“XX əsrin teatr tendensiyaları”

 

Martın 3-də A.Şaiq Adına Azərbaycan Dövlət Kukla Teatrında “XX əsrin teatr tendensiyalarımövzusunda elmi konfrans keçirilib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Azərbaycan DövlətYuğTeatrının birgə təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət İncəsənət UniversitetininTeatrşünaslıqkafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. O deyib: “Konfransın hədəfi tələbələrdir. Formatı açıq dərs tipli olan konfransda tələbələr müəyyən biliklərini, o cümlədən XX əsr dünya teatr mədəniyyəti haqqında mövcud tendensiyalar bölüşəcəklər. Konfransın məqsədi öyrənməkdir, öyrənilənlərin dərinliyinə getməkdir”.

Konfransda Mədəniyyət İncəsənət Universitetinin müəllimi Elçin Cəfərovun “XX əsr. Teatrdan qeyri-teatra doğruadlı məruzəsi dinlənilib. Həmçinin konfrans çərçivəsində universitetin III IV kurs tələbələri Dilşad ƏhmədzadəMerholdun teatr metodunun konseptual mahiyyəti”, Yusif DağlarM.ÇexovAktyor texnikası - nurlanmış aktyora doğru”, İlahə QuliyevaBertol Brextin epik teatr nəzəriyyəsi”, Nadir ƏhmədovQratovskinin Yoxsul teatr poetikası”, Nisə İbadlıArto Qəddarlıq teatrı Emin Əliyev “ Kantor ölüm teatrıadlı məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

 

Xalq cəbhəsi.- 2017.- 4 mart.-S. 16.