Azərbaycanda dini tolerantlıq mədəniyyəti: Tarixmüasirlik

 

(əvvəli ötən sayımızda)

Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, islamın tarixi mahiyyəti, onun dünya mədəniyyət tarixində oynadığı rol, bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda keçirilən elmi konfransların simpoziumların müzakirə obyektinə çevrilib. Belə beynəlxalq simpoziumlardan biri 8-9 dekabr 1998-ci il tarixində Bakı şəhərində keçirilib. İslam sivilizasiyası Qafqazda mövzusuna həsr olunan bu beynəlxalq tədbir öz məzmun mahiyyətinə görə mühüm əhəmiyyət kəsb etmiş Qafqazda islam sivilizasiyasının rolunun elmi cəhətdən araşdırılmasında sanki vacib bir mərhələ rolunu oynayıb. Digər tərəfdən bu simpoziumun praktiki cəhətdən müəyyən əhəmiyyət kəsb etməsi regionda münaqişə ocaqlarının (Şimali Qafqaz, Qarabağ, Cənubi Osetiya s.) mövcud olması bəzi tədqiqatçıların bu münaqişələrə dini don geyindirməsi baxımından elmi aktuallıq daşıması ilə şərtlənib.

Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azərbaycandan başlayır Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin, islam sivilizasiyasının yayılması inkişaf etməsində xüsusi rol oynayıb. İslam tarixən dini tolerantlıq mədəniyyətinə örnək olub. İslam dinində tolerantlığın yüksək olduğunu Avropanın tanınmış alimləri öz əsərlərində dəfələrlə vurğulayıblar. Bu fikir islam dini, islam sivilizasiyası tarixini araşdıran tanınmış ingilis alimi Arnold Toynbinin (1889- 1975) 2006-cı ildə Moskvada rus dilində çap olunan Sivilizasiya tarixin məhkəməsi qarşısında adlı kitabında daha geniş şərh edilib. A.Toynbi islam dininin meydana gəldiyi gündən geniş yayılması səbəblərini islamın başqa dinlərə qarşı dözümlü olduğunu vurğulayaraq yazır: Yəhudi, xristian zərdüştlük azlıqlarının İslam dünyasında öz varlığını indiyə qədər qoruya bilməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü münasibəti olub. O, Quranda müsəlmanlara göstəriş verirdi ki, islam dövlətinə tabe olan qeyri-müsəlman Kitab əhli ilə münasibətdə ola bilərlər. Bundan başqa, islam öz yolu ilə irəlilədikcə, başqa missioner dinlər kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin elementlərini gizlicə qəbul edirdi. Bu halda başqa hallarda da qəbul etmək kompromislə qiymətləndirilirdi.

Toynbinin yuxarıda irəli sürdüyü fikirdən aydın olur ki, yarandığı vaxtdan başqa dinlərlə, xüsusən, xristian, yəhudi zərdüştlüyə qarşı islam dini dözümlülük nümayiş etdirib. Burada A.Toynbi islamın başqa dinlərə qarşı tolerant olmasını Məhəmməd peyğəmbərin özünün bir şəxsiyyət kimi tolerant olması ilə əsaslandırırdı. Başqa dinlərin İslam dünyasında öz varlığını indiyə qədər qoruya bilməməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü münasibəti olub - deyən A.Toynbinin fikirlərini təhlil etsək, buradan məlum olur ki, islamda tolerantlığın islamın öz mahiyyətindən irəli gəldiyini qeyd etmək əvəzinə, o, dözümlülüyü Məhəmməd peyğəmbərin şəxsiyyəti ilə şərtləndirməyə çalışıb. Lakin A.Toynbinin bu fikri ilə bütövlükdə razılaşmaq çətindir. Çünki əvvəla, A.Toynbi tolerantlığın, sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar etmiş olur.

Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq onlara müraciət edilir ki, Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq-aşkar düşməninizdir! (Əl-Bəqərə, 208). Deməli, islamın müqəddəs kitabında bütün insanların sülhə çağırılması Allahın buyurduğu kimi irəli sürülüb. Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir ki, Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...(Ənam, 108). Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlülük münasibəti göstərilir. Yəni buradan aydın olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında dözümlülüksülh münasibətini önə çəkir. Quranda irəli sürülən bu fikirlər islamda dözümlülüyün prioritet olduğunu göstərən ən mühüm faktlardan biridir. Doğrudur, Məhəmməd peyğəmbərin özünün sülhpərvər və başqa millətlərə qarşı dözümlülük nümayiş etdirməsi haqda xeyli tarixi faktlar vardır. Bu tarixi faktlardan birini şərh edən Şeyxülislam H.A.Paşazadə özünün Qafqazda islam adlı kitabında yazıb: Məlumdur ki, islamın erkən çağlarında, müsəlman cəmiyyətinin hüdudları hələ Ərəbistan yarımadası ilə məhdudlaşdığı bir vaxtda, Həzrəti Peyğəmbər qonşu dövlətlərin başçılarına bir sıra xüsusi məktublar göndərmişdi. Belə məktublardan biri Abdallah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərilmişdi.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu vaxt Qafqazın böyük bir hissəsi Sasanilərin hökmranlığına tabe idi. Həzrəti Peyğəmbərin Sasani şahına göngərdiyi məktubda deyilirdi: Bismi-l-lahi-r-Rəhman-i-r-Rəhim! Allahın rəsulu Məhəmməddən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutmuşdurAllahaOnun rəsuluna iman gətirmişdir və şəhadət etmişdir ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan.

Müəllifin fikrincə, bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə çağırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh edir. Bu məktub Peyğəmbərin sülhpərvər olduğunu, islam dininin isə tolerant din olduğunu bir daha təsdiq edir. Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtəlif xalqların tarixən tolerant şəkildə, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını beynəlxalq simpoziumda vurğulayanlar bütövlükdə islam dininin tolerant din olduğunu, eyni zamanda Azərbaycan xalqının başqa dinlərə qarşı dözümlü olduğunu qeyd ediblər. Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.

Tarix boyu bir çox dövlət rəhbərləri öz işğalçılıq siyasətlərini həyata keçirmək üçün həmişə din amilindən istifadə ediblər. Məsələn, vaxtilə rus imperatoru I Pyotr 1725-ci ildə yazdığı Vəsiyyətnaməsində işğalçılıq siyasətində din amilindən istifadə məsələsini önə çəkmişdir. Rusiyanın sərhədlərini Hindistandan Avropayadək genişləndirməyi, Türkiyə, İranQafqaz torpaqlarını rus imperiyasının tərkibinə birləşdirməyi arzulayan I Pyotr Vəsiyyətnaməsində hətta sünni və şiə məzhəbləri arasında ixtilaf yaratmağı öz xələflərinə vəsiyyət etmişdir: Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qarşıdurmaları yaxşı vasitədir.

Rusiya imperiyasının qonşuluğunda olan iki böyük müsəlman ölkəsi arasında qarşıdurma yaratmaq yolu ilə onları zəiflətməyi nəzərdə tutan imperator həmin ölkələrin din xadimlərini ələ almağı xələflərinə xatırladaraq yazıb: Bu ölkələrin müsəlmanlarının öz hüquqlarını tanımaları bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaqonlar vasitəsilə sünni-şiə qarşıdurmalarını qızışdırmaq lazımdır. Buradan göründüyü kimi, Rusiya imperiyasının işğalçılıq siyasətində din amilindən istifadə edilməsi I Pyotrun Vəsiyyətnaməsində xüsusi yer tutub. XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik siyasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin azərbaycanlıların dini əqidəsinə təsir göstərmək, onları həm hüquqi-siyasi, həm də mənəvi-psixoloji cəhətdən rus çarizminin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət idi. İslam dininin cihad prinsipini əsas tutan bacarıqlı sərkərdə Şeyx Şamilin rəhbərliyi altında çarizmə qarşı uzun illər milli azadlıq mübarizəsi aparan Şimali Qafqaz dağlılarının dini-mənəvi dəyərlərinin hansı qüvvəyə malik olduğunu artıq rus imperiyası yaxşı bilirdi. Məhz rus çarizminin Azərbaycandakı müstəmləkəçilik siyasətində qarşıya qoyduğu məqsəd Rusiya hakim dairələrinin Qafqaz canişinliyinə göndərdikləri məxfi təlimatda deyildiyi kimi, oradakı əhalini (Şimali Azərbaycandakı H.S.) rusca danışmaq, rusca fikirləşmək və rusca duymağa məcbur etməkdən ibarət idi.

 

Cavid

Xalq cəbhəsi.-2016.-24 sentyabr.-S.13.