Dinlər fenomeni uzun müddətli tarixi mərhələlərdən keçib

Aydın Əlizadə: Bu tarixi proseslər zaman məkan nöqteyi-nəzərdən tədqiq təhlil edilməlidir

 

Bu gün dünyada islamafobiya meyillərini körükləyənlər buna dəstək verən erməni lobbisi bir nüansı unudur ki, dünyada yeganə qrioqorian ölkə olan Ermənistanda nəinki müsəlmanlar, hətta provaslavlar, katoliklər, yezidi kürdlər fərqli inanc səbəbindən sıxışdırılır. Bu isə Ermənistanın monoetnik statusunun daha da möhkəmlənməsinə xidmət edir. Bu irqçilik isə XXI-əsrdə nədənsə dünyanın demokratiya insan haqları institutlarının diqqətindən yayınır.

Azərbaycanda İslam dininə mənsub vətəndaşlarla digər din nümayəndələrinə heç bir fərq qoyulmur. Elə təkcə bunun özü dövlət din münasibətlərində yalnız dialoq ab-havasının hökm sürdüyünü göstərir. Azərbaycanda dövlət dindarlara, mömin vətəndaşlarımıza öz əqidə borclarını rahat həyata keçirmək üçün şərait yaratmışdır. Bu, həm məscidlərə, həm kilsə, sinaqoq, məbədlərə göstərilən münasibətlə seçilir.

Bu baxımdan Azərbaycan bütün dünyada milli dini tolerantlıq məkanı kimi tanınır. Azərbaycanda dini etiqad vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilat fəaliyyət göstərir hər kəsin dini ayinləri sərbəst yerinə yetirilməsi üçün zəruri şərait təmin olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Onun 1994-cü ilin iyul ayında müqəddəs Məkkə Mədinə ümrə ziyarətinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. O, həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. Həmin görüşlərdə böyük liderimizin müsəlman ölkələrinin dövlət din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə fenomen sayılan İslam dini dinin əsasını təşkil edən, təkcə müsəlmanların deyil, eyni zamanda, bəşər övladının müqəddəs kitabı statusunu alan Quran barədə çox qiymətli fikirlər söyləmişdir: Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz azərbaycanlılar, bu, sonralar gələcək bütün nəsillərə tövsiyə olunur heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.

1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən Müasirlik dini-mənəvi dəyərlər adlı beynəlxalq konfransda ümummilli lider dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq deyib ki, dövlətimiz insanlara bütün azadlıqları vermiş vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18, 48-ci maddələr) din vicdan azadlığını təsbit edib, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev dövlət-din münasibətlərinin qanunçuluq bazasının yaradılmasında, bu normativ hüquqi sənədlərin ardıcıllıqla həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında inkişafında misilsiz xidmətlər göstərib.

Ötən il Bakıda möhtəşəm Heydər Məscidi Kompleksinin açılışı, eləcə hər il ölkəmizdə dini mövzulara həsr olunmuş böyük tədbirlər dövlət din münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin öz ailəsi ilə birlikdə ümrə ziyarətinə getməsi İslam dininə verdiyi böyük önəmin təzahürüdür. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində böyük rol oynayacaq Bakı Multikulturalizm Mərkəzinin açılması konfessiyalararası münasibətlərin sıxlaşmasına daha da təkan verəcəkdir. Qeyd edilən nüanslar din dövlət dialoqunun əsas fazalarıdır. Sabitliyin birinci şərti , əlbəttə ki, dialoqdur. Bu gün dövlətin dinlə dialoqu cəmiyyətimizin ümumbəşəri meyarlara çatması üçün prioritetdir. Bu isə əlbəttə, insan hüquqlarının, sabitliyin ən yaxşı zəmanətidir. Bu dialoqun həmişə qabardılması əsas prinsip olaraq qəbul edilməsi ölkəmizin xarici qüvvələrin təsiri altına düşməsinə, cəmiyyətimizdə fitnə-fəsadın yayılmasına qarşı ən sarsızlmaz əngəldir. Bu birliyi, ümummilli hədəflərə yönəltmək Azərbaycan xalqının rifahı, yüksəlişi, mənəvi ucalığı deməkdir.

Fəlsəfə üzrə elmlər doktoru Aydın Əlziadə hesab edir ki, Azərbaycanda dini dözümlülük tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Onun sözlərinə görə, bu amil dövlətçiliyimizi qorunmasında inkişafında əhəmiyyətli rol oynayır: Buna görə dövlət qurumları bu istiqamətdə məqsədyönlü aparmalı, bu günümüzə gələcəyimizə yönəlmiş siyasət yeritməlidirlər. Bu siyasət təkcə dinlərarası dialoqun təmin olunması, dini qurumların hüquqi cəhətdən qanuni ya qanunsuz fəaliyyət göstməsindən ibarət olmamalıdır. Dövlətin dini durumla bağlı siyasəti konseptual xarakter daşımalıdır. Bu konsepsiyanın əsasında milli maraqlar durmalıdır. Dövlət hansısa dini ideologiyanın təəssübkeşi ola bilməz, yalnız praqmatik siyasət yeritməlidir, çünki tarix göstərir ki, dinlər ideologiyalar dəyişə bilər, lakin dövlət maraqları, milli müstəqilliyin prinsipləri dəyişməzdir. Hansı dini konfessiya, ya ideologiya olursa olsun, Azərbaycan güclü, bölünməz dövlət olmalı Azərbaycan xalqının milli maraqlarını təmin etməlidir.

Bu əbədi prinsipləri həyata keçirmək üçün dövlət dini qurumların fəaliyyətinə təkcə hüquqi tənzimləmə prizmasından yanaşmamalı, bu sahədə öz maraqlarına uyğun hərəkət etməlidir. Məsələ burasındadır ki, dövlət-din münasibətləri konstruktiv xarakter daşımalı bərabərlik prinsipinin üzərində qurulmalıdır. Tərəflər əməkdaşlıq edib ümumi məsələləri həll edə bilərlər. Lakin bəzi hallarda onların arasında fikir ayrılığı da ola bilər. Buna görə dövlət dinlərlə bərəbər hüquqlu tərəf kimi, bu sahədə öz konsepsiyasını üzə çıxarmalıdır.

Bu konsepsiyanın demokratik prinsiplərə mövcud qanunvericiliyə əsaslanmalıdır. Azərbaycan Konstitusiyasına görə, dövlət dini qurumların daxili işlərinə müdaxilə edə bilməz, lakin öz dövlət milli ideologiyasını qura bilər. Bu ideologiyanın əsası bütün vətəndaşların dini etiqadından asılı olmayaraq bərabər hüquqlarını təmin etməli, vətəndaşları dini mənsubiyyətlərinə görə təqib etməməli, hər bir vətəndaşın dinini dəyişmək ya ateist olma hüququnu tanımalıdır, heç bir dini ya konfessiyanı başqasından uca tutmamalıdır.

O qeyd edib ki, Azərbaycan milli ideologiyanın qurulmasında dinlərin etik, əxlaqi cəhətlərindən geniş istifadə olunmalıdır: Bundan başqa, dinlərin potensialından müxtəlif ictimai tədbirlərdə istifadə edilməlidir (məsələn, xeyriyyəçilik işlərində, cəmiyyətdə yaranan bəzi ixtilaflı məqamların həll edilməsində). Eyni zamanda dinlərin rolunu yalnız müsbət müstəvidə təqdim edilməsi də həqiqətə uyğun deyil. Məsələ burasındadır ki, dinlər fenomeni uzun müddətli tarixi mərhələlərdən keçib. Bu tarixi proseslər zaman və məkan nöqteyi-nəzərdən tədqiq və təhlil edilməlidir. Dini ehkamlarda müxtəlif tarixi, siyasi, iqtisadi şəraitdə formalaşıb, müqəddəs mətnlər bu ruhda yozulub. Bu aspektlər qlobal miqyasda bəzən müsbət, bəzən isə mənfi nəticələrə gətirib çıxarmışdı. Tarixi dinamika baxımından demək olar ki, buya digər millət hansısa dini ideologiyanı qəbul edəndən sonra intensiv inkişaf edə bilərdi. Buna misal olaraq, ərəblərin, sonra isə türk xalqlarının İslamı qəbul edəndən sonra inkişafını göstərmək olar. Avropada da bir çox xalqlar Xristianlığı qəbul edəndən sonra böyük uğurlar əldə etmişdilər. Lakin sonrakı tarix onu göstərir ki, mütərəqqi potensial tükənəndən sonra dinlərdə ehkamlaşma meylləri artır, azad və mütərəqqi ruh itir. Bundan sonra hər hansı bir din hətta tərəqqiyə qarşı çıxış edə bilər, cəmiyyətlərdə qarşıdurmalara, millətlər arasında müharibələrə və başqa mənfi hallara təkan verə bilər. Orta əsrlərdə Avropada dini qarşıdurmalar, inkvizisiya, təriqətlər arasında ixtilaflars. mənfi misallar buna sübutdur. İslam dünyasında da buna bənzər hallar cox olmuşdur. Dini təəssübkeşlik bir neçə əsr davam edən müsəlman-xristian müharibələrinə təkən verib....

 

 

Xalq Cəbhəsi.- 2016.- 15 dekabr.- S.9.