Moisey Xorenatsi anonim keşiş müəllifdir

 

 

Professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxtatarixiüç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji filoloji tarixidirseriyasındanMoisey Xorenatsi anonim keşiş müəllifdiradlı kitabı “Elm təhsilnəşriyyatında işıq üzü görüb. Kitabın annostasiyasından məlum olur ki, yunandilli Kilikiya erməni kilsəsiHayastan tarixi”nin ilk erməni mətnini 15-ci əsrdə anonim keşiş M.Xorenatsinin adına tərtib edib. Hayastanermənilərin ilk əfsanəvi dövlətidir. N.Emin 1858-ci ildəHayastan tarixi”ni rus dilinəArmeniya tarixiadıyla çevirəndə ona “Mar Abas Katina – Nineviyaepizodunu əlavə edib. Onun fikrincə, Mar Abas Nineviya arxivindən tapdığıkiçik kitabəsasında 4 kitabdan ibarət ilk “Armeniya tarixi”ni yazıb. M.Xorenatsi Armeniya tarixi”ni yazarkən guya ondan istifadə edib. N.Emin bu fikrini 23 il sonra, yəni 1881-ci ildə Tiflisdə çağırılmış 5-ci arxeoloji qurultayda təkzib edib. Bununla daArmeniyaadında erməni dövlətinin olmadığını elmi ictimaiyyət qarşısında bəyan edib. İki fəsildən ibarət olan kitabda müəllif qarşısına qoyduğu məqsədə yetib, erməni yalanlarının üzünü açıb.

Ə.Tağıoğlunun "Qədim ön Asiya ön Qafqaz türk tayfaları" kitabında da erməni yalanları haqqında danışır. Müəllif yazır: “Özlərinə tarixi "Vətən" təşkil etmək məqsədilə dünya erməni irtica qüvvələrinin Kiçik Asiya Ön Qafqaz türklərinə qarşı torpaq iddialarının qətl qarətdən keçən tarixi ötən yüzilliklərdən başlayır. Ümumtürk tarixinə, xüsusilə Osmanlı Azərbaycan türklərinə qarşı tarixdə misli olmayan qanlı fəlakət səhifələri açacaq ideoloji irtica maşınının Mxitar Sevastiyski tərəfindən 1717-ci ildə Venesiyanın yaxınlığında Müqəddəs Lazar adasında inşa etdirilmiş monastırda mxitaristlər dərnəyində, digəri XVIII əsrin əvvəllərində Moskvada yaradılmış Musin-Puşkin məktəbində işə salınır. Mxitaristlər qədim dövrün qüdrətli dövlətlərindən olmuş Biaini çarlığının "erməniləşdirilməsi" ilə əlaqədar kilsə materiallarını ciddi redaktə etməyə başlayırlar. Bunun üçün onlar Biaini tarixini Armeniya "dövlətinin" guya bir "epoxası" olduğunu "sübut" etməyi planlaşdırırlar. 1843-cü ildə Venesiyada erməni dilində buraxılan "Bazmaveb" ("Çoxcildi") adlı jurnal da bu məqsədi həyata keçirmək üçün təsis edilir. Müəllif qeyd edir ki, erməni keşişləri Şərq rəvayətlərinə istinadən silsilə yazılarla çıxış edirlər. Məsələn, erməni xalqının istər şifahi, istər yazılı mədəniyyəti ilə heç bir yaxınlığı olmayan, onların etnolinviqistikasının tələblərinə əsla cavab verməyən Biaini yazılarını "Armeniya" "armyan" prizması altında işıqlandıran, oradan erməni babalarını "tapmağa" çalışan, lakin reallıqdan çox-çox uzaq, uydurmadan başqa əsla həqiqətə söykənməyən, saxtakarlıqda Avropada ad çıxarmış mxitaristlərdən Nerses Sarkisyan, Qevond Alişan, İ.Sandalcyan başqa keşişlər ayrı-ayrı kitablar nəşr etdirirlər, məqalələr qələmə alırlar. Venesiya keşişləri yalnız Bia (Van) gölü ətrafında olan Biaini dövlətinin coğrafi ərazisini "Armeniya" adı ilə "erməniləşdirmişlər", hətta onlar Biaini çarlarının inzibati hakimiyyətlərinə müəyyən hissəsi müvəqqəti daxil edilmiş Ön Qafqaz Atropatenanın tarixini "Böyük Armeniya"nın "Urartu epoxası" uydurması ilə "erməni babalarının" adına tarixiləşdirirlər. Bundan sonra Venesiya erməni kilsəsi arzuedilən xəyali "baba evi" ilə əlaqədar "Böyük Armeniya"nın ikinci fantastik versiyasını ortaya atır”.

Araşdırmaçı vurğulayır ki, orta əsrlərdən başlayaraq erməni keşişləri onların daha sonrakı alim varisləri bu günə qədər Qərbi Avropanın adı lokalizasiyası özlərinə dəqiq bəlli naməlum coğrafi ərazisindən Kiçik Asiyaya gəlmiş adsız babalarının əcdad "ünvanını" qədim Şərq xalqlarının tarixinə "yazmağa" çalışıblar: “Erməni xalqının tarixi ilə əlaqədar meydana çıxan bir çox suallar kimi, bu suala da insan tarixi sükutla cavab verir. Təsadüfi deyil ki, XIX əsrdən günümüzə qədər istər Türkiyə Respublikasının ərazilərində, istərsə Qərbi Azərbaycan torpaqlarında arxeoloji qazıntılar çirkin imperiya siyasəti dini təəssüb mövqeyindən tendensiyaslı, elmi tarixin tələblərindən uzaq mövqedən aparılsa da, aşkarlanmış hər hansı bir mədəniyyət nümunəsi, cüzi olsa, özlərini dini əfsanə qəhrəmanı mifik çar Haykın törəməsi hesab edən Hayların "qədim tarixinə" şahidlik etmir. Məhz buna görə orta əsrlərdən başlayaraq keşişlərin bu yolu bağlı idi. Onların yeganə yolu minilliklərdən bəri Şərq dünyasını qanadları altına almış, yeri gəldikcə adını çəkəcəyimiz Ön Asiyanın yerli-köklü qohum tayfalarının zəngin şifahi mifoloji ədəbiyyatından istifadə edərək, öz məqsədlərinə uyğun gələn rəvayət variantları yaratmalı filoloji materiallar əsasında "armyan tarixləri" tərtib etməli idilər. Bu baxımdan anonim keşiş müəllif M.Xorenskinin adına yazılmış "Armeniya tarixi" ilə dünya tarixində erməni saxtakarlığının əsası qoyulur. Erməni tarix ədəbiyyatında keşiş müəlliflərə aid edilən "Armeniya tarixi" kitabından ayrı-ayrı tarixi çağlarda Biaini Part dövlətlərinin tərkibinə müvəqqəti daxil edilmiş Ön Asiya Ön Qafqaz vilayətlərini onların qədim yerli əhalisinin tarixi çağdaş erməni xalqının adına birbaşa bağlayan hissələri çıxsaq, şübhəsiz həmin kitabların bir üz qalıqları qalacaq, bir onların üstlərində əksəriyyəti anonim olan keşiş adları. Kilsə ədəbiyyatında özlərini "hay", real torpaqda mövcud olmayan, lakin keşiş arzusu ilə Kiçik Asiyada "yaradılmış" "ölkələrini" "Hayastan" adlandırılan əhalinin qədim keçmişi barədə elmi tarixin üç riyazi düsturunun (arxeoloji kəşfiyyat, antropologiya linqivistika) təsdiq edəcəyi hər hansı maddi sübut günümüzə qədər aşkar edilməyib. Bu qaçılmaz həqiqəti tanınmış erməni alimlərinin özləri etiraf etməyə məcbur olublar. Manuk Abeqyan yazır: "Erməni xalqının əsli nədir, necə vaxt, haradan, hansı yollarla o buraya, yəni Kiçik Asiyaya gəlib, armiyan olmazdan əvvəl sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə etnik tərkibinə kim necə təsir göstərib. Bu amilləri armiyanların kimliyini sübut etmək üçün əlimizdə dəyərli, aydın dəqiq dəlillər yoxdur".

 

Uğur

 

Xalq Cəbhəsi.- 2016.- 29 noyabr.- S.16.