Ankarada “Azərbaycan gecəsi”

 

Ankaranın Etimesqut rayon bələdiyyəsinin təşkil etdiyi 14-cü Beynəlxalq Anadolu Günləri, Mədəniyyət Sənət Festivalı çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin dəstəyi iləAzərbaycan gecəsitəşkil olunub. Gecədə səfirliyimizin əməkdaşları, elm, mədəniyyət incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankara ictimaiyyətinin təmsilçiləri, o cümlədən azərbaycanlı tələbələr iştirak ediblər. Festivalın keçirildiyi böyük meydanda səfirliyin təşəbbüsü iləAzərbaycan eviyaradılıb. Burada ölkəmizin mədəniyyəti, incəsənəti tarixi ilə bağlı əyani təbliğat vasitələri nümayiş etdirilib. Festival iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə Azərbaycan milli mətbəxinə aid nümunələr qonaqlara paylanıb.

Tədbirdə iştirak etmək məqsədilə Ankaranın Etimesqut bələdiyyəsi ilə qardaşlaşmış Azərbaycanın Şirvan şəhərindən gəlmiş musiqi rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Azərbaycandan gəlmiş musiqiçinin ifa etdikləriÇırpınırdı Qara dənizmahnısı festivala toplaşmış minlərlə insanın hərarətli alqışları ilə qarşılanıb. Azərbaycana xas bir-birindən gözəl musiqi rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.

Gecədə Azərbaycan səfirliyinin müşaviri Ramil Qurbanov Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli inkişafında özünü göstərir. Daha sonra gecədə 1453-cü ildə İstanbulun fəth edilməsinə həsr olunan moda bir-birindən maraqlı tarixi səhnələr nümayiş etdirilib. Festival türkiyəli müğənni Mustafa Sandalın konserti ilə başa çatıb.

 

Xalq cəbhəsi 2017.- 22 avqust.-S.16.