Multikulturalizm Azərbaycanın həyat tərzidir

 

Azərbaycanda multikulturalizm ənənələri ölkəmizdə yaşayan xalqların tarixi qədərdir. Bu cür birgəyaşayışın Azərbaycan modelinin bütün dünyaya təqdimatına ehtiyac var. Bu baxımdan, cənab prezidentin 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etməsi çox önəmlidir.

2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradılıb. Fərmanda qeyd olunduğu kimi, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. BBMM-nin fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bəyan edib ki, Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biriAzərbaycan multikulturalizmianlayışını dünya ictimaiyyətinə çatdırmaqdır: “Bunun bir çox yolları var. Seçdiyimiz yolAzərbaycan multikulturalizmi”ni xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərindəAzərbaycan multikulturalizmifənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir. Tələbələr fənnə böyük diqqət göstərdiklərini bildirirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır”.

Mövcud milli-mədəni müxtəliflik etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Multikulturalizm üzrə mütəxəssis Niyaz Niftiyev CBC- müsahibəsində bildirib ki, bu qərarı Azərbaycanda ötən müddət ərzində bu sahədə baş verən yeniliklərlə birbaşa əlaqəlidir:

Azərbaycanda yaşayan xalqlar dini inanclı insanlara qarşı tolerantlıq mədəni müxtəliflik prinsipləri multikulturalizm adı altında birləşdirilib. Bu dəyərin cəmiyyətdə öz yerini tutması, hər bir xalqın sosial, iqtisadi inkişafının yüksəldilməsi istiqamətində dövlətin atdığı addımlar onların özləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan xalqının tarixi boyunca bizdə milli, dini nöqteyi-nəzərindən qarşıdurma yaranmayıb bu proses bu gün davam etməkdədir”.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi digər aspektlərin Azərbaycan reallığında təhlili təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq multikulturalizm ənənələrini hüquqi siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Niyaz Niftiyev xatırladır ki, indiyədək Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun təşəkkül tapması istiqamətində xeyli ciddi tədbirlər keçirilib. Halbuki, qloballaşma şəraitində bir çox ölkələrdə, xüsusilə də Avropa məkanında multikulturalizm siyasətinin iflasa uğradığı bəyan edilib.

“Azərbaycanda yaradılan şərait dünyanın heç yerində yoxdur

İndi ərəb ölkələrindən qaçqın düşənlərin xarici ölkələrə keçməsinə ciddi əngəllər yaradılır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm sahəsində yaradılan şərait nəinki regionda, heç dünyada heç yerdə yoxdur”.

O, bildirib ki, Azərbaycanda bütün xalqlar bərabər şəkildə yaşayır. Həm dövlətin, həm də bu xalqların nümayəndələrinin özlərinin irəli sürdüyü təşəbbüslər sayəsində ölkənin multikulturalizm siyasəti uğurla davam edir.

“İnanıram ki, 2016-cı ildə Azərbaycanda multikulturalizm siyasətinin coğrafi arenası daha da genişləndiriləcək, ölkəmizdə yaradılan birgəyaşayış modeli həm ölkə daxilində inkişaf etdiriləcək, həm də digər ölkələrə də sirayət edəcək. Çünki biz artıq bu məsələdə Azərbaycan reallığı ilə məhdudlaşmalı deyilik”.

Azərbaycan multikulturalizmfənni 11 xarici universitetdə tədris olunur

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə isə bu fikrin reallaşacağını təsdiqləyir. Onun sözlərinə görə, bu il təmsil etdiyi qurum tərəfindən xüsusi tədbirlər planı hazırlanması nəzərdə tutulub:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi indiyə kimi Azərbaycanda multikulturalizmin təbliği öyrənilməsi istiqamətində xeyli layihələr həyata keçirib. Qeyd etmək lazımdır ki, artıqAzərbaycan multikulturalizmfənni 11 xarici ölkə universitetində tədris edilir.” Bu fənn Azərbaycandakı universitetlərin tədris proqramında da yer alır. Artıq bizim tələbələr Azərbaycan multikulturalizminin qaynaqlarını, tarixini, siyasətini, tarixi köklərini, ədəbi-bəiii, fəlsəfi, elmi publisistik qaynaqlarını öyrənirlər”.

Lakin görülən işlər bir yana, verilən qərar mərkəzin üzərinə daha ciddi vəzifələr qoyur. Buna görə bu il daha yeni təşəbbüslər, fərqli layihələr, müxtəlif nəşrlər tədbirlərin keçirilməsi planlaşdırılır.

Cənab prezident elan etdi ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti həyat tərzidir. Bu, gəlişigözəl sözlər deyil. Bu, bizim tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Ölkəmizin məişətində, təfəkküründə, şüurunda çoxmədəniyyətlilik təfəkkürü inkişaf edib bu gün nümunəvi bir məzmun daşıyır. Düzdür, indi dünyanın digər ölkələrində bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur. Bbiz bu dəyərin təbliği yayılması istiqamətində nəzərdə tutulan layihələri bu il həyata keçirməyi planlaşdırırıq”.

Bizim modeli öyrənməyə çalışırlar

N.Qasımzadə deyir ki, hazırda mühacir axını ilə üzləşən bəzi Qərb ölkələri yaşadıqları çətinlikləri məhz multikulturalizmlə əlaqədar olduğunu iddia edirlər.

Azərbaycanda isə başqa bir model var. Ölkəmizin nümunəsi əksinə, tərəqqiyə xidmət edən məzmundadır. Bunu öyrənməyə çalışırlar, istəyirlər bilsinlər ki, müxtəlif xalq mədəniyyətlərin qovuşduğu bir cəmiyyətdə bu dəyər sabitliyin qorunmasına necə xidmət edə bilər”.

Multikulturalizm Mərkəzinin yaranma səbəbləri və fəaliyyəti barədə mətbuata açıqlama verən Mərkəzin icraçı direktoru Azad Məmmədov deyib ki, məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaqqorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq, paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin yaranması ilə bağlı Fərman may ayında verilsə də, faktiki olaraq strukturun formalaşması oktyabr ayından başlayıb. Amma bu qısa müddətdə Mərkəz xeyli tədbirlər keçirməyə müvəffəq olub. Belə ki, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər, Bakıda isə yekun konfrans keçirilib. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusuna həsr edilən və müvafiq icra hakimiyyətləri ilə birlikdə keçirilən region toplantılarında milli azlıqların nümayəndələri, dini icma rəhbərləri, ziyalılar iştirak edərək müzakirələr aparıb, maraqlı təkliflər irəli sürüblər. Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin, eləcə də dünyanın bu sahə üzrə aparıcı mütəxəssislərinin qatıldığı “Virtual Dəyirmi Masa” təşkil edib. Bakıda keçirilən yekun “Dəyirmi Masada Azərbaycandakı multikultural cəmiyyətin üstün məziyyətləri müzakirə olunub”. Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü öz real həllini tapacaq. Mövzu ilə bağlı bütün deyilən fikirləri, aparılan müzakirələr zamanı səslənən rəy və təklifləri ümumiləşdirib bir cümlə ilə ifadə etsək, qəti əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan millietnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraflarıdır. Dünyada sivilizasiyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

 

Xalq Cəbhəsi.- 2016.- 18 avqust.- S.9.