı bir sevgili var,
İllər
tapdalanmış zəngin dili var,
Sevgiyə
çatması dilə bağlıdır.
Xalq həyatına
çox yaxşı bələd olan şair, şifahi xalq ədəbiyyatı¬nın
bədii fikir qaynaqlarını da çox gözəl bilir.
Odur ki, bu şeirdə də şair başqa şeirlərində
olduğu kimi başqalarının görə bilmədiyi mətləbləri
şairanə idrakla poeziya dilinə çevirə bilib. Dilcuyi
keç¬mişi də, bu günü də düşünəndə
ona yalnız şair qəlbi ilə yox, tə¬fəkkür
gözü ilə baxır, odur ki, hadisələrə bədii-fəlsəfi
baxışı aparıcı mövqedə durur. Bu şeirin
ideya-bədii qaynağı xalqın taleyidir.
Məlumdur
ki, cüt sürmək, torpağı belləmək ta qədimlərdən
ənənəyə çevrilib. Çünki torpaq
şumlanmasa, yumşaldılmasa, şübhəsiz ki, ondan məhsul
götürmək gülünc bir şey olar. Şair şeirə
fəlsəfi məna verərək, millətin fikrini bir zəmi,
zəminin məhsulunun yetişməsi üçün isə
belə, yəni doğma dilə bağlı olduğunu poetik
duyğu və hisslərlə əsl sənət dilinə
çevirərək bəyan edir. Şair burda kənd təsərrüfatı
alətlərini, eyni zamanda şum zamanı kəllərdən
istifadə edilməsini göstərir, həm də hik¬mətli
aforizmlərlə doğma Azərbaycan dilini qorumağı
oxucusuna tövsiyə edir. Dilcuyinin poeziyası həm
mövzu, həm mündəricə etibarilə zən¬gin və
dolğundur. Vacib fikirləri tərənnüm edən
şairin yara¬dıcılı¬ğının tükənməz
həyat qüvvvəsi xalq həyatı ilə sıx təmasda,
xalqın arzu və düşüncələrinə
qırılmaz surətdə bağlı olmasındadır.
Xalqımızın zəngin mənəviyyatı, əxlaqi
gözəlliyi, yaradıcı əməyi, istək və
arzuları, qaynar və mənalı həyatı
özü-özlüyündə poeziya mənbəyidir. Lakin
bununla belə şairin poeziyası bəşəri
duyğularla, bəşəri hisslərlə də köklənib.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2015.- 23
yanvar.- S.14.