Fazil GüneyinQara qan” trilogiyasının təqdimatı olub

 

Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist, Əməkdar Jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən üçcildlikQara qantarixi romanının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ədibin yaradıcılıq yolundan söhbət açıb.

Bildirib ki, Fazil Güney boya-başa çatdığı Cəbrayıl rayonunda təxminən iki il qəzetdə çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. Hələ o zaman onun oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib. Fazil Güney Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Sonralar Suriya, İraq Liviyada hərbi mülki tərcüməçi kimi çalışan Fazil Güney milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. O, 1975-1976-cı illərdəİnşaatçıqəzetində, 1976-1991-ci ildə isəKirpijurnalında çalışıb. Kirpi”də dərc olunan pamfletləriUlduz sövdəsikitabında toplanıb.

Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılanAssa-İradəAzərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscəAzerNewsqəzetinin təsisçisi baş redaktoru, “Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb.

Vurğulanıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üçcildlikQara qantarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir.

Tanınmış şair Çingiz Əlioğlu yazıçının yaradıcılığından Vətən qarşısında xidmətlərindən danışıb. Qeyd edilib ki, əsərdə yazıçı bütün döyüş səhnələrini yüksək səviyyədə qələmə alıb. İnsan taleyindən bəhs edən bu romanda, eyni zamanda, müxtəlif millətlərin simasını, sürətini görmək mümkündür. Bütövlükdə bu kitab Azərbaycan publisistikasının dəyərli əsərdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, yazıçı Elçin Hüseynbəyli, Əməkdar Jurnalist Məzahir Süleymanlı, professor Yahya Əliyev digərləri roman haqqında fikirlərini bölüşüb, müəllifin yaradıcılığından söz açıblar. Diqqətə çatdırılıb ki, Fazil Güney, həm bir alim kimi öz sözünü deyib. OnunMüasir Suriya romanıSuriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyasımonoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.

Qara qanromanının Azərbaycan tarixində özünəməxsus yer tutacağına əminliyini bildirən natiqlər yazıçıya yaradıcılıq uğurları arzulayıblar.

Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.16.