Lətif Kərimovun şəxsi əşyaları muzeyə hədiyyə edilib

 

Görkəmli Xalq rəssamı, xalçaşünas Lətif Kərimovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

L.Kərimovun nəvəsi Azər Səfərov tərəfindən edilən hədiyyələr muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda saxlanılır.

Qeyd edək ki, Lətif Kərimovun elmi əsərləri Azərbaycan xalçalarında ornament kitabı və çoxcildli Azərbaycan xalçası monoqrafiyası böyük əhəmiyyətə malikdir. Elmi-yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən görkəmli alim 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

 

Xalq cəbhəsi.- 2016.- 21 dekabr. - S.13.