“Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri”

 

Yanvarın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisə və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemlərimövzusunda yaradıcılıq müşavirəsi keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəyliMüstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı vəzifələrimizmövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş yaradıcılıq müşavirəsi, hər şeydən əvvəl, ölkəmizin müstəqillik dövrünün zəruri ehtiyacından yaranıb. Bunun dövlət müstəqilliyi qazanmış Azərbaycanın vətənpərvər, milli düşüncəyə malik dünyəvi dəyərlərində əhəmiyyətini dərk edən, yeni nəslin formalaşdırılması zamanı irəli sürdüyü çağırışlar olduğunu qeyd edən akademik İsa Həbibbəyli yeni nəsil Azərbaycan uşaqlarının tərbiyəsi təlimində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm yer tutduğunu vurğulayıb.

Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə onlardan sonrakı ədəbi nəslin nümayəndələri, xüsusən İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Zahid Xəlil başqalarının uşaq ədəbiyyatı irsini ölkəmizdə bir neçə nəslin formalaşmasında əvəzsiz mənəvi sərvət kimi səciyyələndirən akademik müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması inkişaf etdirilməsinin ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən biri olduğunu vurğulayıb.

Bildirilib ki, XIX əsrin sonlarında məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər milli uşaq ədəbiyyatının inkişafında geniş üfüqlər açıb. Azərbaycan milli uşaq ədəbiyyatınınqızıl fond”u milli məktəblərin dərsliklərin zəminində yaranıb inkişaf edib. Azərbaycan oxucusu milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənib, dərsliklərdən oxuyub. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri məktəbə, elmə, müəllimə həsr olunub.

Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında da maarifçilik ruhu yaşadılmaqdadır. Şübhəsiz ki, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf etdirməklə yanaşı, bəşəri dəyərlərin balansını qoruyub saxlamağa xidmət etməlidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, həm ümummilli ideyalarla zəngin olmalıdır. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək AMEA ilə Yazıçılar Birliyinin keçirdiyi yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xalq yazıçısı Ədəbiyyat İnstitutu ilə birgə keçirilən ilk tədbirin uşaq ədəbiyyatının problemlərinə həsr edilməsinin təqdirəlayiq olduğunu qeyd edərək millətin gələcəyi üçün təhsilin mənəvi tərbiyənin vacibliyini diqqətə çatdırıb. Bundan qabaq isə məktəbəqədər təhsilin önəm daşıdığını nəzərə çarpdıran yazıçı bir sıra xarici ölkələrdən nümunələr göstərib uşaqların bilikdən başqa müstəqil düşüncələrinin önəmli olduğunu qeyd edib. AYB sədri alim yazıçıların bilikdə çalışmalarının böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, göstərilən mövzu üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab edib.

Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə AkimovaUşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi müasir vəziyyətimövzusunda məruzə edib. O, uşaq nəşrləri saytlar, fantastik ədəbiyyat, xarici dillərdən eləcə xarici dillərə tərcümə s. məsələlərdən ətraflı söhbət açaraq milli ideyaya sağlam düşüncəyə malik uşaq ədəbiyyatının inkişaf perspektivləri barədə fikir mülahizələrini bildirib. AYB Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm NəcəfzadəAzərbaycan Yazıçılar Birliyi uşaq ədəbiyyatı məsələlərimövzusunda məruzəsində televiziya proqramlarında uşaq verilişlərinin azlığı, ibtidai sinif dərsliklərinin mətnləri, qeyri-hökumət təşkilatları bələdiyyələr tərəfindən müəyyən nəşrlərə yardım edilməsi, həmçinin bir sıra yaradıcılıq problemlərindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru Aynurə XəlilovaUşaq folkloru müasirlikmövzusundakı məruzəsində aqressivlik aşılayan cizgi filmləri, eləcə uşaq folkloru antologiyasının yaradılması, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz CabbarlıMüasir uşaq poeziyasının yaradıcılıq axtarışlarıadlı məruzəsində naşir-müəllif problemləri, elmi dəyərləndirmələrin davamlı olmasının vacibliyi s. bu kimi məsələlər barədə fikir mülahizələrini bildirərək uşaq əsərləri barədə ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən dəyərləndirilən münasibətlərini diqqətə çatdırıblar. Filologiya üzrə fəlsəfə doktoru Günay QarayevanınÇağdaş uşaq nəsri”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Son illərin uşaq dramaturgiyasımövzularındakı məruzələrində vətənpərvərlik qəhrəmanlıq, elm təhsilə maraq, estetik tərbiyə s. kimi mənəvi keyfiyyətlər aşılayan əsərlərin yazılmasına üstünlük verilməsini qeyd ediblər.

Yaradıcılıq müşavirəsində AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Göyərçinjurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza Altun kitabnəşriyyatının direktoru Rafiq İsmayılov uşaq ədəbiyyatının problemləri inkişaf perspektivləri barədə fikir mülahizələrini bildiriblər. Sonda akademik İ.Həbibbəyli çıxış edərəkUşaq ədəbiyyatıseriyasından çoxcildliyin hazırlanması uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.

 

 

Tərlan

Xalq Cəbhəsi.- 2015.- 30 yanvar.- S.13.