Rasim Balayevin çəkildiyi filmlər

 

Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb. O, ekranda cəsur insanların həqiqi vətənpərvərlərin səmimi obrazını yaradıb. Bu fikri Azərbaycanın görkəmli teatr kino aktyoru, Xalq Artisti, “Şöhrətordenli, Prezident təqaüdçüsü Rasim Balayevin Bakı Ali Neft Məktəbinin (BANM) müəllim tələbə heyəti ilə göruşündə bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov səsləndirib.

Rektoru tanınmış aktyorun həyat yaradıcılığından danışaraq Rasim Balayevi Azərbaycan teatr sənətinin kinematoqrafiyasının əfsanəsi adlandırıb, dövlətimizin hər zaman dəyərli sənətkarı yüksək tutduğunu deyib. Rasim Balayev BANM-in rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. Məşhur aktyor öz gənclik tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.

Daha sonra tələbələrin xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri səslənib. Eyni zamanda, BANM-in kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə Nəsiminin qəzəllərindən birini oxuyub. Onun bacarığını yüksək qiymətləndirən Rasim Balayev BANM-in tələbələrinə uğurlar arzulayıb və auditoriyanın çoxsaylı suallarını cavablandırıb. Tədbirdə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub. Sonda BANM-in rektoru Elmar Qasımov tanınmış aktyora Ali Neft Məktəbinin “Fəxri qonaqdiplomunu təqdım edib.

 

Xalq Cəbhəsi.- 2017.- 21 fevral.- S.16.