Molla Pənah Vaqifin sənət idealları müasirlik

 

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı iləMolla Pənah Vaqifin sənət idealları müasirlikmövzusunda elmi sessiya keçirilib. Böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, müvafiq elmi müəssisələrin direktorları əməkdaşları iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham ƏliyevinBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, böyük şairin 300 illik yubileyinin YUNESKO TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması təkcə M.P.Vaqifə deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına verilən dəyərin parlaq nümunəsidir. AMEA-nın vitse-prezidenti 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladıb. Bildirilib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq mədəniyyət abidələrimiz kimi Vaqifin məqbərəsi dağıdılıb. Akademik şairin poeziya dünyası, nadir yaradıcılıq üslubu, ictimai siyasi xadim kimi diplomatik təcrübəsi, bölgədəki proseslərə təsir imkanları haqqında danışıb. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Molla Pənah Vaqif özünəməxsus ənənələrə malik ədəbi məktəb yaradıb onun bənzərsiz poeziya nümunələri ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərib. Şairin erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısı olduğunu deyən akademik əlavə edib ki, o, Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir.

Görkəmli söz ustadı M.P.Vaqifin həyat yaradıcılığı, şəxsiyyəti ictimai fəaliyyəti barədə danışan İ.Həbibbəyli onun türk dünyasının böyük şairi olduğunu, ədəbi məktəb yaratdığını vurğulayıb. Qeyd edilib ki, söz sənətimizin inkişafında misilsiz xidmətləri olan Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli seirin yaradıcısıdır. Sonra Molla Pənah Vaqifin həyat yaradıcılığına həsr edilmişHəyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəmsənədli filmi nümayiş olunub.

Sessiyada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd ƏliyevMolla Pənah Vaqif Məhtumqulumövzusunda məruzə ilə çıxış edib. Alim XVI əsrin əvvəllərindən xalq şeiri üslubunun, ona məxsus poetik formaların klassik poeziyada işlənməsindən, hüdudlarının getdikcə genişlənməsi klassik ədəbiyyatda mövqelərini gücləndirməsindən danışıb. M.Əliyev qeyd edib ki, Molla Pənah Vaqif Məhtumqulu Fəraqi yaradıcılığı ilə anadilli şeirin poeziyadakı hakim mövqeyi tam bərqərar olunub. Yazılı ədəbiyyatda ədəbi dil normaları Azərbaycan türkmən xalq danışıq dilləri hesabına zənginləşərək möhkəmlənib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Gerçəklik və gözəllik nəğməkarı” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Molla Pənah Vaqifin yaradıcılığında şifahi xalq ədəbiyyatından gələn qoşma klassik poeziyadan gələn obrazlarla, ərəb-fars tərkibləri, sözləri ilə zənginləşdiyi kimi, klassik poeziya janrları da şifahi xalq ədəbiyyatı janrlarına, qoşmaya yaxınlaşır, xəlqiləşir. Məruzəçi Vaqifin "Görmədim" rədifli müxəmməsinin XVII əsrin sonları - XVIII əsrin birinci yarısında yaşamış Nişat Şirvaninin "Görmədim" rədifli mürəbbəsinə cavab olaraq yazıldığını deyib. Molla Pənah Vaqifin obrazı Azərbaycan təsviri sənətində” mövzusunda məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutu direktorunun ümumi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalov bildirib ki, XX əsr Azərbaycan təsviri sənətinin ən böyük nailiyyətlərindən biri də xalqımızın görkəmli söz ustadlarının portretlərinin yaradılmasıdır.

 

Xalq Cəbhəsi.- 2017.- 21 oktyabr.-             S.15.