Bayatı yaradıcısı Lələ və
Sarı Aşıq
“Cocuq Mərcanlı
yaxınlığında “Lələ dağı”ndan, “Lələ
yaylağı”ndan söz açdılar”
"Xalq Cəbhəsi" qəzeti
mərhum professor Sədnik Paşa Pirsultanlının Sarı
Aşıq haqqında maraqlı araşdırmasını təqdim
edir
1-ci yazı
1975-ci ilin yanvar ayı idi. Gəncədən
Şəmkirə gedən avtobusla folklor axtarışına
çıxmışdım. Könüllü kəndinə
çatanda yolun kənarında doqquz qoyun, yanında da bir
pirani kişi gördüm.
Sürücüyə dedim:
-
Maşını saxlayın, mən düşüm. Kişi
ilə görüşdüm və soruşdum:
- Siz
kimsiniz, adınız nədir?
O zaman
xeyli cavan idim. Dedi:
- Bala, əslim
Şəmkirin Dağincilisindəndir. 30-cu illərdə
bu kəndin adamlarını Könüllü kəndinə
köçürüblər. Adım Pənah
Allahverdi oğludur.
Mən
zarafat etdim:
- Əmi, heç başına qar-yağış
yağıbmı?
O gülə-gülə
dedi:
- Hələ
məni yay dolusu da döyüb.
Soruşdum:
- Dastan,
nağıl nə bilirsən? O, mənə bildirdi ki, Lələnin
nağılını bilirəm. 1918-ci ildə
Göyçədə bir bəyin qoyununu otarırdım.
Çalmalı yaylağına bir dərviş
gəlib çıxdı. Mən ona əvvəlcə
dələmə pendir verdim. Sonra onun
danışdığı “Lələ nağılı”
çox xoşuma gəldiyindən bir quzu kəsdim. Dərvişi 3 gün qoyun binəsində
saxladım. Lələnin
nağılını yaxşı öyrəndim. Dərvişin Lələ haqqında söylədiyi
bayatıları əzbərlədim. Dərviş
mənə bildirdi ki, mən Bağdadda olarkən Lələnin
yazıya alınmış bayatılarını
görmüşəm. Mən sevincək
evə qayıtdım, Lələ haqqında eşitdiklərimi
yazıya alıb institutda çıxan “Yüksəliş” qəzetində
çap etdirdim.
Fizika-riyaziyyat
elmləri namizədi Cəbrayıl Xələfov məni
qucaqlayıb dedi:
- Sən
nə yaxşı adamsan, sənin qadan alım. Bizim
Lələnin bayatılarını toplayıb, qəzetdə
çap etdirmisən. Bizim Füzuli
rayonundakı Qazaxlar kəndində, Əhmədallar kəndində
Lələnin saysız-hesabsız hekayətləri və
bayatıları var.
Mən həmin günün səhəri Füzuli rayonunun
Əhmədallar və Qazaxlar kəndlərinə yola
düşdüm. Oranın sinədəftər nənələri,
dünyagörmüş qocaları məni xoş əhval-ruhiyə
ilə qarşıladılar. Əhmədallar kənd
sakini 70 yaşlı Bayram Musa oğlu, Qazaxlar kənd sakini 90
yaşlı Şahlıq Xınalı qızı ləl-cəvahirat
xəzinəsinin ağzını açdılar. Lələnin bayatı incilərini savaş kimi
başımdan yağdırdılar. Hətta
Cocuq Mərcanlı yaxınlığında “Lələ
dağı”ndan, “Lələ yaylağı”ndan söz
açdılar. Məni Arqalı qəbirstanlığına,
oradakı Arqalı künbəzinə apardılar.
Bayatıya bənzər maraqlı bir şeir parçası
da söylədilər:
Arqalı
haray,
Babı
haray,
Lələ haray.
Yoruldum yolda qaldım, Bir yorğa, yabı haray. Arxeoloqlar
Babı künbəzini XIII əsrə aid edirlər.
Arqalı qəbirstanlığında Lələnin adına bağlı naxışlı,
üstündə qədim yazılar olan daş-təknə məzara
rast gəldim. Tarix İnstitutunun arxeologiya
şöbəsinə xəbər verdim, Lələyə məxsus
daş məzarın üst qapağı üzərində
aparılan araşdırmalar sübut etdi ki, məzar Lələ
Mahmud oğluna aiddir.
“Azərbaycan dili və ədəbiyyatı tədrisi”
(metodik məqalələr məcmuəsi) “Azərbaycan məktəbi”
jurnalına əlavə redaksiyasından mənə zəng
etdilər ki, Lələnin “Yaxşı-Yaman” dastanı
haq-qında oxucular Sizdən məlumat istəyirlər. Mən
dastanı jurnalda nəşr etdirdim. Arxasınca “Azər-baycan
gəncləri” qəzetinin 15 yanvar 1976-cı il
6 tarixli nömrəsində “Lələnin məzarı və
özü” adlı məqalə ilə çıxış
etdim. Elmi rəhbərim Azərbaycan Elmlər Akademiyası
Nizami İnstitutunun folklor şöbəsinin müdiri,
professor, filologiya elmləri doktoru Məmmədhüseyn Təhmasib
məni yanına çağırıb dedi: Sizi ürəkdən
təbrik edirəm. Nəhayət,
“Yaxşı-Yaman” dastanını tapdınız.
Lələnin bayatıları, əsatiri hekayəti
açıqca göstərir ki, Lələ Sarı
Aşıqdan əvvəl başlayıb yaradıb. Onun
yaradıcılıq yolunu davam etdirən Sarı
Aşığın bayatıları xalqın hafizəsində
bir-birinə qarışıb. Əlbəttə,
tədqiqatlar davam etdikcə, dərin qatlara işlədikcə
hər şey faktlar əsasında meydana çıxacaq.
“Yaxşı-Yaman” dastanından “Lələnin məzarı və
özü” məqaləsindən sonra Laçın rayonunun
bir neçə sakini mənim haqqımda “Ədəbiyyat və
İncəsənət” qəzetinə şikayət məktubu
yazdılar. Mən redaksiyadan möhlət istəyib
yazılı mənbələrdə Lələyə aid məlumat
axtarmağa başladım. İlyas
Müşeqin “Nəğmələr” kitabında
yazılıb.
Lələ
şah lələsidir,
Əcəl
can tələsidir,
Lələnin
qəbri üstə,
Gözəl şah gələsidir.
Həmin bayatı Asya Məmmədovanın tərtib
etdiyi “Bayatılar” kitabında bir cüngdən
götürülüb, eyni məzmunda kitaba daxil edilib. Lələ şah lələsidir,
Əcəl can tələsidir, Lələnin qəbri üstə,
Gözəl şah gələsidir. Doğrudan da, elə
bayatılar vardır ki, eynən Lələyə məxsus
“Yaxşı-Yaman” dastanında olduğu kimi, Sarı
Aşığa məxsus “Aşiq və Yaxşı”
dastanında təkrar olunur. Lələyəm
yaxşı liqa, Xub liqa, yaxşı liqa, Yaxşı elə
yaxşıdı, Hamıdan yaxşı liqa. Lələnin tarixi şəxsiyyət
olmasını yazılı mənbələr əsasında
sübuta yetirməkdə filologiya elmləri doktoru İsrafil
Abbaslı bizim köməyimizə çatdı. O,
Madedaranda erməni əlifbası ilə yazıya
alınmış bir sənəddə Lələnin 60-a
yaxın azərbaycanca bayatısını tapdı. Eyni zamanda İ.Abbaslı Lələ haqqında
“Ədəbiyyat və İncəsənət” qəzetində
geniş məqalə ilə çıxış etdi.
“Arqalı” qəbirstanlığındakı Sənduqə
daşın üstündə tarix institutunun arxeoloqları tərəfindən
oxunmuş və məlum olub ki, qəbir daşı Mahmud
adlı şəxsə məxsusdur. Bu ad daha bir tarixi
faktın açılmasına kömək edir. Lələ təkcə “Yaxşı-Yaman”
dastanının yaradıcısı deyil, “Əsli və Kərəm”,
“Abdullah və Cahan” dastanları da müəy-yən mənada
onun adı ilə bağlıdır. Uzun illərdən
bəri ədəbi əlaqələrlə məşğul
olan İ.Abbaslı yazır: "Kitabi-Dədə Qorqud"u
Dədə Qorqudsuz, "Koroğlu"nu Aşıq Jünunsuz,
"Qul Mahmud"u Qaracaoğlansız düşünmək
müm-kün olmadığı kimi, "Əsli və Kərəm"i
də Lələsiz təsəvvür etmək çətindir.
Maraqlıdır ki, Lələ əksər
türkdilli xalqlar içərisində geniş
yayılmış "Əsli və Kərəm"
dastanlarının ancaq Azərbaycan variantına məxsus bir
obrazdır". Lələ
özünün "Yaxşı-Yaman" dastanında əsasən
əsatir və əfsanələrdən, Sarı Aşıq
isə "Aşıq və Yaxşı" dastanında
xalq rəvayətlərindən istifadə edib. Hər ikisində hadisələri qabaqjadan duymaq, bilmək
qabiliyyəti var. Bu hadisələrə münasibətdə və
onu poetik dillə söyləməkdə, güjlü şeirə-bayatıya
çevirməkdə Sarı Aşıq bir qədər fəaldır.
Lələnin yaşlı, aqil bir qoja, Sarı
Aşığın hələ javan olduğunu, Sarı
Aşığın öz bayatılarından da bilmək
olur. Məsələn:
Mən
aşığam, Lələ mən,
Qəflətdəyəm hələ mən.
Dərddən,
qəmdən, hicrandan,
Bağlamışam şələ mən.
Sarı Aşıq haqqında hələlik ilk
yazılı məlumat Qaradağinin "Təzkireyi-Qaradaği"
əsərindəki qeydidir. XIX əsrin sənətkarı olan
Qaradaği təzkirəsində "Aşıq Qurbanəli və
ya Sarı Aşıq və haqq aşığı deyilən
şəxsin seyrü-süluki" sərlövhəsi
altında yazır: "Zahirən bu zati pak
şifteyi-ruzigardır. Əslən Qaradağ
mahalındandır. Çox qədim
vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri
çayının kənarında vaqe Güləbürd
adlı qəryədə sükna edib". Sarı
Aşığın bayatılarında Güləbirdin qədim
adı da aşağıdakı şəkildə dilə gətirilir:
Mən
aşıq, ağzındayam,
Aləmin
ağzındayam,
Əslim
Qaradağlıdır,
Məzməzək ağzındayam.
Məlumdur
ki, qoyunun örüş yerində, arxacında məzməzək
adlı ağ başlı, ağ
qanadlı milçəyə bənzər həşərat
olur. Yay aylarında, qoyun otlaqlarında həmin
həşərat insanın burnuna toxunduqda əhval-ruhiyyəsi
dəyişir, səsi gərlənir. O zaman hə-min
yerdə qoyun saxlanılırmış və o yerə məzməzəyin
ağzı deyilirmiş. Aşıq öz
keçmişini və məz-məzəyin ağzında
olduğu illəri belə xatırlayır. Bu məlumat içərisində ən dəyərli
fakt, onun əslən Qaradağ mahalından olmasıdır.
O, həqiqətən Azərbayjan xalqının
varlığından doğub. Yaxşının
və bajısı Günəşin həqiqi adları müəyyənləşdirilmədiyi
kimi, Sarı Aşığın özünün də
adı dəqiqləşdirilməyib.
Qaradaği
"Təzkireyi-Qaradaği" əsərində onun
adının Qurbanəli, Salman Mumtaz Abdulla, Əmin Abid Qərib,
Bəhlul Bəhjət isə Sarıja Nəbi olduğunu
göstərirlər. Aşıq Ələsgərə
görə onun adı Yetimdir. Aşıq
Ələsgər məşhur bir təcnisində Fərhad
Şirin sevdi, Yetim Yaxşı yar - deyir. Lələnin
bayatılarından məlum olur ki, onun adı Budaqdır.
Lələ də lələləndi, Göz
yaşı səpələndi. Lələ
şah qapısından, Budağı şələləndi.
Bu adların hər birinin özünə
görə mənası vardır. Aşığa
Nəbi adını hər bir hadisəni qabaqjadan bilməsinə
görə veriblər. Bizcə, ikinci ad Abdulla yox,
Abdaldır. Aşıq abdal - dərviş kimi gəzəndir,
obanı-oymağı dolaşandır. Professor
M.H.Təhmasibə görə onun adı elə
Sarıdır. Əgər onun adı
Sarı olsaydı, ona Aşıq Sarı deyərdilər,
Sarı Aşıq deməzdilər. Sarı
adı, bizjə, onun yar yolu gözləməkdən,
saralıb solması, üzündə, gözündə
sarı qalması ilə əlaqədardır.
Aşığın öz bayatılarına mürajiət edək:
Mən
aşıq, sarı qaldı,
Gün getdi, sarı qaldı.
Yollarına
göz tikdim,
Gözümdə sarı qaldı.
Sarı Aşıq əhval-ruhiyyəsini ifadə etmək
üçün bəzən bir yox, bir neçə
bayatıdan istifadə edir.
Dağlar
başın qar aldı,
Göy yarpaqlar saraldı.
Yaxşı
dərdi çəkməkdən,
Bətbənizim saraldı.
Elə bil Sarı Aşıq öz nisgilini bu ifadədə
tapır. O nədənsə
sarı sözünü işlətməyi məqbul
sayır. Yəqin ki, bu səpkili bayatılar
çoxdur. Biz onu tək-tək
tapırıq. Həmin bayatılardan biri də
aşağıdakı nümunə gətirdiyimiz bədii
parçadır:
Mən
aşiq, sarı dağlar,
Köynəyi sarı dağlar.
Göy
otun xəzəl olar,
Qalarsan sarı dağlar.
Sarı Aşığa belə gəlir ki, hər nə
mətləb diləsə hasil olar. O da bir oğuz-türk oğlu kimi, Dədə
Qorqud kimi elə zənn edir ki, onun hər bir alqışı
alqış, hər bir qarğışı qarğış
ola bilər. Sarı
Aşıq bayatını bəzən cüt-cüt,
qoşa-qoşa yaradır. Sarı
Aşıq gözələ müraciət edir ki,
zülfünə tapşırsın yan dursun, aşıq onu
aydınlığı ilə görə bilsin.
Aşığın bütün meyli hər an
sevgilisindədir. Onu təsvir və tərənnüm
etmək üçün söz inciləri içərisindən
daha qiymətli zər-zivər seçir. Onu
sapa, ipə düzüb öz yaradıcılığına
gətirir.
Mən
aşiq yaza Niyaz,
Al qələm
yaz, a Niyaz,
Bülbül
gülün yarpağın,
Saxlamış yaza niyaz.
Sədnik Paşa Pirsultanlı
Professorv
Xalq cəbhəsi 2017.- 30 avqust.-S.14.