Güney Azərbaycanda ədəbi tənqid

 

3-cü yazı

 

Əziz Möhsüni Abdulla Foruğun «Dadlı sözlər» adlı şeirlər məcmuəsini də dilinin sadəliyinə, humanizminə görə yüksək qiymətləndirir. Şairinvaxtdan şeir yazma başlaması, şeirlərini əsasən hansı mövzularda yazması əsasən satira ustası olması, «Sadə bir tərzdə bu şeirlərində xanları, bəyləri və rəhmsiz tacirləri qamçılaması» haqqında oxucuya məlumat verilir.

Doktor Əliəkbər Sərabinin «Eynalı, el-daıı, Təbriz, Günəş yurdu» adlı şeirlər kitabına Məhəmməd Azadinin farsca yazdığı ön sözdə deyilir: «Eynalı» mənzuməsi yüksək həqiqətə malik olmaqdan əlavə, bu zəngin məzmun və möhtəvası baxımından Eynalı, El daıı kimi qüdrətli və möhtəşəm El gölünün ətəyində bitən qızıl güllər kimi gözəl və incə ifadəlidir». Bununla yanaşı ön sözün müəllifi kitabda vətənpərvərlik, doğma dilə, soykökə bağlılıq amillərinə diqqət çəkir ki, bu da Güney Azərbaycan şeirinin, bütövlükdə ədəbiyyatının yarandığı tarixi şərait, yaranma, formalaşma keyfiyyətləri ilə birbaşa bağlıdır. Səməd Muradinin «Ağlar-gülər» adlı kitabını təqdim edərkən də Ə. Möhsüni şairin yaradıcılığındakı vətənpərvərlik, ana dilinə sevgi və məhəbbət mövzularına diqqəti cəlb edir.

«Varlıq» dərgisində ədəbi tənqidin geniş yayılmış janrlarından olan resenziyalara da geniş yer verilib ki, bu da ədəbi-tənqidi fikrin reallaşdırılması üçün zəngin material verir. Resenziyalar-rəylər ayrı-ayrı kitablar barədə və ya ədəbi aləmə gələn istedadlar haqqında olur. Kərim Məşrutəçi Sönməzin «Ağır illər» şeir məcmuəsi və «İsanın son şamı» poeması haqqında «Varlıq»da bir neçə resenziya nəşr olunub. Gəncəli Səbahi «Aıır illər» və «İsanın son şamı»na bir nəzər» adlı geniş məqaləsində Sönməzin Cənub ədəbiyyatındakı mövqeyinə toxunarkən Cənubi Azərbaycan ədəbiyyatı üçün səciyyəvi olan belə bir cəhəti xatırladır ki, «Vətən və xəlqinə bağlı olan bütün şairlər keçirdiyimiz ağır illərdə hakimlərin azğınlığının, məqam, şöhrət hərislərinin satqınlığını, zülm-sitəmdən əzilmiş, cana doymuş məhkum insanların keçirmiş olduğu acı faciəli həyatı qələmə gətirməklə nalələri fəryada, qəzəbə, üsyana çevirib həmişə mübarizə yollarını işıqlandırıblar. Şair Sönməz də onlardan biridir».

Gəncəli Səbahi Sönməzin poetik üslubunun formalaşmasının ədəbi-bədii qaynaqlarını da araşdırır. O, Sönməzin etiraflarını, yəni məhz Şəhriyarın təsiri ilə doğma dildə yazmasını xüsusi qeyd edir. Sönməzin yaradıcılığını mövzular üzrə qruplaşdırıb təhlil edən tənqidçi bu qənaətə gəlir ki, şair keçmiş acı həyatımızı bədii obrazlarla qələmə gətirə bilib. «Şairin avtobioqrafik janra yaxın olan «Aıır illər»i şeiriyyət və məna dolğunluğu ilə qiymətli bir əsər sayıla bilər».

Bəxtiyar Vahabzadə «Varlıq» dərgisində «Cənubdan səslər» rubrikasında dərc etdirdiyi «Ağır illərin nəğməkarı» adlı məqaləsində belə bir tezisdən çıxış edir ki, xalqdan, onun mübarizəsindən, duyğu və düşüncəsindən kənarda ədəbiyyat yoxdurola da bilməz. Ədəbiyyat xalqın istək və arzularının ifadəçisinə çevrildiyi zaman əsl böyük ədəbiyyat ola bilir. «Hazırda Cənubi Azərbaycanda yazıb yaradan ədiblərin hamısı bu böyük həqiqəti dərindən başa düşüb qələmlərini həqiqətən süngüyə çevirib, Vətənin mənafeyi keşiyində dayanıblar». Bəxtiyar Vahabzadənin

qənaətinə görə bu ədəbiyyatın önündə gedənlərdən biri Cənubi Azərbaycanın yetkin şairlərindən olan Kərim Məşrutəçi Sönməzdir.

O, «Ağır illər»ində azadlıq yolunda döyüşən və şəhid olan qardaşlarının mübarizə ruhu, dönməz iradəsi və qələbə arzuları haqqındakı təsəvvürlərini daha da genişləndirib. B.Vahabzadənin təqdiminə görə «Sönməzin kitabı istibdad dövründə xalqının axıtdığı göz yaşları ilə suvanıb. Bu göz yaşlarının qaynağı, onların səbəbkarı şahlıq üsuli-idarəsi, zülm üzərində qurulmuş bir cəmiyyətdir». Həmin göz yaşları selə dönüb nəhayət, Sönməzin ifadə etdiyi kimi «zülm evinin bünövrəsini sökür».

Sönməz yaradıcılııındakı xəlqiliyi, milli ruhu hər şeydən yüksək tutan B.Vahabzadə bu qənaətə gəlir ki, «Sönməzin simasında biz əsrimizin qabaqcıl fikirləri ilə səsləşən, hadisələrdən düzgün nəticə çıxara bilən, aıı qaradan seçən, xalqı haqq yoluna səsləyən bir şairlə rastlaşırıq. Bu şair yalnız XX əsrdə istibdada qarşı dəfələrlə baş qaldırmış böyük inqilab məktəbini keçmiş bir xalqın mübarizə ənənəsindən dərs almış, xalqının qəlbi ilə duyub əqli ilə düşünən, qələmini xalqın səadəti yolunda çalan vətəndaş sənətkardır» .

Şimali Azərbaycan müəlliflərindən Nazim Rizvanın «Sönməzin lirikası» adlı məqaləsində də şairin yaradıcılıq yoluna işıq salınır. Sönməz lirikası Güney şeirinin səciyyəvi nümunəsi kimi oxucuya təqdim edilir. Səkinə Bərnicyanın 1988-ci ildə Berlində çap etdirdiyi «XX əsr İran Azərbaycanı şairinin azəri və fars dillərində ədəbi əsərləri» kitabı haqqında «Varlıq»da Abasəli Cavadinin çap etdirdiyi geniş rəyində Cənubi Azərbaycan yazarlarının tutduğu mövqe təhlilə cəlb olunub. Məlum olduğu kimi, fars şeirinin görkəmli siması sayılan Pərvin Etisami Təbrizdə anadan olub, Tehranda yaşayıb, azərbaycanlı olsa da şeirlərini farsca yazıb. Şəhriyar həm fars, həm də türkcə, M.Ə.Möcüz isə yalnız Azərbaycan türkcəsində yazıb-yaradıb.

Abbasəli Cavadi yazır ki, onlara hansı mövqedən yanaşmalı? Şimali Azərbaycanda çap olunan əsərlərin çoxunda müəlliflər Güney Azərbaycan yazıçılarının və şairlərinin İran ədəbiyyatı ilə təbii və sıx əlaqələrini süni surətdə danılır, onlara sırf Azərbaycan ab-havası verilir. İranda nəşr olunan fars dilli əsərlərdə isə, əksinə, bu yazıçı və şairlərdəki Azərbaycan-türk möhürünü inkar etməyə, görməməyə çalışırlar. Tədqiqatçının fikrincə, bu siyasi və əksərən nəticəsi olmayan bir bəhsdir. Doırusu budur ki, Güney Azərbaycan ədəbiyyatını necə varsa, eləcə elmi şəkildə işıqlandırmaq, onun müxtəlif mərhələlərini, xüsusiyyətlərini, təmayüllərini, şəkil və mövzularını və ən görkəmli nümayəndələrini göstərmək, müvafiq əsərlərin hansı dildə yaradıldııını və hansı dil və ədəbiyyatdan nə qədər təsir gördüyünü müzakirə etməkdir.

Ədəbiyyat ictimai-siyasi hadisələrdən təcrid oluna bilmədiyi kimi Güney Azərbaycanda ədəbi-tənqidi mülahizələr də daim ictimai-siyasi, tarixi mülahizələrlə qovuşuq şəkildə təzahür edib. Bu Güney ədəbi-tənqidinin, eləcə də «Varlıq»da çap olunan ədəbi tənqid materiallarının səciyyəvi xüsusiyyətidir. Doktor Məhəmmədtağı Zehtabi «Məşrutə inqilabı dövrü ədəbiyyatımızın müqəddaratı» adlı məqaləsində yazır ki, Məşrutə inqilabından sonra bütün İran xalqlarının ədəbiyyatı, o cümlədən farstürk ədəbiyyatları daha

artıq çiçəklənib inkişaf etməli idi. Lakin fars şovinizmi inqilabın bütün səmərələrini özünəməxsus edir, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətini məhv etmək istəyirdi. Buna baxmayaraq məşrutə hərəkatının yaratdığı milli intibah dalğası bütün İran türkləri daxilində milli hissə malik cavan ədəbi nəsil yaratmışdı». M. Zehtabi bir örnək kimi Makulu Əli adlı yazıçının bu vaxta qədər heç yerdə çap olunmamış və səhnədə oynanılmış «Faciəli izdivac» əsərindən bəhs edərək onun dram janrına bələd olmasını, Bakı, Tiflis, İrəvan və Ərzruma tez-tez səfərlər etməsini, Azərbaycan, türkfars ədəbiyyatları ilə tanış olmasını xüsusi qeyd edir. Təəssüf ki, müəllif 30-cu illərdə qələmə alınmış bu dram əsərinin əlyazmasının mövcudluğusaxlanma yeri haqqında digər əsərlərində də heç bir məlumat vermir.

«Varlıq»da başqa bir müəllif M.Afiyət M.Ə.Sabirin İran Məşrutə inqilabına və xüsusilə Təbriz qiyamına böyük maraq göstərdiyindən onun bu illərdə İranda baş verən hadisələrə 25-dən artıq şeir yazdıığından bəhs edir. Qeyd edir ki, bu əsərlərdə əsas iki məsələ qoyulurdu: xalqın istibdad əleyhinə mübarizəsi və azadlıq hərəkatını boğmağa çalışan irtica qüvvələrinin ifşa edilməsi. Təbriz hadisələrinə, xüsusilə Səttarxanın rəhbərliyi ilə gedən mübarizəyə sönməz məhəbbət bəsləyən M.Ə.Sabir 1908-ci ildə yazdığı «Səttar xan», «Mirhaşım Təbrizi», «Ərzi-hal» adlı şeirlərində inqilab sərkərdəsi Səttar xanın simasında qəhrəman Təbriz mücahidlərinin tarixi qələbəsini tərənnüm edib. Sabirin «Səttar xan» adlı şeiri o vaxtlar səngərlərdə və yığıncaqlarda əzbər oxunurdu, bu şeiri Səttar xanın özü də dinləmişdi. Şair Təbriz mücahidlərinin və Səttar xanın bütün dünyanı heyrətə saldığını qələmə alırdı:

 

...İndi dünyanın təvəccoh nöqtəsi İranadır!

Afərinim hümməti-valayi Səttarxanadır!

 

Sabirin Səttarxanın mübarizəsi ilə əlaqədar tarixi hadisəni təsvir edən bu əsəri olduqca maraqlıdır. Bu şeir Firdovsinin «Şahnamə»sinə nəzirə şəklində yazılıb. Sabir bu şeirini o zaman qanlı döyüşlər meydanı olan Təbrizə həsr etmişdi.

Məqalədə Sabirin dərin məzmunlu və ictimai təsir qüvvəsinə malik olan şeirləri ilə Məşrutə inqilabına xidmət etməsi bir daha vurğulanır.

«Varlıq»da tənqid və ədəbiyyatşünaslııın yeni üslub kəsb etməsində onun ədəbiyyatşünaslııının təhlil prinsiplərini mənimsəməsində və Cənublu alimlərlə bərabər Şimalda yaşayan ədəbiyyatşünas, dilçi və tənqidçilərin çap etdirdikləri məqalələr xüsusi rol oynayıb. Rüstəm Əliyev, Bəkir Nəbiyev, Yaşar Qarayev, Vaqif Aslanov, Anar, İsa Həbibbəyli, Məhərrəm Qasımlı və digər müəlliflərin çap olunmuş məqalələri tənqidlə ədəbiyyatşünaslığın üslub və təhlil etibarı ilə ayrılması və seçilməsinə özül yaradıb.

«Varlıq» dərgisi XX əsrin 80-90-cı illərində Cənubi Azərbaycan ədəbi tənqidi fikrinin və ədəbiyyatşünaslııının yeni istiqamətdə inkişafı və formalaşması prosesi barədə dolğun təsəvvür yaradır. Bu tarixi ədəbi hadisə yeni tədqiqat əsərlərinin meydana çıxmasına zəmin yaradır.

 

Pərvanə Məmmədli

Araşdırmaçı

 

Xalq cəbhəsi.- 2016.-  22 dekabr. - S.14.