Rumın musiqiçi: Vaqif Mustafazadə dahi idi

 

Vircil Mihayu: "Öz xalqının zəngin folklorunun universal musiqi diliylə bütün dünyaya göstərə bilən bir qəhrəmanıdır Vaqif"

 

Vircil Mihayu bizim musiqi aləminə tanış imza deyil. Azərbaycan cazını simfonik musiqisini yaxşı bələd olan bu rumın mütəxəssisin ölkəmizdə tanınmaması təəssüf doğurur. Amma yaxşı ki, təsadüflər (?) var. Təsadüfən tanış olduq, söhbətləşdik uzaq-uzaq ellərdə gəlmədən-görmədən Azərbaycana, Azərbaycan musiqisinə heyran olan bir təcrübəli musiqişünasla tanışlıq mənim üçün dəyərli bir tapıntı oldu. Maraqlananlar Vircil Mihayu ilə qısa müsahibəni hələ 1985-ci ildə çap etdirdiyi Rezonans qutusu adlı caz esselərindən ibarət kitabına daxil olan Azərbaycan cazı: Vaqif Mustafazadə məqaləsi qısa ixtisarla oxuya bilərlər.

Qısa arayış: Vircil Mihayu 1951-ci ildə Klujda şəhərində anadan olub. Rumıniyada, eləcə , bütün caz dünyasında tanınmış mütəxəssis, yazıçı, jaz estetikası professorudur. 2006-2012 illərdə Rumın Mədəniyyət İnstitutunun (ICR) Lissabonda ilk direktoru Rumıniyanın Portuqaliyadakı səfirliyində mədəniyyət attaşesi vəzifələrində çalışıb. Dünyanın tanınmış caz jurnallarının daimi müəlliflərindəndir. Cazla bağlı müxtəlif radio-televiziya proqramları hazırlamaqda, Rumıniyada dünyada keçirilən nüfuzlu caz festivallarının jürisində təmsil olunmaqdadır. V.Mihayu ana dilindən başqa, ingilis, rus, alman, portuqal, ispan dillərində danışır.

- Cənab Mihayu, Azərbaycan cazı ilə tanışlığınızdan başlamaq istərdim.

- Mən Azərbaycan cazı ilə 70-ci illərdən tanışam. Varşavada nəşr olunan məşhur Jazz Forum jurnalının Rumıniya təmsilçisi idim. SSRİ cazmenləri haqqında məqalə yazmalıydım. Mənə Vaqifin ikili albomunu göndərdilər. Bu, fantastika idi. Dinlədiyim musiqi məni sehrləmişdi. Melodiya şirkətindən buraxılmış bu albomlarda Vaqif Mustafazadə ilə birlikdə bir-birindən istedadlı daha iki musiqiçi Tamaz Kuraşvili Vladimir Boldırev vardı. Mustafazadənin xanımı Elza Mustafazadə iki xalq mahnısı səsləndirirdi. Çox möhtəşəm albom idi. Cazın ingilis dilinin monopoliyasında olduğu vaxtlarda Vaqif Azərbaycan dilində, muğam elementləri ilə inanılmaz sintez yaratmışdı. O, milli caz məktəbinin yaradıcı idi. Mənim üçün o, dünya səviyyəli qəhrəmandır. Vaqifin bu eksperimentləri etdiyi vaxtlarda seçilmək, milli elementlərlə fərqlənmək çətin idi. Vaqif dahi idi. Mənə görə Azərbaycanın ən önəmli musiqiçilərindəndir. Öz xalqının zəngin folklorunu universal musiqi diliylə bütün dünyaya göstərə bilən bir qəhrəmandır Vaqif. Qızı Əzizənin də uğurları fövqəladədir.

- Yeri gəlmişkən, rumın mətbuatında Əzizənin 2012-ci ildə Timişoara şəhərində keçirilmiş ənənəvi Plai beynəlxalq caz festivalındakı çıxışı haqqında çox gözəl rəylər oxudum.

- Təəssüf ki, o festival zamanı ölkədə deyildim, canlı dinləyə bilmədim. Əzizə də atası kimi çoxdan dünya musiqiçisidir. Bilirsinizmi, 1983-cü ildə Elza xanıma məktub yazmışdım. Dahi Vaqifin albomlarından, mümkündürsə, göndərməyini xahiş etmişdim. Mənə 5 səhifəlik rusca məktub yazıb təşəkkür etmişdi. Hələ o vaxt bütün diqqətini Əzizənin inkişafına yönəltdiyini yazmışdı. İndi də qızının meneceridir. Vaqif Mustafazadənin iştirakı ilə Azərbaycanda başlamış qeyri-adi caz janrı indidavam edir. Bakıdakı cazmenlərlə tanış olmaq, prosesi yaxından izləmək istərdim. Vaqiflə bağlı bir xatirəmi də paylaşım. Bir dəfə Vaşinqtonda çamadanımı eşələyərkən disklərim töküldü. Yanımdakı adam dərhal onları götürdü. Sən demə, Vaqifin böyük fanatıymış. Böyük dərman firması olan bu adamı Vaqifin bütün albomlarını əldə etmişdi. Vaqif haqqında böyük heyranlıqla danışırdı. O adamla tanışlıq mənə çox təsir etmişdi.

- Sizdən bu sözləri eşitmək, açığı, çox qürurvericidir. Amma bildiyim qədərilə, Azərbaycan musiqisinə marağınız cazla məhdudlaşmır.

- Azərbaycan simfonik musiqisibaşqa bir mövzudur mənim üçün. Keçən il əvvəl burada Kluj Transilvaniya Filarmoniyasının orkestri liviyalı gənc dirijor Lubnan Baalbakinin rəhbərliyi ilə Fikrət Əmirovun Piano üçün konsertiniİkinci Simfoniyasını səsləndirdi. Bu orkestrlə Bakıda da musiqisevərlərin qarşısına çıxa bilərik. Daha öncələr də Qara Qarayevin, Arif Məlikovun əsərlərini heyranlıqla dinləmişəm. Təəssüf ki, yeni nəsil simfonik bəstəkarlarla tanış deyiləm. Amma inanıram ki, Azərbaycan klassik musiqi məktəbi öz ənənələrinə sadiqdir. Tofiq Quliyev, Rəşid Behbudov haqqında məlumatlıyam. Muslim Maqomayev böyük sənətkardı. Rumın radiosunda çox səsləndirilib vaxtilə. Vaqif isə unikal idi.

Xalq cəbhəsi.- 2016- 22 dekabr.- S.16.