II Respublika festivalı başlanıb

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalındaÜzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalının açılış mərasimi keçirilib.

Layihənin ideya müəllifi rəhbəri professor Tərlan Seyidovdur. SSRİ Azərbaycanın Xalq Artisti, professor Fərhad Bədəlbəylinin sədrlik etdiyi münsiflər heyətinə respublikamızın görkəmli incəsənət xadimləri daxildir.

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, BMA-nın məktəb-studiyasının bazasındaeksperimental laboratoriyasında keçirilən budəfəki festivalın xüsusiyyəti ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə ərzində Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı rəqslərinin işləmələrini hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə, yəni milli ladların səs sıralarını kandensiyalarını ifa etməklə təqdim etməlidirlər.

Bütün bunlar mühüm məqsəd - yetişməkdə olan musiqiçilər nəslinin ifa etdikləri əsəri, başlıcası isə onun lad strukturunu dərindən başa düşməsi, öz mənbələrinimilli musiqini, xalq mahnılarını rəqsləri bilməsi üçün təşkil edilib.

Festival dörd nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Nəfəs alətləriVokalüzrə keçirilir. Festivalda iştirak etmək üçün Bakının respublikanın 19 regionundan 110-dan çox ərizə verilib.

Festival bir həftə davam edəcək. Aprelin 17-də laureatların yekun konserti diplomların təqdimi olacaq.

 

Xalq cəbhəsi.- 2017.-12 aprel.- S.16.