“Belə bir tədbirin məhz Azərbaycanda keçrilməsi ölkəmiz üçün çox mühüm bir hadisədir”

 

Cəbrayıl Fərzəliyev: “Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır

 

Azərbaycan hər zaman olduğu kimi yenə dünyanın diqqət mərkəzinə çevrilən ölkələrdən oldu. Aprelin 25-dən etibarən Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə bu şəraiti, imkanı yaratdı. Foruma yüksək səviyyədə evsahibliyi etməklə Azərbaycan bir daha dünyaya öz mesajlarını vermiş oldu. Bunlar sırasında Azərbaycanın sülhpərvər, regionda xüsusi çəki rola malik, multikultural dəyərlərə sahib bir dövlət olduğu mesajları vardı. Elə bu qeyd edilənlər baxımından istər forum iştirakçıları, istərsə digər ekspertlər, siyasilər BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsini yüksək dəyərləndirirlər.

Politoloq Cəbrayıl Fərzəliyev deyir ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi alqışlanmalıdır belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçrilməsi ölkəmiz üçün çox mühüm bir hadisədir: “Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu faktor da BMT kimi mötəbər təşkilatın diqqətindən yayınmayıb. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki. ölkəmizdə multikulturalizm əsrlərlə formalaşmış bir dəyərdir, adət-ənənədir, multikulturalizm dövlət siyasətidir, gələcəyimizin təminatçısıdır. Bütün bu qeyd etdiklərimə əsasən BMT bu formun bakıda keçrilməsinə maraqlıdır bu təşkilatın öz seçimidir”. Politoloq hesab edir ki, Forumun Bakıda keçirilməsi sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar dövlətlər arasında dostluq, əməkdaşlıq davamlı inkişafın təşviqi, milli, dini irqi ayrı-seçkiliyin, dünyada sülh təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması ümumbəşəri əhəmiyyət kəsb edən digər məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir: “Dünyada mövcud geosiyasi gərginliyi nəzərə alaraq qeyd etmək olar ki, forumun Bakıda keçrilməsi ölkəmiz üçün hərtərəfli faydalıdır. Ona görə ki, dünyanın bu mövzunu müzakirə etməsinə, müəyyən planlar, layihələr almasına, müsbət təcrübələri bölüşməsinə paylaşmasına böyük ehtiyacı var. Bunun üçün Azərbaycan nümunəsi ən gözəl örnəkdir. Bir var ki, bu dəyərləri hardasa təbliğ edirsən, bir var ki, dünyanın aparıcı siyasətçiləri, ekspertləri, ölkə başçıları gəlir, söylənilən fikirlərin reallıq olduğunu görür. Azərbaycan neçə illər ərzində terrora məruz qalıb, uzun əsrlər boyu regionda bir çox qüvvələrin toqquşması nəticəsində çoxsaylı faciələr, məhrumiyyətlərlə üzləşib, lakin buna baxmayaraq, ölkəmiz özünün xarakterindən, mahiyyətindən irəli gələn mövqedən əl çəkmir multikultural dəyərlərin məhz belə bir məqamda insanlığın daha çox faydasına olacağını düşünür, bu kimi tədbirlərin təşkilatçısı qismində çıxış edir. Forumun Bakıda keçrilməsinin digər mühüm cəhəti isə Qarabağ həqiqətləri ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya yenidən çatdırılması üçün imkanın mövcudluğudur. Belə ki, aprel ayının əvvəllərində cəbhədə yaranmış gərginlikdən sonra Azərbaycan silahlı qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirməsi inamlı qələbə qazanması nəticəsində qarşı tərəfi güc vasitəsi ilə danışıqlar masasına oturtmaq üçün mühüm məqam yetişib. təbii ki, belə bir həssas məqamda bu forumun Bakıda keçirilməsi, dünyanın aparıcı güclərini təmsil edən liderlərin məhz bu forumda işiirakı ölkəmiz üçün böyük imkan yaradır”.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilihesab edir ki, Forumun Bakıda keçirilməsi ölkəmiz üçün önəmlidir: “Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan xalqının mədəniyyətinin, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynayır. Forumun Bakıda keçirilməsinin əhəmiyyəti 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi ilə də əlaqədardır. Forum öz işinə başlamadan bir gün əvvəl gənclərlə bağlı tədbirin keçirilməsi forumu daha da önəmli edib. Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənmək idi. Üç gün davam edən Forumun işində mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və s. məsələlər öz əksini tapır”. Toğrul Allahverdili deyib ki, bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə bağlıdır: “ Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək istərdim ki , Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.

 

 

Xalq Cəbhəsi.- 2016.- 28 aprel.- S.9.