Ana dilinə, Vətən torpağına sonsuz sevgi

 

 

Məsləki həkim olan rus yazıçısı A.P.ÇexovHəkimlik mənim kəbinli arvadım, yazıçılıq isə sevgilimdeyərək, yazıçılığını daha çox sevdiyni bildirmək istəmişdi. Çexovun həkimliyindən çoxsevgilisitarixiləşib, onun yaradıcılığının bəlgəsi olub. XX əsrin Azərbaycan klassiklərindən məsləkcə həkim olan Abbas Səhhət isə məsləkini tərcümeyi-halı kimi qiymətləndirmiş, “Məsləkim tərcümeyi-halımdıryazmaqla həyatının önəmini nədə deyil, etdiyində görmüşdü. Müəllim alim həmkarım, Xanəli Kərimlini bizdən fərqləndirən onun şairliyidir.

Xanəli KərimlininPayız duyğularıadlı şeirlər kitabını oxuduqca onun mövzularının əlvanlığı, şeirlərində ifadə etdiyi tarix tarixi həqiqətlər, milli-mənəvi dəyərlərimizə olan doğma münasibət bu şeirlər haqqında söz deməyə, bu şeirləri şərh etməyə haqq qazandırır. Kitaba verilənPayız duyğularıadı da düşündürücüdür. Şairin ömrün payız fəslində gördükləri, bildikləri yazdıqları haqqında öz-özünə hesabatıdır.

Payız duyğularıkitabında Xanəli Kərimlinin Azərbaycanın müstəqillyinə qədər yazdığı müstəqillik günündən günümüzə qədərki dövrünü əhatə edən bir çox şeirlər toplanıb.

Azərbaycanımızın 1991-ci ilə qədər sonrakı dövrü, bu günü bir tarixi gerçəklikdir. Onun 1992-ci illərdə yazdığıNecə ki”, 1993-cü ildə yazdığıGördümgörmədim b. şeirlərində şair Azərbaycanın zamanla yaşadığı ictimai-siyasi vəziyyətə münasibətini

Çox şeylər gördüm bu yaşımda

Çox şeylər ilişib qaldı yaddaşımda.

Bu millətin

Ömrünün ahın çağında,

Mühacirət ömrü yaşayan,

Qəlbində əbədi

Vətən nisgili daşıyan,

Şairini gördüm,

Alimini .

Özgələri sevən kimi,

Özümüzü sevəmmədik.

Özgənin milçəyini fil bildik,

Özümüzün dəvəmizə

güvənmədik.

Qoruya bilmədik,

Vətən adlı minillik əmanəti,

Babalardan qalma ləyaqəti, qeyrəti-

şəklində itirilmiş torpaqlarımızın ağrı-acısını ürək yanğısı ilə ifadə edir.

Ədəbiyyatımızda ayrıca tarixi bir mövzu olan Güney Azərbaycan mövzusu Xanəli KərimlininPayız duyğularıkitabında bir silsilə təşkil edir.

Tarixi miladdan çox-çox əvvəllərə dayanan Azərbaycan türklərinin torpaqları XIX əsrin əvvəllərində (1813) rus İran işğalına uğramış tarixi bir talesizlikdən, ikiyə bölünmüşŞimali Azərbaycan”, “Cənubi Azərbaycankimi coğrafi adlarla xəritələrdə qeyd olunmağa başlayıb. Quzey Azərbaycan torpaqlarında Çar Rusiyası Sovet Rusiyasının, Güney Azərbaycan torpaqlarında 1813-cü ildən günümüzə qədər İranın hökmranlıq etməsinə baxmayaraq Bütöv Azərbaycanın ifadəsi olan Vətən mövzusu zəmanənin bütün qadağalarına baxmayaraq, ədəbiyyatımızda Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmmədhüseyn Şəhriyar, Səhənd kimi şairlərin şeirlərində aparıcı ana mövzulardan biri olub, Araz çayı, Heydərbaba dağı, Savalan dağı, Təbriz Vətəninin simvoluna çevrilib. Azərbaycanıquzeygüneydeyə ikiyə ayıran Araz çayı sanki günahkar kimi şeirlərdə ittiham edilmişdi:

Axma, Araz,

Dayan bir az.

Bir ürəyi,

Cəllad kimi,

İki yerə bölmək olmaz

deyən xalq şairi Süleyman Rüstəm Bütöv Azərbaycan məfhumu üzərində durmuşdu.

Güney Azərbaycana dəfələrlə səfər edən şair Xanəli KərimlininPayız duyğularıkitabında toplanan şeirlərinin bir qisminin mövzusu da itirilmiş vətən torpaqları haqqındakı acı təəssüratlardır.Gəzirəm vətəndə itən vətəni”, “Niyə qayıdırsan”, “A Kür bacım”, “Hayıf sənə, Təbriz yoluitirilmiş vətən torpaqları haqqındakı şeirlərin bir neçəsidir.

Hayınan, küyünən yaşanmaz Vətən,

Ciblərdə sikkə tək daşınmaz Vətən.

Lüt-üryan qadın tək yaşınmaz Vətən,

Gəzirəmvətəndəitən Vətəni

Azərbaycan tarixinin böyük şəxsiyyətləri elm, tarix, mədəniyyət ədəbiyyatımızın iftixar səhifələrində yer alıblar. Nəsrəddin Tusi, Məmmədəmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Savalan

Xanəli Kərimlinin Nəsrəddin Tusiyə yazdığıSənlə necə dərdləşim…” Cəlil Məmmədquluzadəyə yazdığıŞükür sənin hüsnünə”, “Heykələ xitab”, Hüseyn Cavidə yazdığıUstad”, “Cavid əfəndi”, Şəhriyara yazdığıAparmağa”, “Sualşeirləri, eləcə Rəsul Rza (“Qayıda bilsən”), Mirzə İbrahimov (“Şükür ki…”), Məmməd Araz (“Əbədiyyət heykəli”), Xəlil Rza Ulutürk (“Elegiya”, “Rəhmət sənə”) haqqındakı şeirləri öz bədii mükəmməlliyi ilə seçilir. Marağa şəhərində olarkən Azərbaycanın elm mədəniyyət sahəsində yetişdirdiyi riyaziyyat, astronom, ədəbiyyat alimi Nəsrəddin Tusiyə yazdığıSənlə necə dərdləşim…” şeirində kainatın sirrini zəkası ilə fəth edən cismi torpaq altında, ruhu haqqın yanında olan böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə dərdləşir, böyük alimə olan sevgisini belə ifadə edir:

Səkkiz yüz ildən sonra,

Görüşünə gəlmişəm.

Sən, ey Tusda doğulub,

Marağada yaşayıb,

Bağdadda ölən kişi.

Sevincini, qəmini,

Zamanın sitəmini,

Göylərlə bölən kişi.

Sən fəzilət şahısan,

Elmlər Allahısan.

ŞairinArximed”, “Kolumb”, “Şiraza gəlmişəm”, “Öz dilimsənkimi düşündürücü fəlsəfi şeirləri , kitaba daxil etdiyi tək bircə qəzəli şeirlərinin poetik kamilliyinin nümunəsidir.

Hər şairin öz dünyası var” – deyirlər. Xanəli Kərimlinin şeir dünyası kimi. Vətəndaşlıq biganəlikBunlar bir-birinə tam əks olan, bir-birini təkzib edən qeyrət qeyrətsizlik ifadəsidir demək yerinə düşər.

Şeirlərindəvətəndaşbiganətəzadlarını ustalıqla qələmə alan Xanəli Kərimlinin poeziyasında türklük sevdası, ana dilinə, yaşadığı Vətən torpağına sonsuz sevgi var. Onun şeirləri oxucunu vətən əxlaqı, Azərbaycançılığı milli ideyaya çevirmək, sözə ehtiram ruhu, Allahın göndərdiyi sözləri nurdan süzülüb gələn ərş-əlabilərəksözə ehtiyatla yanaşma ciddiyyəti təlqin edir.

Mən sözdən qorxuram

Tanrıdan qorxan kimi,

Çünki söz Tanrının, Tanrı sözün özüdür.

O, bir nurdur süzülüb ərş-əladan gəlir,

Ərşlə fərşin zatı, astarıdır, üzüdür.

 

Xanəli Kərimlinin şeirlərində xalqın cilalaya-cilalaya günümüzə qədər gətirdiyi söz uğurlu mənəvi sərvətdir. Ölçüsü-biçisi, hər cür əndazəsi yerində olan bu milli-mənəvi sərvət onun şeirlərində məqamında sərt, məqamında dadlı-duzlu fikirlər ifadə edir. Yaradıcılığındakı uğurları da, bəlkə sözə həssaslıqla, ehtiyatla, sənətkarlıqla yanaşmasıdır.

 

 

Maarifə Hacıyeva

Professor

Xalq Cəbhəsi.- 2016.- 18 avqust.- S.13.