Tehranda Azərbaycan günləri

 

TehranınVəhdətsarayında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı mərasimi keçirilib.

Mərasimdə İranın mədəniyyət islam irşadı naziri Salehi Əmiri, Mədəniyyət İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman,

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov digər rəsmi şəxslər, Tehran ictimaiyyətinin nümayəndələri, səfirlər ziyalılar iştirak ediblər.

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri ilə başlanan tədbirdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edib. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi ölkələrimiz xalqlarımızın bir-birinə bəslədikləri mehriban qonşuluq dostluq münasibətlərinin dərin köklərə malik olmasına bariz sübutdur.

Mədəniyyət din, coğrafiya digər amillər baxımından yaxın olan xalqlarımız ölkələrimiz arasında əlaqələrin dərin tarixi kökləri var. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin himayəsi ilə iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir. Azərbaycan İran dünya əhəmiyyətli layihələrdə bölgə üzrə aparıcı dövlətlərə çevriliblər. İki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət digər sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir.

Ə. Qarayev bildirib ki, iki ölkə qarşılıqlı olaraq mədəniyyət tədbirləri təşkil edir, beynəlxalq turizm sərgilərində iştirak edirlər. YUNESKO Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək nümayiş olunur.

Qarşılıqlı əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərib. Bu il Novruz bayramında 61 min İran vətəndaşı Azərbaycana qonaq gəlib. Bu bizim üçün sevindirici haldır. Bakı şəhərinin özünəməxsus gözəllikləri var İran vətəndaşlarını cəlb edir. İnanıram ki, Azərbaycan iranlılar üçün ənənəvi istirahət mərkəzinə çevriləcək.

İranda Azərbaycan Mədəniyyəti Günləri 2010-cu ildə, Azərbaycanda isə İran Mədəniyyət Günləri 2011-ci ildə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan Mədəniyyət Günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində keçiriləcək. Tehranda kino həftəsi, fotosərgi teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü təşkil olunacaq.

Əbülfəs Qarayev nəzərə çatdırıb ki, mədəniyyət sahəsindəki münasibətlər xalqlar dövlətlər arasındakı əlaqələrin yaxınlığı digər sahələr üzrə əməkdaşlıq potensialının göstəricisidir. İranda Azərbaycan Mədəniyyəti Günlərinin belə geniş formada təşkili ölkələrimiz xalqlarımız arasında əlaqələrin yüksək olmasından xəbər verir.

Nazir tədbirlərin keçirilməsi üçün göstərilən köməyə yaradılan şəraitə görə İran rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra İranın mədəniyyət islam irşad naziri Salehi Əmiri, Mədəniyyət İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman çıxış ediblər.

Qeyd olunub ki, İran ilə Azərbaycan bundan sonra da bütün sahələr üzrə əlaqələrini genişləndirməlidirlər. İran Azərbaycan ilə münasibətlərin inkişafına heç bir məhdudiyyət tətbiq etmir. Rəsmi Tehran Azərbaycanı özünün yaxın dostu hesab edir.

Vurğulanıb ki, Azərbaycan dili İranda geniş yayılıb öz şirinliyi ilə seçilir. Mədəniyyət, adət-ənənə, milli mənəvi dəyərlər baxımından oxşar olan xalqlarımız daim sülh əmin-amanlıq şəraitində yaşamaq istəyir, hökumətlər xalqların bu istəyini reallığa çevirirlər.

Nəzərə çatdırılıb ki, sərhədlər yalnız dövlətlər arasında mövcuddur. Xalqlar arasında isə heç bir sərhəd ola bilməz.

Mərasim konsert proqramı ilə davam edib.

 

Xalq cəbhəsi  2017.- 6 iyul.- S.16.