ABŞ Konqresinin kitabxanasında Azərbaycan mətbəxinə səyahət

 

Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində Vaşinqtonun ən tanınmış məkanlarından olan Konqresin Tomas Cefferson adına kitabxanasında ABŞ-dakı səfirliyimizin kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın “Nar zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Sözügedən tədbir kitabxananın möhtəşəm Şimal-Şərq pavilyonunda baş tutub. Tədbirdə xarici ölkələri təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər. 2014-cü 2015-ci illərdə ABŞ-dakı səfirliyimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki dəfə işıq üzü görən sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən ölkəmizin mətbəxinə həsr edilmiş ilk nəşrdir.

Beş böyük beynəlxalq mükafata layiq görülmüş 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər daxil edilib. Bundan başqa, nəşrdə Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb. Tədbirdə kitabxananın Afrika Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər. Çıxışlarda Novruz bayramının tarixinə bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi diqqət yetirilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib. Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib.

Ölkəmizin müxtəlif bölgələrinin özünəməxsus mətbəxlərinin xüsusiyyətləri barədə danışan F.Buyuran Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib. Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq diqqətlə qarşılanıb. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin yemək şirniyyatlarından ibarət müxtəlif təamlar təqdim olunub.

 

 

Xalq Cəbhəsi.- 2017.- 17 mart.- S.16.