Dini tolerantlıq

Müsəlmanlar, xristianlar, yəhudilər digər dinlərin nümayəndələri ölkəmizdə əminamanlıq şəraitində yaşayırlar

 

Şərqlə Qərbin qovşağında, tarixi İpək yolun üzərində yerləşən Azərbaycan qədim zamanlardan indiyədək sivilizasiyalar arasında birləşdirici rol oynayıb. Zəngin mədəniyyətə malik xalqımız böyük tarixi yol keçib. Müasir Azərbaycanın sələfi olan Manna, Midiya, Atropatena, Albaniya kimi dövlətlər İslam dininin Ön Asiya, həmçinin Qaqazda yayılmasına qədər böyük sivilizasiyanın əsasını qoyublar.

Dünya mədəniyyətinə, türk-islam sivilizasiyasına böyük töhfələr vermiş ölkəmiz çoxmillətli çoxkonfessiyalı cəmiyyətə malikdir. Əsrlər boyu ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər digər dinlərin nümayəndələri tarixən qarşılıqlı anlaşma əmin-amanlıq şəraitində yaşamış yaşayırlar. Dini tolerantlıq Azərbaycan üçün xarakterikdir.

Ekspert Namiq Zeynəddinin fikrincə, bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam qeyri-islam dini icmaları öz etiqadlarını azad sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin mili-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi demokratik şərait təmin edilib.

Müxtəlif etnoslardan, etnik qruplardan ibarət ölkə əhalisi ağır işğalçılıq müharibələrinə, məhrumiyyətlərə, təzyiqlərə, mürtəce təbliğatlara baxmayaraq bütün dövrlərdə birliyini qoruyub saxlaya bilib. Çoxsaylı müxtəlif səbəblər sırasında ölkənin əsas əhalisi olan böyük əksəriyyəti təşkil edən Azərbaycan türklərinin mentalitetindəki tolerantlığı xüsusi qeyd etmək zəruridir. Ən qədim zamanlardan bu günə qədər Azərbaycan türkləri insanların irqi, dini, milli s. fərqlərinə diqqət yetiriblər, lakin heç vaxt Adəm-Həvva davamçılarını bu əlamətlərinə görə qiymətləndirməyiblər. Onlar bütün xalqlarda etnik fərdlərdə mənəvi-əxlaqi meyarları əsas götürüblər.

Azərbaycanda tolerantlığın möhkəm zəngin ənənələri, dərin tarixi keçmişi var. Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərmiş, başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilib. Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Bu baxımdan tolerantlıq dözümlülük ənənələri zəngin olan ölkə regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin dini konfessiyaların dinc mehriban yaşamasının unikal nümunəsidir. Ölkəmizdə tolerantlıq ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.

Tədqiqatçıların verdiyi məlumata görə, eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: Dində məcburiyyət (zorakılıq) yoxdur (əl-Bəqərə, 256). Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar Yəhudilik, Xristianlıq və Zərdüştiliyin tərəfdarlarına qarşı ehtiramdözümlülük göstəriblər.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik-dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında tarixin acı həqiqətlərinin də müəyyən rolu olub.

Azərbaycanlılarla qaynayıb qarışan müxtəlif etnik-dini qruplar imperiya dövlətlərin təzyiqinə və fitnəsinə baxmayaraq, bir çox hallarda Azərbaycan xalqının tolerant düşüncəsinə etibar etmiş, rəğbət göstərərək, mehriban qonşuluq əlaqələri qurmuşonu qorunub saxlamağa səy göstəriblər.

Sovetlər dövründə mərkəzi hakimiyyətin qardaş millətlər, xalqlar dostluğu adı altında həyata keçirdiyi milli siyasət süni beynəlmiləlçilik mahiyyət daşıyırdı və allahsızlıq məzmunundan da azad deyildi. Sovet rejimi hər vasitə ilə Azərbaycan xalqını milli-mənəvi dəyərlərdən, İslam dininə olan bağlılığından uzaqlaşdırmağa çalışırdı. Lakin xalq bu tarixi sınaqdan da uğurla çıxdı. Dini məzmunlu heç bir qarşıdurmaya yol vermədi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli koduna çevrilmiş tolerantlığın daha da inkişaf etdirilməsi üçün münbit şərait və hüquqi baza yaradılıb. Lakin keçən əsrin sonlarında Vətənimizdə tarixən mövcud olan dini dözümlülüyün möhkəmləndirilməsinə minlərlə günahsız insanın ölümü, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi və 20%-dən çox tarixi torpaqlarımızın işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mane olurdu. Münaqişə dini zəmində baş verməsə də, işğalçı Ermənistanın həmin dövr dini lideri I Vazgen separatçı hərəkatı qızışdıranlardan biri idi. Ermənilər hər vasitədən istifadə edərək ölkəmizdə əmin-amanlıq və qardaşlıq şəraitində yaşayan digər dini konfessiyalar arasında qarşıdurma yaratmaq istəyirdilər.

Erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan islam təhlükəsi gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.

Ölkəmizin bütün konfessiya nümayəndələri ermənilərin təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qərar və qətnamələrin icrasına, işğal nəticəsində məcburi köçkün düşmüş insanların öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Onlar bununla Azərbaycan xalqı ilə bir daha birlik və həmrəylik nümayiş etdiriblər.

Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yaşayan digər din mənsublarında da yüksək qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen-Mironosets Baş kafedral kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmişona Baş kafedral kilsə statusu vermişdir. Qeyd etmək lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürüb. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verilib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi Müqəddəs Məryamin miladı Baş kafedral kilsəsi bərpa olunub.

Respublikamızda yaşayan azsaylı katolik icmasının üzvləri də dövlət qayğısından kənarda qalmayıb. Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb indi yoxdur. Respublikamızda tolerantlıq, dini dözümlülük ənənələrin qorunub saxlanmasında, müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı etimad hörmət hissinin möhkəmlənməsində böyük beynəlxalq nüfuz sahibi olan Qafqaz Müsəlmanları İdarəsini sədri Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri var.

Ölkəmizdə dəfələrlə dini dözümlülük, dinlərarası dialoq mövzularına dair beynəlxalq konfranslar, elmi simpoziumlar s. tədbirlər keçirilib. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan vicdan azadlığı ilə bağlı müddəaları həyata keçirmək üçün münasib şərait yaradıldı, dövlət-din münasibətlərini tənzimləmək, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət etmək məqsədilə 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da dini sahədə yeni mərhələnin əsası qoyuldu. Dövlət Komitəsi ölkədə tolerantlığı, konfessiyalararası münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bir sıra uğurlu tədbirlər həyata keçirməyə başladı.

Respublikamızda dini dözümlülük mühitini xarici dövlət rəsmiləri, siyasətçilər, din xadimləri diplomatlar da dəfələrlə etiraf etmişlər ölkəmizi dini dözümlülük sahəsində dünya ölkələri üçün nümunə göstərmişlər. ATƏT-in İnsan Hüquqları Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştudman açıq şəkildə etiraf etmişdir ki, Azərbaycanda dini dözümlülük yeni konsepsiya deyil. Bu ölkə uzun illər boyu müxtəlif sivilizasiyaların yanaşı yaşamasına dözümlülüyə nümunə ola bilər. Milli-mənəvi dəyərlərin, mövcud tolerantlığın qorunması daha da inkişaf etdirilməsi istiqamətində bu gün uğurlu işlər aparılır

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 1 dekabr.- S.13.